O, maşınını hansı fabrikin divarına çırpıb? - Tanımadığınız Alim Qasımov

  Рет қаралды 16,211

1000 Production

1000 Production

Жыл бұрын

#1000production #birivar #trend
Videoda Alim Qasımov yutub kanalındakı videomaterillardan ( • Alim Qasımov - Bağışla ) istifadə edilmişdir.
Videoda Alim Qasımov yutub kanalındakı videomateriallardan ( • Alim Qasımov - Xatirədir ) istifadə edilmişdir.
Videoda Alim Qasımov yutub kanalındakı videomateriallardan ( • Alim Qasımov - Bağda Ə... ) istifadə edilmişdir.
Videoda nurham78 yutub kanalındakı videomateriallardan ( • Alim Gasimov & Almaz E... ) istifadə edilmişdir.
Videoda Saleh Nasirov yutub kanalındakı videomateriallardan ( • KAYIRMIYOR 🤦🏻‍♂️ ( kay... ) istifadə edilmişdir.
Videoda Alim Qasımov yutub kanalındakı videomateriallardan ( • Alim Qasımov vs David ... ) istifadə edilmişdir.
Tərəddüdsüz onu Azərbaycanın gəlmiş-keçmiş ən böyük sənətkarlarından saymaq olar. Həm ölkədə, həm dünyada tanınan bu şəxsiyyət özü çox sadə həyat sürür.
Biri var, musuqinin alimi Alim Qasımov....
Alim Həmzə oğlu Qasımov 1957-ci ildə Qobustanın Nabur kəndində anadan olub. Dünyaya gələn körpəyə atası Həmzə və anası Mədinə xanım Pənah adını verirlər. Zəif olduğundan xəstəlik keçirən uşağı Bakıya qədər gətirirlər. Anası bir qadının məsləhəti ilə oğlunun adını dəyişir ki, bəlkə düşərli olar. Elə də olur, Pənahın adını dəyişib Alim qoyandan sonra uşaq sağalır.
Bakıda "Karamel" fabrikinə sürücü kimi işə düzəlir, maşın sürə bilmədiyindən elə həmin gün yük maşınını fabrikin divarına çırpır. Beləliklə, bu, fabrikdə ilk, həm də son iş günü olur. Sonra dəmiryol deposunda vaqon təmiri üzrə usta, tikintidə montyor işlərinə düzəlsə də, heç birində çalışa bilmir. Xanəndə həmin günləri belə xatırlayır:
“Ailədə ata-anama kömək etmişəm. Təsərrüfatımız, mal-qaramız çox olub. Yadımdadır ki, uşaq olanda ata-anamla Sabunçu vağzalında qatıq, pendir satırdıq. Bir az böyüyəndən sonra fəhlə işlədim. Sonra isə sürücü işlədim. Əsgərlikdə də sürücülüklə məşğul olmuşam. Axırda gördüm ki, heç nə əmələ gəlmir, muğama üz tutdum".
Sinxron:
Çox gənc yaşda Tamilla adlı xanımla ailə quran xanəndənin muğama gəlişində mərhum aktyor Səyavuş Aslanın rolu olub. Alim Qasımov bu haqda deyr:
