Qaraqan - Gecə Radiosu

  Рет қаралды 94,110

QARAQAN

QARAQAN

Күн бұрын

Пікірлер: 1 600
@Qaraqanmusic
@Qaraqanmusic 10 ай бұрын
DJ Tural və Əli Xəyyamın, Söhbətgahına qoşulmağı unutmayın. Biz düşünürük ki, müzakirə etdikləri mövzular Mədəni Mənəvi İntibaha daha bir təkandır. Bütün Dərəcə üzvlərini bu layihəni dəstəkləməyə çağırırıq. İntibah hər birimizdən başlayır! - kzbin.info/door/xuyFnVvj53XOrLDXbU4vLQ
@moonlover.13
@moonlover.13 10 ай бұрын
Əlbəttə.#dərəcə
@buraharadi0
@buraharadi0 10 ай бұрын
Onsuzda ordayıq dost❤
@NihadQQ
@NihadQQ 10 ай бұрын
Səni orda gözləyirik Elxan ❤❤
@Aysuq917
@Aysuq917 10 ай бұрын
@Remania
@Remania 10 ай бұрын
#Respect QQ❤
@salehvalehoglu
@salehvalehoglu 10 ай бұрын
Millət, bu o deməkdir ki, bu ölkədə artıq keyfiyyətli işlər görməyə ürəkli olmalıyıq. Keyfiyyətli insanların toplandığı Birinci Dərəcə var. Keyfiyyətli insanları dəyərləndirən Söhbətgah, Qaraqan və Yaradıcı Birlik var. Uğurlar hər birinizə!
@vugargnbrv5060
@vugargnbrv5060 10 ай бұрын
Söz,Bənövşə,Bəyaz Duman,Sonuncu Aşırım,O Dünyanı Görüb Gəldim,Qızım,Yetdimi,Özümə,Yarasa,Günəşin Altında, Gecə Radiosu və kim nə bilir nə qədər belə gözəl işlər.. Qaraqanın 7 il sonraki gəlişi hamını çox təccübləndirdi,kimləri sevindirdi, kimləri narahat etdi. Qaraqanın bu möhtəşəm oyunu sətir altı sözləri və bu sözlərin dərinliyi o qədər düşünülmüş bir yaradıcılıqdırki ,indiki yaradıcılar (Azərbaycanda) belə bir iş ortaya qoymaq istəsədə, Qaraqan kimi fərqli edə bilməzlər. Məncə Qaraqanın qayıtmaqda missiası ondan ibarətdiki ,bizim cəmiyəti müsbətə doğru dəyişmək və bir şeylər qatmaq istiyir. Yarasa və Qızım tracki xüsusilə çox bəyəndim, çünki ölkədə bəlkədə minlərcə 10 minlərcə seçmə abortun qarşısınl alıb "qızım" treki, ən azından şərhlərdən görmək olur. "Yarasa" treki isə çox tamam bir başqa səviyyədir🔥,ən sevdiyim aktyor Hikmət Rəhimovun aktyorluğu ,trekin mövzusu və ən sevdiyim sətiri "2cə dəqiqə döndü 20 ilə" inanıramki bunu dərk edəcək insanlar içkinin necə bir şey olduğunu və necə bir səbəblərə gətirə biləcəyinə görə ən azından tərgitməyə çalışacaqkar. Adam kənardan baxıb dəhşətə gəlirki narkotik qurbanlarına, içki qurbanlarına "tiktok" qurbanlarına "tv'dəki məişət, ailə problemləri olan verilişlərin" qurbanına çevrilən bir cəmiyyət formalaşıb. Qaraqan bunları düzəltmək istiyir. O ki qaldı "Gecə radiosu"na çox maraqlı və fərqli bir proekt ortaya çıxıb, çox bəyəndim. Turalı görmək təəccübləndirdi, Əli Xəyyamda yer alsaydı çox maraqlı alınardı) .Söhbətgahı 1il əvvəl kəşf elədim ilk intihabımı onda yaşadım dünyaya baxışım dəyişdi, gələn biri birindən maraqlı qonaqlar, maraqlı mövzular, müxtəlif sahələrdən müxtəlif şeylər öyrəndim, çoxlu motivasiyam oldu daxili motivasiam özgüvənim artdı). Məncə bu trekdə Qaraqan sevginin 3 fərqli yöndə göstərmək istiyib. Ən bəyəndiyim hissədə 3cü hissə oldu,Çox möhtəşəm atmosferi var 🔥🔥. "Sevgi həqiqətəndə ülvidir , icazə verməməliyik ki bayağılaşsın".
@cavidanabdullayev8695
@cavidanabdullayev8695 10 ай бұрын
🤌🤌
@royadadasova7987
@royadadasova7987 10 ай бұрын
Nə qəşəng yazmısız😊
@huseynnoovv
@huseynnoovv 10 ай бұрын
Bir-birini tanımayan,amma doğma insanların bir araya toplandığı yer :)❤ Sadəcə mükəmməl
@Anyonefrom99999
@Anyonefrom99999 7 ай бұрын
Ooo
@memmedova996
@memmedova996 10 ай бұрын
Qaraqanda belə bir şey də var . Sanki deyir ki, söylədiyimdən çox, söyləmədiyimi anla❤
@MelahetTahirli
@MelahetTahirli 10 ай бұрын
Qaraqan deyishib çoxları gebul etmek istemir ama bu jenerasyonun da Qaraqan'ı anlaması üçün bu deyishim lazım idi... ki mene göre bunuda Qaraqan fergiynen edir 😌
@Solo-ic9yf
@Solo-ic9yf 10 ай бұрын
Qaraqan yene hoqqa verir. Bir dene gel konsert ver neciye olsada gelecem. Sen supersen
@sebumustafayev
@sebumustafayev 10 ай бұрын
*Baxmadan bəyəndim* Bunu saxladim gecə dinləyəcəm...
@nicat9893
@nicat9893 10 ай бұрын
Var olan tək ilahi duyğu sevgidir, xəyanət olmasa.
@AysuBayraml-cz8zz
@AysuBayraml-cz8zz 10 ай бұрын
Mənə çox xoş oldu,DJ turalı Qaraqanın kanalında görmək,daima gənclərə nəsə qatmağa çalışan insanları bir arada izləmək, məni sevindirdi...
@safajalil
@safajalil 10 ай бұрын
Məndə onu düşünürəm. Madhouse da bu hissi yaşamışdım. Hörmət etdiyim adamlar, hamısı bir araya yığılıb.
@AysuBayraml-cz8zz
@AysuBayraml-cz8zz 10 ай бұрын
Eynən​@@safajalil
@narajabieva
@narajabieva 10 ай бұрын
Mənə də)
@sevgiiii.
@sevgiiii. 10 ай бұрын
Necə gözəl alınıb,ekzotik..Qaraqan bir şəkildə duyğulara toxuna bilir,nəqədər strategiyaları həmişə mən yazsamda yazılanlarıda kənardan oxuya bilsəmdə,bu mahnıları yada bu səsi yada bunu sevirəm..Nə yaxşıki gəldin Qaraqan Sənə Əfsanə edən nədir bilmirəm ama sən bir Əfsanəsən❤
@nihadsadiqofvv
@nihadsadiqofvv 10 ай бұрын
Bir-birimizi frekanslarla tapaq,İntibaha təkan verək🎧
@a2ymusic34
@a2ymusic34 10 ай бұрын
Yenə Qaraqan,Yenə fərqli tərz,yenə ruha yaxın mövzular Sadecə möhtəşəmdir bu şəxs bir ümmandır❤
@zeynalovomar
@zeynalovomar 10 ай бұрын
Qaraqanın müsahibəsində demişdi ki, hər şeyi nağıllaşdırırıq və getdikcə reallıqdan uzaqlaşırıq. Sevgini də çox böyütdüyümüz üçün ideal sevgi tapmaqda çətinlik çəkirik. Necə deyiblər "biz sevilmək istəyirik həm də sevdiyimiz tərəfindən istədiyimiz kimi sevilmək istəyirik".
