Qədim Bakı kəndləri - Maştağa

  Рет қаралды 40,133

Azerbaijan Realities

Azerbaijan Realities

Күн бұрын

Qədim Bakı kəndləri - Maştağa
Bakı şəhərinin ən böyük yaşayış məskənlərindən olan Maştağa kəndi qədim tarixə malikdir. Kəndin adı və tarixi haqqında müxtəlif fikirlər var. Görkəmli Azərbaycan tarixçisi A.Bakıxanov “Gülüstani-İrəm“ əsərində Maştağa toponiminin eramızdan əvvəl V-VI əsrlərdə yaşamış “massaget“ türk tayfalarının adından götürüldüyü fikrini irəli sürüb. Digər mənbələrdə isə Maştağa “məşq meydanı, “məşq edilən yer“ mənasını verən “Məşəqqətum“ sözündən yaranması fikri də ehtimal edilir. Bəli, Maştağanın hər küçəsi, hər döngəsi onun qədim tarixini yaşadır.
Maştağa Bakıda ən çox məscidi olan kənddir. 1939-cu ilin məlumatına görə, kənddə 36 məscid və 4 pir olub. Cümə məscidinin ətrafında aparılan tikinti işləri zamanı Maştağanın qala divarlarının qalıqları, çəkisi 40 kq olan böyük bir küpün içərisində XII-XIII əsrlərdə Şirvanşahlar dövlətində kəsilmiş mis pullar aşkar edilib.
Kənddə üç böyük məhəllə var. Bunlardan ən əsası Hunxarlar məhəlləsidir ki, bu əhali soy-kökü etibarilə qədim Hun türkləridir. Seyidlər məhəlləsində isə Rəhmkəndi, Kühəç məhəlləsi yerləşir. Onlar İrandan Maştağaya gəlmiş axına aiddir.
3-cü böyük məhəllə isə “Keçərlər“ adlanır.
Hər məhəllənin özünəməxsus məşğuliyyəti varmış. Seyidlər məhəlləsi heyvandarlıqla, Xunxarlar məhəlləsi bağçılıqla, Keçərlər məhəlləsinin
sakinləri isə əkinçiliklə məşğul olublar.
Maştağada Qum Hamamının, ovdanların, qəbirüstü abidələrin, bir çox məscidlərin mövcudluğu göstərir ki, bu ərazidə yaşayış məskəninin tarixi çox qədim dövrlərə gedib çıxır.
Maştağanı digər Bakı kəndlərindən fərqləndirən faktlardan biri də kənddə bir neçə ziyarətgah və çıldağların olmasıdır. Çıldağların ən tanınmışı isə
“8 qapı “, “Qorxu piri” adları ilə tanınan Aqil baba türbəsidir. Maştağa əhalisi 1918-ci ildə erməni daşnak birləşmələrinin azərbaycanlılara qarşı soyqırımı zamanı böyük qəhrəmanlıqlar göstərib. Ermənilərə qarşı döyüşdə Qoçu Mürsəlin dəstəsi
daha çox fərqlənib. Maştağalı Miribrahim Ağanın, general Həbibbəy Səlimovun xidmətləri xüsusi qeyd edilməlidir.
Tarixən qoçaq, mərd olan maştağalılar Böyük Vətən müharibəsində də silaha sarılaraq döyüş meydanlarında əsl qəhrəmanlıq nümunələri göstəriblər. İgid təyyarəçi Məzahir Abbasovun, Midhəd Əkbərovun adını daim ehtiramla xatırlayırlar. Azərbaycanın hərb tarixində Heybət Heybətovun böyük xidmətləri var.
Maştağa həm də görkəmli elm, mədəniyyət və sənət beşiyi olub. Təsadüfi deyil ki, Bakı kəndləri arasında ilk dəfə Maştağada “Kəndli klubu“ yaradılıb.
Bu kənd meyxana oçağı kimi tanınır. Bakının tanınmış meyxanaçıları əsasən bu kəndin yetirmələridir.