"Mən hər işlə məşğul olmuşam. Evləndim, pul qazanmağa çalışdım, çox işlər gördüm, olmadı, alınmadı. Axırda belə oldu ki, mən musiqi məktəbinə girməliydim, pulum da yoxdur. Qaynanam getdi qohumu Səyavuş Aslanın yanına. Səyavuş Aslan böyük aktyor idi. Ona dedi, o da məni havayı o məktəbə düzəltdi. Mən oraya girən kimi səsimə heyran qaldılar. Onda bildim ki, məndə nəsə var".
Qəbul imtahanına gedəndə təzə köynəyi olmur. Atasının köynəyini geyinib gedir. Quş isə onun köynəyini batırır. İmtahana çirkli köynəklə girəcəyi onu bərk məyus edir. Ancaq kənardan kimsə ona deyir ki, bu xoşbəxtlik əlamətidir. Belə də olur. O, imtahandan 5 alır.
Xanəndənin sözlərinə görə 40 ildir pəhrizlə dolanır. Xarici dillərdən yalnız rus dilini orta səviyyədə bilir. Ən çox xoşladığı qərb ifaçısı isə Pavarotti olub. Uzun illərdir ki, o, bütün rəsmi geyimlərdən və qalstukdan imtina edib. Xeyli zamandır araqçın qoymasını isə Alim Qasımov imic üçün yox, üşüdüyü üçün etdiyini etiraf edir: “Başım üşüyür, konsertlərdə kondisioner işləyir, qrip oluram. Ona görə çarə kimi araqçın qoydum”.
Türkiyədə konserti ərəfəsində məşhur aparıcı Okan Bayulgenlə müsahibədə aparıcının istofadə etdiyi bir feil Azərbaycanda gündəm oldu. Azərbaycanlı əksər tamaşaçılar Okanın bu sözdən bilərəkdən istifadə etdiyini bildirərək onu qınadı
Xanəndə 6-7 saat fasiləsiz və qüsursuz oxuya bilir. O bunu səsinin ilahidən gəlməsi ilə əlaqələndirib:
“Toya gedəndə görürdüm ki, birdən nəsə çıxdı, onu yazırdım. Yolda qoyurdum, evə gələnə qədər qulaq asırdım, ağlayırdım. Sonra evə gəlirdim, evdəkiləri yuxudan oyadırdım, onlara da qulaq asdırırdım, onlar da ağlayırdılar. Elə vaxt olub mən ağlaya-ağlaya oxumuşam. Öz oxumağıma ağlamışam. Mən toylarda oxuduğum dövrü "qaydasız döyüş" dövrü adlandırmışam. Kim haradan gəldi vururdu. İndiki dövrə nə var ki? Hamı əlcək geyinir, özünü qoruyur, mikrofonu götürüb oxuyur".
2012-ci il mayın 26-da Alim Qasımov Bakıda keçirilən 57-ci Avroviziya Mahnı Müsabiqəsinin final mərhələsində Azərbaycan təmsilçisi Səbinə Babayeva ilə eyni səhnəni paylaşıb. 2015 Avropa Oyunlarının açılış mərasimi Alim Qasımovun canlı muğam ifası ilə başlayıb. Daha sonra Alim Qasımov Bakı Olimpiya Stadionunda qaranlıqda uçan xalça üzərində muğam oxuyub. Bu ifa əslində müğənniyə böyük çətinlik bahasına başa gəlib. Yıxılmamaq üçün onun belinə qalın tros bağlayırlar.
Alim Qasımov bu gün Azərbaycanı dünyada ən çox tanıdan xanəndədir. O, dünyanın bir sıra məşhurları və tanınmış qruplarla duetlər oxuyub, konsertlər verib.
Ustad sənətkara can sağlığı arzulayırıq...