@faridguliyev1539
@faridguliyev1539 10 ай бұрын
Tural onu ən yaxşı anlayanlardan biridir! Gecə radiosudan 3 hədiyyə, yaxşı idi, dinlədim yenə dinləyəcəm, mənə hər zaman mənalar önəmlidir çünki. Bu gecəni ülvi sevgiyə həsr edək əgər həqiqətən varsa. Sağol dost.
@lirz666
@lirz666 10 ай бұрын
Qaraqani dinleyen esl izleyiciler , yuksek medeniyyete sahib insanlardir ✌🏿🐈‍⬛..
@m_lya.a3736
@m_lya.a3736 10 ай бұрын
"Səni gətirir gözə görünməz ipləri talehin Alın yazım ilişir düyününə sənin" 🤍🖤
@EldənizUluxanov
@EldənizUluxanov 10 ай бұрын
Sevgi sonsuz arzularımız qədər uzun, yuxularımız qədər möcüzəvi, ölüm və həyat kimi bilinməz bir məfhumdur! Səvmək və sevilməyiniz diləyi ilə
@AynureZöhrab
@AynureZöhrab 10 ай бұрын
Söhbətgah bu millətin brendidir💚💙
@cavideyvaz6382
@cavideyvaz6382 10 ай бұрын
Bu məncə sənətkarın güc göstərişidir və seçimlər etdiyini göstərir. Qaraqan trendə və böyük kütləyə təsir edə biləcək bayağı mövzular əvəzinə bizi intibaha aparacaq, uzun müddətli hədəflər üçün çalışır. Təşəkkürlər, bəy!
@togrulmusa4921
@togrulmusa4921 10 ай бұрын
Yeni çıxacaq mahnıları radiodan və TV-dən gözlədiyimiz vaxtlar yadıma düşdü.
@AytaJabbar
@AytaJabbar 10 ай бұрын
Yara izlərindən bilinir, Qəlbindəki həsrətin Sadəcə möhtəşəm!
@zeynalovomar
@zeynalovomar 10 ай бұрын
Mahnılara fərq qoya bilmirəm, səbəbi isə bu insanın elədiyi hər bir işdə məna olur və hamısı da çox gözəldir.
@Mr.islam.A
@Mr.islam.A 10 ай бұрын
20 dəqiqəlik möhtəşəm klip. Əziyyəti keçənlərə dərindən təşəkkürlər ❤️‍🔥
@EvimDamOrtukleri
@EvimDamOrtukleri 10 ай бұрын
Mən illərdiki həyatımı musiqiyə bağlamışam və bununla yaşayıram. Əvvəla bu üç trekin hər birinin çox fərqli mənalarda və gözəllikdə olduğunu demək istəyirəm. Bu günə qədər Azərbaycanda sevgiyə heç kim tərəfindən baxılmayan bir baxış bucağından baxır bu mahnılar. Mənə ən çox təsir edən “İçindəki zülmətin” treki oldu. Şərhimin əvvəlində də dediyim kimi mən həyatımı musiqiyə bağlamışam. Bu trekdə əsl Azərbaycan musiqisindən, namələrdən, əsintilər var və bu mənim içimi isidir. Məna olaraq da insanın nə qədər ali bir varlığ olduğunu bu aliliyin ,bu mürəkkəb təfəkkürə malik olmağın əslində necə çətin olduğunu bir daha anladım. (Qeyd: ola bilər ki Elxan bəyin burda göstərdiyi məna tamam fərqlidir ama mən musiqinin dərinliyində bu mənanı hiss etdim, ki məsələ gördüyünüz kimi yenə də bu ali varlığın- insanın öz beynində həll olur, çünki biz əslində hər şeyi beynimizdə şüurumuzda daşıyırıq ama müəyyən frekanslar var ki o saxladığımız şeyin fərqinı varaq) Uşaqlığımdan bəri sizi dinləyirəm Qaraqan♾️✨
@gurbanabbasov
@gurbanabbasov 10 ай бұрын
Burda deyilmək istəyən odur ki, sevəndə adam kimi sevin, sonacan edin, bayağılaşdırmayın ən ülvi hisslərlə bağlı olan bu məvhumu. Ucuzluğa qaçmayın sonra peşman olarsınız. Səbrli olun demək istəyir burda. Möhkəm ol 1ci dərəcə!
@salehvalehoglu
@salehvalehoglu 10 ай бұрын
Söhbətgahı da Qaraqanı da "tanıyanda", "Həə, bax buu!" demişdim içimdən. İçimdə qalmasın, bura da yazdım 🧡
@morgionmusic
@morgionmusic 10 ай бұрын
20 dəqiqəlik konsert, 20 dəqiqəlik masterpiece!
@Userrrrrdldk
@Userrrrrdldk 10 ай бұрын
Həyat kimlər üçünsə,yalnız Qaraqandan ibarətdir.🖤
@SarkhanAbbaszadeh
@SarkhanAbbaszadeh 10 ай бұрын
Qaraqan o qədər möhtəşəm söz sənətkarıdır ki, hər hansı bir radionun bütün mahnı listini doldura bilər..
@13mahomet
@13mahomet 10 ай бұрын
Leylim çox gözəl alındı, hisslərin sözlərin, və sözlərin musiqi vəhdəti çox gözəl ahəng yaratdı.
@BurlaXatun_90
@BurlaXatun_90 10 ай бұрын
Gəldim 20 dəqiqəlik bir konsert . 20 dəqiqəlik qısa metrajlı film. 20 dəqiqəlik gözəllik Ol qürurum .dedim olum eybin. Hansı cümləyə tərif deyilsin ???? Yara izlərindən bilinir qəlbindəki həsrətin...... Radio dalğalarının zəif xışıltısına daldıq İnsanlar çıxdılar getdilər ,biz burda qaldıq İndi şəhər tamam boş ,Bakıda yoxdu heç kəs Ya da ki ,şəhər doludu biz gözəgörünməz .
@Anyonefrom99999
@Anyonefrom99999 5 ай бұрын
Respect❤
@Maska06_
@Maska06_ 9 ай бұрын
İşte bu kadar sade bir ifade: yadımda... Ne var ki "yadlarımızda" olan şeyler gün gelir bize "yad" olur. Hayat değişir, yollar ayrılır, _güneşini yitiren dünyalarda yapay ışıklar baş verir..._ "Yadında" o, "yad"ın da o olur...
