Qonağın üz mimikası və səsi o qədər şirindir ki,verilişə həqiqətən rəng qatır.Su kimi saflıq yağır üzündən.Sadəlövhlük mənasında yox,təmiz ürəkli biri olaraq bütün sevincli anları haqq edir."Söhbətgah"a və qonağa Uğurlar və eşq olsun...
@anaragayev78482 жыл бұрын
@@Sohbatgah biz sizə minnətdarıq bizim əzizlərimiz
@mammadhuseynliamrax6112 жыл бұрын
Qohumdu?)
@sebuhiaxundov6020 Жыл бұрын
Halaldı insan sərrafızız .Məndə bu fikirdəyəm
@durustsoz8637 Жыл бұрын
Aaa canim menim Lenkaranlim
@asikomezahiri5443 Жыл бұрын
@@mammadhuseynliamrax611 😂😂
@servialekberova2 жыл бұрын
Bütün dillər bir kənara, adamın necə gözəl və axıcı azərbaycancası var. Heç yorulmadan, rahatlıqla sonsuzadək dinləmək olar.
@diamondbaku9562 Жыл бұрын
kültür yox mədəniyyət
@Dark492382 жыл бұрын
Aslan Məmmədzadənin ilk növbədə diksiyası,enerjisi möhtəşəmdir,bir saniyə belə söhbətdən sıxılmadım,kaş daha da uzun bir podcast olardı.Hər güldüyünüz hissədə bizlərin də üzündə gülüş yaradırsınız ,sanki özümü orada imişəm kimi hiss edirəm,söhbətiniz o qədər səmimidir ki.... Bu il məzun olan biri olaraq artıq ingilscə danışa bilmək istəyirəm,qrammatikanı əla bilirəm,söz bazam yaxşıdır,dinləmə də,speaking'im zəifdir,eyni problemi mən də yaşayıram. Bu podcast çox yararlı oldu,təşəkkürlər, bu gözəl podcast üçün💚
@Freqat2 жыл бұрын
Gözəl çıxış idi Aslan bey, adam lap motivasiya alır sizin çıxışlarınızdan. Uğurlar Sizə!👍
@lalarasulzade51692 жыл бұрын
Sizi dinləmək həqiqətən çox xoşdur. Aslan bəyin enerjisi isə verlişə daha da rəng qatıb. :) Təşəkkür edirəm, uğurlar. 💙💚
@tahminaeliyeva829810 ай бұрын
Aslani 4 ildur izleyirem bu zaman erzinde ozume meqsed kimi qoydugun 4 dili danisiq seviyyesinde oyrenmisem. Aslan tek tuk insanlardir haminin regbetini qazanir hec kes ona qiciqi olmur ve nifrət etmir
@samirmemmedzade79402 жыл бұрын
Belə bir laihədə Aslan müəllimi görmək,onun təcrübəsindən və biliyindən yararlanmaq çox əla oldu.Bunun üçün Tural bəy,Əli bəy sizə təşəkkür edirəm ki, Aslan müəllimi dəvət etmisiz və Aslan müəllimədə təşəkkür edirəm ki, belə bir laihədə oldu və bizimlə dəyərli təcrübəsin bölüşdü.Yenidən Söhbətgah-da Aslan müəllimi görmək ümidiylə təşəkkürlər.
@mansuramm2 жыл бұрын
9 dil bilir, lakin səlis danışır. Digər dillərdən söz gətirmir nitqinə. Amma adam var, rus dillində 2-3 söz bilir və ya rus dili bölməsini bitirib, bütün cümlələrdə istifadə edir, yaxud türkiyəyə gedir gəlir türkcə danışır. Halbu ki, qarşılığı elə eynidi bizim dildə)) afərin düşür Aslana sadəcə 👍 Söhbətgah, maraqlı podcasta görə də siz sağ olun. Bir dilçi kimi mənə də çox maraqlı oldu😇🥰
@UzaqSahillerde2 жыл бұрын
Əziz Tural və Xəyyam, ilk növbədə cəmiyyət üçün lazımlı və faydalı layihə görə təşəkkürlər! Aslan bəyə isə söz yoxdu, belə gözəl, axıcı və aydın izah ilə dillər mövzsunu dinləmək zövq verdi.