Bəli, Maştağa kəndi gündən-günə müasirləşir. Ölkədə aparılan islahatlar qəsəbənin ümumi fəaliyyətində də öz əksini tapır. Qəsəbədə yeni-yeni sosial obyetklər tikilib istifadəyə verilir. 2001-ci ildə qəsəbədə açılmış müasir idman kompleksi Maştağanın ictimai-siyasi həyatında mühüm yer tutur. Qəsəbədə yeni ev muzeyi fəaliyyət göstərir.
Heydər Əliyev Fondunun dəstəyi ilə Maştağa qəsəbəsindəki 21 saylı "Təbəssüm" uşaq sanatoriyası yenidən qurulmuş və müasir avadanlıqlarla təchiz olunaraq istifadəyə verilmişdir.

Пікірлер: 154
@zetozeyalov119
@zetozeyalov119 5 жыл бұрын
Mən masdagali deyiləm.amma torpağına qurban olum mastaganin.bu torpagdan imanlilar çıxır.kisilər çıxır bu torpaqdan.
@cavidqurbanov2238
@cavidqurbanov2238 2 жыл бұрын
Cox sagol Kishi Oglu
@imamlarmizdanhedisler
@imamlarmizdanhedisler 6 жыл бұрын
indi Mastagada Mastagali gorende adam sevinir
@ilqarbakinskiyali.2628
@ilqarbakinskiyali.2628 4 жыл бұрын
Salamlar olsun bütün Bakı Kəndlərinə.🇦🇿🤝🤘
@eldarbabayev1246
@eldarbabayev1246 9 ай бұрын
Əleykum salam Eldar zığ kəndindən
@ekremehmedov1521
@ekremehmedov1521 7 жыл бұрын
Maştağadı kendimiz bizim Allah rehmet elesün meşedini
@zetozeyalov119
@zetozeyalov119 5 жыл бұрын
Salam Bakıda canım qurban nə qədər gəlmə var lakin adət ənənəsini saxlayıb Bakı.kisiləri qeyrətli qadınları namuslu.
@SamsungJ-qx8dy
@SamsungJ-qx8dy 4 жыл бұрын
ALLAH REHMET ELESİN MİR İBRAHİM AGAYA.ONUN COX HAQQİ OLUB MAŞTAGA KENDİ UCUN.DEDE BABALARDAN COX EŞİTMİŞİY MİR İBRAHİM AGA HAQQİNDA
@namiqhadiyev2906
@namiqhadiyev2906 4 жыл бұрын
Allah olenlerive rehmet elesin
@ekremehmedov1521
@ekremehmedov1521 7 жыл бұрын
Maştağadı kendimiz bizim Allah rehmet elesün meşedini
@nicatbabayev7993
@nicatbabayev7993 4 жыл бұрын
Gözəl kəndim Maştağa.Yasasin Mastagalilar
@bakili3102
@bakili3102 7 жыл бұрын
Canim kandim Mawtagam
@seriyyebabayeva2398
@seriyyebabayeva2398 6 жыл бұрын
Qurban torpagina Can Baki !
@badukub8231
@badukub8231 4 жыл бұрын
Mawtaqadan salam
@__ibrahim____mastagal__3699
@__ibrahim____mastagal__3699 4 жыл бұрын
...
@ramilazeribuzovnali3419
@ramilazeribuzovnali3419 6 жыл бұрын
Men Buzovnaliyam Amma Mastaga Menim 2 Kendimdi Ve Gozel Kentdi
@elnursttarov8716
@elnursttarov8716 4 жыл бұрын
ƏMİRCAN KƏNDİNNƏN MAŞTAĞA KƏNDİNƏ SALAM OLSUN ALLAH SÜZDƏRİ QORUSUN VAR OLUN
@ЭльханЭльдаров-и5н
@ЭльханЭльдаров-и5н 3 жыл бұрын
Əleyкümə salam. Allah haci Agaxana rəhmət eləsin, gözəl ustad , gözəl insan.. Yaşasın Bakı
@bassmusic-on7544
@bassmusic-on7544 5 жыл бұрын
Bakinin en qeyretli kendi MAŞTAĞA
@hoooooyeony4276
@hoooooyeony4276 4 жыл бұрын
Bakinin her kendi qeyretli qaqash yazdigin soze diqqet ele
@lamkaabdulova7483
@lamkaabdulova7483 7 жыл бұрын
canım kendim yaşasın xunxar mehlede var olsun maştağam
@edaletabdullayev5357
@edaletabdullayev5357 7 жыл бұрын
heye valla oz dogma yervi hecne vermi valla
@lamkaabdulova7483
@lamkaabdulova7483 7 жыл бұрын
edalet abdullayev sən hansı mehledensen
@edaletabdullayev5357
@edaletabdullayev5357 7 жыл бұрын
men ateist terefde qaliram o kuceninde adi xanlar geedir
@edaletabdullayev5357
@edaletabdullayev5357 7 жыл бұрын
elizahab gilini taniyirsan oda xunxar kucesinde qalir
@lamkaabdulova7483
@lamkaabdulova7483 7 жыл бұрын
edalet abdullayev hə oldum mən indi orda yaşamıram ailə qurub çıxmışam Razinde oluram
@Македон-д9ь
@Македон-д9ь Жыл бұрын
Салам Машатага кендине Москва-- Товуз. чорек верен инсанлар вар Аллах аманында оласыз.