@stillwithyou_
@stillwithyou_ 10 ай бұрын
Mən Qaraqanı 9 yaşımdan dinləyirəm qardaşim sayəsində. Ona görə hər şeyi Qaraqanin səsi kitablari ilə öyrənmişəm. Ən xoşbəxt animda da ən pis animda da o mənim yanimda olub. Bir çoxumuzda da belədir. Ona görə bizə fanatsiz deyiləndə çox əsəbləşirəm. Çünki o bizim vaxt olub ailəmiz, dostdumuz, düşmənimiz, yoldan keçən biri, sadə bir adam, ustarimiz, həqiqəti deyən biri, ilk sevgimiz, qisacasi hər şeyimizdir. Ona görə ailəmdən başqa heç kim Qaraqan ola bilməz mənim üçün. Yaxşiki var❤
@mmmdova1981
@mmmdova1981 10 ай бұрын
Qara gözlərindən görünür ~ÍÇÍNDƏKÍ ZŰLMƏTÍN~❤🌙 Yara izlərindən bilinir ~QƏLBÍNDƏKÍ HƏSRƏTÍN~🌙❤
@leylafrzliyeva3900
@leylafrzliyeva3900 10 ай бұрын
Derece uzvu deyilem. Sadece bir dinleyiciyem. Ondan hecne gozlemeden qulaq asan dinleyici. O vaxti da onu qinamayan indi de. Ve deye bilerem ki, "Yadimda"ni çoxdan gozlediyimi dinleyerken anladim. Bir sevginin sonudu bu. Hansi ki, bu sonu herkes yaşayir gec tez. Düşün. Bu gun yanindaki insan sabah burda da gosterildiyi kimi sadece yadinda qala biler. Nece de hezin bir hissdi. Nece de hezin olmayan musiqide bu qeder huzun var. Ve nece de huzur tapirsan izleyerken. Derinde. Her zaman derinde olan, bize mexsus bir dunya da o ve sen. Suyun altinda istisini hiss ede bildiyin biri. Terk etmek isteye bilersen amma terk ede bilmezsen. Bitmiş bir sevgi. Bir bagirsan qulaq batirarsan ama ne sen bagira bilersen ne de onu duya bilersen❤ teşekkürler Qaraqan..
@leylafrzliyeva3900
@leylafrzliyeva3900 10 ай бұрын
Yazmagi unutmuşam ama Leyli Leyla Leyl zülmet qaranliq gece demekdi❤
@FirfirMirmir
@FirfirMirmir 9 ай бұрын
🌻
@hhmusic01
@hhmusic01 10 ай бұрын
*Bu repdən, şeirdən, mahnıdan, radyodan daha artıq birşeydir* 🖤
@nailpasasoylu1203
@nailpasasoylu1203 10 ай бұрын
sevindirici haldır ki, yeni nəsillərində qaraqan dinləmək şansı var
@zeynalovomar
@zeynalovomar 10 ай бұрын
Qaraqanı Söhbətgahda görmək yaxşı olardı. Ali Khayyam ilə düet də pis olmazdı. 🖤🖤🖤
@HuseynGulbalayev
@HuseynGulbalayev 10 ай бұрын
Bu pis yox məncə pik olardı ❤
@Alexxalizada
@Alexxalizada 10 ай бұрын
Aglıma ilk bu gəldi
@bhli8784
@bhli8784 10 ай бұрын
İlk qulaq asanda telefonda qulaq asdım. İkinci dəfə qulaqcığı götürdüm təkrar qulaq asanda bölmələri açdım ki ancaq Qaraqana oxuyan hissələrə qulaq asım. Amma Turalın da danışığı çox xoşuma gəldi 2 ci və 3 cü dəfə də qulaqcıqla tam acıra qədər qulaq asdım
@hezinmusiqiilaska7228
@hezinmusiqiilaska7228 10 ай бұрын
Ülvi bir sevgi ...Aşik Ruhların rəqsi...İlahi bir hissin bu gün yox olması....gəncliyə daha bir səmimi mesaj ....Bu Qaraqan əzəmətidir!Möhtəşəmsən Qaraqan!!!Var ol!!❤
@universemapper4556
@universemapper4556 9 ай бұрын
#dərəcə
@tofiq62
@tofiq62 10 ай бұрын
Oy da bax belə birşey heç ağlıma gəlməzdi də. Çox maraqlı birşey yoxlayıbsız, babat ❤
@sonawkabagrova7444
@sonawkabagrova7444 10 ай бұрын
Səsini eşidəndə sevinirəm. Səsin rəsmən hüzur 🤍
@rasoulmusic_
@rasoulmusic_ 10 ай бұрын
Yenə QaraQan və yenə yaradıcılıq. Ümumilikdə 3 parçanın 3-də xoşuma gəldi. Amma əsasən 3 cü parça çox xoşuma gəldi. Musiqidə back Vocaldaki qız səsi ayrı bir atmosfer mükəmməllik verir🤌🏻 20 Dəqiqəlik bir film. Filmdə eşq və məhəbbətdən danışılır. Bu trackdə olan məhəbbət təəssüf ki, artıq mövcud deyil, Ölüb. QaraQanında dediyi kimi Sevgi Yoxdur! (Varsada görmək qismət olmayıb) Gördüm bu filmdə hər hansı göndərmələr və ya köhnə trackləri işarə edən əşyalar. Məsələn, Yarasa oyuncağı❤ Həqiqətəndə möhtəşəmdi. Uğurlar QaraQan. Biz sənə dəstəyik. İnanıramki öz idealogiyanı tam şəkildə Azərbaycan Gəncliyinə izah edə biləcəksən🖤
@AzRapTime
@AzRapTime 10 ай бұрын
+1
@zeynalovomar
@zeynalovomar 10 ай бұрын
Fikirlərini bu şəkildə izah etdiyin üçün sənə də təşəkkürlər.
@masimovvv
@masimovvv 10 ай бұрын
Baş rolda özüm də də gördük sevginin olmadığını))
@Ayxanmmmdov111
@Ayxanmmmdov111 10 ай бұрын
💣
@Mikayil-dc3yp
@Mikayil-dc3yp 10 ай бұрын
@Fameel_
@Fameel_ 10 ай бұрын
Yağ yağış gözlərinnən Qurumuş qəlbim ləçəylər Ruhumuz səhralara çiçəylər Leylim
@GulcinBeydullayeva
@GulcinBeydullayeva 10 ай бұрын
Əməyi keçən hər kəsə dərin təşəkkürlər 🌿 əla alınıb 🎉
@nsibaliyev7032
@nsibaliyev7032 10 ай бұрын
Fəlsəni öyrənmək yox yaratmaq lazımdı. Və bu adam bizim ustadımızdı🖤
@ilahruhullayeva8458
@ilahruhullayeva8458 10 ай бұрын
Qaraqan hərkəs üçün eyni şeyi ifadə etmir. Kimisi üçün yarımçıq ailə, kimisi üçündə qovuşulması mümkün olmayan sevgi-məhəbbət. Qaraqan mənim üçün tək yazıçı, sənətkar deyil. Vicdanıma, illərlə içimdə basdırdığım hisslərimə toxunan yeganə insandı. İntibah sənsən Qaraqan. 🍷
@royadadasova7987
@royadadasova7987 10 ай бұрын
Hisslərimi mən də içimdə bastırmağa çalışırdım❤️‍🩹 amma anladım ki bu yaxınlarda, hissləri üzə çıxarmaq lazımdır. Yaxşı ya da mənfi, fərqi yoxdur. Hisslər basdırıldıqca daha çox ziyan verir☹️
@royadadasova7987
@royadadasova7987 10 ай бұрын
Bu arada Qaraqanla bağlı fikirlərinizlə razılaşıram🤝
@Alex-iy1rz
@Alex-iy1rz 10 ай бұрын
Yanağında xalları sayırdım sanki göydə ulduzları...❤
@parcali.buludlu
@parcali.buludlu 10 ай бұрын
Gecə klubu səhnəsinə, yarasanın gözündən tərsinə baxmaq detalı bir başqa idi💎
@AgilHuseynov
@AgilHuseynov 9 ай бұрын
Məncə biz normal insanın gözündən baxdıq, ordakılar yarasadır)
@sebuhii1159
@sebuhii1159 10 ай бұрын
Yenə qan yenə Qaraqan!!
@Remania
@Remania 10 ай бұрын
Qaraqanın səsini eşidəndə həyəcanlanmaq♥️
@agshinhashimli0111
@agshinhashimli0111 10 ай бұрын
Kreativlik .. çox gözəl bir proyektdir ..Spotify da tez görmək istərdim😊. .əziyyəti keçən hərkəsə təşəkkürlər Elxana isə ayrılıqda təşəkkürlər və Sevgilər❤
@xeyalesadikhova
@xeyalesadikhova 10 ай бұрын
qara gözlərindən görünür içindəki zülmətin.
