Ramiz Rövşən-Ayrılığa dözməyi hərə bir cür bacarır (səs Xəzər Süleymanlı)

  Рет қаралды 108,376

Xəzər Süleymanlı

Xəzər Süleymanlı

Күн бұрын

şeir: Ramiz Rövşən
səs: Xəzər Süleymanlı
piano: Vüsal Namazlı
Hər yolun öz sonu var,
hər evin öz açarı.
Ayrılığa dözməyi
hərə bir cür bacarır.
Çoxdu hirsi, acığı
yarı yolda sönənlər.
Bir vaxt çırpıb çıxdığı
qapılara dönənlər.
Səhər-səhər, obaşdan
qapıları döyənlər.
Pıçıltıyla yavaşdan:
- Aç, gəlmişəm, - deyənlər.
Sonra açılan qapı
və qapıda dayanan
bir köynəksiz, yad kişi.
Və onun arxasından
qorxa-qorxa boylanan
Bir vaxt hər kirpiyini
sevə-sevə öpdüyün
bir cüt gözün təşvişi.
... Yox, köhnə sevgilərə
qayıtmaq dəlilikdi.
Yatan evi yuxudan
oyatmaq dəlilikdi.
Çoxdandı ki, bu evdə
yoxdu səni gözləyən.
Şəklini tumarlayıb
körpətək əzizləyən.
Şəklin çoxdan cırılıb,
verilibdi yellərə.
Burda hər şey yaddı, yad;
kar qapı, kor pəncərə.
Girsən, səni tanımaz
bu evin bir güzgüsü.
Bu evdə gəzən indi
özgəsidi, özgəsi.
Daha burda
dayanıb-durmağa nə ehtiyac?
Bu qapıdan
başını birdəfəlik götür qaç.
“Hər yolun öz sonu var”, -
axı kim deyib bunu?
Kim nə bilir hardadı,
yolun əvvəli, sonu?
Bütün yollar qarışıb,
əriyib bir-birində.
Əvvəli, sonu yoxdu
bütün sevgilərin də.
Neçə ürəyə düşür
bir sevginin açarı.
Bir qapı bağlanırsa,
başqa qapı açılır.
İndi səni gözləyən
bir qapı var hardasa;
görmədiyin bir evin
sənə həsrət qapısı.
Orda bir qız darıxır, -
səni tanımasa da,
səni sevməkdən ötrü
tanrı seçib o qızı.
Ömründə görmədiyin
o ev sənin evindi.
Get, o evdə yolunu
gözləyəni sevindir.
#xezersuleymanli #ramizrovshen #xəzərsüleymanlı

Пікірлер: 197
@XezerSuleymanli
@XezerSuleymanli 3 жыл бұрын
Xoş dinləmələr, əziz insanlar. 😊💞
@_son_1arzu_913
@_son_1arzu_913 3 жыл бұрын
Hər zaman ki kimi qəmləndirdiniz.. səsinizə qüvvət çox gözƏldi👏🏻❤️
@nrminmmmdova9099
@nrminmmmdova9099 3 жыл бұрын
Səsinizin Vurğunuyam 😍, Səsinizə Qüvvət❤️ @Xəzər Süleymanlı
@pirincces7667
@pirincces7667 3 жыл бұрын
Allah sizi var etsin
@sevilnatiqqz.3145
@sevilnatiqqz.3145 3 жыл бұрын
Səsinə, ürəyinə sağlıq şair....
@redmitelefon4001
@redmitelefon4001 3 жыл бұрын
Niyə belə edirsiz?
@ulviibrahim5157
@ulviibrahim5157 3 жыл бұрын
"Sən gedəndən böyüdüm mən.. Zəngimi də özüm qururam Axşamları özüm yatıram, Səhərləri özüm dururam.. Nə olsun ki, Hərdən çayniki unuduram dəmin üstündə Nə olsun ki, Gecələri yastığ əvəzi yatıram qəmin üstündə.." 🖤
@ulviibrahim5157
@ulviibrahim5157 3 жыл бұрын
@Sura Salmanova, mən özüm də kövrəlirəm hərdən.))
