No video

Qərbdən pul dilənən Ermənistan

  Рет қаралды 89

Azerbaijan Realities

Azerbaijan Realities

Күн бұрын

2024-cü il 5 aprel tarixində Brüsseldə Ermənistan baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen və ABŞ Dövlət katibi Antoni Blinken arasında görüş baş tutdu. Rusiya ilə Qərb arasında get-gəl edən Ermənistan bu görüşlə Qərbə doğru üz tutduğunu göstərdi. Brüsseldə keçirilmiş üçtərəfli görüşün yekunlarına əsasən, Avropa İttifaqının yeni yardım paketi çərçivəsində Ermənistana 270 milyon avro qrantın və daha 0,5 milyard avronun ayrılacağı açıqlanıb. Bununla bağlı Ursula Fon der Lyayen deyib ki, 4 il ərzində 270 milyon avroluq yeni qrant Ermənistanda kiçik və orta müəssisələrin inkişafına və ölkənin yeni bazarlara çıxmasına kömək göstərəcək. Ermənistan mədəni şəkildə dilənçilik edərək Avropa İttifaqı və ABŞ-dən milyardlarla dollar yardım gözləyirdi, ancaq 350 milyon avro ilə kifayətlənməli oldu. Görüşün belə primitiv məsələlərin müzakirəsi üçün baş tutduğuna inanmaq bir az sadəlövhlük olar. Brüsseldə anti-Azərbaycan görüşünün baş verdiyi 5 aprel tarixində Azərbaycan Ordusunun müxtəlif istiqamətlərdə yerləşən bölmələrinin ümumilikdə 30 dəfə atəşə tutulması da təsadüfi deyildir. Bu təxribat Brüssel görüşünün əsl mahiyyətini ortaya qoyur. Son günlər Müdafiə nazirliyi şərti sərhədboyu Ermənistanın qoşunlarını cəmləşdirməsi və hücum xarakterli dayaq məntəqələri qurması, müxtəlif istiqamətlərdə uzunmüddətli atəş nöqtələri yaratması, fortifikasiya qurğuları inşa etməsi ilə bağlı videolar yayımlayır və Ermənistana təxribatçı əməllərindən əl çəkməsi ilə bağlı müraciət ünvanlayır. Haylar isə bunu “Ermənistan silahlı qüvvələrinin bölmələrinin adi növbə dəyişmə”si kimi təqdim etməyə çalışır.
Qeyd edək ki, sammitdən öncə ABŞ dövlət katibi Entoni Blinkenin və Aİ kommisiyasının rəhbəri Ursula Fon Der Lyayenin Azərbaycan prezidenti cənab İlham Əliyevə zəng etməsi ondan xəbər verir ki, tərəflər , xüsusilə Avropanın dərin enerji böhranı ilə üzləşdiyi bir vaxtda Ermənistana görə Azərbaycanla münasibətləri zərbə altına atmaq istəmirlər. Ermənistanla bağlı Qərbin yürütdüyü siyasətin bölgə üçün yaxşı heç nə vəd etmədiyini Azərbaycan dəfələrlə bəyan edib. Aprelin 5-də, yəni Brüsseldə üçtərəfli görüşün keçirildiyi gün Türkiyənin sabiq Xarici işlər naziri, qardaş ölkənin NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlunu qəbul edərkən Prezident İlham Əliyev bildirdi ki, bununla Cənubi Qafqaz üçün növbəti təhlükə mənbəyi yaradılır. Halbuki, son günlər həm ABŞ-nin, həm də Avropa İttifaqının yüksək vəzifəli şəxsləri onların təşəbbüsü ilə baş tutan telefon danışıqları əsnasında bizi inandırmağa çalışırdılar ki, bu görüş Azərbaycanın əleyhinə deyil.
İrəvan-Moskva münasibətlərinin mürəkkəbliyindən yararlanmağa çalışan Qərbin əsas məqsədinin Ukraynadan sonra Rusiyaya qarşı Ermənistanda yeni cəbhə açmaq olduğu heç kəsə sirr deyil. Yəni, sözdə demokratiyadan danışan ermənipərəst xarici güclər Cə¬nubi Qafqazda yeni münaqişə ocağını körükləmək, Ermənistanı revanşa hazır¬lamaq barədə düşünürlər. Bununla Qərb Cənubi Qafqaz regionuna daxil olmağa çalışır, Ermənistan isə Qərbin himayəsində öz ideyalarını gerçəkləşdirəcəyinə inanır.Azərbaycan heç bir halda Ermənistanın yenidən baş qaldırmasına və regionda yeni münaqişə ocağının yaranmasına yol verməyəcək. Üçtərəli Brüssel görüşü sülhün və ölkələrarası normal münasibətlərin qurulmasına əngəl törədən bir təşəbbüsdür. ABŞ və Aİ bu qərəzli addımından əl çəkməli, regionun real mənzərəsini qiymətləndirib sülh üçün çalışmalıdır.