@AzerbaijanRapGlobal
@AzerbaijanRapGlobal 10 ай бұрын
Qaraqan fərqlilik ustasıdır.Bu insan bir xəzinədir.Qədrini bilin.
@Yashma052.
@Yashma052. 10 ай бұрын
Düz.
@Afa-re4qo
@Afa-re4qo 10 ай бұрын
👏👏
@Dark0003_
@Dark0003_ 10 ай бұрын
Sevgi insanın hiss etdiyi ən Ali və ən təhlükəli hissdir məncə. Fərqi yoxdur bu sevgi bir şəxsə,bir əşyaya,bir heyvana və s aid olsun. İnsan bir şeyi həqiqətən sevərsə ona görə hərşeyi etməyə hazır olur. Və bu da sevginin ən təhlükəli halıdır. Kənardan nə qədər məsum görünsə də sevgi insanın özünə qarşı ən müdafiəsiz hissidir. Nə qarşısını ala bilir, nə istədiyi yönə çevirə bilir. İnsan sevgini yox sevgi insanı idarə edir... 🖤
@Zahid_Qasim_Tarix
@Zahid_Qasim_Tarix 10 ай бұрын
"Yağır yağış... Gözlərindən Qurumuş qəlbim ləçəklər Ruhumun səhraları çiçəklər Leylim"
@nurlanelekberov453
@nurlanelekberov453 9 ай бұрын
Keçmiş olsada ortada gözəl bir sevgi olubsa əlbəttə insanın yadında xoş bir his ve xatire kimi qalır mənim Yadımda qaldığı kimi
@TarlanHidayatzade
@TarlanHidayatzade 10 ай бұрын
Azərbaycan Repinin bu qədər zirvəyə qalxması uşaqlıqdan içində olduğumuz atmosferin belə yüksəlməsi sevindirir insanı Hələ hər şey qabaqdadır Tənqid edənlər həmişə olacaq və həmişə susturulacaq🚀
@royadadasova7987
@royadadasova7987 10 ай бұрын
İnsan ruhunun dərinliklərinə xitab edirsən Qaraqan, treklərinin hər cümləsində , keçmişini, hisslərini tapan insanlar var. Uzaqda olsanda, bizim yaxın dostumuzsan. Bizdənsən, bizləsən.💙
@nazrinsultanli777
@nazrinsultanli777 10 ай бұрын
Her qulaq adanda ferqli hislere qapilib, muxtelif dushuncelere daliram. QQ gorunur her tebeqeye xitab etmek isteyir, ureyi qirilanlara, kecmish sevgisi ile yashayanlar, indi oz cananlari ile xoshbext olanlar ve mehebbetini tapmayib boshluqda dolananlar. Her bir eser bir birinden gozel ve menalidir ❤
@ulkarimanova1601
@ulkarimanova1601 10 ай бұрын
"Sevgi qızmar səhrada bir qurtum sərin sudur, Sevgi tükənən ömrü yaşatmaq arzusudur Sevgi səmimiyyətdir, qayğı, əməkdir məncə. Ondan ciddi hiss mi var? Sevgidə yox əyləncə. Gerçək sevgi ürəkdən, ruhun bətnindən doğur, Gerçək aşiq nə gözə,nə də üzə bənd olur. O anlaşan ruhların tarazlıq nöqtəsidir, İlahi ucalığın vəhdət mərhələsidir." Müəllif: Ülkər Hüseynli
@af45679
@af45679 10 ай бұрын
yadimda əllərinin istisi və qaladigimiz ocagin tustusu✨
@ibrahimtaghiyev
@ibrahimtaghiyev 10 ай бұрын
1. Qaraqan və sizin bu proyektiniz özü bizim üçün hədiyyədir. 2. Nə qədər ciddi işim olmasına baxmayaraq yeni musiqi çıxan kimi mən hər şeyi bir kənara qoyub dinləyirəm. Sanki hər biri bir obrazdır. Rənglərdir... 3. Bu 3 musiqi haqqında: Hər biri filmdir qeyri-adi dramma janrında çəkilmiş filmdir... 1.Fiction (Fantastik)dram. 2. Melodrama. 3. Romantik dram (İllustrative). 1-ci musiqi "Yadımda" sanki yuxu kimi gəlir. Amma "hardadır 3"dür sanki göydəki ulduzları sayırdım deyir. 2-ci Leylim - "Proza"2-dir Yağır yağış gözlərindən ifadəsi var. Yadınıza salın Proza 1-də Küləklərlər birləşirdi qatarın tüstüsü uzaqda baharın istisi. Çox soyuq yanaqlarımda buz bağladı donub qalan o göz yaşı ifadəsi var. Sanki neçə il sonra əsrlər keçsə də yadında dünən kimi qalan qızdan danışır. O kimdir? O onun "Leyli"-sidir. 3-cü Içindəki zülmətin - Sadəcə bir rəqs illuziyasıdır. Orada xanımdan gələn ətir var, burda isə xanımdan gələn baxışlar. Vəsiqəsə Elxan həyatda Qaraqan o romantikanı təsvirdən təsvirə təxəyyülü kimi dəyişirdi. Məsələ ondadır ki, mən artıq 16 ildir Qaraqanı dinləyirəm hətta o olmayanda belə mən onun yaradıcı, musiqi ruhuyla yaşamışam. Onu da qeyd edim ki, ən çox xoşuma gələn 1-ci musiqi oldu, çünki "hardadır" seriyası mənim daxilimə yaxındır. Ən uğurlu amma "Leylim" mahnısıdır. Burada ad seçimindən tutmuş, metaforalara qədər hər şey danışır, hətta damlalar belə. Sanki hərəsinin öz yeri var. 3-cü musiqi isə sanki bir fraqmentdir, epizodik olaraq sevgi kimi qonaq gəlib ömürümüz boyu gedəcək. Və gəldiyi zaman ən dəyərli musiqi olacaq. Çox sağ olun mənə diqqət ayırdığınız üçün. Hər biriniz çox dəyərlisiz. Yaradıcı baxışınız var.
@cavadquliyev7197
@cavadquliyev7197 9 ай бұрын
salam sizdə Qaraqanin qısa qapanma və işıq albomlarinin orjinal faylları var? əgər varsa onlari mənə ata bilərsiz zəhmət olmasa.
@Artly_1
@Artly_1 10 ай бұрын
Sonsuz sevgi ilə , təbiki hazırıq 🖤
@nesimi_suleyman
@nesimi_suleyman 10 ай бұрын
Bəlkədə ən dəyərli şey əlçatmaz olduğu üçün dəyərlidir #dərəcə #birincidərəcə #intibah
@aykhanimaliyeva
@aykhanimaliyeva 10 ай бұрын
Azərbaycanın möhtəşəm simaları. Əvvəl MadHouse idi, indi daha da dərin.
@hmdve
@hmdve 10 ай бұрын
Bir sevgi vardır ki,nə keçmişdə,nə indi,nə də gələcəkdə unudulmur. Hər zaman var,əbədi var. Əbədi sözü sizi aldatmasın,əbədi o deməkdir ki, tanrının var ola biləcəyi yerdir. Nə indi,nə sonra deyil ən üst qatdan indini,əvvəli,sonranı izləyən tanrı "əbədi" deyilən o yerdən izləyir bizi. Sevginində əbədi olduğu yer var. Səbəbsiz,təmənnasız olan sevgi,sizi sevsinlər deyə deyil,siz sevirsiniz deyə var olan və əbədiləşən sevgidir ki,əsl sevgidə budur. Sevgi ilə qalın,qalmağı bacarın.