@ulviibrahim5157
@ulviibrahim5157 3 жыл бұрын
@Sura Salmanova, içimizdə dağ olan bütün dərdlərin gözlərimizdə sevinc olması ümidi ilə...
@Woiszehra
@Woiszehra 2 жыл бұрын
Insanlar niye bele derdli olsur bu hecneye deymez sevgiden
@sevinceliyeva2511
@sevinceliyeva2511 3 жыл бұрын
Burada görüşərik deyecem, amma səni bura gətirən dərdin yoxdur..
@yzgsgsgjdjdjdh7937
@yzgsgsgjdjdjdh7937 3 жыл бұрын
Cunki,onlar derdi bizim ureyimize hebs edib gediblerr.😔😢
@gulaybabayeva9582
@gulaybabayeva9582 2 жыл бұрын
Derdi bize qoyub xosbext olmaqa gedibler😢
@turkan4467
@turkan4467 3 жыл бұрын
Nə gözəl deyib şair :" Yaxşı ki,həsrətin tüstüsü yoxdu,göz-gözü görməzdi yer kürəsində.."
@renamedetova1198
@renamedetova1198 3 жыл бұрын
Huseyin Arif❤️
@nahidismayilov9910
@nahidismayilov9910 3 жыл бұрын
Bravooo
@iraazri7457
@iraazri7457 3 жыл бұрын
Yox, köhnə sevgilərə qayıtmaq dəlilikdir. Ramiz Rövşənlə, Xəzər Süleymanlının möhtəşəm vəhdəti. 👏👏 👉 Gedişlərin izi qalar sevən ürəklərdə. Gedənlər gəlməyi unudar, qalanlar gülməyi. 😔 👉Getdinmi, böyük gedəcəksən! Ayrılıq belə qürur duyacaq səninlə !!! ✋👍
@lalequliyeva6344
@lalequliyeva6344 2 жыл бұрын
:(
@nergizmehemmedzade8606
@nergizmehemmedzade8606 3 жыл бұрын
Allah heç kimə məcburi və ya hüsranlı peşmanlı ayrılıq yaşatmasın
@elmlm6954
@elmlm6954 2 жыл бұрын
Tam doğru sözlər hüsran və peşmançılıq olmasın
@aytenagabalayev.com.
@aytenagabalayev.com. Жыл бұрын
Təəssüf ki istemesəkde ayrılıq var.
@sonmefhum8557
@sonmefhum8557 3 жыл бұрын
Bəzən bir dəli həsrət bürüyür içimi. Səndən qeyri nəyim var isə alıb aparır məndən. İndiysə ətrafımı bürüyən bu sisli dumana baxıram, mənə sonsuzluğu xatırladır, sənin kimi. Artıq üşümürəm də bu qan donduran soyuqda, çünki sənin yoxluğun qədər üşüdə bilməz bu soyuq məni. Damarlarımda sənin yoxluğun gəzir, ağlımda xəyalın bir qız uşağı tək açıq saçlarıyla elə hey o yana qaçır bu yana qaçır. Kipriklərindəki o nəm hüzünlü bir gecənin müşdəçisidir bilirəm. Ağlama sən, ağlayanda çirkin olarsan yəqin, yaraşmaz sənə. Bil ki hər gün düşünürəm səni, öz-özümə deyirəm görəsən sevgi deyilən məfhum budurmu? Görəsən səndə hiss etdiklərimin əsl adı eşqdirmi.. bu sualları bəlkə özümə gündə dəfələrlə verirəm. Ama yenə qaranlıq çökür, ay çıxır, ulduzlar sənin tək parıldayır göyüzündə. Səni ən çox sitarələrə yaraşdırıram, içimdəki adını da Sitarə qoymuşam...Mən deyəsən bu gün də bu sualıma cavab tapa bilməyəcəm, canın sağ olsun...oturub uzun uzadı səndən yazıram, nə yazdığımı bilmədən sırf sənə aid ağlıma gələn hər şeyi yazıram təki hər hərfdə, hər hecada sənin varlığın duyulsun. Yenə də bütün bəşəriyyətə misra-misra sətir-sətir yazsam səni, yetməz içimdəki səni, sənə duyduğum bu