Slavyanların Hücumları. Azərbaycan Tarixi 7.8

  Рет қаралды 5,325

Tarix Düşkünü

Tarix Düşkünü

3 жыл бұрын

Slavynlar, başqa adla Ruslar, Xilafətin tərkibində Zənginliyi yaşayan Azərbaycan xalqı şinaldan ticarət məqsədilə gələn bu xalqlarla yaxşı tanış idilər.. O dövrdə Kiyev knyazlarının hərbi drujinalarının üzvləri «rus» adlandırılırdı. Ərəb müəllifləri də slavyanları mənbələrdə «ruslar» kimi göstərmişlər..
IX əsrin sonlarında Don volqa xəzər vasitəsiylə Azərbaycanla ticarət aparan slavyanlar fürsət düşdükcə qarətlərdə edirdilər lakin X əsrdən başlayaraq daha böyük yürüşlər etmeye başladılar. Slavyanların İlk böyük yürüşü 914 cü ildə oldu 500 gəmi ilə hücuma keçən ruslar pirallahı, zirə , sarı kimi adalarda möhkəmlənərək xəzər sahilindəki şəhərləri qarət etməyə başladılar, Xəzər dövlətinin ərazisiindən keçib gələn qarətçilər qənimətin yarısını Xaqanlığa vereceklərinini vəd etmişdilər , lakin geri dönən slavlar xəzərlər tərəfindən məğlub edildi, bu hadisədən sonra uzun müddət slavyanların ayağı bu torpaqlardan kəsildi
30 illik fasilədən sonra 944 cü ildə Slavyanlar yenidən Xəzər sahillərində göründülər, Bu dəfə onların hədəfi Arranın ən böyük şəhəri olan bərdə idi, Bərdə Qafqazın böyük ticarət mərkəzi idi, aranın anası adlandırılan Bərdənin əhəmiyəti böyük şair Nizami gəncəvinin şeirlərində də öz əksini tapmışdı
Azərbaycan torpaqlarına hücum edən slavyanlar gəmilərlə əvvəlcə Kürün mənsəbinə doğru, oradan isə Bərdəyə tərəf irəlilədilər. Ərəb tarixçilərinin verdiyi məlumata görə, onlar Bərdə yaxınlığında, Kür sahilində düşərgə saldılar. Gəmiləri sahildə qoyaraq Bərdəyə hücum etdilər.
Bərdə hakiminin hərbi dəstəsi çox az idi. O, düşmənlə üz-üzə gəlsə də, hücumun qarşısını ala bilmədi. Bərdə slavyanların əlinə keçdi. Şəhər qarət olundu
dinc əhali kütləvi surətdə qılıncdan keçirildi. Mənbələrin məlumatına görə, bu dəhşətli faciə zamanı Bərdə əhalisinin təqribən 20 min nəfəri qətlə yetirilmişdir.
Vəziyyətin ağır olduğunu görən Salari hökmdarı Mərzban ibn Məhəmməd Bərdənin köməyinə gəldi. O, qoşunu ilə şəhəri mühasirəyə alsa da, xilas edə bilmədi. Mosul hakiminin Azərbaycanın cənub sərhədlərini pozması xəbəri Salari Məhəmmədin geri qayıtmasına səbəb oldu, lakin Bərdənin kiçik hərbi dəstə tərəfindən mühasirəsi davam edirildi. Lakin Qarətçilər gecə şəhəri yandırıb, əldə etdikləri qənimətləri də götürüb qaça bildilər.
Bu faciədən sonra uzun müddət Bərdə dirçələ bilmədi. Sənətkarlıq və ticarət tənəzzül etdi. Şəhərdə pul kəsilməsi dayandı. Məşhur Bərdə bazarı əvvəlki əhəmiyyətini itirdi. Arranın baş şəhəri olan Bərdənin mövqeyi zəiflədi. Nizami Gəncəvi «İsgəndərnamə» poemasında Bərdənin bu vəziyyətini təsvir edir
İndi o dərgahın taxtdı alçalmış
İpəyi, qumaşı küləklər çalmış
İndisə yerində bu gözəl yurdun,
Var sel yumuş dərə, qurumuş odun
Slavyanların Azərbaycana basqınları sonuncu olmadı. Azərbaycan hakimlərinin bəziləri öz hakimiyyətlərini, var-dövlətlərini qorumaq üçün slavyanları köməyə çağırırdılar. 987-ci ildə Dərbənd hakimi yerli əyanlara qarşı «ruslar»dan kömək istədi. Hətta o öz yanında slavyanlardan ibarət muzdlu döyüşçülər də saxlayırdı.
1032-1033-cü illərdə slavyanların Şirvana yenidən hücumu zamanı paytaxt Şamaxı ələ keçirildi. Vətənin müdafiəsinə qalxan yerli əhali onları qova bildi.
Bəhs olunan dövrdə Azərbaycan hökmdarlarının heç biri ölkəni Xəzər dənizi tərəfdən qorumaq barədə düşünmürdü. Hərbi donanmanın olmaması Azərbaycan torpaqlarının yadelli hücumlarından qorunmasına mane olurdu. Azərbaycanda qüdrətli dəniz dövlətinin olmaması qarətçi yürüşlərə imkanlar açırdı