@ulkerimanova79362 жыл бұрын
Sevimli Jale xanim.siz de bizim ucun cox faydalisiz☺️🤩☺️🤩
@Community132 Жыл бұрын
Allah seni qorusun Asaln Rebbim menim oglanlarima senin kimi dunya gorusu versin,sizler qeder daga dogrusu
@Шулик-м6л Жыл бұрын
Allahim seni bed nezerlerden qorusun balam bizim vetenimizde senin kimi ne qeder savadli mutexesisler calissa veten basilmaz olar
@vahidvahidli46832 ай бұрын
Əla.Təşəkkür edirəm hamınıza !
@meyvelerlesohbet5372 Жыл бұрын
Qoca:Orqanik bir veriliş alınıb.Maşallah.Allah ömür versin.Qabiliyyətli bir millətik.
@sayavushhuseynli56802 жыл бұрын
Söhbətiniz maraqlı oldu. Aslan bəyi şəxsən tanıdığım üçün söhbət xüsusilə maraqlı gəldi. Mən Aslan bəydən polyak dilini danışıq səviyyəsində öyrənirəm və 2 ayın nəticəsi özümü də təəccübləndirə bilib. İngilis dilində 500 söz bildiyim halda 5 cümlə qura bilmirdim. Amma polyak dilində 5 sözlə 20 cümlə qura bilirəm. Bu qurulan metodun nəticəsidir. Dil öyrənəndə artıq sözləri qırağa atın, beyninizi zorlamayın və danışıq üçün lazım olanları yadda saxlayın. Yəni bütün meyvələrin adını, təbiət hadisələrini, istifadəsi lazım olmayan sözləri əzbərləmək vacib deyil.Hətta 3 feillə 3 zamanı rahat öyrənə bilərsiniz. Mən bunun şahidi oldum. Maraqlı və faydalı işinizdə sizə uğurlar olsun.
@gulnazxalilova86802 жыл бұрын
Salam, Aslan bəylə necə əlaqə saxlamaq olar?
@kamilseyidov7814 Жыл бұрын
Tural və Xəyyam bəy cox sağ olun,qonaginiza da təşəkkür edirəm. Bu söhbətdən çox zövq aldiq,bir daha minnətdarlığımı bildirirəm və istərdim ki bizim bütün kanallar bu tipli verlişlər versin, boş boş, lazımsız şeylərlə insanların vaxtını almasınlar.
@maharrampashayev7142 жыл бұрын
Bitməyini istəmədiyim verlişlərdən biri. Zəhməti keçən hər kəsə təşəkkür edirəm. Mövzu o qədər maraqlı mövzudur ki,sualları bitməz heç vaxt və mən inanıram ki,Aslan kimi insan,bir mütəxəssis də bu sualları sevərək cavablandırar.... Buraxlışın mükəmməlliyini necə ifadə edim bilmirəm))
@arzualiyeva66352 жыл бұрын
Aslan bəyin qonaq olacağı günü çox arzulayırdım,çox sağ olun!
@asankimyaeh2 жыл бұрын
Halal olsun Aslan bəy,bu qeder bacarıqlı və bu qədər təvazökarlığı bir arada tutduğunuz üçün size eşq olsun
@aiulukhanova4279 Жыл бұрын
Aslan mellimin Ispan dili telebesi olaraq bildirmek isteyirem ki, 1 aydan sonra ispan dilinde danishmaq mohtewem bir hissdi, kursa gelmeyene geder buna inanmirdim, reyleri oxuyurdum ve yene de inanmagim gelmirdi ki bu mumkundur, amma dostlar mumkun imish! Bu cur metodika hec yerde yoxdur!! ❤ en gozel yatirim oldu 30 yashim erzinde etdiyim
@zibeydibrahimova3449Ай бұрын
@@aiulukhanova4279 salam sizin adınıza çox sevindim. Aslan mülləmlə əlaqə saxlamaqda mənə köməklik etsəniz çox sevinərəm. Əvvəlcədən təşəkkürlər.