@yourrinnervoice
@yourrinnervoice 10 ай бұрын
Qaraqan və Az-ya siz möhtəşəmsiz! Sizdə ideya tükənmir, bizi hər dəfə fərqli layihələrlə təəəccübləndirib, maraqda saxlayırsız. Hər növbəti mahnıdan sonra, 2 həftə sonranı səbirsizliklə gözləyirəm ki, görəsən növbəti nə olacaq?
@aliviahasan981
@aliviahasan981 10 ай бұрын
Bu saatlarla davam etməlidir🌷
@ayxanbeydiyev5194
@ayxanbeydiyev5194 10 ай бұрын
Bir anda 3 track la ruhumuzu oxşadığın üçün təşəkkürlər QARAQAN❤❤
@farrukhabdullaev9243
@farrukhabdullaev9243 10 ай бұрын
"səni gətirir qəribə ətir tanımadığım uzaq tanışlarla bir, səni gətirir, təsadüfi şəhərin və gecənin şəri səni gətirir"
@vusalhasanov3626
@vusalhasanov3626 10 ай бұрын
Uşaqlar yerinizi bərk tutun çünki birazdan buralar dağılacaq.
@subhanibrahimli6880
@subhanibrahimli6880 10 ай бұрын
Qaraqanı ilk dəfə dinləməyə başlayanda 10-11 yaşlarında idim. Bilmirəm, bəlkə də daha əvvəldən idi, amma mən o yaşlardan xatırlayıram. Yadımdadı, bir gün mamama çoxdandı Qaraqanı dinləmədimiyimi və icazəsi ilə telefonundan istifadə edərək "KZbin" a adını yazmağını istədim. Qarşıma bir neçə ay əvvəl yüklənmiş "dərzi" tracki çıxdı. Elə həmin an dinlədim, amma biraz tərzimə uyğun deyildi. Həm də anlamırdım. Dərk edə bilmirdim ki üstad gedir. Hər Məcnunun Leylisi fikrimcə heç də hər zaman insanlar olmur. Mənim Leylim də fikirlərim idi. Hansı ki bu düşüncələr uşaqlıqdan formalaşaraq indiki yaşıma qədər hələ də davam edir. Yəqin ki bir ömür boyu da mənimlə birlikdə olacaq. Zamanla böyüdüm. Mən böyüyürdüm, lakin Qaraqanın yeni trackləri çıxmırdı. O getmişdi. Bəlkə də elə dediyi kimi, gedə bildiyi üçün getmişdi. Bilmirəm. Mən böyüdükcə içimdə məni boğan, düşünməyə vadar edən fikirlərim də böyüyürdü. İçimdəki zülməti hiss etdikcə daha da yaxın olurdum bu tracklərə. Uşaq vaxtı ritmi xoşuma gəlirdi deyə dinlədiyim "Epiloq" trackini böyüdükcə anladım. Pis olurdum. KZbindakı qışlaq albomunun altında köhnədən dinləyən Qaraqan dinləyiciləri ilə söhbətləşir, yaradıcılıq vaxtlarında yaşımın az olması ilə bağlı məyusluğumu bildirirdim. İndi də bir gecə yarısı yuxudan anidən oyanıb, bütün bunları yazmaq keçdi içimdən. İndi Qaraqan qayıtdı, həmçinin mən də böyüdüm. Sizə saatlarla nələrdənsə, kimlərdənsə yaza bilərəm, amma indi üçün sadəcə təşəkkür edirəm. Yaxşı ki qayıtdınız!
@NihadQQ
@NihadQQ 10 ай бұрын
Qaraqan sanki qırmızı qızılgüllər bağçası içində qarşımıza təsadüfən çıxan ağ qızılgül kimidir :)
@Anyonefrom99999
@Anyonefrom99999 5 ай бұрын
Süni qızılgüllər içində hamısından göyçək yabanı çiçək...
@loveandcare000
@loveandcare000 10 ай бұрын
İnsanın ruhu dincəlir.Musiqi,səs,sözlər hər biri ayrı-ayrılıqda möhtəşəm idi.Mənə maraqlı gələn ikinci bir detal "gecə radiosu" idi.Bilmirəm Azərbaycanda bu tərz program var ya yoxdur.Əgər yoxdursa yeni bir lahiyə kimi məncə youtubeda öz yerini almalıdır.Təsəvvürü belə gözəldir.Gecə radiosu bəlkədə bacarıqlı gənclərə bir pilləkən rolunu daşıyar.
@VagifValiyev-r7g
@VagifValiyev-r7g 10 ай бұрын
Yenidən ruhumuzun qidası, ölkəmizin mənəviyatımızın yüksəlişi və dirçəlişi nə yaxşı ki qayıtmısan Elxan.
@velisuleymanov6161
@velisuleymanov6161 10 ай бұрын
Qaraqani söhbetgahda gözleyirik
@aytnbagrova1853
@aytnbagrova1853 10 ай бұрын
Ruhumuz səsində dincəldi,Qaraqan🤍!
@11metrr
@11metrr 10 ай бұрын
Əli Xəyyamı gözüm axtardı. Səs tonu ilə çox şey qata bilərdi hisslərimizə. Əllərinizə sağlıq💙
@universemapper4556
@universemapper4556 9 ай бұрын
#dərəcə
@qurbetibrahimov7729
@qurbetibrahimov7729 10 ай бұрын
Qaraqanı və bu insanlara baxmaq qulaq asmaq bir zənginlikdir ..və hami zəngin ola bilməz ..