amansız hissi tərif etməyə. Nə deyə bilərəm ki, mənə nə etdiyini hardan biləcəksən. İçimdə yaratdığın bu paralel dünyaların səbəbkarı olduğunu hardan biləcəksən ki.. ətrafımdakılar, insanlar öz aşikar olan eşqindən yazır mən isə bu şaxtalı, aylı gecədə sənə duyduğum o sirli, gecələr ağlımdan çıxmayan 1 cüt gözdən yazıram. Baxışlarıyla mənim ayağımı yerdən kəsən gözlərdən, bir gülümsəməsiylə dünyanı mənə təvaf etdirən o gecə qədər qaranlıq gözlərdən yazıram..Bu kəndin uzaq küçələri kimidi gözlərin.. sənə aid içimdə o qədər məhkum cümlələrim var ki, bilmirəm hansını azadlığa buraxım. Hamısı sənə qovuşmaq üçün qanad çalır. Bəlkə də sənə hiss etdiklərim elə bir hiss olaraqda qalacaq içimdə kim bilir. Mən sənə qarşı hisslərimi aylar əvvəl bir şəkilə baxarkən, hiss etdim və o gündən bu günə nə gecəm var nə gündüzüm. Bilirsən, hələ də inanmıram içimdə cövlan eləyən bu hisslərin bütün səbəbkarının sən olduğuna. Taleh də elə gətirdi ki, səni bəhanələrlə görə də bildim. Görməz olaydım, səni canlı qarşımda görməyim isə içimdəki bu tərifsiz hissi ikiyə qatladı. Çox istəmişəm bu hisslərimi üz-üzə sənə etiraf etməyi həmdə çox. Ama inanki sənin o gözlərinə baxa baxa bunu etmək çox çətindi. İndi isə öz-özümə deyirəm sevgi, İlahi məhəbbətin təzahürü budurmu həqiqətən.. və yenə sükut, qaranlıq və tənha bütün bunlar bir yalnızlıq vaxtı başıma gəlir, yenə tük ürpədici qaranlıqda, sükutun incə-incə axdığı bu yad yerlərdə səni düşünürəm.. sevgiylə, Sənə ithafən... Xocavend, Taqavar kəndi 19.01.2021 / 02:57
@sonmefhum8557
@sonmefhum8557 3 жыл бұрын
@@nnsdl6366 Salam əziz Dost. Xoş sözlərinizçün minnətdaram. Allah razı olsun, var olun! Təbii ki, təqdiri İlahi... qalmışdı yazılanlara yazı şəxsimə aitdir. Birinci ay olmağına səbəb çünki o zaman əsgər idim xidmətdə olanda Taqavar kəndində yazmışdım.. sadəcə indi paylaşıram içimdən gəldi bir anlıq..
@sonmefhum8557
@sonmefhum8557 3 жыл бұрын
@@nnsdl6366 Sizin xeyir bildiklərinizdə şər, şər bildiklərinizdə xeyir vardır. Allah bilir siz bilmirsiniz.. Bəqərə/216... Xeyir sevgidi bu biz seçmirik, qismət belə gətirib sadəcə. Sevdiyim üçün də peşman deyiləm səf başa düşməyin. Hər sevgidə vuslata çatacaqsan deyə bir qanun yoxdu.. qoy bizimkisidə vuslata çatmasın.. Dünyaya küsmürəm, Allaha üsyan etmirəm buna görə də... sitəmim sadəcə özümədi... yenə də dediklərinizdə həqiqət var.. Allah xeyirlisin nəsib etsin..muğayət olun
@SSSSSS-ks9qc
@SSSSSS-ks9qc 2 жыл бұрын
A BALA VAXT GƏLƏCƏK O SEVGİYƏ MİNNƏTDAR OLACAQSAN.AMMA MİNNƏTDARLIĞINI BİLDİRMƏ MƏRTƏBƏSİNƏ ÇATMAQ ÜÇÜN ÇOX AĞRILI ACILI YOLLAR KEÇƏCƏKSƏN. O SEVDİYİN İNSANIN YANINDAN ÖTÜB O SEVGİNİN ARXASINCA GEDƏCƏKSƏN.BU SƏNİN KAMİLLİK MƏRTƏBƏN OLACAQ.