@elchinmamedov7612 жыл бұрын
Çoxdan gözlənilən mövzu idi həmçinin cəmiyyətin yaralı yeridi bu movzu. Təşəkkurlər
@Juhud Жыл бұрын
Mende sevirem xarici dil oyrenmeyi ozum.ala babat bir birindrn cox fergli 4 dil oyrenirem.Sizin medeniyyetinize savadiniza dogma ana dilinizde danişiginiza heyran galdim.Azerbaycanin mohteşem bir gencliyi var Şukur Allahin birliyine 💚💙❤
@elnareislam4332 жыл бұрын
Azərbaycan dilinin bu qədər axıcı gözəl olduğunu bu gənc oğlannan duydum demək olar ki doğrudan da biz öz dilimizdən məişət dili kimi istifadə edirik.Uğurlar sizə.
@kamilqasimov90662 жыл бұрын
Bu müsahibəyə baxdıqdan sonra , nəinki xarici dilləri öyrənməyə maraq artdı,hətta Azərbaycan dili biliklərimə yenidən baxmaq həvəsi yarandı.Təbii, axıcı ünsiyyət müzakirəni çox zövqverici və faydalı edir.Həm aparıcılara ,həm də qonağa təşəkkür.
@НиколайДемарин-о2з2 жыл бұрын
Отличная передача.Спасибо ведущим и гостю за очень интересную тему
@khadijabaghirova6096 Жыл бұрын
Cox mukemmel.Axiracan cox zovqle dinledim. Mashallah bu yashda 9 dili serbest oyrenmeye nail olub. En esasi da odur ki oz dilimizi cox dilcilerden gozel ifade edir. Allah yolunu aciq elesin.
@윤기민-u8d2 жыл бұрын
O qədər gözəl canlı yayımlar edirsiniz ki çox böyük zövqlə sizi dinləyirəm.Zarafatlarınız,güldüyünüz zaman sanki ordaymışam kimi hiss edirəm.Fərqindəlik yaradan bir fikri sizdən aldığım zaman sanki aydınlanma yaşayıram.Sizi Orxan Şahbazın səhifəsi sayəsində kəşf etdim.Öz ana dilimizdə belə şirin,səmimi,faydalı yayımların olması sadəcə olaraq əvəzolunmazdır. Nə yaxşı ki varsınız,və nə yaxşı ki sizi kəşf etmişəm🌹🌹Aslan müəllimi Instagramdan uzun zamandır izləyirəm.Düşuncə tərzinə,savadına çox hörmət etdiyim insandır.Yayımlarınızın birində yenidən Aslan müəllimi görmək çox xoş olardı.Sevgilər əziz insanlar♥️♥️♥️♥️♥️
@tebessumelizade58422 жыл бұрын
yaxşı ki axşam baxmayib ,səhərə saxladım. necə pozitiv yüklendim, sizin güldüyünüz yerlərdə əməlli - başlı səsli gülürdüm. həyat gözümə rəngli görünməyə başladı bu səhər)) qonağa isə heyran qaldım. bütün suallara dolu dolu və effektiv cavablar verdi. təşəkkürlər " Söhbətgah"☺️
@arzumammadovansk2 жыл бұрын
Nece gozel insandi. Tesekkurler bele genclerle bizi taniw etdiyiniz ucun. Dinlerken hec yorulmur insan💙💚
@가팔르아이수2 жыл бұрын
Əvvəldən tanıdığım əla bir insan və tanış mövzu olsa da,bir dəfə tam bitirdim videonu.Çox maraqlı idi.Təşkilatçılara minnətdarlığımı bildirmək istərdim.Keep it up please!
@Шоколадка2018-т3т Жыл бұрын
Машаллах,аллах горусун бу огланы👌👏👏фехр еледим🇦🇿
@babushkadedushka75752 жыл бұрын
Əla izahladınız, doğurdan biz dilləri belə öyrənirik. Verdiyiniz məsləhətlər də çox məqsədəuyğundur
@Firdovsi_Tahirov2 жыл бұрын
Her birinize teşekkür edirəm. Var olun əziz insanlar 🙏🙏🙏
@leylasahquliyeva43112 жыл бұрын
O qeder maraqlı bir sohbet olub ki, maraq ve diqqetle ızledım, tesekkurler size✨
@aqilallahvernli35172 жыл бұрын
Növbəti möhtəşəm buraxılış.. Sayənizdə Aslan bəyi daha da yaxından tanıyıb rəğbət bəslədik. Təşəkkür edirik və Uğurlar!
