Növbəti “Zabit ixtisas hazırlığı kursu”nun buraxılış mərasimi keçirilib

  Рет қаралды 2,500

Azərbaycan Respublikası Müdafiə Nazirliyi

Azərbaycan Respublikası Müdafiə Nazirliyi

3 ай бұрын

Növbəti “Zabit ixtisas hazırlığı kursu”nun buraxılış mərasimi keçirilib
Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində növbəti “Zabit ixtisas hazırlığı kursu”nun buraxılış mərasimi keçirilib.
Mərasimdə əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev məzunları salamlayaraq onları leytenant hərbi rütbəsinə layiq görülmələri münasibətilə Azərbaycan Respublikasının müdafiə naziri və öz adından təbrik edib.
Gənc zabitlərə gələcək xidməti fəaliyyətlərində uğurlar arzulayan general-polkovnik K.Vəliyev onlara seçdikləri şərəfli yolda xidmətlərini nizamnamələrin tələblərinə uyğun qurmağı, ədalətli olmağı, Vətənə sədaqətlə xidmət etməyi, tabeliklərində olan şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının, vətənpərvərlik hissinin daha da yüksəldilməsində məsuliyyətlə çalışmalarını tövsiyə edib.
Baş Qərargah rəisi “Zabit ixtisas hazırlığı kursu”nu yüksək balla bitirən ilk üç dinləyiciyə leytenant rütbələrini və sertifikatları təqdim edib.
Daha sonra Milli Müdafiə Universitetinin rektoru polkovnik Gündüz Əbdülov çıxış edərək gənc leytenantları təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb.
Gənc zabitlər adından çıxış edən leytenant İbrahim Əliyev, kurs müddətində qazandıqları bilikləri və praktiki vərdişləri xidmət yerlərində uğurla tətbiq edəcəklərinə, üzərlərinə düşən vəzifə borclarını layiqincə yerinə yetirəcəklərinə söz verib.
Sonra “Zabit ixtisas hazırlığı kursu”nu müvəffəqiyyətlə bitirən məzunlara sertifikatlar təqdim edilib, kurs birincisi tərəfindən rəmzi yaş kötüyünə xatirə lövhəsi vurulub.

Пікірлер
Xankəndidə - ERMƏNİ İLƏ QARŞILAŞDIM
36:57
Peleng
Рет қаралды 278 М.
From Small To Giant Pop Corn #katebrush #funny #shorts
00:17
Kate Brush
Рет қаралды 72 МЛН
Spongebob ate Michael Jackson 😱 #meme #spongebob #gmod
00:14
Mr. LoLo
Рет қаралды 10 МЛН
An Unknown Ending💪
00:49
ISSEI / いっせい
Рет қаралды 58 МЛН
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 11 МЛН
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub
5:27
GünAzTV - Güney Azərbaycan Televiziyası
Рет қаралды 38 М.
Ehtiyat zabit hazırlığı kursuna qəbul başladı
4:37
Xəbər Kanalı
Рет қаралды 216
Similarities Between Arabic and Sicilian
14:11
Bahador Alast
Рет қаралды 1,4 МЛН
How a former airborne trooper was welcomed in prison (with English subtitles)
10:40
Зона в кинематографе
Рет қаралды 14 МЛН
From Small To Giant Pop Corn #katebrush #funny #shorts
00:17
Kate Brush
Рет қаралды 72 МЛН