@ss.0175
@ss.0175 2 жыл бұрын
👍👍👍👍👍👍👍❤️həri bizim məkan ...
@azerveliyev6623
@azerveliyev6623 7 жыл бұрын
Mastağa əla kənddi
@alikalik2874
@alikalik2874 4 жыл бұрын
Mastagali ol mastagada yasama agilli ol
@yusifmustafayev6240
@yusifmustafayev6240 6 жыл бұрын
kendim menim Maştağa hen gözel şeyler bizim kentde olub bir sözle
@kamrankerimov2016.
@kamrankerimov2016. Жыл бұрын
EŞQ OLSUN ÖLMƏZ, SONSUZ, VƏ ƏBƏDİ AZƏRBAYCAN MƏMLƏKƏTİMƏ!!! K.kerimovich!!!...
@elsenrehimov8255
@elsenrehimov8255 6 жыл бұрын
Canim kendim
@emilio16
@emilio16 5 жыл бұрын
Boyuk kanddir , bir tarafda Nardaranla , Buzovnayla, Bilhaghnan, Bina tarafada Yolu var vaxti ile 100 min ahalisi olub indi balkamda cox
@nicatmelikov2826
@nicatmelikov2826 7 жыл бұрын
Canim Kendim
@Veteran712
@Veteran712 6 жыл бұрын
super canim kendim:)
@fatimeaxmedova6394
@fatimeaxmedova6394 5 жыл бұрын
Gozel kendim
@fuad981
@fuad981 4 жыл бұрын
Can kəndim
@ss.0175
@ss.0175 2 жыл бұрын
👍👍👍👍👍👍👍❤️həri bizim məkan ...
@maqaqambarov1232
@maqaqambarov1232 5 жыл бұрын
Can kendim meştağa
@zulfiyyquliyeva832
@zulfiyyquliyeva832 3 жыл бұрын
Canim Mastagam
@mehrihuseyinova3110
@mehrihuseyinova3110 2 жыл бұрын
Bakının nə gözəl kəntləri var
@elnurbakl8152
@elnurbakl8152 3 жыл бұрын
Abbasqulu ağa Bakıxanov Xileli Emircanli olub Allah rəhmət eləsin.
@veliehmed490
@veliehmed490 4 жыл бұрын
XUNXAR TAT DİLİNDƏ QAN İCƏN DEMƏKDİ. BAKI VƏ ƏTRAFDAKI KƏNDLƏR TÜRK TAYFALARI ÜCÜN ƏLVERİŞLİ ŞƏRAİT OLMAYIB. BURADA TATLAR YAŞAYIB.