@asimebayramova9774
@asimebayramova9774 10 ай бұрын
Ən maraqlı şərhə xüsusi hədiyyə varmış, hədiyydən çox nə olduğunu bilmək istədiyimə əminəm...sanki hədiyyənin nə olduğunu bilmək, o incə düşüncəni duymaq özündən dəyərliymiş kimi gəldi. Mahnılara gələndə isə üçü də insanın ruhuna toxunur. Mənim indiki duyğularımın tərifini isə "yadımda" mahnısı verdi çünki mən hal hazırda onu yaşayıram və bu qədər incə izah.... təşəkkür edirəm, Qaraqan. Nifrətə çevrilə bilən "sevgi" bizim bildiyimiz "sevgidir" elə hər şey qaydasındadır..... #yadımda #Leylim #içindəkizülmətin #gecəradiosu #birincidərəcə #intibah #söhbətgah
@Xalid_veli
@Xalid_veli 10 ай бұрын
Xəyalını hərkəsdən gizlədəcəm, gecə şəhər yatacaq, biz rəqs edərik səhərəcən və duman dolacaq şəhərə🖤🖤
@leyl-i
@leyl-i 10 ай бұрын
Bu formatı bəyəndim. Açığı, hər dəqiqəsinə nəsə yazmaq istədiyim formatdadı. "Söhbətgah"a da keçmək bu videodan sonra artıq, hardasa, şərt kimi idi, şəxsən. Mövzuya gəldikdə, sevgi. Bu çox dərin və fərqli bir hissdir. İnsanlar bununla bağlı fərqli fikirlərə sahib ola bilir. Son vaxtlar hər cür hissin adının sevgi qoyulduğuna çox tez-tez şahid oluram. İntiqam istəyinə belə sevgi deyildiyini görmək bir qədər qəribədir. Sadəcə romantik münasibətlərdən getmir söhbət. Axı hər cürə sevgi mövcuddur. İnsan çox şeyi sevə bilər. İnsanın yaradılışı belə sevgi ilə başlayır. İslamiyyətdə inanlar belə deyilir: "Allah bizi əvvəl sevdi, sonra yaratdı." Deməli, təməlimiz budur. Yarasa oyuncağını görmək də məni sevindirdi, klipdəki hekayəsi onu şirinliyinin yanında çox mənalı edir. Bütün fikirlərimi eyni rəydə yığmaq biraz uzun olsa da, yazacam. Ən sevdiyim isə "içindəki zülmətin" oldu. Burdan sonrasını yazmaq bir qədər qorxuducudur, şəxsən. Çünkü səmimi hislərimi və fikirlərimi yazacam. Bu, mənim üçün, bir qədər təhlükəlidir. Buna baxmayaraq, yazacam. Digər mahnıları yüngül bir təbəssümlə dinləsəm də, bu mahnını dinlıyərkən ağlamamaq üçün özümü saxlamalı oldum. Anamla telefonda danışırdıq, belə görməyini istəmədim. Telefonu söndürəndə isə özümü saxlaya bilmədim. Bu mahnı mənə heç var olmamış və, böyük ehtimalla, heç var olmayacaq bir adamı xatırlatdı. Bu adam tipajı, xəyalı (hansı ki mənə hüzur verirdi və bu xəyalı qurmaq tükənmək bilməyən kədərimdən qaçmağıma kömək idi) incikli bir dövrdən qalmadır. Bu mahnı isə onun dilindən, ağlından keçəcəyi tərzdədi. Açığı, bu mövzu o qədər qarışıqdır ki zehnimdə, tam mənası ilə yazıb danışa bilmirəm. Lakin ucu o qədər farqli yerlərə uzanan bir şeydir ki.... Mən elə bilirdim ki, keçən il Aprel gecəsində o göz yaşları sonrası qalxdım və yoluma davam elədim. Amma indi bu mahnıda anlayıram ki keçmiş, keçsəm belə uzanacaq və uyğun bir vaxtda ayaqlarıma dolanacaq. Axı şəxsi tariximiz də bizim bir parçamızdır. Bir mahnıda da deyildiyi kimi: "bu qayıqla bu dənizi çıxa bilmədim." Yenə də düşünürdüm, öz gücümlə üzsəm, bəs edər. Uzaq başı bu dənizdə yorulub batacam. Amma sınmış qayıqların parçaları mən üzdükcə mənə çataraq dərimə batır, bunu təxmin eləmirdim. Bu cümlələr, bəlkə də, kiməsə gülməli gələcək. Çünkü qaçmağa yeri bu cür tapmamış insanların bu hissiyatı anlamayacağını bilirəm. "Yaranı ələ salar yaralanmamış olan." Dinləyərkən hansı hissləri keçirtdiyimə gələndə isə, məncə, artıq məlum olur. Son olaraq "ruh məhəbbəti" mövzusuna qayıdıb bu rəyi sonlandırmaq istəyirəm. Ruh sonsuz olandı, ona görə də varlığımızda bütünlüklə uca olandı. Bir kitabda birinin digərinə: "Ruhum", deyə səsləndiyini görmüşdüm. Onda bunun nə qədər müqəddəs bir səsləniş olduğunu düşünmüşdüm. "Ürəyim, canım, həyatım", vəsair vəilaxır kimi səslənişlər gözəl olsa da: "ruhum", demək, sonsuzluğuna aid eləmək, məncə, sevginin ən gözəl və ən saf göstəricisidir. Sonsuz yerdən verilən sevginin özü də sonsuzdur. Bura kimi oxumuş hər kəsə təşəkkürlər. #dərəcə
@sevdamdva
@sevdamdva 10 ай бұрын
İlk sevgimlə tanış olmaq səbəbimiz Qaraqan idi. 2009-2010-cu il idi. Çox həvəslə Qısaqapanma albomunu almışdım. Bir rəfiqəmə dinləməsi üçün müvəqqəti olaraq vermişdim albomu, sevdiyim şəxs də albomu onda görüb qulaq asmaq üçün götürmək istəmişdi, ondan sonra bir neçə dəfə də albomu istədi və beləcə bizim əvvəlcə qiyabi, sonra isə yaxından münasibətimiz başladı və illərlə davam etdi. Sonu ayrılıq olsa da çox xoş xatirələr qaldı geridə. Onu hələ də sevirəm mi, bilmirəm. Amma xatirəmdə ömürlük qalacaq. Hər Qaraqanın tracklarini dinlədikcə keçmiş günlər yenidən gözümdə canlanır. Qaraqan geri dönüş etdiyi trackin rəylərində gözüm onun adını axtardı, amma tapa bilmədim. Qaraqan və R... Xatirələr üçün təşəkkür ❤
@alyyvv7
@alyyvv7 10 ай бұрын
Həyat sizi bu treklərdə, bu rəylərdə birləşdirsin ✨
@Afa-re4qo
@Afa-re4qo 10 ай бұрын
Nə gözəl hekayə..
@nezrin8585
@nezrin8585 9 ай бұрын
🙂❤️‍🩹
@mr.disiplin
@mr.disiplin 10 ай бұрын
Yadımda səni görmək arzuları və dərin hisslər Mən onda dəqiq bilirdim kimdi yaxşılar, kimdi pislər..
@_.ismayilova._4645
@_.ismayilova._4645 10 ай бұрын
Qaraqan ve biz yenədə burda
@zeynalmahammad8286
@zeynalmahammad8286 10 ай бұрын
Çox sağol, Elxan... Ruhumu dincəldə bilən tək-tük insanlardan biri. "Yağır yağış" 👍
@yadelliart
@yadelliart 10 ай бұрын
Qaraqan, ilk öncə hər üç mahnı əsrarəngizdir. Dinlədikcə bir-birilə olan incə bağları kəşf etmək mənə zövq verir. Bu bağları izah etmək çətin olacaq. Ən xoş gələn Leylim oldu. Birincisi ona görə ki, musiqisi içimi titrətdi. İkincisi bu mahnının sözlərində həm ənənəvi repə yaxın tərz, həm də 'ruhlanmış' Qaraqanı eşitdim. Last but not least, qəm çalarları daha üstün idi - şəxs olaraq mənə daha yaxın olan bir hiss. İnanıram ki, tək mənə yox bütün xalqa yaxın hiss. Qaldı ki, mahnıları dəlib keçən və bir-birinə bağlayan o ipə - məncə bu köklərə bağlılıqdır. Musiqilərin hər üçündə milli türk 'səs'ləri eşidirəm. Bəlkə də buna ad verməmək daha yaxşıdır, sadəcə olaraq köklərə sadiqlik deyək. Sevgi mövzusunu üzdən, yəni kişi qadın sevgisinə limitlənmiş halda təqdim etməmisən. Ortada daha çox gəldiyin yerə, arasından çıxdığın insanlara, xalqa olan sevgiyə işarə var. Yadımdadırda sən hələ təzə ayrılmısan o insanlardan/yerlərdən və xoş xatirələrlə xatırlayırsan. Leylimdə artıq öz həqiqətini tapmısan və uzaqda olsan da xalqını sevdiyini, əslində heç vaxt yalnız buraxmayacağını anlamısan. Ruhlanmısan. Sonuncuda isə bir anlıq yarasalıq eləmisən və hər kəsi baş-ayaq görsən də səninlə eyni halda olan o xalqı düz görürsən (ağrıları ilə rəqs edən o qız). Yenə də deyirsən ki, səni zülmətinlə, yaralarınla sevirəm. Nəysə. İzah etmək çətindir, ancaq hiss etmək çətin deyil. Bu təcrübəni bizə yaşatdığın üçün sağ ol! Tural, sən də sağ ol, bu təcrübənin vacib hissəsi idin :)
@aynuraynur500
@aynuraynur500 10 ай бұрын
Dərslərdən, qayğılardan bezən və gələcəyin necə olacağını düşünəndə qorxan, yorulub ev sahibimin insafsızca tələbələrə yatmaq üçün verdiyi köhnə, lakin doğmalaşan o kravatda uzanıb bilik yarışında mükafat kimi qazandığım balaca radioamda dinlədiyim, eşitdiyim, ağladığım, güldüyüm, yuxuya daldığım, bəzən isə doğma səslərin yad səslərə çevrilməsiylə ayıldığım o illərə ürkək salamım var…
@Karma___777
@Karma___777 10 ай бұрын
İnanın sizi ən yaxşı şəkildə başa düşürəm 🥲❤️‍🩹 sonumuz bəlli deyil.
