Söhbətgah: Depressiyanın əlamətləri, antidepressant, tükənmişlik və onun rəngi

  Рет қаралды 26,675

Söhbətgah

Söhbətgah

Күн бұрын

Qonaqlarımız Mələk Kərimova və Şəbnəm Sadıqova ilə birgə depressiyadan, tükənməkdən, sindromlardan və antidepresantlardan danışdıq.
Depressiya nədir? Onu necə müalicə etmək olar? Yaxınlarımızı necə qorumalı və ya yardımçı olmalıyıq? Dərmanlar faydalıdırmı?
Şəbnəm Sadıqovanın tövsiyələri: Patrick Melrose, Susie Orbach - Terapi odasında
Mələk Kərimovanın tövsiyələri: Irvin D. Yalom - Güneşe Bakmak
Instagram: / sohbatgah
Facebook: / s%c3%b6hb%c9%99tgah-13...
Telegram: t.me/sohbatgah
Podkastı dinləmək üçün:
Spotify: open.spotify.com/show/1eHR7Mb...
Apple Podcast: podcasts.apple.com/us/podcast...
Spreaker: www.spreaker.com/show/sohbatgah
00:00 Giriş
1:25 Əli niyə depressiyadadı?
8:18 İnanc və depressiya
15:40 Niyə qaçırsan?
22:00 kədər və yaradıcılıq
26:30 Depressiyanın əlamətləri
32:42 Antidepressant istifadəsi
37:35 Psixoloq, psixotrapevt, psixoanalitik
39:41 Ailə üzvləri və dostlar depressiyadakı insana necə kömək edə bilər?
42:37 Depressiya mübarizə növüdürmü? Depressiya faydalı ola bilər?
46:30 Depressiyanın rəngi
47:53 Coğrafiyanın depressiyaya təsiri
48:29 Depressiya varlıların xəstəliyidir?
49:36 Din və depressiya
51:11 Post Covid depressiya
53:40 Depressiyada genetik faktorlar
57:40 Mövsümi depressiya
59:40 Kurslarla psixoloq olmaq mümkündürmü?
1:00:18 Spirtli içki qəbul etmək, siqaret çəkməyin depressiyanı müalicə etməkdə rolu var?
1:39:58 Qərb və Şərq düşüncəsi
1:08:08 Duyğuları örtülü formada yaşamağın depressiyaya təsiri
1:11:08 Yaxşı psixoloqu necə tanıyaq?
1:17:32 İnsan nə zaman psixoloqa müraciət etməyi düşünür?
1:19:47 Tükənmişlik nədir?
1:20:33 Depressiyada stiqmalar - xəstələrə deyilməməli şeylər
1:22:14 Depressiya və mükəmməlliyyətçilik
1:24:52 Depressiyadakı insanlara necə kömək edə bilərik
1:32:11 1 film, 1 kitab tövsiyəsi
1:41:00 Bağlanış

Пікірлер: 117
@ruslanakbar2730
@ruslanakbar2730 2 жыл бұрын
İki, söhbətini dinlədiyim və birindən pozitiv digərindən isə melanxolik abu-hava aldığım , insanın birlikdə və bu qədər özəl söhbətini dinləyə bildiyim üçün minnətdaram, Əli, Tural. Ölkədə depressiya ilə bağlı maarifləndirməyə ehtiyac kifayət qədərdir. Möhtəşəmsiniz, uğur diləyirəm!
@nrmincrullayeva.8506
@nrmincrullayeva.8506 2 жыл бұрын
Mən Əli bəyi çox gözəl anlayıram,axtarışa çıxdığım vaxtdan bəri hər şey o qədər mənasız gəlibki mənə. Bir köhnə bina,zavod və ya baxça görəndə orda yaşananlar,orda bir vaxtlar işləyən adam,o baxçaya gedən uşaqlar,ağlamaqları,sevinməkləri bu fikirlər mənim beynimi yeyir,anın dadını çıxara bilmirəm.
@aytenheyderova2463
@aytenheyderova2463 2 жыл бұрын
Cingiz mustafayevi bir defe qonaq cagirin, cox gozel fikirleri var ve maraqli sohbetiniz alinar👍🏼🌟
@vuqarahmadov5299
@vuqarahmadov5299 2 жыл бұрын
Belə yayımlara görə sevindim, bircə kafedə oturmayın, eşitmək çətin olur.