@mynametals7945
@mynametals7945 4 жыл бұрын
düz deyirsən. bunlar bidə qalıb antarktida pinqivinlerini türk etsinlər
@imranmhmmdov9748
@imranmhmmdov9748 3 жыл бұрын
Ölənlərivə rəhmət
@qarabagazrbaycandr406
@qarabagazrbaycandr406 3 жыл бұрын
Allah olenlerine rəhmət eləsin 🇦🇿
@34942
@34942 2 жыл бұрын
AY ANOVUN AQZINA BOSALDIM, FARSA TAT ADINIDA BIZ TURKLER QOYMUSUQ. BAKINI BE KENDLERINI FARSLASDIRMAQ ISTEYIRDILER BACARMADILAR. FARSIN RSARETINDE IDIK AMMA GÖTLERINE QOYDUQ, TAT DILINI SIXISDIRIB UZAQLASDIRDIQ
@youtubetv4214
@youtubetv4214 6 жыл бұрын
Maştağamm😍
@htelecom1267
@htelecom1267 3 жыл бұрын
Salam olsun hamıya mən kəndimlə fəxr edirəm
@BitkicilikAlemi
@BitkicilikAlemi 5 жыл бұрын
🙏😊
@cbtaylcbrayll9021
@cbtaylcbrayll9021 6 жыл бұрын
Yaşadın Xunxar məhləsi
@еллара
@еллара 4 ай бұрын
Esas Qafqaz Albaniyasinin qedim turk tayfalarindan olan Massagetlerin yashadigi bu gozel erazi oz adini qoruyub saxlayib Cox yerlerden gelib penah getirib yashamaq isteyenlere de hormet edilib Irandan Irakdan hetta Efqanistandan da Mashtagada qazancucun gelib yashamishlar Tatlar dedikde gelme demekdir onlar bele adlanib qedim turk dilinde
@zaurabbasov315
@zaurabbasov315 4 жыл бұрын
Maştağaya qurban
@aliyev.20623
@aliyev.20623 4 жыл бұрын
MAŞTAĞA🇦🇿🇦🇿 MAŞTAĞA QOÇULARI ermənilərlə döyüşdə arŞdırın məlumatlanın
@idealtelecom161
@idealtelecom161 7 ай бұрын
Mir İbrahim ağanın nəticəsiyəm mən
@Gadir-l5g
@Gadir-l5g 3 жыл бұрын
Ай ТаТ броро, ни только Машдага ,даже белых медвед Турки создали.
@hesenabbasov1874
@hesenabbasov1874 4 жыл бұрын
Mewdagada Qocu Eziz Miribrahim aga olub kende giren pewman olub qabaglar
@idealtelecom161
@idealtelecom161 7 ай бұрын
Düz deyirsen qaqas menim babamdi Mir İbrahim ağan
@terlandamedza1721
@terlandamedza1721 5 жыл бұрын
*32 kendin gozudur MASTAGAM*
@mynametals7945
@mynametals7945 4 жыл бұрын
masdaga və ya xunxar mehellesinin sizin dediyiviz tirk dilində mənası yoxdur tat dilində məna verir adı Bakı sözünü tat dilində bir neçə cür tərcümə etmək olur. gəlin tarixi eybecerlesdirmiyek.
@imranmhmmdov9748
@imranmhmmdov9748 3 жыл бұрын
Ölənlərivə rəhmət qardaş. Elə Bakı kəndlərinin çoxusu tatdı. Mənim kəndim Xilə olmağla.
@qarabagazrbaycandr406
@qarabagazrbaycandr406 3 жыл бұрын
Olenlerine rəhmət ağzına sagliq
@filmsitesi5713
@filmsitesi5713 4 жыл бұрын
bu mahnini nece elde ede bilerem xahiş tecilen lazimdi
@isixudaverdiyev2019
@isixudaverdiyev2019 3 жыл бұрын
Maştağa hemde senetkarlar yetişdirib
@baklibalasi7873
@baklibalasi7873 4 жыл бұрын
Qurban olum kendime
@vusalmabudov3908
@vusalmabudov3908 5 жыл бұрын
mestaga seyidler menim mehellemdi
@idealtelecom161
@idealtelecom161 7 ай бұрын
seyidler mehellesi menim babamındı
@yasharguluzadeh5114
@yasharguluzadeh5114 6 жыл бұрын
En esası KEÇENLER MEHELLESİ ay kolxozlar birinci KEÇENLERDİR MAŞTAĞA KENDİNİN MERKEZİ!!!! Keçenler tayfası! En böyük nesildir Maştağada.
@xeberler9574
@xeberler9574 3 жыл бұрын
maştağa yaxşı yerdi bezi insanları pisdi narkaman neşe satan çeken olmasa
@qaqasqaqas6630
@qaqasqaqas6630 3 жыл бұрын
32 kendin birlewmesi.pisinde uzun gorme yaxwisinda,burda en yaxwisi olur.isteyir yaxwinin isteyir pisin.merdleri coxdur.