Пікірлер: 11
@alifateh8902
@alifateh8902 4 ай бұрын
Əslində belə vəziyyət erməniləri qane edir. Çünki öz köhnə adətləri ilə əsaslı və qanuni şəkildə məşğul olurlar. Qaraçıların işi dilənmək deyildimi əsirlər boyu? Nə qədər ki, dirəşərlər bir o qədər itirəcəklər.
@user-bi2nl8ww9j
@user-bi2nl8ww9j 4 ай бұрын
Əgər ABŞ-ın #Ukrayna, #Əfqanıstan, #İraq #Suriyaya yardımını xatırlayırsınızsa, #Ermənistanı nə qədər parlaq demokratik gələcək gözlədiyini təsəvvür edə bilərsiniz.
@AqilNuriyev-gl1os
@AqilNuriyev-gl1os 4 ай бұрын
Azərbaycan tərəfi ermənilərə yeni baslangic təklif edir birlikdə sulh icərisində yasamaq adina reginonda bərpaya davam edir.ermənilərin qisas arzusunu kənara atib yeni yaradilan inkifa qosulamali və dəstəklər verməlidilər
@user-xd6bp6bc2i
@user-xd6bp6bc2i 4 ай бұрын
Qərb təşkilatları Azərbaycana qarşı düşmənçilik nümayiş etdirib, Azərbaycanla bağlı absurd fikirlər səsləndiriblər. Qələbəmiz sizin üçün bir dağdır. İlham Əliyevin göstərdiyi yüksək siyasi iradə bizi qələbəyə apardı, müsbət nəticələr əldə etməyə vadar etdi.
@eminmamedof2119
@eminmamedof2119 4 ай бұрын
Qərb təşkilatları Azərbaycana qarşı düşmənçilik nümayiş etdirib, Azərbaycanla bağlı absurd fikirlər səsləndiriblər. Qələbəmiz sizin üçün bir dağdır. İlham Əliyevin göstərdiyi yüksək siyasi iradə bizi qələbəyə apardı, müsbət nəticələr əldə etməyə vadar etdi.
Lalə Məmmədova ilə AZTV XƏBƏR (16:00) | 06.09.2024
21:05
AZTV Xəbər
Рет қаралды 6 М.
This Dumbbell Is Impossible To Lift!
01:00
Stokes Twins
Рет қаралды 42 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 1 Серия
40:47
Inter Production
Рет қаралды 1,2 МЛН
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 98 МЛН
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 91 МЛН
Təcavüzkar Ermənistan yenidən silahlandırılır
3:53
Azerbaijan Realities
Рет қаралды 65
Azərbaycan BRICS-ə üzvlüyün bir addımlığında
2:48
Azerbaijan Realities
Рет қаралды 45
Frank Şvabe: “Bu seçki yox, seçki haqda kino idi”
8:24
AzadliqRadiosu
Рет қаралды 9 М.
Sülh prosesində tarixi nəticə- Dörd kənd Azərbaycana qaytarıldı
4:05
Heydər Əliyev Fondu - 20 illik yorulmaz fəaliyyət
3:49
Azerbaijan Realities
Рет қаралды 263
Происхождение азербайджанцев  Этнос и народ  (часть 2)
19:03
Новости Кавказа (GSAC)
Рет қаралды 10 М.
This Dumbbell Is Impossible To Lift!
01:00
Stokes Twins
Рет қаралды 42 МЛН