@shafigasalmanova2144
@shafigasalmanova2144 2 жыл бұрын
Cox maraqli movzudur. Umumiyyetle, necese olur muzakirelerde her iki teref hem bu qeder eks fikirleri seslendirir hemde qarsisindaki hormetle dinleyir. Cox da rastlamadigimiz haldir teessuf ki. Bu xususiyyeti cox teqdir eledim. Birce nuans var ki iki eyni ictisasli adami eyni vaxtda danisdirmaq olmasa daha yaxsi olar deye dusunurem. Her iki xanim eyni anda hem nese demek isteyir hem sozleriji kesmemek ucun dayanmalari xos gorunmur. Muellimeue cavab vermek ucun reqabetde olanda iki sagird tesiri bagisladi. Amma movzunu maraqla izah edirdiler. Size de, qonaqlara da tesekkurler
@bahruz.baghirov
@bahruz.baghirov 2 жыл бұрын
Şəbnəm xanımı uzun müddətdirki izləyirəm. Səs tonu belə insanı sakitləşdirir. Dəvət etdiyiniz üçün təşəkkür edirəm. Gözəl veriliş alınıb. Ardı gəlsin.
@Musharraf1989
@Musharraf1989 2 жыл бұрын
Sebnem Sadiqova Azerbaycanin bir deyeridir. Onu qiymetlendirmek lazimdir. Mohtesem qadindir.
@gunelmemmedova566
@gunelmemmedova566 Жыл бұрын
Qayıtdım ilk podkastlara və günə birini baxıb söhbətgah kitabçama qeyd etməyə 😍😍😍 Baxıldı✔️
@nazrinasgerova
@nazrinasgerova 2 жыл бұрын
Diskussiyanı dinləyən kimi dostum ilə özümü gözümün qabağına gətirdim. Əli məhz iç səsim olaraq illərdir beynimin içini məşğul edən sualları səsli şəkildə dilə gətirir. Tural bəy isə dostum rolunda olaraq hadisələrə daha dolu hissədən baxır. Keyfiyyətli kontent üçün hər ikinizə minnətdaram. Balıq bürcü məsələsinə gələndə isə belə başa düşürəm ki, axtarış məngənəsi biz biçarə nümayəndələrin zodiakına yazılıb :)
@gunelmiraslanova4389
@gunelmiraslanova4389 2 жыл бұрын
Ne zaman əhvalım olmasa sizin videolariniza baxmaq kifayet edir. Əksəriyyətini bəyənirəm. Davam edin. Çünki ehtiyac var bu mövzuların müzakirəsinə. Mən inanıram ki, bu layihə daha da böyüyəcək, illər sonra da belə qalacaq. Daha fərqli mövzuları fikirləşib, müzakirə edəcəksiz. Çox uğurlar!
@sebuhi_video_editor
@sebuhi_video_editor 2 жыл бұрын
Əlavə etmək istəyirdim ki, indiki gənclik daha çox NECƏ? ləri bilmək istəyir ki, həyatında tədbiq eləsin. O formada daha çox layihə insanlarla dostlaşacaq
@sebuhi_video_editor
@sebuhi_video_editor 2 жыл бұрын
Gözəl fikidi. Qeyri-rəsmi format! Şükür.
@aslanabbasov2290
@aslanabbasov2290 2 жыл бұрын
Maraqlıdı.Amma xanımlar tez-tez bir birilərinə müdaxilə etməsəydilər lap əla olardı :)
@LOVEYOURSCIENCE
@LOVEYOURSCIENCE 2 жыл бұрын
həyat davam edir, :) çox konstruktiv, faydalı və maraqlı müzakirə.
