Reinteqrasiya üçün birgə əməkdaşlıq prioritetdir

  Рет қаралды 184

Dövlət Qaçqınkom

Dövlət Qaçqınkom

Күн бұрын

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi “Bilik təcrübədə tamamlanır” konsept mesajı ilə təşkil olunmuş Milli Marketinq Forumuna təşkilati dəstək verib. İki gün ərzində marketinq fəaliyyəti ilə bağlı təcrübələrin paylaşıldığı forumda iştirakçılara işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirlər, dövlət komitəsinin bu sahədəki fəaliyyət istiqamətləri barədə məlumat verilib.
Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə gerçəkləşdirilən Böyük Qayıdışın əsas məqsədləri Qarabağda və Şərqi Zəngəzurda dayanıqlı məskunlaşmanın, iqtisadi fəaliyyətə reinteqrasiyanın təmin edilməsidir. Bu sahədə Dövlət Komitəsinin də üzərinə vacib və məsul vəzifələr qoyulub. Komitə əhalinin yeni yaşayış şəraitinə adaptasiya olunması üçün reinteqrasiya tədbirlərinin təşkili, məcburi köçkünlər arasında aparılacaq sosioloji sorğu əsasında əhalinin geri qayıdışı ilə bağlı ilkin proqnozların hazırlanması, məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işlərinin aparılması üzrə tədbirlərin əsas icraçısıdır.
Azərbaycan Respublikası Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru Mahir Abbaszadə forumdakı çıxışında işğaldan azad edilmiş ərazilərin iqtisadi dirçəlişində sahibkarlıq və biznes subyektlərinin fəal iştirakının əhəmiyyətinə toxunub, onların marketinq təcrübəsinin reinteqrasiya tədbirlərinə müsbət təsirini vurğulayıb. Qeyd edib ki, Qaçqınlar və məcburi köçkünlər dövlət qayğısı ilə əhatə olunub, bu kateqoriyadan olan şəxslərin yaşayış şəraitinin yaxşılaşdırılması, sosial müdafiəsinin səmərəli təşkilinə Prezident İlham Əliyev xüsusi diqqət yetirir, Birinci vitse-prezident xanım Mehriban Əliyeva onların problemlərinin həllinə daim həssaslıq və təsirli dəstək göstərir. O xatırladıb ki, belə tədbirlər gənclərin maarifləndirilməsinə, doğma yurda qayıdışa hazırlaşan keçmiş məcburi köçkünlərin iqtisadi fəaliyyətə təşviqinə mühüm töhfə verir.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müşaviri Nəsimi Nərimanov Böyük Qayıdışa hazırlığın xeyli müddətdir başlandığını, bu istiqamətdə məqsədyönlü iş apardığını, kütləvi tədbirlər, təlimlər, sosial aksiyalar təşkil olunduğunu diqqətə çatdırıb. O, ölkəmizdə fəaliyyət göstərən yerli və xarici şirkətlərin marketinq məqsədlərində Böyük Qayıdışla bağlı məsələlərə də yer verilməsinə ehtiyac olduğunu vurğulayaraq bildirib ki, istər geri qayıdan, istərsə də hələ müvəqqəti məskunlaşma yerlərində olan keçmiş məcburi köçkünlərin dayanıqlı məskunlaşmaya və reinteqrasiyaya daha intensiv şəkildə hazırlanması birgə əməkdaşlığın prioritet istiqaməti ola bilər.
Forumda məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri çərçivəsində Dövlət Komitəsi tərəfindən hazırlanmış videoçarxlar, posterlər, çap məhsulları nümayiş olunub.
#böyükqayıdış #mmf2024 #millimarketinqforumu

Пікірлер: 8
Touching Act of Kindness Brings Hope to the Homeless #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 18 МЛН
У ГОРДЕЯ ПОЖАР в ОФИСЕ!
01:01
Дима Гордей
Рет қаралды 7 МЛН
Səbinə Gözəlova: “Şuşaya qayıtdığım üçün qürurluyam”
1:25
Dövlət Qaçqınkom
Рет қаралды 1,8 М.