Tərbiyə nədir? | Uşaqlara necə tərbiyə verməliyik? | Söhbətgah | Münasibət #5

  Рет қаралды 66,176

Söhbətgah

Söhbətgah

Күн бұрын

Bu gün ‪@Sohbatgah‬-da ‪@AliKhayyam‬ və ‪@DjTural‬ #Tərbiyə-dən, #əxlaq-dan danışıb ona #Münasibət-lərini bildirdilər. Uşaqlarımızı necə tərbiyə etməliyik? Araşdırmaçı uşaq, uşaqlıq travmaları, kitabların tərbiyədə rolu, tərbiyədə rol model kim ola bilər? Bu suallar ətrafında fikir mübadiləsi apardılar.
Söhbətdə adı keçən kitablar və müəllifləri:
Stiv Biddalf "Oğlan uşağı nədir"
Yanuş Korçak "Kral Matiuş"
Yanuş Korçak "Uşağı necə sevməli"
Bill Gates haqqında Netflix sənədli filmi - Inside Bill's Brain: Decoding Bill Gates
Söhbətgaha abunə olun: / @sohbatgah
💡Tənhalıq, yoxsa təklik? Biz əslində təkikmi?
• Tənhalıq, yoxsa təklik...
💡Linç etmək və insanların düşüncəsinə görə təklənməsi
• Linç etmək | İnsanları...
💡Vicdan nədir? İçimizdəki səsi nə zaman eşidirik?
• Vicdan nədir? | İçimiz...
Instagram: / sohbatgah
Facebook: / s%c3%b6hb%c9%99tgah-13...
Telegram: t.me/sohbatgah
Podkastı dinləmək üçün:
Spotify: open.spotify.com/show/1eHR7Mb...
Apple Podcast: podcasts.apple.com/us/podcast...
Yandex Podcast: music.yandex.ru/album/18071206
Google Podcast: podcasts.google.com/feed/aHR0...
Spreaker: www.spreaker.com/show/sohbatgah
00:00 Intro
00:12 Giriş
05:08 Uşaqlıq travmaları və uşaq tərbiyəsi
37:12 Gənclər üçün rol modellər
1:11:46 Bağlanış

Пікірлер: 249
@nurlanagayev7934
@nurlanagayev7934 2 жыл бұрын
Təmənnasız olaraq cəmiyyətə verdiyiniz töhfələrə görə təşəkkür edirəm.
@turanaaliyeva699
@turanaaliyeva699 Жыл бұрын
"Qarni tox,ruhu ac usaqlar olduq" 😔
@user-uo1yd1jg6x
@user-uo1yd1jg6x 9 ай бұрын
Hamın qarnı tox deyildi və elə bundan ötəridir ki, indi bir çoxumuz qıtlıq inancından qurtula bilmirik. Çoxumuz ən sadə ehtiyaclarımız dilə gətirməkdən çəkinirdik, qorxurduq. Bilirdik ki, “yox” cavabı alacayıq.
@curiousignorant1554
@curiousignorant1554 2 жыл бұрын
İlk növbədə məsələyə oradan başlamaq lazımdır ki, bizim valideynlərimiz özləri böyüyüblərmi?! Yaşın artması böyümək, yetkinləşmək demək deyil. Çox sevdiyim türk yazarlarından Doğan Cüceloğlunun "Yetişkin çocuklar" deyə bir kitabı var. Bu kitabı hər bir Azərbaycan valideyninin oxuması gərəkdiyini düşünürəm. Bizim valideynlərimiz əksərən özləri özlərini tanımadan, saf-çürük etmədən yarımçıq olaraq yaşlanırlar. Məsələn, heç uzağa getməyərək öz atamdan misal gətirə bilərəm. Bircə xatirəm belə yoxdur ki, mən bu insanla oturub uzun-uzadı bir-birimiz haqqında danışdığımızı xatırlayam. Bu insanın nəyi bəyənib-bəyənmədiyini, nələrdən nifrət etdiyini, hansı məsələlərin onlar üçün qırmızı xətt olduğunu, hansı istəklərin gerçəkləşdirə bilmədiklərini, geriyə dönüb, nəyi dəyişdirmək istədiyini bilmirəm. Eləcə də onun mənim haqqımda bunlar haqqında zərrə qədər fikri belə yoxdur. Amma yeri gələndə əgər mən tərəfdən hər hansı bir soyuqluq yaranırsa, bunu enən uşaq kimi öz içinə salacaq. Buna görə deyirəm ki, hərçənd ki artıq demək olar ki, 60 yaşı var, əslində mənim atam özü belə hələ tam yetişməmiş bir uşaqdır.