@cheshar2563
@cheshar2563 2 жыл бұрын
Hər bir kəs öz səviyyəsindəki insanla evlənsə xoşbəxt olar.Bəzən kişilər və ya qadınlar özləri təhsil alırlar,amma təhsili olmayan biriylə evlənirlər,niyə çünki,ollar sevgi nədi bilmirlər,ailə qurduqdan sora,sənin təhsilin yoxdu otur evde men išə gedim;iş adıyla 100 iş çevrim fikiriylə evlənirlər.Və qarşılarındakı insanda qaršı çıxanda hər kəs onun üstûnə gəlirki neynirsen hazır evdi,çörəkdi otur ye.İnsanlar üçûn sevgi,hörmət şərəf;qeyret çox az qalıb.Śəxsən mən bu zəmanənin insanı olsamda,bu həyatı və əzilən insanı,haqqı tapdanan insan görmək istəmirem.İnsan həyatının ən bõyûk hissəsini ailə quracağı insanla keçirir,ona gõrədə,hər kəs öz səviyyəsinde olan biriylə evlənəydi keşkə...
@sevilnatiqqz.3145
@sevilnatiqqz.3145 3 жыл бұрын
Ayrılığa dözə bilmirəm.... günüm ağlamaqla keçir... gedişlərə dözmür ürək..♥️😔
@abushoff__4420
@abushoff__4420 2 жыл бұрын
Salam Aleykum Sevil Necəsiz?
@togrulmirzyev5228
@togrulmirzyev5228 3 жыл бұрын
Olme torpaqlara vermerem seni Yerin qollarimin arasindadi Tebii sularla yumaram seni Suyun gozlerimin qarasindadi😔😔
@redmitelefon4001
@redmitelefon4001 3 жыл бұрын
Sevə sevə ayrılmaq ölümdən betər...
@afaqmehdiyeva.287
@afaqmehdiyeva.287 3 жыл бұрын
Mükəmməl ifa
@АОМММ
@АОМММ 3 жыл бұрын
Getmə, sevmədiyin birini necə sevindirə bilərsən ki? Getmə, nə özünü nədə onu bədbəxt etmə
@gunaysadiqova3296
@gunaysadiqova3296 3 жыл бұрын
Bir vaxt çırpıb çıxdıgı,qapılara dönənlər...😔
@Zipo001
@Zipo001 2 жыл бұрын
😞😞😞
@lman2282
@lman2282 3 жыл бұрын
Yox köhnə sevgilərə qayıtmaq dəlilikdi ama onun ələrini tutacam sa gözlərinə baxacam sa qoxusunu qoxlaya biləcəm sə yenə də qayıdaram😔
@rimamelikova586
@rimamelikova586 3 жыл бұрын
Cox saq ol sair meslehet verdin
@zulyaamanova9162
@zulyaamanova9162 3 жыл бұрын
Get, o evdə yolunu gözləyəni sevindir.......... .gozleyiremmmmmmm
@gulyamamedova-rn9cp
@gulyamamedova-rn9cp Жыл бұрын
O evdə sən xoşbəxt deyilsənsə, ayrılıq daha yaxşıdır.Səsinizə sağlıq.
@azreynullazd3966
@azreynullazd3966 4 ай бұрын
Köhnə sevgilərə qayıtmaq dəlilikdir.əvvəli sonu yoxdu bütün sevgilərində.ay sağ ol , ay sağ ol.səndən mənə qalan bircə bu sözdü ay sağ ol.
@LaləXelilova
@LaləXelilova Жыл бұрын
Ayrildiqdan sonra ne menasi. Urekler sinir, gunler aylar kecir BİTİR.
@elmanmemmedov264
@elmanmemmedov264 3 жыл бұрын
Salam wair.siz bir defe bir weir demiwdiz.o weiri tapa bimirem.2 misrasi yadimdadi.cehennemimdi bu dunya men olsem kimler aqlayacaq.bilmek isteyirem.kimin weiridi.tewekkurler.