@turalahmedov103
@turalahmedov103 2 жыл бұрын
Əli bəy fikirlərinizlə sadəcə möhtəşəmsiz 👍
@snnn84
@snnn84 2 жыл бұрын
Çox sağ olun! Gördüyünüz iş həqiqətən mükəmməl, təsiredici və ən əsası zəruridir. Gec izləməyə başladığım üçün sizdən və özümdən üzr istəyirəm. :)
@thisiszeynal606
@thisiszeynal606 2 жыл бұрын
Çox marağlı layihədir, uğurlu olsun✊🏽
@qnirzizad443
@qnirzizad443 2 жыл бұрын
Çox elmi izah edir cavan xanım ) ümumən bəyəndim , yaxşı mövzuya toxunmusunuz təşəkkürlər 🍓
@nurlanhasanli1944
@nurlanhasanli1944 2 жыл бұрын
Tural bəy mövzudan çox çıxırdı. Mövzu çox açılmadı sanki. Amma hər halda maraqlı söhbət oldu. Təşəkkürlər.
@dasqinkurcayli
@dasqinkurcayli 2 жыл бұрын
Bu dini mövzulara toxunmağınız çox gözəldir. Şahin Həsənli ilə bir söhbəti çox istərdik
@tikitaka2618
@tikitaka2618 2 жыл бұрын
Çox istəyərəm
@mensimovarafa7187
@mensimovarafa7187 2 жыл бұрын
Razı👏
@tofiqcfrzad3036
@tofiqcfrzad3036 Жыл бұрын
Basladım axirdan evvele doğru baxmağa👍
@azrmuradl6420
@azrmuradl6420 2 жыл бұрын
Tam olaraq podcast formasında dinlədim. Ümumən xoşuma gəldi. Müsahibə yox elə adına uyğun söhbət formatında olduğu üçün səmimi gəldi. Davamlı olmasını diləyirəm. Lakin, növbəti epizodlarda səs keyfiyyətini artırsanız yaxşı olar. Bir az səs olan məkanda dinləyəndə eşitmək çətin olur.
@fidanibadova15
@fidanibadova15 2 жыл бұрын
inancsız olan adamların xoşbəxtliyi az olur
@asliakhmedova1460
@asliakhmedova1460 2 жыл бұрын
Söhbət maraqlı gedir , amma fondakı səslər xoşagəlməzdi
@aysunnamazova4890
@aysunnamazova4890 2 жыл бұрын
@@Sohbatgah nə yaxşı 💚
@serryh-va2240
@serryh-va2240 2 жыл бұрын
Cox gozel cixiş idi. Ve isterdimki yene bele psixoloqlarla sohbetiniz olsun. Uğurlar
@musasamadli6876
@musasamadli6876 2 жыл бұрын
Gözəl layihədir. Bir sonrakını gözləyirik.
@swdishazeri9193
@swdishazeri9193 2 жыл бұрын
En yaxshi psixolog Tural ozudu... Eshg olsun size. ELI gardash da ureydi... UGURLAR olsun...
@elmirnhmdov7449
@elmirnhmdov7449 2 жыл бұрын
Çox dərinə enməmək və neqativ yüklü qonaq və neqativ mövzusuz yayımlar olması və daha çox mənalı və elmi mövzular olması diləyi ilə . Uğurlar Tural 👍
@asefdadashov6534
@asefdadashov6534 2 жыл бұрын
Çox keyif aldığım,çox səmimi, əla 👍
@konulkerimova9126
@konulkerimova9126 2 жыл бұрын
Uzun müddət depresiyada olmuşam. Çox çətin günlər keçirdim. İndi o günlərimə heyslənirəm. Şükür ki özümü tapdım.
@royaismaylova6197
@royaismaylova6197 9 ай бұрын
Salam depressiyada olanda yaddas zeifliyine olmusdu sizde
@sabinaquliyeva9802
@sabinaquliyeva9802 2 жыл бұрын
Eladi, cox sey oyrendim, bu movzunu yene ishlemek lazimdi, daha detalli mence
@jafarlee13
@jafarlee13 2 жыл бұрын
Çox marağli söhbətgah oldu.əladir məncə.Ama gələn dəfə daha sakit məkanda yada studia da podcast eləsəz yaxsi olar.Uğurlar
@MCeyhun95
@MCeyhun95 2 жыл бұрын
axıra kimi dinlədim əla :)
@Resul_Resul
@Resul_Resul Жыл бұрын
Kafedə oturasan, domino oynamayıb, siyasətdən danışmaq əvəzinə belə bir mövzü ətrafında danışmaq 👏💚💙
@elvinpasha3194
@elvinpasha3194 2 жыл бұрын
Çox maraqlı idi təşəkkürlər 🖤
@almaqurdu7777
@almaqurdu7777 2 жыл бұрын
Əlini o qeder gözəl başa duşurəm Men de bir vaxtalar ele edirdim Anacaq axtariş icindeydim Sonsuzlugun icinde batib qalmişdim Ama özum özumu bu depresoyadam cixartdim Yeniden oxumaga başladim tehsil aldım başımı qatdım
@eltunismaylzade1299
@eltunismaylzade1299 2 жыл бұрын
Gec tez qayidacaqsiniz qaldiginiz yere).