@ОкимаНагиева Жыл бұрын
Çox xoş oldu bizə də. Dil öyrənməyə başladığım anda qabağıma çıxdı və motivasiya oldu. Təşəkkür edirəm ❤ Aslana da Heyran qaldım sadəcə
@aydanshixiyeva5186 Жыл бұрын
Çox faydalandım.Allah razı olsun.Əməyi keçən hər kəsə təşəkkür edirəm.❤
@masimfati Жыл бұрын
Aslan Məmmədzadə mənim idealımdır💯
@nilufertalibova2 жыл бұрын
Aslan bəyi dəvət etdiyiniz üçün minnətdaram. Bilik səviyyəsi, fikrini ifadəetmə bacarığı, təvazökarlığı və müsbət enerjisi xoş təsir bağışlayır. Xarici dil öyrənərkən onu maraq dairəsinə uyğun şəkildə öyrənmək həqiqətən faydalı üsuldur, bunu şəxsi təcrübəmdən də deyə bilərəm. İngilis dilini uşaq yaşlarından öyrənsəm də, dinləmə bacarığım yox idi, buna görə də dinləməkdən qaçırdım. Bir neçə il əvvəl bir mövzuya marağım yarandı və o mövzuda KZbin-da altyazı ilə videolara baxmağa başladım. Yeni başlayarkən danışıq mənə çox sürətli gəlsə də qısa müddət ərzində altyazı olmadan baxmağa başladım. Məktəb illərində isə musiqiyə marağım olduğu üçün ingilis dilində olan mahnıların sözlərini yazıb mahnını dəfələrlə dinləyib əzbərləyirdim. Bu, həm dinləmə bacarığının, həm də tələffüzün inkişaf etməsinə səbəb olurdu.
@hasanabisov3146 Жыл бұрын
Salam Nilufer xanım, mən ingilis dilini öyrənirəm inşAllah ki tam öyrənib bitirərəm, və bunu demək istəyirəm ki mən ingilis dilində kinolara baxıram altyazılı dinləyirəm, yeni başlamışam ancaq sözləri biraz başa düşürəm normal şəkildə, ancaq bəzi sözlər olur ki elə bilirəm ki sürətli deyirlər başa düşə bilmirəm, və əgər mən ingilis dilini tam öyrənsəm bütün sözləri yaxşı başa düşəcəm? Zəhmət olmasa deyərdiz🙂
@nilufertalibova Жыл бұрын
@@hasanabisov3146 Salam. Filmlərə baxdıqca dinləmə bacarığınız inkişaf edəcək və söz bazanız artacaq, ona görə də vaxt keçdikcə daha çox başa düşəcəksiniz.
@hasanabisov3146 Жыл бұрын
@@nilufertalibova Cavab verdiyiniz üçün təşəkkür edirəm 🙂
@pervizseferov17282 жыл бұрын
Həqiqətən çox güclü motivasiya oldum❤️
@aboutenglishinenglish17392 жыл бұрын
Salam, bu kanalı yeni kəşf etdim, niyə bu qədər gec deyə təəssüfləmdim. Xəyyam bəy və Tural bəy ilk öncə bu layihə üçün sizə böyük təşəkkür düşür. Bu platformada belə forrmatda kanalların olması çoxx müsbətdir, və təqdirəlaiqdir. Aslan bəyi dəvət etdiyiniz üçün ayrıca təşəkkerlər. 😍😍😍
@isgenderisgenderov7958 Жыл бұрын
Bu görüşdən heç xoşum gəlmədi çünki sonunda bitdi.)Nə yaxşi ki belə gənclərimiz var.Insana müsbət enerji verir.Düşuncə tərzini və baxiş prizmasini dəyişir. Uğurlariniz bol olsun 👍🏻👍🏻👍🏻
@m.senyorita5942 жыл бұрын
Ilahi nece de maraqlı podcast izledim😍 Bitirdikden sora yeniden izlədim. Hem guldum, həm maarifləndim. Bir sozle de coox maraqli idi. Yeniden Aslan beyi çağırın cox xahiş edirəm
@samirfrzliyev8948 Жыл бұрын
Əhsən qardaşlar sizə belə qonagi dəvət eləmisiniz Aslan müəllimi necə tapa bilərik cox sagolun ugurlar sizə👏👏👏
@agayevmeded3233 Жыл бұрын
Nə gözəl bərnamə , axıra qədər baxdım doymadım . Aslan balaya uğurlar .