@mehribanedilova4960
@mehribanedilova4960 3 ай бұрын
Bilmirem men sizin bu yazinizi oxudum gòzlerim yasrdi
@Fidanazizova22
@Fidanazizova22 2 жыл бұрын
Zövq alıram sizi dinləməkdən.Həyatımda çatışmayan savadlı ünsiyyət və dinləmək əskikliyini, boşluğunu sizi dinləməklə doldururam.❤️
@azerbaijan9391
@azerbaijan9391 Жыл бұрын
Çox sağ ol
@afaqmustafayeva
@afaqmustafayeva 2 жыл бұрын
Çox gözel meqamlara toxundunuz. Mence bu podkastı bütün valideynler dinlemelidir. Teşekkür edirem ki, bele bir mövzunu gündeme getirdiniz. Teessüf ki çoxları bu saatlarda oturub uşaqlarıyla seriala baxır. İnşallah ki, çox insana çatar mesajlarınız.
@xaliqmirzezade
@xaliqmirzezade Жыл бұрын
@@Sohbatgah Mən hər şeirdən sonra ağlayıram Əli Xəyyam
@CavidanDadashov
@CavidanDadashov 2 жыл бұрын
Tərbiyə mövzusunda çox sevdiyim bir söz var, amma təəssüf ki müəllifini unutmuşam, deyir ki: " Siz övladlarınızı tərbiyə etməyə çalışmayın, siz özünüzü tərbiyə edin, çünki onusuzda sonda sizə bənzəyəcəklər".
@ayguntaghili3047
@ayguntaghili3047 2 жыл бұрын
Bu cür maarifləndirici bir podcastin olması çox sevindiricidir. Bu proqramı youtube dan TV-yə daşımaq lazımdır mənə görə. Yaşlı nəsillər belə izləyib nəticə çıxarmalı proqramdır. Çox təşəkkür edirəm.
@OrkhanRahmanli
@OrkhanRahmanli 2 жыл бұрын
Sadəcə, bu və Özgür ilə olan podkast şəxsən məni çox, çox yuxarılara qaldırdı, vallah. Və, bu, müzakirə belə başqa olduda… Ruhumla baxmışam vallah ) Şair, “bizim adamdır”, “bizdəndir” anlayışı var idiye - çox bizdən oldu bu söhbət. Çox eyni ruhdan baxdım, bu gün, biləsiz. Əjdahasız! RESPECT !
@shebnem273
@shebnem273 2 жыл бұрын
Normalda çox hövsələm çatmır hər hansı bir kontenti sona qədər dinləməyə və ya izləməyə,ancaq bu söhbət çox axıcı və maraqlıdı,bəlkə də baxış bucağı və maraqlar üst-üstə düşdüyünə görədir) Sondakı Halil Cibranin sevdiyim fikirləri idi.Ermiş (türkçe) kitabı möhtəşəm əsərdi.
@aykhanrizvanmammadli1000
@aykhanrizvanmammadli1000 2 жыл бұрын
Əladan da əladı, davamlı olsun. Var olun.
@curiousignorant1554
@curiousignorant1554 2 жыл бұрын
Uşaq tərbiyəsi ilə bağlı populyar kitabları vərəqlədikcə, orada uşağa sevginin və güvən ortamında davranmanın fiziki ehtiyaclardan nə qədər vacib olduğunu anlayırsınız. Bu yöndə çox məşhur bir nümunə də var. Ruminyada Çauşesku dönəmində o, məcburi olaraqhər hər bir ailənin uşaq sahibi olması gərəkdiyi haqqında qanun gətirir. Və diktator devrildikdən sonra, ölkədə uşaq evlərinə atılmış minlərlə uşağın xəbəri qərb mətbuatında geniş yayılır. Bu yüzlərlə uşaq ana sevgisindən, güvənli ortamdan məhrum olaraq, böyüyürlər. Hətta səhv etmirəmsə, Kanadadan bir neçə ailə bu uşaqlardan bəzilərini övladlığa götürürlər. Bu yöndə ixtisaslaşan alimlər bu iki uşaq qrupunu müşahidə edirlər. Məlum olur ki, bəlli bir yaşa qədər(səhv etmirəmsə 3 yaş) övladlığa götürülən uşaqlar digərlərindən fərqli olaraq böyüdüklərində travma almamış olurlar. Ümumiyyətlə, bizdə uşağa say olaraq yanaşırlar. İzah edə bilmirsən ki, bu uşaq bir şəxsiyyətdir. Sən buna yetərincə zaman, diqqət, sevgi ayıra bilməyəksənsə, onu həyata gətirib, bədbəxt edirsən. Sonra bu yarımçıq fərdlərdən yaranan toplum da elə ala-yarımçıq olur....