Пікірлер: 24
@user-nx3er6sq8z
@user-nx3er6sq8z 6 ай бұрын
Alim Qaslmov mugamln dahisidir Allah senetkarl qorusun
@mehpareshabanova9410
@mehpareshabanova9410 Жыл бұрын
Allah ömür versin senetkarımıza. O hemde yaxşı insandı
@melahetimanova8624
@melahetimanova8624 Жыл бұрын
salam alim qasimov coooox gözel insandir hetta kasiblara cooox vstvnvy verendi allah ömvr versin☝️🙏🌞🇦🇿🇦🇿🇦🇿
@saraorucova5367
@saraorucova5367 Жыл бұрын
Alim qasimov ğözəl insan dahi müğənnidir,Allah ömür versin.
@adem3935
@adem3935 Жыл бұрын
Allah can sağlığı verin sənətkarımıza.
@sanubermuradova696
@sanubermuradova696 Жыл бұрын
Allah. Şəhidlərimizə. Rəhmət. Eləsin
@gulagarefiyev2643
@gulagarefiyev2643 4 ай бұрын
Alimdən başqa muğam ustalarından Biləcəridən o yana keçən olmayıb. Dahi Alim müəllim muğamla bərabər Azərbaycanımızı dünyaya tanıtdı Alimə minnət borcumuz var
@xaleddinmahmudov8974
@xaleddinmahmudov8974 Жыл бұрын
Mən çox istəyirəm ki, Azərbaycanımızın ALİMİNİ VƏ onun AİLƏSİNİ( QIZI Fərqanəni nəzərdə tuturam) Televiziyalarda yayımlanan Şou Biznes qalmaqalına qatmayın Dəyərli insanlarımıza hörmətlə yanaşaq Bu ən azından bizim MƏDƏNİYYƏTİMİZDİR
@azrbaycan8403
@azrbaycan8403 Жыл бұрын
Çox təssüf edirəm ki muğamdan xəbəri olmayanlar muğam haqqında söz söylüyürlər Özü də kimin oxumağin analiz edirlər böyük sənətkar Alim Qasımovun
@musviqibrahimov5333
@musviqibrahimov5333 Жыл бұрын
Allah ömür. Versin.sadə. insan.
@elmiraquliyeva6724
@elmiraquliyeva6724 Жыл бұрын
Allah ömür versin. Amin.
@gulagarefiyev2643
@gulagarefiyev2643 4 ай бұрын
Alim müəllim muğamın dahisidir.
@babaseyidseyidov8275
@babaseyidseyidov8275 Жыл бұрын
Sən də sağ ol ki, düzgün realizə edirsiniz, hamını.
@vaqfmusayev5262
@vaqfmusayev5262 Жыл бұрын
Alim Qasimov kozel, sade bir insandir. Amma o xanende yox, mersiyexandir. Muqamlarimizi berbad kune qoyub
@simuzerehmedova7646
@simuzerehmedova7646 Жыл бұрын
İncimə, oğlum. Sənin verilişini mən nəzakətsizlik və hətta qərəzli hesab elədim. Elə şeylər var ki, onu ağatmazlar, üstündən keçərlər.
@xrustemova5039
@xrustemova5039 Жыл бұрын
АЛИМ МОЛЛАДЫ.
@SaraSarabaku-en6ex
@SaraSarabaku-en6ex 24 күн бұрын
Ustunde senin oxuyar
@teraneteranem2294
@teraneteranem2294 Жыл бұрын
Nabur yox qurbanci kəndində anadan olub
@SerdArt
@SerdArt Жыл бұрын
*******
@ilhamagakisiyev6563
@ilhamagakisiyev6563 Жыл бұрын
Esil senatkar sade olmalidir maskivic wiquli surmelidir
@xrustemova5039
@xrustemova5039 Жыл бұрын
ЙЕРДЕ ОТУРУБ МЕРСИЙЕ ДЕЙИР. О ГЫЗЫДА СУРУЙУР ДАЛЫЙЧА. О АДЫ НЕДЕН ВЕРИБЛЕР. ХЕЕ СЕСИ ВАР.😂😂😂
@serdaramin1910
@serdaramin1910 Жыл бұрын
*******
Oxuyur Alim Qasımov
3:32
İCTİMAİ TV
Рет қаралды 39 М.
Alim Qasımov ustadı Ağaxan Abdullayev haqqında nə dedi?
5:47
İCTİMAİ TV
Рет қаралды 50 М.
7 Days Stranded In A Cave
17:59
MrBeast
Рет қаралды 63 МЛН
Harley Quinn's plan for revenge!!!#Harley Quinn #joker
00:49
Harley Quinn with the Joker
Рет қаралды 31 МЛН
SCHOOLBOY. Последняя часть🤓
00:15
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 12 МЛН
天使救了路飞!#天使#小丑#路飞#家庭
00:35
家庭搞笑日记
Рет қаралды 79 МЛН
Alim Qasımov hansı müəllimindən qorxurdu?
4:00
İCTİMAİ TV
Рет қаралды 23 М.
Rasim Balayev şeir söylədi, Alim Qasımov isə müşayiət etdi
1:31
Komedixana  378-ci Bölüm 17.08.2024
1:04:50
Komedixana
Рет қаралды 343 М.
Reklam-adam Əlibəy Məmmədov məşhur olmaq barədə
39:18
7 Days Stranded In A Cave
17:59
MrBeast
Рет қаралды 63 МЛН