@xumarumid72612 жыл бұрын
Bir sözlə, mükemmel idi bu proqram...
@merihesenova1947 Жыл бұрын
Salam ve şağolun uşaqlar. Çooox motivasiya aldığım bir söhbet oldu.Hetda yaşımı bele unutdum.Her üçünüze sağlam can,sağlam heyat arzulayıram. Aslan müellime süsusi teşekkürler.Çox dil bilmeyi özüne qalsın,süretli danışmağına baxmayaraq dilimizi nece gözel teleffüz etmeyine heyran oldum. Dinledim ve zövq aldım.Kaş elm öyrenmeye bütün gencler hevesli olsunlar.Neceki Aslan bala dedi:meruz qalsınlar.(yeni başqa yol yoxdur) Her birinize teşekkürler.
"Səhər yeməyini"fransızca praktika etmək,,,və s. Çox maraqlı oldu,çox təşəkkürlər 👍
@ArzuShirin2 жыл бұрын
İngilis dilini çox bəyənirəm, dinlədiklərimi də 90% anlayıram amma qətiyyən həvəs tapmıram tam məşğul olmağa. Çünki öyrənməkdə məqsədim və ətrafımda da praktika etməyə insan yoxdur. Bu buraxılış üçün təşəkkür edirəm🥰
@sonaaliyeva2996 Жыл бұрын
Bele bir maraqli, werliwe ve movzuya,coxdandir ki,rast gelmirdim.Aparicilara ve qonaga tewekkurlet...
@nilufrhuseynova64592 жыл бұрын
İnanılmaz dərəcədə maraqlı diskussiya. Vaxtın necə keçdiyini hiss etmədim. Yeni bir dilin öyrənilməsində və onun tədris olunmasında ən vacib olan düzgün metodikadır. Xüsusilədə dil öyrənilmədə oyunların rolu danılmazdır. Hər birinizə uğurlar!
@melahetasgarova8716 Жыл бұрын
Mukəməl verliş idi ,Aslan bəy o qədər səmimi şirin söhbət elədi ki, halal olsun belə gənclərimizə🥰
@ceyranhasanli8616 Жыл бұрын
Alqışlayırıq👍👍👍
@faqetrzayev97702 жыл бұрын
həmeşə olduğu kimi yenədə maraqlı mövzu, təşəkkür
@saidaquliyeva56062 жыл бұрын
Sizə və qonağınıza təşəkkürlər.İki övladımla izlədim və çox zövq aldıım.👏👏👏
@aydinshahgaldiyev17632 жыл бұрын
2 ci hissəni gözləyirik
@elchinqasimov54632 жыл бұрын
Super buraxılış alınıb! Əhsən!
@CINGIZAGAYEV-c3n8 ай бұрын
Bu zaman qeder izlediyim super video
@cinarmustafayeva2772 жыл бұрын
Həm mövzu maraqlıdır həm qonaq😍 Hər birinizə təşəkkürlər
@shahinpashayev Жыл бұрын
Möhtəşəm, təşəkkür edirəm
@gunayeliyeva0012 жыл бұрын
Çoox təşəkkürlər. Çox axıcı, faydalı və maraqlı söhbət idi
@turkannabiyeva43572 жыл бұрын
Qonaq möhteşemdir!bu yaşda insanin bu seviyyeye gelmesi ayrica möhteşemdir!