@elvino.
@elvino. 2 жыл бұрын
Söhbət etməyə adam tapmırıq, qardaş. Tənhayıq. Tənhalığımızı doldurursuz. Siz də ki, lap kefdəsiz))
@seymurqulamov1204
@seymurqulamov1204 2 жыл бұрын
Cox dogru...
@efsanenamaz6009
@efsanenamaz6009 2 жыл бұрын
Allah sizi qorusun..şükür edirəm sizi "tapdığıma". əməyinizə qüvvət🤲
@efsanenamaz6009
@efsanenamaz6009 2 жыл бұрын
Bir də istərdim bir gün mövzunuz "mütaliə" olsun
@afaqmustafayeva
@afaqmustafayeva 2 жыл бұрын
Canlı izlemek super👍
@nuraddinkhalilov8184
@nuraddinkhalilov8184 2 жыл бұрын
23 yaşım var. Tural və Əli kimi insanlardan həyat təcrübəsi alıram. Öz dilimizdə də keyfiyyətli podcast yaratdılar adamlar. Özümnən daha gənclərə səslənirəm: Bax bu insanlar role model'dirlər. Amandır, özünüzə nəsə qatın onlardan
@ilahasaidva
@ilahasaidva 2 жыл бұрын
Möhtəşəmsiz
@lkbrmmmdov8289
@lkbrmmmdov8289 2 жыл бұрын
Münasibət olan gün dəhşət sevincli oluram,Çox Çox sağolun💚💙
@isfndiyarliyev3645
@isfndiyarliyev3645 2 жыл бұрын
Mənə kitabı oxumağı atam sevdirib. Gözümü açıb evdə kitab görmüşəm. 5 ci sinifə qədər Atam oxuduğu kitabları mənə danışıb. Mən kitab oxumağa başlayanda bir çox yazıçıları və qəhrəmanları tanıyırdım. Bir də küçəmizdə atasından qorxmayan, atası tərəfindən döyülməyən, hərşeyi atası ilə danışa bilən uşaqlar da biz idik. Əla podcast idi, hər ikinizə təşəkkür edirəm. Faydalanıram. Ətrafımdakı insanlara tövsiyyə edirəm. Çoxsağolun
@gunelhesenova5117
@gunelhesenova5117 2 жыл бұрын
Bizim iki mübarizəmiz var; həm özümüzü sağaltmalıyıq, həm də övladlarəmızı sağlam böyütməliyik.
@salehvalehoglu
@salehvalehoglu 2 жыл бұрын
Var möhtəşəm mövzu, var mövzunu möhtəşəmləşdirmək. Söhbətgahda ikincini edirsiz. Möhtəşəmsiz
@cavidcan7672
@cavidcan7672 2 жыл бұрын
Cox sag olun. Mohtesemsiniz Tural bey siz xususi ile . Qulagimin pasi silindi. Uzun zamandi bele sohbete qulaq asmamisdim.Bele sohbetlere cox ehtiyac var. Isterdim butun atalar sizin kimi dusuncede olsun.Tesekkurler ruhum qidalandi.
@qurbanquluzade8629
@qurbanquluzade8629 2 жыл бұрын
Cox eladir.Auditoriya qarwisinda olsa daha ela olar(biz de oz suallarimizi unvanlayaq )
@gunelhesenova5117
@gunelhesenova5117 2 жыл бұрын
Və fərqində olmalıyıq ki, övladlarımız bizim içimizi görür nə qədər saxlamağa çalışsaq da...Ona görə də biz özümüzü yetişdirməliyik...
@user-ij3hq4zo8b
@user-ij3hq4zo8b 3 ай бұрын
Hər ikinizə uzun ömür və can sağlığı arzulayıram...Belə söhbətlərə c əmiyyətimizin çox böyük ehtiyacı var....