@melekibrahimova5284
@melekibrahimova5284 3 жыл бұрын
Bu evde gezen indi.. Ozgesidi ..Ozgesii (Necede eynidi hisslerimiz)😕❤ Cox beyendim
@gulyanemusayeva327
@gulyanemusayeva327 2 жыл бұрын
õldursun meni Allah sensiz yaşaya bilmirem 😪😪😪
@МаджидПашаев-ш3г
@МаджидПашаев-ш3г 3 жыл бұрын
Kaşki Hər gedən bir səhər qapını döyəydiki AÇ GƏLMİŞƏM
@user-vd1wv8uy5f
@user-vd1wv8uy5f 3 жыл бұрын
- Səsinizə qüvvət 🥀🖤
@Son-gx9yo
@Son-gx9yo 3 жыл бұрын
Biz sevgimize layiq olmayanlari sevdik,ve indi canimiz yanir,.
@nergiz5419
@nergiz5419 3 жыл бұрын
Düzdür..ayriliga dözməyi hərə bir cur bacarir Kimi mahnilara mehr salir...kimi serlərə....kimi də özünə.qapilaraq.... Nə edəsən ayriliq...ayriliqdir...😪
@nahidealiyeva7815
@nahidealiyeva7815 2 жыл бұрын
Allah heçkasi sevdiyindan ayırmasın.
@fatmagadirova9454
@fatmagadirova9454 Жыл бұрын
Yenə də yaxshiliq edən neyləyim əlimdən pislik gəlmi beli mənə oqkymətk siz verdiz məqam catmish olsa da bəzilərinin pis nəfsi imkan vermir kimlə
@Həqiqət-c1u
@Həqiqət-c1u Ай бұрын
Getmisənsə geriyə artıq yol yox!
@liyeva8637
@liyeva8637 3 жыл бұрын
Şəkilin çoxdan cirilib verilibdi yerlərə💔
@RessebsumRessebsum
@RessebsumRessebsum 3 жыл бұрын
Bir insan onu necə dəyişdisə o artıq sənin şeirlərində dinləmir şair bu xəyanət tek mənə deyil həmdə sene olubmus((
@azrliyev12
@azrliyev12 Ай бұрын
Şer və ifa bir birini bu qədər gözəlmi tamamlayar?
@togrulmirzyev5228
@togrulmirzyev5228 3 жыл бұрын
Bu ne ney sesidir ne kaman sesi Hicranin harayi hayidi daglar Bir soyuq urekde bir yad qapida Bu gun sevgilimin toyudu daglar
@ALI2012-h8y
@ALI2012-h8y 3 жыл бұрын
Sevgini de here bir cur bawa duwur ve yawayir,ayriliqi da.Rebbim hec kimi sevdiyinden ayirmasin!
@arzuzamanova2005
@arzuzamanova2005 3 жыл бұрын
Ayriliga dozmeyi here bir cur bacarir😔
@serqoxulum8440
@serqoxulum8440 3 жыл бұрын
Köhnə sevgiyə dönmək dəlilik deyil.....xoşbəxt olduğun o zamanı aramaqdı..........
@emilcfr.3203
@emilcfr.3203 3 жыл бұрын
Niyə yoxsuz
@ayinisigi7258
@ayinisigi7258 3 жыл бұрын
@@emilcfr.3203 oldu tesekuler
@gulay5096
@gulay5096 2 жыл бұрын
Sevmek bir derd ayriligi cehennemmmmm....😔
@sabinababayeva3188
@sabinababayeva3188 3 жыл бұрын
O qədər istərdim sizi yaxından tanımaq... Sadəcə tanımaq.
@sadiqsabili4433
@sadiqsabili4433 3 жыл бұрын
Belə uzaqdan tanımaq yaxşıdı. Çünki ağlındakıyla gördüyün bir olmayanda bu şeirləri bir də əvvəlki kimi hiss etməyəcəksən
@bakitelekom8383
@bakitelekom8383 3 жыл бұрын
Xəzər bəy ..səni dinləyərək elə bilirəmki yanimda oturub🌼
@tunzaleyunusova5618
@tunzaleyunusova5618 3 жыл бұрын
Neçə dəfə dinlədim təkrar təkrar sayını unutdum bircə onu bilirəm artıq əzbərlədim şeiri.