@xanimfeyzullyeva9966
@xanimfeyzullyeva9966 6 жыл бұрын
255 yani hansi kucedi
@ebulfezdadawov8798
@ebulfezdadawov8798 6 жыл бұрын
Xanim Feyzullyeva küçə bilmirəm əzizin tini gedir ora ne qulluğun ordan
@fuadmuradov2369
@fuadmuradov2369 6 жыл бұрын
255 nomreli mekteb keçerler mehlesidi ..
@hyatyasamagibacaranindirba4445
@hyatyasamagibacaranindirba4445 6 жыл бұрын
Xanim Feyzullyeva Məmmədəmi Şəfai gedir
@youtubetv4214
@youtubetv4214 6 жыл бұрын
Xanim Feyzullyeva Xanlar küçəsi gedir ora mən orda yaşayıram 255in yanında
@lxlilova6467
@lxlilova6467 3 жыл бұрын
Qorxu piri harda yerlesir
@orxanquliyev89
@orxanquliyev89 Жыл бұрын
Seyidler mehellesi 7qapı piri
@ezimovahemide3908
@ezimovahemide3908 4 жыл бұрын
Bülbülə kəndi haqqındada paylaşında,, 1ci Bülbülə
@ramilagayevbuzovnali8893
@ramilagayevbuzovnali8893 7 жыл бұрын
Mastaga Mastaga Mastaga
@muradisgenderov5292
@muradisgenderov5292 6 жыл бұрын
Ramil
@elminabdullayev1545
@elminabdullayev1545 5 жыл бұрын
Hokmet harda yatir. Cammaati qoyun kimi doldurur toylaya buraxin getsin yaziqdilar bele sey olar her. Gun pasti 100; adam tutulur
@fateh.eliyev5927
@fateh.eliyev5927 4 жыл бұрын
Mecidi cox dindari yox narkamaniya baw alib gedir ketdde
@vusalbehlulov6079
@vusalbehlulov6079 4 жыл бұрын
Masdagalisan?
@emilaliyev8695
@emilaliyev8695 3 жыл бұрын
Narkaman her yerde varda yaziq Bakikilarimin esasende Masdagamin adi cixib .Qurban olum kendime
@bakcellbakcell3014
@bakcellbakcell3014 3 жыл бұрын
Ola bilər ancaq narkaman görürsən dindarları görə bilmirsən
@orxanquliyev89
@orxanquliyev89 Жыл бұрын
@@bakcellbakcell3014 Ay sağol
@kamilseyidov3928
@kamilseyidov3928 2 жыл бұрын
sekx
@hyatyasamagibacaranindirba4445
@hyatyasamagibacaranindirba4445 6 жыл бұрын
agşalvarlılar da olub.babalardan eştmşik.ama bilmirik nədeməkdi.
@Omar-st8qn
@Omar-st8qn 6 жыл бұрын
ŞAHANƏ CANIYEVA, Ичяри шяхярдя.
@anarrasulov2356
@anarrasulov2356 5 жыл бұрын
ag walvarlilar iceri weherde olub.bildiyime gore olar maryak olub yeni denizci.daim ag walvar geyinibler.ele o vaxdan qalib.limanada yaxindir.ewitdiyime gore bele olmalidir
@emilio16
@emilio16 5 жыл бұрын
Icari shaxarda kecallar , pishiyin ayaqin stula baqlayanlar v. S
@ahdhjsjxjx3838
@ahdhjsjxjx3838 6 жыл бұрын
xunxar tat sözüdür, türk dilində tərcüməsi qaniçən deməkdir. tak cto maştaça qədim və unikal mədəniyyət mərkəzi olmaqla bərabər həmdə tatlara məxsus bir kənddir.
@ironedge007
@ironedge007 5 жыл бұрын
Maştağa tat kəndi deyil, türk kəndidir. Kökü massaqetlərə dayanır. Maştağalılar burada tatlardan əvvəl məskunlaşıb yaşamışdılar. Xunxar məsələsində isə aparıcı yanlış buraxıb. Dil baxımından kənd sakinləri türkcə danışırlar, ancaq əvvəllər, ətrafındaki tat kəndlərə görə, tatca da danışılırdı. Bunu sizə bir maştağalı kimi deyirəm. "Tak cto" yanılırsınız, vətəndaş.