@letiflazimzade6840
@letiflazimzade6840 2 жыл бұрын
Bir sözlə MÖHTƏŞƏMSİNİZ💛. Hər dəfə müxtəlif programlar açıb izləmək həvəsi gəldikdə, öz dilimdə izləyə bilmədiyimə görə çox pis olurdum. Çünki, Azərbaycanda sizin kimi modellər yox idi, yaxşı ki, varsınız, sükanı belə saxlayın, heç dəyişməyin
@SamirBahram
@SamirBahram 2 жыл бұрын
Cox sagolun Tural ve Eli bey
@AMGpro1992
@AMGpro1992 2 жыл бұрын
Çox gözəl mövzuya toxundunuz, təşəkkür edirəm növbəti belə maraqlı söhbətiniz üçün! Davamlı olsun! Uğurlar!
@calalbalacayev4323
@calalbalacayev4323 Жыл бұрын
Cox alqislayiram sizi cox vacib movzulara toxunursuz👍👍👍
@firidunguliyev2105
@firidunguliyev2105 2 жыл бұрын
Möhtəşəmsiz. Belə davam edin. Cəmiyyətin düşünən kütləsi üçün çox faydalı iş görürsünüz. Evdə, avtomobil idarə edəndə də Sizin podkastlara qulaq asıram.
@gunelhesenova5117
@gunelhesenova5117 2 жыл бұрын
Nə qədər ürəyimdən gələn söhbət edirsiz. Bir şeyi qeyd etmək istəyirəm, müşahidələrim göstərir ki hazırda gənc valideynlərdən analar daha toleranslı və müasir tərbiyə üsulunu anlayan atalar isə daha sərt və eski üslublardan ayrıla bilməyən valideyndirlər
@gunelhesenova5117
@gunelhesenova5117 2 жыл бұрын
Özümüz hislərimizi yaşamadığımız kimi övladlarımıza da hislərini yaşamaq şansı tanımırıq.
@fatimamusayeva275
@fatimamusayeva275 10 ай бұрын
Və nəticədə demək olar ki, biz valideynlərimizi artıq dəyişə bilmərik Onları olduqları kimi qəbul edib öz üzərimizdə işləyərək özümüzün yaralarını sağaldaraq yola davam etməliyik. Və sağlam düşüncəli ailə qurub bizə edilən səhvləri onlara etməməliyik
@ramazanaliguliyev4841
@ramazanaliguliyev4841 2 жыл бұрын
Elaaa!
@user-wx1bf7sl8s
@user-wx1bf7sl8s 2 жыл бұрын
Subhanallah Azerbaycanda hansisa verilisi axira qeder diqqetle hevesle dinlemek mumkun imis,usaqlarla bagli daha cox podskaz hazirlayin da,hetta psixoloqlar devet etsez cox faydalanariq🌹
@ilkinmmmdov8271
@ilkinmmmdov8271 2 жыл бұрын
Mükəmməl mövzudur! Sağ olun.
@tehran262
@tehran262 2 жыл бұрын
Münasibət bölümləri çox super və maraqlı alınır. Növbətini səbirsizliklə gözləyirəm. İşdə sizə qulaq asa-asa iş görürəm. Təşəkkür edirəm!
@firangizisa
@firangizisa Жыл бұрын
Zövq aldım💚💙
@savalan89
@savalan89 2 жыл бұрын
Dəyərli fikirlər bölüşdüz. Çox sağ olun ki, cəmiyyətin formalaşması üçün əziyyət çəkirsiz.
@nuranaimanova
@nuranaimanova 2 жыл бұрын
Yenə həmişəki kimi möhtəşəm podkast olub. Zehninizə, ürəyinizə sağlıq. 👏👍 Dostlar, mütləq paylaşın bu kanalı, abunəçi sayı artsın, çünki baxılmağa dəyər kanaldır.
@fidans
@fidans 2 жыл бұрын
Ofisde qulaq asa-asa ishlemek cox yaxshi alinir. Davam edin!