@eyyubgarabaghli9281
@eyyubgarabaghli9281 3 жыл бұрын
Dünya ilə barışmaq dünyaya boyun əymək deyil,dünya ilə barışmaq dünyanı bağışlamaqdır. Ramiz Rövşən...
@eyyubgarabaghli9281
@eyyubgarabaghli9281 3 жыл бұрын
@Aşk Bir Hayel cox sagolun men de size ugurlar arzu edirem
@azizganbarov5035
@azizganbarov5035 3 жыл бұрын
Möhtəşəm şeirdi. Sonunda ümid deyir.
@cavadnasirov7786
@cavadnasirov7786 3 жыл бұрын
Ruhən dincəldim.TƏŞƏKKÜRLƏR.gözəl insan
@Alik2024
@Alik2024 3 жыл бұрын
İSTANBULDAN AZƏRBAYCAN A SELAM OLSUN.. :(( EH MENASIZ HEYAT
@gulgzmmmdova9780
@gulgzmmmdova9780 3 жыл бұрын
Tanri secib O, qizi👍mükəmməl👏👏👏❤❤❤🌹🌹🌹🌹🌹🇦🇿🙌🙌🙌🙌🙌🙌🙋‍♀️💔🥰
@zeminliyeva6501
@zeminliyeva6501 2 жыл бұрын
Ged o evdə yolunu gözləyəni sevindir.
@melahetcavadova5293
@melahetcavadova5293 3 жыл бұрын
Xəzər Canim mənim qardaşım Övladım Birdənəm Balım Şəkərim. Pətəyim Şirinim GÖZƏL Gözlüm NƏ qədər GÖZƏL dualarım var. Hamısı. Sizin. Olsun Deyirəm. Səsiniz. Həmişə. Qəlbimə. Güc.. Ruhuma. Gözəllik. Verir. Məlahət xanım Günəş
@kamrankrimov6647
@kamrankrimov6647 Жыл бұрын
❤️
@melahetmursalova563
@melahetmursalova563 3 жыл бұрын
Nə gözəl.... İnsanın ruhunu dincəldən səs..bəzən şeirlərini paylaşıram.halallık verin🥰
@aliahmedov9024
@aliahmedov9024 3 жыл бұрын
sən mənim nəfəsimsən ilk aldığım, son verdiyim
@punhanesemedova8758
@punhanesemedova8758 2 жыл бұрын
Evveli sonu yoxdur bütün sevgilerinde
@kamalabagirova5289
@kamalabagirova5289 3 жыл бұрын
Ramiz Rovsen ruhumun sairidir, seslendirme mukemmel ❤
@togetherforever2340
@togetherforever2340 3 жыл бұрын
Bir vaxt çırpıb çıxdığı qapılara dönənlər
@CavidQeribovdniolsannedrsn
@CavidQeribovdniolsannedrsn 2 жыл бұрын
Ayrı düşməy çox ağır bir itgidir bu hələ sevdiyin Qadın ola!😔😔😔😔
@cicekgulumcanova9344
@cicekgulumcanova9344 3 жыл бұрын
Her zaman olduğu kimi, yene möhteşem👍🏻👍🏻 👏🏻👏🏻
@seideqedirova933
@seideqedirova933 3 жыл бұрын
Ayriliga dozmeyi here bur cur bacarir😔
@СИЯЙ-т2в
@СИЯЙ-т2в 3 жыл бұрын
Tesekkurler🖤
@sadiqsabili4433
@sadiqsabili4433 3 жыл бұрын
Çoxluğun içində tənhalıq çəkən Sağımda solumda insan yox artıq Dərdlərin içindən tənhalıq seçən Tənha bir insana dərman yox artıq İnsanın həyatı torpaqda bitər Bəlkə də ruhunun gözəlliyidi Sən yatan yerlərdə lalər bitər Lalələr nurunun özəlliyidi Zülfün sarıdı, gözlərin dəniz Mən o dənizdə batan bir gəmi Qar kimi ağ olan belə bir bəniz Mən o çovğuna düşən bir dəli Deyəsən sözlərim artıq tükənir, Bu sətri bitirib gedirəm, Gözəl. Bilmirəm niyəsə səbrim tükənir, Cümləmi bitirib gedirəm, Gözəl.