@faridaahmadova9314
@faridaahmadova9314 2 жыл бұрын
Mence Siz dediyiniz kimi bashinizi sadece qatdiniz
@thekhagan2811
@thekhagan2811 2 жыл бұрын
Uğurlar olsun💛
@azeratamoglan_ov5536
@azeratamoglan_ov5536 5 ай бұрын
Ən başdan başladım. Haydi! 🧠💪
@VAWZENTURKIYE
@VAWZENTURKIYE 4 ай бұрын
Mende !!
@fizzealiyeva8344
@fizzealiyeva8344 2 жыл бұрын
Yeni kəşf etmişəm kanalı və çox bəyənirəm
@cicekoruczade1264
@cicekoruczade1264 8 ай бұрын
Elinin baxishlari, beden dili nece hessas biri oldugunu yeteri qeder belli edir😍ureyinin temizliyi burdan bellidir!
@ibrahimibrahimov13
@ibrahimibrahimov13 2 жыл бұрын
Uğurlar 🙌🏻
@shamilibrahimov3898
@shamilibrahimov3898 Жыл бұрын
Shebnem xanim o qeder insanlarin sozlerini kesdi ki butun psixalogiyam pozuldu. Axira qeder baxa bilmedim.
@ismayilaliyev6773
@ismayilaliyev6773 2 жыл бұрын
Cavan xanimin danişiq tərzi o qədər xoş və səlisdi.bəzən insanlar düzgün fikirləşir amma fikrini düzgün ifadə edə bilmir bu da yanlışliqlara səbəb olur amma belə səlis danışıq tərzi eşidəndə həm insam qulaq asdiqca rahatlaşır həmdə yeni üsul örgenir dil qabiliyyetini zenginleşdirir.Bu arada xanımın sizlə olan digər pdcastini daha öncə izləmişdim eyni tesurati bagışlamışdi.Her kəsə ugurlar❤️😊
@_M_95
@_M_95 7 ай бұрын
Çox maraqla izlədim.Çünki özümdə daha yenicə depresiyadan çıxmışam ama tam olaraq demək olmaz.Və bir neçə dəfə bundan öncə də yaşamışam bu halı.İntihara qədər fikirləşmişəm.Hər dəfəsində psixiloqa müraciət etmək barədə düşünsəm də nə yazığ ki seansların bahalı olduğunu öyrənmişəm.Aşağı təbəqəli insanlar,az büdcəyə sahib olan insanlar da sizdən məsləhət ala bilsinlər deyə seansların qiymətini aşağı etmək olmazmı.Ən azından allah rzası üçün.Deyildiyi kimi axı bu da xəsyəlik sayılır.Və köməyə ehtiyacı olan bir insandı axı.Çox şad olardım ki ilk maddiyatı yox kömək tərəfi düşünülərdi
@asabdu1
@asabdu1 6 ай бұрын
Salam, İzzet Güllünü, İbrahim bilgeni izləyin youtubedan. Mən də seansların baha olmasından dolayı ancaq bir dəfə psixiatra müraciət edə bildim o da antidepresan yazdı. Ama adlarını qeyd etdiyim insanlardan çox şey öyrəndim. İnşallah sizə də köməyi toxunar.
@moyspasitel
@moyspasitel 2 жыл бұрын
8 ildi xroniki depressiyadan mualice alan baliq burcu olaraq Ali Khayyamin fikirlerinin yonunun menim yonumle ust uste dushmesine teeccublendim) men artiq bezi sheyleri adlamisham, hele de adlayiram bezilerini ve inaniram ki butun depressiya yashayanlar bunu bir tecrube kimi qebul edib butun suallarina cavab tapacaqlar❤ ozumuzu anlamaq yolunda bir tecrubedir bu da
@asabdu1
@asabdu1 6 ай бұрын
Salam, 1 il keçib ümid edirəm indi daha da atlamış durumdasız bunu. Mən də panik ataktan sonra anksiyete ardından depressiya başladı. Müalicəyə sabahdan başlayacam. Bilmək istərəm ki, bu vəziyyətdə olan birinə öz təcrübənizdən nələr deyə bilərsiz ?