@eldarkazimov600
@eldarkazimov600 4 жыл бұрын
Nagi Beyli siz demek gelmesiz cunki Bakililar tatlardi indi mod deyil bunu qebul elemek ona gore coxsu gizledir
@kenanrzayev6938
@kenanrzayev6938 4 жыл бұрын
Belə pis cixmasin, Tatlar Azerbaycana gəlmədi. Hec kesin xetrine deymesin.
@eldarkazimov600
@eldarkazimov600 4 жыл бұрын
@@kenanrzayev6938 Beli eradan evvel. Bes siz ne vaxt gelmisiz?
@kenanrzayev6938
@kenanrzayev6938 4 жыл бұрын
Eldar Kazimov Men Bakili deyilem, Amma Türkü Nəzərdə Tutursansa, Türk tarixən öz sözünü deyib deyəcəkdə. Yenə deyirəm Tatlar İranın göbəyinnən gəlmədilər. Mənim özümdə eləbilirdim Bakı Tatlardan ibarətdi, amma sən deymə elə deyilmiş. Tatlar soradan gəliblər Azərbaycana. Bizlərdə belə bir şey varki, Etnik Azərbaycanli olsun yəni Türk, İrannan köç eləsin Azərbaycana ona Tat deyillər, yəniki “GƏLMƏ”.
@alimcelilov5144
@alimcelilov5144 Жыл бұрын
Bunlar maştağalıdırlar Xalq artisti əlbaba məmmədov Xalq artisti Mirzə babayev Xalq artisti. Hacıağa abbasov Xalq artisti şövkət ələkbərova Millət vəkili eldar quliyev 100 yaxın tanımış alim həkim və s
@parvinibrahimova931
@parvinibrahimova931 Жыл бұрын
Böyük hərflərlə yazsaydun hörmətli olardılar ....
@alimcelilov5144
@alimcelilov5144 Жыл бұрын
Yoldaş vətəndaş, əsas odur ki yetişdirib bu torpaq
@fuadbedelov213
@fuadbedelov213 5 жыл бұрын
Bu qədər məscidi olan kəndə namaz qılan saynan taparsan.
@hyatyasamagibacaranindirba4445
@hyatyasamagibacaranindirba4445 6 жыл бұрын
bukəndibəzi bölgə sakinləri narkoman kəndi kimi hallandırıblar
@hemidagaquliyev7700
@hemidagaquliyev7700 5 жыл бұрын
Gelmeler eliyer onu cuşkalar gözü goturmuyenler
@bakili6514
@bakili6514 5 жыл бұрын
Rayonlu goze goturmeyenler deyir brat fikir verme onlara Mastagq kendi lotular kendiidi
@kamalabil7148
@kamalabil7148 4 жыл бұрын
nə rayonlu rayonlu salmısıze hamımız Azərbaycanlıyıq , zəhləm gedirdə bu "gəlmə" sözündən .. "gəlmə" sözünü gedin ərəblərə turistlərə deyin gəlmə onlardı
Maştağa: Papaqlı Kişilərin Kəndi
26:22
AStar
Рет қаралды 29 М.
Life of Turks in Azerbaijan
33:27
Ugur Kola
Рет қаралды 115 М.
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 140 МЛН
OYUNCAK MİKROFON İLE TRAFİK LAMBASINI DEĞİŞTİRDİ 😱
00:17
Melih Taşçı
Рет қаралды 13 МЛН
Bakının Dağlı məhəlləsi (2005)
15:42
Igbal Mammadaliyev
Рет қаралды 2,4 М.
50 ilə tikilən ev - ARZUNUN VAXTI
18:09
Baku TV
Рет қаралды 414 М.
Ölüb Dirilən alim | 40 il Öz Qəbrində Şam yandırıb
11:30
Rehman Melikli
Рет қаралды 263 М.
Ocaq - Maştağa
23:59
İCTİMAİ TV
Рет қаралды 4,7 М.
Biləcəri kəndi haqqında (14.04.2013)
15:25
Muradxan
Рет қаралды 1,3 М.
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 140 МЛН