@aynuraynur500
@aynuraynur500 10 ай бұрын
@@Karma___777 mən çox gözəl tələbəlik illəri yaşamışam. Qayğılarıyla, çətinlikləri ilə, mənə qazandırdığı dostluqları ilə, yiyləndiyim biliklərlə. Şəxsi xatirələrimin bir parçasında hər zaman HOST olub. Bugünkü mənimin formalaşmağında rolları böyükdü. Sizə də tövsiyəm heç zaman ümidsiz olmamaqdı. Hər şeyi dəyişməyə özünüzdən başlamalısınız. Ki, belə olmasa xatirələrimizə nəzər salanda məyusluq hissini daha çox keçirərik. Qayıdışlar bizi üzmədən həvəsləndirirsə hələ də şansımız var deməkdi. Həyatınızda Sizə bol uğur arzu edirəm.
@LimaPerhaps
@LimaPerhaps 8 ай бұрын
@Khananalizada
@Khananalizada 10 ай бұрын
Qanı dəyişib edək Qaraqan 🖤
@TukezbanHuseynova24
@TukezbanHuseynova24 9 ай бұрын
“Yara izlərindən bilinir qəlbindəki həsrətin, qara gözlərindən görünür içindəki zülmətin”.
@universemapper4556
@universemapper4556 9 ай бұрын
#derece
@blackberry_185
@blackberry_185 10 ай бұрын
Sən həmişə bizim yadımızdasan və qəlbimizdəsən❤
@nuryoss
@nuryoss 10 ай бұрын
Yenə möhtəşəm bir iş yenə möhtəşəm musiqi və yenədə möhtəşəmlik yaradan Qaraqan🖤
@aygunagakishiyeva4229
@aygunagakishiyeva4229 10 ай бұрын
Təşəkkürlər Qaraqan və Tural. Əməyinizə sağlıq. Gözəldir.❤❤
@lilitnzm
@lilitnzm 10 ай бұрын
ruhumun yara bandı💗
@bananlimorfin
@bananlimorfin 10 ай бұрын
İndi yazacağım yazılara vəsilə olmanız çox xoş oldu bu qəribə, maraqlı və bəzən iç titrədən musiqi silsiləli proyektiylə. Bir növ qaranlığa, gecəyə doğru içimi tökməyim bəlkə də yaxşı hiss etdirər. Normalda bunu susaraq edərdim, fəqət mənə ruhumun sərhədlərini aşmış qədər yaxın olan bir ruhdaşıma demək də ən az susmaq qədər rahatlaşdırıcı bir şey olmalıdı. Sevgi.. əslində o qədər fərqli fərqli formalarda yaşanır ki. Fərqləndirmək üçün eşq, məhəbbət kimi kəlimələrdən istifadə edərik bəzən, amma bunlar da yetməz ki. bəlkə də hər yaşanan sevgi hər bir individual şəxs kimi fərqlidi bir birindən. Sadəcə ifadə etmək çətinləşər, adlandırmağa çalışarıq. Bir kəliməylə ümumiləşdirərik. Amma necə ki, fərqli motivləri mənimsəmiş şəxslər bir birindən necə də fərqli dünyalar yaşayarsa, başqasının həyatına daxil olanda müxtəlifliyi iliklərinə qədər hiss edirsənsə sevgi də elə.. sığmaz sözlərə, cümlələrə. Mən yenə də sevgi deyə ifadə edəcəm, əslində adı belə olmayan bəzi duyğuları. Sevgi, təsvirsiz bir şeydi, hiss etmək olur ancaq. Yaşayanda anlayırsan. Əgər ki, saf sevgidən danışırıq, digər gördüyümüz və şahidi olduğumuz "sevgi" anlayışlarından uzaq duraraq davam etməliyik məncə. Sevgi, birinin orasına burasına dalmaq deyil. Sevgi deyən zaman ağıla "sevgili" sözü düşməsi də deyil. Və sevgili olmaq üçün min bir oyundan çıxmaq da deyil. Mütləq də münasibətə ad vermək də deyil. Sevgi, üzünə baxaraq sevirəm deyib arxasından min cür işlər çevirmək də deyil. Nə vaxtsa əməl etməyəcəyin sözləri vermək də deyil, yalandan gözünün içinə baxıb hiss etmədən səni sevirəm demək də deyil. İndi gələk nə olduğuna, bunları yaxın keçmişdə yaşamış biri olaraq ifadə etmək qəribə hiss etdirir, yenə də.. Sevginin səbəbi olmur birincisi, məqsədi olmur, hədəfi olmur, kordu, tamamilə kordu. Sevgi iliklərinə qədər hiss etməkdi, bəzən anlamasan belə üşüyəndə üşüdüyünü, sevinəndə sevindiyini, ağlayanda ağladığını hiss etməkdi. Gözünü görməsən də, camalını görməsən belə bir mələk kimi onu xəyal etməkdi. Yanında olmaq.. bəzən cismən alınmır, ruhən olursan. Kənar şəxsə sevgi haqqında danışan zaman, yanında olmadan əlindən tutan zaman əlini hiss etdiyini, sarılan zaman bədənini hiss etdiyini, gülən zaman gözlərini hiss etdiyini, hətta öpən zaman yanaqlarını belə hiss etdiyini izah edərkən qarşındakının heç nə anlamadığı halda sənin uşaq kimi gülməyindi sevgi. Bunlar bir bədəndə bütövləşməkdi. Bir ruhda bütövləşməkdi. Bütövləşmək sevgini təşkil edir, ümidləri yaradır, inamı yaradır. Bir bütöv olaraq həyatına davam edirsən, "mən", "sən" anlayışı olmur, yerini "biz"ə verir. Bir olduqları müddətcə insan olmağa davam edərlər artıq. Sevdikləri müddətcə insan olmağa davam edirlər. Nə yaşasalar belə, nə qədər ayrı olsalar belə hər yerə baxanda onu görməkdi sevgi, hər mahnıda onu hiss etməkdir sevgi. Gördüklərini gördüyünü hiss etməkdi sevgi. Xəyalında daima onu yaşatmaqdı sevgi, nə qədər yorğun olsan da, başına min cür oyun açsalar da yanında olduğu zaman dərin və içdən təbəssüm etməkdi sevgi. Ayrı qaldıqları zamanda inanmaq, güvənmək.. xəyalına belə xəyanət etməməkdi sevgi. Heç bir şübhə olmadan inanmaq, fədakarlıqdır. Sevgi fədakarlıqdır. Bəzən onun yaxşılığını düşünmək ancaq, onu yaxşı hiss etməsini istəmək, özünü unutmaq, fədakarlıq yaradır, sevgi yaradır. Girişini möhkəmlətmədən, özəyinə keçdim. Əslində saf sevgi qarşılıqsız sevməkdi.. qarşılıqsız sevərkən əzab çəkməməkdi, hətta bunu o demişdi.. sevildiyi üçün deyil də, sevdiyi üçün onun yanında qalmaqdır sevgi. Çox dərin tilsimdir. Saf hisslərlə.. o içindəki saflığa, uşaqlığa təslim etməkdi özünü. Sevmək uşaqlıqdı, nağıllara inanmaqdı, möcüzələrə inanmaqdı. Uşaqca oynamaq və xəyal etməkdi. Yəqin ki, ən uca