@rahibjafarov9326
@rahibjafarov9326 2 жыл бұрын
uğurlar ✊
@kikidan1
@kikidan1 2 жыл бұрын
Eli bey de menim kimi "vecni" depresiyadadi🤣, "zarafat bir yana,heqiqeten vit."D" icenden beri ehvalima cox tesiri olub ve tebii ki gunesli havalar
@vusaleabbasova2331
@vusaleabbasova2331 2 жыл бұрын
Cox maraqlidi 👍
@nazrinsalimzade2598
@nazrinsalimzade2598 Жыл бұрын
Söhbət maraqlıdı, amma iki psixoloqun bir-birlərinin sözünü davamlı olaraq kəsməsi narhat etdi, hələ də bunu psixoloqların etməsi
@ilkinrustamov3424
@ilkinrustamov3424 2 жыл бұрын
Əla!
@ElmarQuliyev_
@ElmarQuliyev_ 2 жыл бұрын
🌿
@ozlemcelalli
@ozlemcelalli 2 жыл бұрын
👏🏻👏🏻
@anarnamaz
@anarnamaz Жыл бұрын
İlk buraxılış olmasına baxmayaraq çox maraqlı alınıb
@AytenAlcanli
@AytenAlcanli 2 жыл бұрын
Davamlı olsun
@ulvi_tagizade
@ulvi_tagizade 2 жыл бұрын
Uğurlar Tural bəy
@vuqarhuseynov6385
@vuqarhuseynov6385 2 жыл бұрын
Xahiş edirəm, sakit və qaranlıq bir yerde çəkiliş edərdiz
@semanmehdiyev4238
@semanmehdiyev4238 Жыл бұрын
Söhbətgah başlayandan bu günədək özümdə fikir verdiyim bir şey var idi ki, daha çox Əlinin çıxışlarını dinləyirəm, harda o gülür o hissəsini daim gəlib izləyirəm, hətta əzbərləmişəm də. Şeirlərini bu gün də daha çox dinləməyim, özü demiş məni ruhduşa çevirmişdi. Bu nüans mənə maraqlı gəlirdi, bunun üçün də bu ilk videonu izləmək istədim ki, görüm Əli ilk buraxılışdan bu günə necə dəyişdi. Və "mən balıq bürcüyəm" deməsi, mənim suallarıma cavab vermiş oldu. Düşünürəm ki, depressiyaya balıq bürcü üçün deyəsən həyatında olması gərəkən bir şey imiş. Karantin dönəmi bu mərhələni atlatdım, ancaq hələ də yaratdığı problemlərini yaşayıram. Əli bəyə isə, daha da dəyişməsini arzulayıram 🙏
@nemetalesov4258
@nemetalesov4258 3 ай бұрын
Pisxoloq izzət güllü tək çözümdür❤
@narminm.9903
@narminm.9903 10 ай бұрын
Dünenki videodan İki il öncə çəkilmiş bu videonu gördükde Tural beyin dinleme qabiliyyetinin necə inkişaf elediyi, Ali beyin öz fikrini ifadenin necə inkişaf yolunu keçdiyini görmek olur 😊.
@kananalizada4239
@kananalizada4239 2 жыл бұрын
Iller sonra normal verilish gelib, sen Allah o dislike qoyanlar neye qoyub da, qeribedi e camaat
@aysunnamazova4890
@aysunnamazova4890 2 жыл бұрын
Ele onu de
@frhadheydrov2546
@frhadheydrov2546 2 жыл бұрын
Bir kafedə oturmaq əvəzinə bir binanın 9 cu mərtəbəsinin balkonunda söhbət eləmək daha yaxşı olar. Həm səssiz olar həm də bakı mənzərəsi göz oxşayar
@nergizsuleymanova7732
@nergizsuleymanova7732 2 жыл бұрын
Başa düşmüreme bele ağıllı insanların ağıllı söhbetlerine niye bele az like sayı gelib🙄🤦🏽‍♀️
@azadaabdullayeva8515
@azadaabdullayeva8515 2 жыл бұрын
Mohteshem
@dr.musazadeh
@dr.musazadeh 2 жыл бұрын
"Dəlixana" yox, psixiatik xəstəxana, psixiatrik dispanser və s.