@salehvalehoglu2 жыл бұрын
O qədər maraqlı söhbət oldu ki, bitməsini istəmirdim) Aslan bəy, möhtəşəmsiz. Çox sağolun, Tural bəy, Əli bəy. Əlasız. Aslan bəyi yenidən görmək ümidi ilə 🧡👍🏻
@elcinamanov60522 жыл бұрын
Aslan beyde dəhşət enerji var idi ister istəməz adama transfer olur,aparıcılar isə çox yorğun idilər amma podkast ela alınıb)))
@fidantalibova11802 жыл бұрын
Tural bəy və Xəyyam bəy, öncəliklə maraqlı, informativ layihənizə görə sizə təşəkkür edirəm, uğurlarınızın davamlı olmasını diləyirəm. Aslan bəy ilə söhbətiniz də çox maraqlı, müsbət emosiyalarla bol, düşündürən verilişlərdən oldu.
@aygulaygun72952 жыл бұрын
Dillerin insan psixologiyası uzerindeki tesiri cox yaxsi analiz edildi tesekkurler , 🤗
@rhimkrimov11292 жыл бұрын
Çoxdan gözlədiyim qonaq... İnsana ötürdüyü müsbət enerji nəyə desəniz dəyər.
@nezrinkerimova10002 жыл бұрын
Salam. Aslan beyin instaqram sehifesini bilirsizse yaza bilersiz? Axtardim tapa bilmedim.
@turanaaliyeva6992 жыл бұрын
Nehayet ki Aslan beyi devet etdiniz,cox teshekkur edirem😊
@bestasdasos Жыл бұрын
İnşAllah bu kanal daha uca yerlərə çıxar, çünki özüm qarışıq gənclərə böyük bir ilham və göstəriş verir. Uğurlar olsun Bəylər!🇦🇿✊✨
@agvqara11512 жыл бұрын
49:59 Macar dili ural dil ailəsinin fin-uqor qrupuna daxildir.
@kikidan12 жыл бұрын
Necə gpzəl ruhlandırıcı, xoş söhbətgah oldu, mən də ən azı ingilis dilini ortadan da bir üst səviyyədə öyrənməyi hədəfləmişəm, buradan özüm üçün bəzi nəticələrə gəldim, təşəkkür edirəm
@elnaraaghayeva67112 жыл бұрын
Çox maraqlı müzakirədir. Dillər və xalqlar hissəsinə aid bir fikir bildirmək istərdim. Georgiy Qaçevin "Xalqların mentallığı" kitabında təxminən belə bir şey yazılıb ki : xalqın xarakterini, menalitetini tanimaq istəyirsənsə gün ərzində ən çox istifadə etdiyi sözlərə və haqqında danışdığı mövzulara fikir ver.
@aynurahmedova8249 Жыл бұрын
Bele gencleri gorende insan cox boyuk qurur duyur🙏
@elsanaeyvazova25662 жыл бұрын
🤩 Hər zamanki kimi yene möhtəşəmsiz, Aslan bəy😍
@DanceAbilityAzerbaijan Жыл бұрын
Sonuna qədər dinlədim! Axıcı, səmimi və maraqlı bir söhbət!