@xaliqhuseynov9816
@xaliqhuseynov9816 2 жыл бұрын
cox xosbextem ki azerbaycanda bele content var.24 yasim var sizden cox faydali qeydler gotururem
@nigarmamedova8220
@nigarmamedova8220 Жыл бұрын
Təsəvvür edin ki, 26 yaşım var. İxtisasca psixoloqam.. və hələ li təkmilləşdirirəm özümü. Baxmayaraq ki, bu işin təhsilini almışam amma uşaq tərbiyəsində siz deyənləri 100/100 edirəm 2 yaşli oğlum var.. hər şey bir yana sizin kimi düşüncəyə sahib insanların fikirləri ilə üst-üstə düşdüyünə görə sevinirəm 😍 uğurlar sizə, çox vacibsiz🌷
@panahyusibov
@panahyusibov 2 жыл бұрын
İlk dəfədirki bir verlişi televiziya və yaxud burda sona qədər izlədim. Təşəkkürlər!
@sevincrzaxanova8013
@sevincrzaxanova8013 2 жыл бұрын
Möhtəşəm müzakirə idi.Hamıya faydalı olacaq məsləhətlər üçün çox saqolun
@turalferzizade3104
@turalferzizade3104 2 жыл бұрын
Hər gün qulaqcığı taxıb işləyərək dinəyirəm. Qısa müddət ərzində ilk videodan bura qədər izləmişəm. Bütün mövzuları çox ətraflı izah edirsiniz və çox şeyin həlli yolunu göstərirsiz. Mən də uşaq yaşlarımda saysız travmalar almışam və o travmaların izləri hələ də özünü göstərir.
@yeganemelikova1926
@yeganemelikova1926 Жыл бұрын
Sizi çooox diqqətlə izlədim.Kaş gənc olaydım,uşaqlarım da körpə....Amma övladlarımla qürur duyuram.🤲🇦🇿nəvələrim siz deyən kimi böyüyürlər.🤲🤲🤲👍
@latifanasibova8629
@latifanasibova8629 Жыл бұрын
Cox sag olun, Azerbaycan dilinde maariflendirici melumatlar yox derecesindedi, amma sizin muzakirelerinizle artiq umid yaranir daha da artacaq. Cemiyyetimizi savadlandirmaq ucun bu qeder urekden eziyyet cekdiyiniz ucun size tesekkur edirem🤲
@gunelhesenova5117
@gunelhesenova5117 2 жыл бұрын
Bütün bu girdiyiniz, toxunduğunuz mövzuları hamısı tək tək işləmək olar...o qədər dərin və geniş mövzulardır ki...
@monsiraone
@monsiraone Жыл бұрын
Hələdə necə səhv tərbiyə aldığımızı və bizimdə bu səhvi etməməyimiz üçün faydalı bir video.
@fidanrzayeva3026
@fidanrzayeva3026 2 жыл бұрын
Həqiqətən çox vacib məqamlara toxunursunuz.Ancaq bəzi fikirlərlə tam razılaşa bilmirəm.Çünki faydalı kontentlər azda olsa var.Bunlara "Əkinçini" nümunə göstərmək olar.Ancaq baxış sayı,dəyər hədsiz azdır.Elə sizin "Söhbətgah".Sadəcə insanlarımız düşünmək,daha dərinə getmək,oxumaq istəmir. Vaxt var.Hər zaman var.Metroda getdikdə,piyada gəzdikdə.Əgər türk seriallarına baxmağa vaxt varsa,deməli inkişaf etməyə,oxumağa,faydalı şeylər izləməyə vaxt var. Uzun olduğu üçün üzrlü sayın.Münasibət ləriniz həqiqətən çox maraqlı və düşündürücüdür.Çox sağolun bunun üçün.
@vazehnsrli344
@vazehnsrli344 2 жыл бұрын
Cox gözəl mövzular müzakirə olunur davamlı olsun yaxşiki varsız
@gunelhesenova5117
@gunelhesenova5117 2 жыл бұрын
Əli bəy, sizin xəbərdarlığınız vətəndaşlıq fərqindəliyidi; təbrik edirəm sizi.
@curiousignorant1554
@curiousignorant1554 2 жыл бұрын
Sonda sizin müzakirənizi izləyərək düşündüm ki, mən də kitablardan əxz etdiyim fikirləri youtube kanalı üzərindən paylaşa bilərəm. Düzdür gözləntilərim yüksək deyil. Bilirəm ki, xitab etdiyim kəsim çox deyil, amma yenə də əgər bizim videomuza bir nəfər belə baxıb, bir şeylər öyrənəcəksə, nə xoş bizə. Təşəkkürlər.