@mlkkrimova-uzmanpsixoloq8712
@mlkkrimova-uzmanpsixoloq8712 2 жыл бұрын
Haklısın.Bu hissə yaxşı olmayıb.
@mammadhuseynliamrax611
@mammadhuseynliamrax611 2 жыл бұрын
Salam . Burclərlə baqli podkast etsəz , çox maraqlı olardı .
@Firuzahuseynzade1519
@Firuzahuseynzade1519 2 жыл бұрын
Tural bürcünü deyəndə ,ürəyimdən keçdi ki, Əli balıq bürcüdür.Doğru imiş.Mövzu çox maraqlıdır.Yaşamışam və doğurdanda yaşamasan kənardan tənbəllik kimi görünür.
@hbibmirzyev7317
@hbibmirzyev7317 2 жыл бұрын
👏👏👏
@gulsnazizov1636
@gulsnazizov1636 2 жыл бұрын
Qardaş danışır elə bil anamı , yoldaşımı danışır. Balıq bürcüdü çox qaramsal düşünürlər. Onların yanında qala qala olan qalanımızda getdi . Heyat eşqimizi öldürüblər. Çox çətin insanlardı balıq bürcü tutmaq olmur nə istiyirlər.
@Dark49238
@Dark49238 2 жыл бұрын
İnsanlar həmişə deyirlər niyə bu qədər qara geynirsən. Depresiv biriyəm,çarə də nəsə tapa bilmirəm.Yaddaş problemi mən də də olur və nəyinsə axtarışındayam,çox dərinliklərə gedirəm, nələrsə dediyiniz kimi bulanıqdır.Fikirlər beynimi ,ruhumu yorur...
@Edelveys198
@Edelveys198 13 күн бұрын
@haqqssi8095
@haqqssi8095 Жыл бұрын
sevgiden depresiya dusunde ve bu cavan yasda olduqda ondan cixmaq bir mudet sonra olur..ama uxursuz yasam heyat hekayenden depresiya dusende cixmaq olmur.Insani depresiya salan onun yasadiqlari ve heyat terzidir. en cox insani depresiya salan bu heyatina olan umudsuzluyudur.men bir ozumden 15 il cavan bir insanla tanis oldum ve onun bu heyatda nail olduqlarina baxdim,sanki ayildim ve ozumu onunla tereziye qoyduqda boyuk depresiya dusdum.bildimki men heyatimi sadeca bir menasiz ruh kimi gun be gun bos yasamisam.ne cavanliq etmisem ne bu gunum var ne sabahim neda elda etdiklerim var.yani baxirsan yas 50 catib senin ise heyatda qazandiqlarin nail olduqlarin hecna yox ve geriye gedib onlari duzetmekde imkanin yox.hek kim sena komek eda bilmez. ailede olan baci qardasda uxursuzdu ozunde uxursuzsan rehmetlik valideyinlerinde uxursuz olub.dovleta sabaha bela umud yokdu,ishsiz qalmaq tenha qalmaq qorxusu gelir adama..bu vezyyetda bir az dini dinleyirsen acli talelera baxirsan rehmetlik haci Sahine qulaq asirsan sanki isteyirsen ozune yeritmek ki menden ketin heyati olan yasayanlarda var.bu tale yazidi dozmelisen..guya Allah komek edagek..bir gunde 50 min muselmanin zelzeleda itiren dunyanin hansi edaletine cuvenmek olar. yok bu hamsi insanlarin uydurmasidir.bu dunyanin 200 minlik avto surenide var zibilliklerden klok yixinlarida..bir kinoda deyir insan var zirek var eziz avara... bir muddet yeni depresiya gelir en cox seher yuxudan duranda.olmek axrisiz yani yatib durmamaq isteyirsen.ama buda alinmir.,insani keder yeyir.serotanin hormonu testoren hormonu yok olur.islemek hevesi yokdu,sanki bir et parcasi kimi yasayirsan..yas artdiqga guzgude ozune baxdiqda daha ketin olgaq....bela veziyyeta dusmemek ucun doxulduxun aile ve