@rovsanaliyev4372 Жыл бұрын
eshg olsun
@ulvi_tagizade2 жыл бұрын
Ən uyğun vaxtda izləyəcəm. Hər yorumu bəyənmək bir xatırlatmadır :)
@hsnova48362 жыл бұрын
1 saat yorulmadan baxdım, möhtəşəm 👍
@nerminfeyzullayeva20 Жыл бұрын
Həmişəki kimi möhtəşəm 👍 Çox sağ olun 💚
@MS-mr5hv2 жыл бұрын
Bu dəqiqə bir yoldaşımdan dil öyrənmək haqqında soruşurdum ki bildirim gəldi həmişə ki kimi səmimi və maarifləndirici söhbət olub çox sağol olun💜💜💜
@UlkerBayramova-p8s10 ай бұрын
Əhsən maşallah belə gənclərə Allah sizi qorusun
@peacefulman54742 жыл бұрын
Çox gözəl, səviyyəli, kaliteli bir conversation idi. Bir dil həvəskarı olaraq mənə çox ləzzət elədi. Çox şükür uşaqlıqdan maraqlandığım bütün dillərdə tələffüzüm çox yaxşı olub. Buna görə də dillərə qarşı həvəsim hər daim yuxarılarda olub. Hər dövr bir dilə meyil edib qrammatika və söz bazasıyla tanış olmuşam amma çox heyif üstünə düşməmişəm indiyə qədər. Hal-hazırda lazımi qədər İngiliscə bilirəm və öyrənirəm, hər gün listening edirəm. Yanına da Fransızca qoymuşam. (Daha sonra favori ölkəm Yaponiyanın dili) Fərqli dil bilən insanlara xüsusi simpatyam var və onları daha üstün görürəm. Dil öyrənməyi dayandırmayın. Hamımıza uğurlar💙
@gulgunmammadli44472 жыл бұрын
Aslan bəy yüksək səviyyəli professional olmaqla yanaşı çox gözəl insandır.Allah sizi var etsin hər zaman!❤️
@islambaxs6020 Жыл бұрын
Respect Aslan bəyə, hamıya
@xadicamammadova17622 жыл бұрын
Bitməməsini istədiyim bir buraxılış idi. Əla 👍🏻
@sevincakberova55362 жыл бұрын
Çox maraqlı söhbət oldu. Videonu açdım vaxt su kimi axıb getdi. Birdə gördümki sağollaşırsız artıq.))))
@serxanrustemovvlog2 жыл бұрын
Aslan müəllim möhtəşəmdir, sizə də təşəkkür, belə insanları tanıtdığınız üçün, Turalın dil insanı xoşbəxt edə bilərmi sualı zamanı bir lətifə yadıma düşdü, onu bölüşüm: Türk lətifəsidir, Təməl və Dursuna bir nəfər yaxınlaşır, ingiliscə yolu soruşur, bunlar başa düşmürlər, ruaca soruşur başa düşmürlər, bu da poliqlot olur, 7 fərqli dildə soruşur, xeyri olmur, əsəbiləşib çəxəb gedir, Dursun deyir ki, 1 dil öyrənək gərək, Təməl də cavab verir, adam 7 dil bilir, dərdini anlada bilmədi😁
@gunelbakhshali2 жыл бұрын
Dillər barədə Aslan bəy qədər maraqlı danışan azərbaycanlı varmı görəsən? adamı yormur, həvəsləndirir və məlumatlarıyla öyrədir💙
@arzuguliyeva112 жыл бұрын
Çox faydalı və əyləncəli söhbətə görə təşəkkürlər
@aygul50052 жыл бұрын
Möhtəşəm!👌
@samadmehriban2 жыл бұрын
Sağ ol Aslan, nəhayət niyə rus dilini sevgi dili kimi qəbul etdiyimi anladım✌🏻
@gulnar.werifova2 жыл бұрын
Çox gôzel podcast oldu.Aslan beye de Uqurlar
@SayyadAlizada11 ай бұрын
cox maraqli podcast alinib😍
@validamammadzada24622 жыл бұрын
Aslan müəllimə eşq olsun! Hər yerdə zirvədə 🤩
@sadimamedov8102 жыл бұрын
Bu dəfə möhtəşəm bir insanı dəvət etmisiniz.
@gurbanovali64552 жыл бұрын
Çox yaxşı idi. Çox məlumat aldım. Bu mövzu haqqında Orxan Həsənovu da görmək istəyərdim
@human.54522 жыл бұрын
Ləzzət elədi video.Həm bir çox yeni şey öyrəndim, həm də maraqlı idi söhbət.
@gullusohbetler2 жыл бұрын
Zamanınızı bize ayırdıgınız uçun çox sag olun 🙏🙏🙏
@YunisMammad2 жыл бұрын
52:21 məndə də bu bacarıq var. Aslan bəyin dediyi kimi doğrudur bir çox dillərdə musiqi dinləməyi sevirəm maraqlıdır, əhvalımdan da aslı olur bəzən. Mən də belə düşünmüşdüm.