hissdi. Yaşadığımız ölkə çox çətindi. Çox ağrılar, çox əzablar vəd edir. Neçə neçə, neçə növ parçalanan həyatlar, qırıq tökük olunan ürəklər var çevrəmizdə. Gəzirik yolda, amma hər yandan bir yaşanmışlıq yağır. ucuz və ya ifadə olunmaz. Bəzi yaşantılar üzərində fərqindəliyi olmayan biriləri üçün indi deyəcəklərimi anlamaq çətin olar yəqin. Elə həyatlar var ki, insanlar tərəfindən nə zülmətlərə qərq olunan, nə ağrılara zəncirlərlə bağlanan. Necə gözəl ifadə edir axı ruhdaş.. "xeyirlə şərin, ağ ilə qaranın arasında boz bir şəhər sakinləri; yarı mələk, yarı cinlər.." Sözümün canı odur ki, bəzi insanlara sizlər qədər rahat olmur yaşamaq, burda bu mesajı görmək haqqı verilməyən biriləri də var hardasa; qaranlıqda, bir küncdə, məhbus kimi əzab çəkən, Qaraqanın gəlməsindən xəbəri belə olmasına haqqı verilməyənlər də.. Bu mövzulara çox girməyəcəm. Düşünürəm ki, Qaraqanın missiyalarından biri də elə budu və səhnəni ona buraxmaq lazımdı. Qırılan qəlblərin, məhv olan həyatları xilas etmək.. Bu böyük bir fədakarlıqdı, bəlkə elə bu da sevgidi.. mütləq elə qızla oğlan olsun? bir ruhani və bir cəmiyyət. Qısacası qoruyun özünüzü, sevginizi, uşaqlığınızı. Məhv olunmasına icazə verməyin, yaşama göstəricilərinizi sıfıra endirsələr belə, sürünsəniz belə fədakarlıq etməyi əsirgəməyin. Əgər inanırsanızsa ki, bu əsl sevgidi, izah olunmaz, bir dost bir ruhdaş kimi bir ömür keçirə biləcəyiniz biridi, o zaman əzab çəkməyi çox görməyin, illərinizi də alsa, dəyərlərinizi də alsa. inanın ki, zirvəyə çatdığınızda hər şey çox daha şirin gələcək, bütün ağrılar, bütün acılar. Dediyim kimi o qədər fərqli sevgi yaşantıları var ki, mən kitab da yazsam bura mütləq ki, toxuna bilməyəcəyim mövzular olacaq. Bir qədər uzaq məsafəli sevgini base alaraq ümumiləşdirməyə çalışdım, siz də artıq fərqli formalarda ifadə edərsiniz. Hər kəs öz yaşadığı qədərindən danışsa bəs edər. Ağ və qaralarla belə olsa çox gözəl bir portret çıxar yəqin ki. Bu yazdıqlarımla çox mesajlar da ötürdüyümü düşünürəm, içimi də tökməyə vəsilə oldu. ona görə nə xoş. təkrar da qeyd etmək istəyirəm.. həyat fırçalarınızı paylaşacaq birini tapmısızsa, nə zamansa aranıza insanların, illərin, yaşantıların, ayrılıqların girməsinə icazə verməyin. tutun əlindən, sarılın və bunun necə müqəddəs bir şey olduğunu dərk edin. arada bir birlərini sevdikləri halda, bunları yaşaya bilməyənlər olduğunu da düşünün və bir daha nə qədər şanslı olduğunuzu anlamağa çalışın. Çünki o birlikdəlik, o bütövlük hər şeyin ən zirvəsidi, həyatınız qanlar savaşlar böhran içərisində belə olsa, hər şeyin gül açaraq gözəlləşəcəyi bir andı. Sevin, sevilin, fədakarlıq edin.. Ayrıca, qırılıb tökülmüş bütün qəlblərə, məhv olan bütün həyatlara xilas və hər şeyin ən gözəlini arzulayıram. Sevgilər.. Son olaraq, 3 parça da çox dərindən təsir etdi. Elə yuxarda bəhs etdiyim kimi.. bütün proyektin böyüklüyündən əlavə, sevgini birdən daha fazla formada ifadə etmək çox incə nöqtədi. Daha fazla yaşantıya, daha çox qəlbə təmas edə bilmək üçün.. Bəlkə sevgidən sonrakı ikinci qavramsan ki, səni də bir sözlə ifadə etmək mənə çətindi.. Sadəcə çox böyük bir obrazsan.. çox böyük bir xilassan.. çoxları hələ bunun fərqində deyil və başlarına necə bir gözəllik gəldiyindən xəbərsizdirlər. Sənə də sevgilər, ruhdaş.. Son olaraq da, yəqin görmərsən bu yazıları amma həm keçmiş, həm indiki, həm gələcək nurum.. gücsüzlüyümə görə bağışla, səni çox sevdim, çox sevirəm, çox sevəcəm.. ən böyük dostum və ruhdaşım doğum günün mübarək olsun.. 🌷💙
@murad_djabrayilzade
@murad_djabrayilzade 10 ай бұрын
1:55 - Yadımda 8:54 - Leylim 13:39 - İçindəki zülmətin
@universemapper4556
@universemapper4556 9 ай бұрын
#qq
@leylanagiyeva7334
@leylanagiyeva7334 10 ай бұрын
Mələklər bunu səmavi sevinc adlandırır, şeytanlar cəhənnəm əzabı,insanlar isə buna Sevgi deyir. (Henrix Heyn)
@Turgutaev
@Turgutaev 10 ай бұрын
👍👍
@forlooking9573
@forlooking9573 10 ай бұрын
qaraqan bir musiqiciden daha artiqidir
Qaraqan və Nazryn - Səhraların Ulduzu
5:26
QARAQAN
Рет қаралды 154 М.
Qaraqan - Zəncirbəndi
5:25
QARAQAN
Рет қаралды 184 М.
Real Man relocate to Remote Controlled Car 👨🏻➡️🚙🕹️ #builderc
00:24
Players push long pins through a cardboard box attempting to pop the balloon!
00:31
Farmer narrowly escapes tiger attack
00:20
CTV News
Рет қаралды 9 МЛН
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
00:44
Crafty Buddy
Рет қаралды 59 МЛН
ÇƏNƏ PODCAST: PASTER YOXSA QARA ƏLƏSGƏR?!
1:56:50
Content TV
Рет қаралды 90 М.
Qaraqan və Bîdar - Bənövşə
3:56
QARAQAN
Рет қаралды 794 М.
Beyin nədir? | Qalib Əsədov | Söhbətgah
1:21:03
Söhbətgah
Рет қаралды 79 М.
Səni axtarıram 26.11.2024 Tam veriliş / Seni axtariram 26.11.2024
1:23:21
Xoşqədəm Hidayətqızı official
Рет қаралды 20 М.
Əlfəcin - Qaraqan (Səhifə 3)
20:55
Əlfəcin TV
Рет қаралды 184 М.
Qaraqan - Yadımda
4:00
QARAQAN
Рет қаралды 64 М.
Qaraqan - Qızım
4:44
QARAQAN
Рет қаралды 1,6 МЛН
ÇƏNƏ PODCAST: RZZA, Hennessy, Birinci dərəcə?
1:01:02
Content TV
Рет қаралды 104 М.
Real Man relocate to Remote Controlled Car 👨🏻➡️🚙🕹️ #builderc
00:24