cavanliq omur yolun duz yasamalisan.tehsil ve karyera aile duz qurulmalidir.sonra geg olur..uxursuz oldunsa o zaman oz taylarini tapmalisan ki sena heyatda tek olmayasan,senden uxurlu insanlardan uzaq olmalisan gunki onlar uxurlu sen ise uxursuz insansan ve eger arsiz insan deyilsensa bu depresiya seni atagaq..onuda deyim uxursuz heyat yasaynalar Allahdan qorxur ama sevmir.gunki artiq onun ucun ne ise edib heyatin deyisegeyine inanmirsan...birde depresiya pis xestelik tapanlar ucun axirdir ve yaxinlarin itirenler ucun...bir sozle bu heyat oyun oyungaq deyil duz yasamalisan ve shanshli olmalisan Afrikada veya neft qaz olkesi Azerbaycanda yox bir demokratik Avropa olkesinde doxulmalisan.ne ise cavanliq 1988 ilden basladi meydan herekati sonra iqtisadi bohran ve issizlik umud etdik azad olke olariq heyat seviyyesi yukseler bizde gun gorerik oda bu ac goz memurlar hokmet siyaseti sayesinde olmadi.indide olmek arzusu ile yasayiriq ne vaxt omur biter canimiz qutarar.
@huseynovelsever
@huseynovelsever 2 жыл бұрын
Qəribədir. Son 2 ildə günümün 90%-i Əlinin dediyi düşüncələrlə vuruşmaq, cavab axtarmaqla keçir, amma, qarşımda Əli kimi biri olduqda isə mən necəsə o an Tural kimi ola bilirəm, ona çıxış yolları göstərib, həyatın heç də, bu qədər mürəkkəb olmadığını izah edirəm. Lakin bütün bunları edəndədə, əslində Əli kimi olduğumu qəbul edirəm, hələ də, hər şeyi sorğuladığımı görürəm, sadəcə istədiyim zaman Tural moduna da, girə bilirəm. Əlinin şəxsi podskatlarından fərqli olaraq bu podskatda psixoloqların köməyiylə bəzi suallara cavab tapa bildim. Əli həmişə bizi dalana salır:))) Ölkəmizdə sizin kimi psixoloqların olmasına çox sevindim, ümidvaram bir gün sizlərdən biri ilə həmsöhbət olaram və buna həqiqətən də, ehtiyacım olduğunu düşünürəm. Ayrı ayrılıqda hər birinizə bu dəyərli söhbət üçün təşəkkür edirəm.
@ozlemcelalli
@ozlemcelalli 2 жыл бұрын
😁😁
@aydinhaciyev405
@aydinhaciyev405 2 жыл бұрын
Bro eyni gündəyik e ))
@aysunnamazova4890
@aysunnamazova4890 2 жыл бұрын
eyniiii
@mlkkrimova-uzmanpsixoloq8712
@mlkkrimova-uzmanpsixoloq8712 2 жыл бұрын
Bəyəndiyinizə sevindim🙂
@turalquliyev1546
@turalquliyev1546 2 жыл бұрын
Belə məkanda çəkilişlər üçün dinamik mikrofonlar daha əlverişli olar. Kondenser mikrofonlar həssas olduqları üçün kənar səslər qaçınılmaz olur.
@ramilsamedov6567
@ramilsamedov6567 2 жыл бұрын
Gəlirik
@almaqurdu7777
@almaqurdu7777 2 жыл бұрын
Ama bir terefimde Turaldı 😅Heyatin anın yaşa Ve geleceye inamala bax
@QaraPR
@QaraPR 2 жыл бұрын
Faydalı söhbət idi, amma diyəsən mətbəxə yaxın bir yerdə idi masa
@NigarSafura
@NigarSafura 2 жыл бұрын
Depressiyaya düşən insanlar üzülməyi bilməzlər.
@bilinmezsexs
@bilinmezsexs 7 ай бұрын
Mende balig burcuyem və bu tip düşünceler yaradanın varlığını heç cürə qəbul edə bilmirəm
@elnurmustafayev
@elnurmustafayev 2 жыл бұрын
Salam olsun. Qalib doktoru verilisinizə dəvət edin zəhmət olmasa.