@seymurqulamov1204
@seymurqulamov1204 2 жыл бұрын
Yaxsi fikirdir,paylasin
@seymurqulamov1204
@seymurqulamov1204 2 жыл бұрын
Cox gozel,tesekkur edirik...
@izuleabdullayeva5979
@izuleabdullayeva5979 Жыл бұрын
Əli bəyin fikirlərini daha çox bəyənirəm
@orhanbagirov3351
@orhanbagirov3351 7 ай бұрын
Uşaqlar ne yaxşı ki varsınız!!! Halal olsun sizlərə! p.s. rus dilində doğurdanda çox keyfiyyətli kontent var amma ingiliscə olanın 0.1 % dir) və rus dilli əhali bunnan doğurdan əziyyət çəkir. Və tək video/audio kontent yox, kitablar, məqalələr və s. İşinizə görə çox sağolun!!!
@samiraismayilzada1991
@samiraismayilzada1991 8 ай бұрын
Kaya Yanar adinda bir Türk komedyen var Özü Isvecrede sef etmiremse yasayir alman diin super bilir ve neyniyir müsahide edir meselen hindistanlinin, cinlinin , Rusun , Türkün dialektinde Almanca danisiqlarin teqlid edir Almanyaya Cox gelir cünki Almanya Multi Kultireldi bütün milletlerden var Oma görede onlarin Yasamda isde o qeder gözel vede düz teqlid edirki Almanyada Cox sevilir . Deyerli vaxtiniz ücün Cox sagolun . Bu günde geleceyim ücün Yeni usaqlarim ücün maraqli melumatlar öyrendim .
@turanaaliyeva699
@turanaaliyeva699 Жыл бұрын
Dusunurdum Mubariz I,Polad H.Adlarini cekmiyeceksiniz,ama sona dogru icimden kecenleri seslendirdiniz, Min alqish Size👏👏👏👏👏👏
@magamedseidov8815
@magamedseidov8815 7 ай бұрын
Allah sizden razi olsun . Her gun sizi izleyirem. Caliwiram ki , her bir cekiliwinize baxim 👍
@aqshinbashirov831
@aqshinbashirov831 2 жыл бұрын
Çox faydalı bir söhbət oldu.Tural,Əli uğurlar sizə.kaşki TV kanallarda kuxnada gözübağlı yemək adı axtaran,kiminsə şəxsi ailə söhbətlərin danışmaq əvəzinə bu formatda verliş lərə yer versələr.
@fidanmirzayeva3350
@fidanmirzayeva3350 2 жыл бұрын
Tural beyde Eli beyde cox cox pozitiv ilk novbede savadli derin dusunceye sahib olan insanlardi .Tural beyi taniyiriq Eli beyide yeni tanidim .cox savadli insanlardi her iksi👏
@fridcfrova8552
@fridcfrova8552 2 жыл бұрын
Nə gözəl sözlər.. maarifləndirici söhbətiniz üçün çox sağolun
@vusalbkirzad3458
@vusalbkirzad3458 2 жыл бұрын
Düşüncələrimin doğruluğunun təsdiqini sizin danışığınızda tapıram. Nəzərə alın ki, sizin həyatda uğurlu biri olmağınız mənim ya da mənim kimilərin özünə inamını artırır. Bu buraxılışları tez bitirməyin, hətta bacardığınız qədər inkişaf elətdirməyinizi xaiş edirəm. Təşəkkürlər!
@MhbubSiriyeva
@MhbubSiriyeva Жыл бұрын
Sağolun
@bilalaliyev7
@bilalaliyev7 2 жыл бұрын
Bu podcastdan özüm üçün kitab,film,cizgi filmi qeydləri götürdüm. Yaxşı ki, varsınız. Təşəkkürlər.