@aykabayramli9224
@aykabayramli9224 2 жыл бұрын
Ayriliqi Here bir cur bacarir
@РовшанДадашов-к9м
@РовшанДадашов-к9м 3 жыл бұрын
Dahisiz, xəzərsiz həqiqətəndə bitməz dükənməz səsinizlə səsnizə saglıg abi
@tunzalecelebi3881
@tunzalecelebi3881 3 жыл бұрын
Nə qədər təsirli şeirlər deyilsə də dinlənilsə də qəlbindəki o yanğını soyutmur keçib getmir daha da yaranı qanadır.Səni o günlərdən ayırmır daha da yaxınlaşdırıb bagliyir həbs edir o illərə.Amma bəzən də nə qədər əzab çəksən də o anları xatırlamaq gözəl olur.
@ilhameisgenderova9932
@ilhameisgenderova9932 3 жыл бұрын
Kohne sevgilere qayitmaq delilikdi...cox dogru evvelki kimi olmur hecne
@ekremxelilovef8314
@ekremxelilovef8314 3 жыл бұрын
Mence yox
@ilhameisgenderova9932
@ilhameisgenderova9932 3 жыл бұрын
@@ekremxelilovef8314 ola biler hecne
@laleesgerli434
@laleesgerli434 3 жыл бұрын
Mukemel seir👍😥
@elnurequrbanova5340
@elnurequrbanova5340 2 жыл бұрын
Var ol
@gulu162
@gulu162 3 жыл бұрын
Səsinizə saqlıq çox gözəl xəzər bəy
@aslanaslan-pe7sp
@aslanaslan-pe7sp 2 жыл бұрын
Həmişə əziz olasız🥰
@aysel717
@aysel717 3 жыл бұрын
Ağladım ((
@sahmarov
@sahmarov 3 жыл бұрын
Bacaran varsa mənədə öyrətsin
@gunayaslan2895
@gunayaslan2895 2 жыл бұрын
Ramiz Rovsen -ruhumun shairi🤲
@esmaabdulla5205
@esmaabdulla5205 2 жыл бұрын
Bütün səslənən şerləri sanki yaşayirsiz səsinizlə.Bizədə yaşadirsiz.Təşəkkürlər.Hər zaman var olun.
@seherseyidova7289
@seherseyidova7289 2 жыл бұрын
Ne gozel sozler ve mohtesem ses!
@ibrahimqemberzadeesila3320
@ibrahimqemberzadeesila3320 3 жыл бұрын
Hər zamankı kimi möhtəşəm...
@gulnareceferova82
@gulnareceferova82 3 жыл бұрын
Əla.sağolun
@Woiszehra
@Woiszehra 2 жыл бұрын
Yaxşiki menide gören yoxdur..yoxsa heckime menden kimse olmaz
@ruqeyyahacl4415
@ruqeyyahacl4415 2 жыл бұрын
Çooox gözəl.
@recebtayyib7319
@recebtayyib7319 3 жыл бұрын
Son misraya baxe... Ismini nahaq deyismisiniz seirin. Son misra imiw, nida kimi!