@iradrsalahova1573
@iradrsalahova1573 5 ай бұрын
Sakit bir məkanda otursaydınız.Lap əsəb oldum ətrafdakı səs küylərə😮
@fizzealiyeva8344
@fizzealiyeva8344 2 жыл бұрын
Mən də D vitamini çatmır ,ancaq D vitamini içəndə allergiya oluram
@MinureMinure-wr1oq
@MinureMinure-wr1oq Ай бұрын
Mende sarwan halar fikrer agr depresyadayam inamram sagakam kecmiwmi unda bilmirem mene komey edin
@rqraulemre9097
@rqraulemre9097 2 жыл бұрын
Tural imkan versəydi feyz alardıq üstaddan.
@muradmuradov9358
@muradmuradov9358 2 жыл бұрын
Kitablari yazmadiz
@dasqinkurcayli
@dasqinkurcayli 2 жыл бұрын
Spotifyda var?
@dasqinkurcayli
@dasqinkurcayli 2 жыл бұрын
Link açmadı nəsə :(
@shahlaalibayova1558
@shahlaalibayova1558 Жыл бұрын
Turalın dediyi kino “eternal sunshine of spotless mind” 😁
@samirseferli6660
@samirseferli6660 2 жыл бұрын
Mekan düz seçilmeyib
@samiradill
@samiradill 2 жыл бұрын
Depressiyaya düşdüm e))
@By.Faqil.
@By.Faqil. 2 жыл бұрын
Qardaşın beyin qan dövranı pozulub onu normasina qoysun duzelecek.
@babaabdullazade5650
@babaabdullazade5650 2 жыл бұрын
Mən niyə tullanıram nə idi?😅
@MinureMinure-wr1oq
@MinureMinure-wr1oq Ай бұрын
Kewge mende sagalam debresyadan ezyet cekrem
@tayyarsamadzade
@tayyarsamadzade 2 жыл бұрын
İlk defə olaraq maraqlı deyildi sohbət.
@atabalaadil7666
@atabalaadil7666 Жыл бұрын
"я жить хочу чтоб мыслить и страдать" А.С.Пушкин. Əli bəy , siz tək deyilsiz. Sizin sindromdan cox adamda var. Adini nə qoyursuz qoyun. Bunu hec bir psixo-msixo analitik sizə demeyəcək. Hər şeyin cavabi sizin ozunuzdədir
@frhadheydrov2546
@frhadheydrov2546 2 жыл бұрын
Arxa fonda bir musiqi olsa əla olardı👍 səs küy icazə vermir gözəl eşitməyə
@sarvanrza2024
@sarvanrza2024 3 ай бұрын
Özünü Psixoloq deyən adamın dediyi sözə bax.İstəməzdim türkçə sözlərdən istifadə edim.Biraz özüvə gəl Şəbnəm
@rovshanbabayev608
@rovshanbabayev608 11 ай бұрын
Çox gülursüz
@hiko.murs.
@hiko.murs. 2 жыл бұрын
5:49 Genetikdir. Seligman gave the world its first authentic formula for happiness: H=S+C+V, where (H) stands for happiness. It is the sum of three factors: one's Genetic set-range for happiness (S), their life circumstances (C), and factors under their voluntary control (V).
Söhbətgah: Kofe yoxsa çay, biznes qurmaq, təhsil lazımdır?
1:23:42
DAD LEFT HIS OLD SOCKS ON THE COUCH…😱😂
00:24
JULI_PROETO
Рет қаралды 10 МЛН
How Many Balloons Does It Take To Fly?
00:18
MrBeast
Рет қаралды 151 МЛН
Русалка
01:00
История одного вокалиста
Рет қаралды 6 МЛН
Дарю Самокат Скейтеру !
00:42
Vlad Samokatchik
Рет қаралды 8 МЛН
Cəhalət nədir? | Kimə cahil demək olar? | Münasibət #11
1:10:25
Zamanımızı nəyə xərcləyirik? | Münasibət | Söhbətgah
1:13:34
Depressiya xəstəliyinin əlamətləri
3:53
Fuad Bashirov
Рет қаралды 29 М.
DAD LEFT HIS OLD SOCKS ON THE COUCH…😱😂
00:24
JULI_PROETO
Рет қаралды 10 МЛН