@orxanshammadli7640
@orxanshammadli7640 2 жыл бұрын
Ela çox sağolun daimi olsun inşaAllah.Uğurlar
@suqraqurbanova5248
@suqraqurbanova5248 6 ай бұрын
Cox cox isteyirem takibcileriniz cox olsun. Size gore de,toplumuz ucun de. Xow olar ki,toplumuz daha cox bele bir sohbetlere qulaq assinlar❤
@santexnikashop
@santexnikashop Жыл бұрын
Gözəl mövzudur. Təşəkkürlər! Amma, "təlim", "tərbiyə" və "əxlaq" ayrı-ayrı məvhumlardır. Təlim müxtəlif mövzular üzrə ola bilər. Hədəfi əxlaq olan təlim - uşağa doğulduğu gündən 18 yaşına qədər verilməlidir. Hər yaşın öz təlimləri var. Bu barədə Həzrət İnayət Xanın "Təlim" kitabını oxumaq olar. Tərbiyə - şəxsi nümunələrlə verilir. Valideyn istəsə də, istəməsə də uşaqları valideynlərin və valideynlərin kumir kimi qəbul etdikləri kəslərin sözləri, hərəkətləri və davranışlarından tərbiyə alırlar. Əxlaq - Allah tərəfindən müəyyən edilmiş normativlər toplusudur ki, hər bir kəsin ruhuna yüklənib. Bu normativlərin siyahısı (cəmi 50 bənddir) imam Əli ibn Hüseynin(ə) "Risalətül-Hüquq" adı altında tanınan əsərində sadalanmışdır. Əxlaq anlayışının cəmiyyətdəki alternativi - insanlar tərəfindən icad edilən etika və mədəniyyət dediyimiz anlayışlardır ki, bunlar da heç də həmişə əsil əxlaqa uyğun deyil.
@rustemovafexriye2808
@rustemovafexriye2808 Жыл бұрын
MÖHTƏŞƏM👍
@fidannesirova9402
@fidannesirova9402 2 жыл бұрын
Çox sağ olun, inşallah bu işdən çox pul qazanarsiz.Biz sizinle puldan daha dəyərli şeyler qazanırıq.o qədər aclıq hissi duyurdum ki,aqilli sohbetlere,dərin məzmunlu söhbət edecek insanlar yoxdu ətrafımızda,hətta o qədər cetindi ki,vəziyyət danışmaq istəsən bele sənə ters baxırlar ki," ne olub buna"-deye, san sözünü kəsib yenə səthi mövzuya keçirsen magmunca..Davam edin çox xahiş....
@user-ov9wd1iy4t
@user-ov9wd1iy4t Жыл бұрын
Salam,Tural bey,Eli bey bütün potcastlara defelerle qulaq asmişam, ve hele de dinleyirem her defe ilk defe kimi çox teşekkür edirem
@vusaleabbasova2331
@vusaleabbasova2331 2 жыл бұрын
Tesekurler Bu podkastıvız 👏👏👏layıqdı Allah razı olsun sızlerden
@horgu_butik_gence1407
@horgu_butik_gence1407 2 жыл бұрын
Çox sağ olin, çox şey öyrəndim bu videodan
@VUSALSALMANLI
@VUSALSALMANLI 2 жыл бұрын
Çox sağolun. Bu mövzuyla bağlı insanların maariflənməsinə ehtiyac çoxdur.
@ulyaulya8437
@ulyaulya8437 Жыл бұрын
Sadəcə TƏŞƏKKÜR.
@gunelhesenova5117
@gunelhesenova5117 2 жыл бұрын
Tural bəy nə qədər içimdən gələn mövzulara toxunursuz...
@yaqubagazade3241
@yaqubagazade3241 2 жыл бұрын
Ne cox sey oyrendim sizden bezi yerlerde utandim.bezi yerlerde qurur duydum duz addim atdigima gore cox sagolun👏👏
@ilgara.isa.
@ilgara.isa. 2 жыл бұрын
Tək sözlə - möhtəşəm!
@konulbabayeva6214
@konulbabayeva6214 Жыл бұрын
Möhtəşəm. Çox xoşbəxtəm ki, sizin kimi insanların söhbətini sonadək izlədim.
@leylaliyeva2828
@leylaliyeva2828 2 жыл бұрын
Söhbətinizdən çox böyük zövq aldım.Uğurlar .
@Black_furri599
@Black_furri599 2 жыл бұрын
Ela proyektdir, ugurlar size
@cmalmlikzad8953
@cmalmlikzad8953 11 ай бұрын
Cox gozel ..Allah sizden razi olsun.
@realtobe
@realtobe 2 жыл бұрын
Elə siz özünüz rol-modelsiniz, brolar. Var olun!
@rashadgojayev4084
@rashadgojayev4084 2 жыл бұрын
Salamlayıran sizləri. Sizin videolara ilk rəyim olduğu üçün ilk öncə bu gözəl layihəniz üçün təşəkkür etmək istəyirəm sizə. Videolarınıza baxıb, tövsiyyə etdiyiniz kitab və filmlərə baxıram. Bu videoda olan 2 kitabı tapa bilmədim. Hər hansı köməkliyiniz olsa sevinərəm. Kral Matiuş və Stivin kitabını tapa bilmədim. Öncədən təşəkkür edirəm!