@recebtayyib7319
@recebtayyib7319 3 жыл бұрын
Eksik olmasin. Iyi uykular ❤️
@rusdam6377
@rusdam6377 7 ай бұрын
😭😭😭😭😭
@Zenna.856
@Zenna.856 3 ай бұрын
😔😔😔
@ismetquliyeva1165
@ismetquliyeva1165 7 ай бұрын
😢😢😢
@humbatovamadina5571
@humbatovamadina5571 2 жыл бұрын
👏👏👏
@sarabagirova3606
@sarabagirova3606 3 жыл бұрын
Möhtəşəm😍😍😍
@durdanegarayeva2630
@durdanegarayeva2630 3 жыл бұрын
❤️
@solmazmamedova5933
@solmazmamedova5933 3 жыл бұрын
Bu səs, bu diksya 👍👍👍👍
@elnurqurbanli1329
@elnurqurbanli1329 3 жыл бұрын
Yatan evi oyatmaq delilikdir
@sbuhi.qasmov.sair2272
@sbuhi.qasmov.sair2272 3 жыл бұрын
salam. adım. sabuhidir. yutub. kanalımında. adı. sabuhi. qasımov. şair. adlanır.
@Gulnar_Qasim
@Gulnar_Qasim 3 жыл бұрын
Çox gözəl
@shabnammamedova6200
@shabnammamedova6200 3 жыл бұрын
Ureyim yerinden cixdi…
@ekremxelilovef8314
@ekremxelilovef8314 3 жыл бұрын
Vay vay
@PESLOVER730
@PESLOVER730 2 жыл бұрын
Sesinize,üreyinize qüvvet ,esl senatkar❤️
@ekremxelilovef8314
@ekremxelilovef8314 3 жыл бұрын
Serhlere baxiram, milyonlarca ayrilanlar var bunu bilmek mene biraz sebir ve teskinlik verir,men tek deyilem demekki
@nigar4163
@nigar4163 3 жыл бұрын
Nə tək,nə ilk, nə də son siz deyilsiz)
@michalzar8077
@michalzar8077 3 жыл бұрын
Браво удачи вам 👌
@taleht5944
@taleht5944 3 жыл бұрын
Şerhsiz!
@kingseas
@kingseas 3 жыл бұрын
Çox çətindi 😔
@vefaqocayeva49
@vefaqocayeva49 2 жыл бұрын
Allah bu sehirli sesi ne size ne bize cox görmesin inşeAllah caniniz sag saglam olsun ki bu sesi sevenlere sevinc ve hüzur bexş edesiz Amin inşeAllah
@SSSSSS-ks9qc
@SSSSSS-ks9qc 2 жыл бұрын
SAĞ OLSUN QƏLBİ ŞERLƏ DÖYÜNƏN DOSTLAR
@aydan1307
@aydan1307 3 жыл бұрын
💜👏
@mkyloffa7462
@mkyloffa7462 3 жыл бұрын
🌼
@rudikanastasiya2096
@rudikanastasiya2096 3 жыл бұрын
Kohne sevgiye qayitmaq delilikdi💔
@afaqqabil8268
@afaqqabil8268 3 жыл бұрын
🐬🖤
@natiqdostuyev9707
@natiqdostuyev9707 2 жыл бұрын
Huzur dolu şeir
@suadasesiznihat1777
@suadasesiznihat1777 2 жыл бұрын
Allah bəlamızı versin
#şiir #şiirsokakta #aşk #sevgi
1:54
Halit KÜÇÜKARSLAN
Рет қаралды 126
Xəzər Süleymanlı-Doktor
4:36
Xəzər Süleymanlı
Рет қаралды 128 М.
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 119 МЛН
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 26 МЛН
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 137 МЛН
Xəzər Süleymanlı Şeirləri ( Necəsən zalım, sevgili, və b. )
17:37
Xəzər Süleymanlı-BURAXMA MƏNİ (Musa Yaqubun şeiri)
3:56
Xəzər Süleymanlı
Рет қаралды 249 М.
Ramiz Rövşən - Qədrimi bilmədi bu adam mənim - Kamran M. YuniS
4:08
XƏZƏR Süleymanlı (Kaş olmayaydı) & Almaxanım (Sil getsin)
2:03
Həyatın mənası varmı? - Ramiz Rövşən, Mail Yaqub | Açar-9
1:16:48
Kamran Agabalayev  Xəzər Süleymanlı        İlqar Fəhmi "O qızın"
3:01
Kamran Agabalayev
Рет қаралды 104 М.
İlqar Muradov - Peşman Olarsan
5:02
Ilgar Muradov
Рет қаралды 3,6 МЛН
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 119 МЛН