@gunelhesenova5117
@gunelhesenova5117 2 жыл бұрын
Supersiniz, bizim cəmiyyət üçün belə uşaqlar, fərdlər tərbiyə etdiyiniz üçün təşəkkür edirəm
@ruslanhaczad5498
@ruslanhaczad5498 2 жыл бұрын
Köhnə podcastlardan başladım izləməyə, ləzzət edir. Maariflənirəm
@leylaabbasova896
@leylaabbasova896 2 жыл бұрын
Çox yaxşı!👏
@nigaragazada
@nigaragazada 8 ай бұрын
Çox faydalı kontentlər hazırlayırsınız təşəkkürlər 🙏
@user-sm4dw5bb6x
@user-sm4dw5bb6x 9 ай бұрын
Təşəkkür edirəm 2 övlad böyüdürəm sizdən söhbətdən çox bəhrələnirən Allah razı olsun
@gunelhesenova5117
@gunelhesenova5117 2 жыл бұрын
Tural bəy getməyə başlamışıq, çox şükür.
@Zeyneb_A
@Zeyneb_A 5 ай бұрын
Möhtəşəmsiniz🎉
@vusalelekberov4872
@vusalelekberov4872 2 жыл бұрын
Cox gözel söhbetgahdi.
@almantexnikalarevimmc9313
@almantexnikalarevimmc9313 8 ай бұрын
Çox sağolun.
@quluagayev1146
@quluagayev1146 2 жыл бұрын
Çox sağolun. Minnətdaram Sizə. Hər zamanki kimi gözəl və maarifləndirici video oldu. Bunun üçün təşəkkür edirəm.
@ramilsamedov6567
@ramilsamedov6567 2 жыл бұрын
Bu podcastdan sonra özümü sorğulamasam heçnə
@elvinbabayev4064
@elvinbabayev4064 2 жыл бұрын
Bütün buraxlislarinizi diqetle dinledim bezilerini tekrar tekrar her sey ücün təsəkürler ugurlar
@pervaneelcan
@pervaneelcan 2 жыл бұрын
Möhtəşəmsiz❤❤
@cavidabbasov4261
@cavidabbasov4261 9 ай бұрын
Cox semimi icden bir dialoq👏👏
@gunelhesenova5117
@gunelhesenova5117 2 жыл бұрын
Və sonda bir daha təşəkkür edirəm. Sizinlə söhbətin içinə o qədər daldım ki, sanki sizinlə oturub müzakirənin içindəymiş kimi hiss etdim. Çox sağ olun
@TrendBusinessOne
@TrendBusinessOne 2 жыл бұрын
Əla👍
@elcin24
@elcin24 11 ай бұрын
Əli bəy deyəndəki çox oxuma başın qaçar bərk güldüm😂😂😂. Uğurlar sizə!
ИРИНА КАЙРАТОВНА - АЙДАХАР (БЕКА) [MV]
02:51
ГОСТ ENTERTAINMENT
Рет қаралды 7 МЛН
I’m just a kid 🥹🥰 LeoNata family #shorts
00:12
LeoNata Family
Рет қаралды 18 МЛН
Khó thế mà cũng làm được || How did the police do that? #shorts
01:00
İslamda salavat gətirmək YOXDUR! Mehdilik anlayışı nədir?
1:04:30
Ünsiyyət nədir, nə deyil?
39:36
1insan
Рет қаралды 288
Uşaqların cinsi tərbiyəsi | Anara Quliyeva
1:34:40
PODKAST KİMİ ADAM
Рет қаралды 9 М.
Niyə meditasiya etməliyik? Kundalini yoqa nədir? | İradə İmanova | Sağlam Həyat
51:33
Yaradılışı kimdən öyrənək - Sinan Canan
1:04:34
INSUN Yaşam Mərkəzi
Рет қаралды 4,7 М.
Cəhalət nədir? | Kimə cahil demək olar? | Münasibət #11
1:10:25
ИРИНА КАЙРАТОВНА - АЙДАХАР (БЕКА) [MV]
02:51
ГОСТ ENTERTAINMENT
Рет қаралды 7 МЛН