Пікірлер: 24
@gunelimanov2316
@gunelimanov2316 9 күн бұрын
Əla👍
@historyteacher02
@historyteacher02 3 жыл бұрын
Super👍
@orkhani4758
@orkhani4758 3 жыл бұрын
Ela.Tesekurler
@aphrodite3005
@aphrodite3005 3 жыл бұрын
Təşəkkürs👍
@aygunmmmdova7254
@aygunmmmdova7254 3 жыл бұрын
👍
@ravanmammadov7707
@ravanmammadov7707 3 жыл бұрын
👏👏👏
@bardavideoshd
@bardavideoshd 3 жыл бұрын
👍🏻
@user-pj2er2hk9o
@user-pj2er2hk9o 6 ай бұрын
Məndə belə video axtarırdım ❤
@seyand5559
@seyand5559 3 жыл бұрын
Videonuzu beyendim davam edín
@ilaskaclilova
@ilaskaclilova 2 ай бұрын
Bilirəm ki, belə videoların hazırlanması olduqca əziyyətli işdir, mən də hazırlamışam, insanın saatları gedir, hövsələdən çıxır, videoları, şəkilləri yerləşdirmək, düzmək, qoşmaq asan iş deyil. Sözümün canı, əziyyətinizi bizlərə halal edin, Allah qüvvət versin sizə və elminizə 🙏🙏🙏
@tarixduskunu6515
@tarixduskunu6515 2 ай бұрын
Çox sağolun, halal xoşunuz olsun, dəyərləndirdiyiniz üçün minnətdaram..
@ceyhunceyhun6102
@ceyhunceyhun6102 2 жыл бұрын
Əla təşəkkürlər
@qismetezizov366
@qismetezizov366 3 жыл бұрын
Bax belə gərəkli faxtlardan danşın deyək hə
@Maqa-o7c
@Maqa-o7c Жыл бұрын
👏🇹🇷🇦🇿👏
@susenqacayeva1657
@susenqacayeva1657 2 жыл бұрын
👏🏻
@ulkelersavasiyor34
@ulkelersavasiyor34 2 жыл бұрын
Əmi mən sizə görə mən tarixi super bilirəm çox sağolun ancaq işim tarixdi🥰🥰🥰🥰🥰🥰🥰
@vuqarmemmedli3173
@vuqarmemmedli3173 2 жыл бұрын
Qaqa ancaq səni izliyirəm
@Badeci_Şeyh
@Badeci_Şeyh 2 жыл бұрын
Xəritədə göstərilən ərazilər Kafkaz Albaniyası olub oğuz türkləri hələ orta Asiyada idi o illər
@Badeci_Şeyh
@Badeci_Şeyh 2 жыл бұрын
Tarixdə ne bir azərbaycan adlı bir dövlət nede bir millet olmuyub oğuz türkləri 11 esirlerde orta Asiyadan gəliblər Kafkaslara
@m1rze1
@m1rze1 2 жыл бұрын
Niyə düşmənçilik edirsən ay qardaş? Nə etmişik sizə? Bəs bu yurdlar kimlərindi? Türklərin deyil bəs kimindi?
@Maqa-o7c
@Maqa-o7c Жыл бұрын
Lezgin Alimov onda necə Şah İsmayıl Xətai Azərbaycanca şeirlər yazdırıb .Atropat , İranzu onlarda türk olublar ama Azəri türk olublar 💪🇦🇿🇹🇷💪 Düşmənlər türkün arasına dava sala bilməz !
@Allah949
@Allah949 2 ай бұрын
Get biraz tarix oxu biz türler bura parasudnan dusmemisik
@tagiyevnihad
@tagiyevnihad Жыл бұрын
👍
Əhalinin məşğuliyyəti və həyat tərzi. Azərb. Tarixi 7. 9
5:36
Tarix Düşkünü
Рет қаралды 1,7 М.
Slavyanların Azərbaycana yürüşləri
7:26
Tarix Rəvanə Məhərrəmova
Рет қаралды 654
Русалка
01:00
История одного вокалиста
Рет қаралды 7 МЛН
НРАВИТСЯ ЭТОТ ФОРМАТ??
00:37
МЯТНАЯ ФАНТА
Рет қаралды 2,2 МЛН
Каха и суп
00:39
К-Media
Рет қаралды 6 МЛН
Albaniya hökmdarı Cavanşir
8:34
Tarixin Sirli Səhifələri
Рет қаралды 28 М.
ATABƏYLƏR DÖVLƏTI. ŞƏMSƏDDIN ELDƏNIZ KIMDIR?!
11:52
Elshad Eynullayev
Рет қаралды 12 М.
Spread of the Indo-European Languages in Eurasia
9:18
Costas Melas
Рет қаралды 555 М.
Slavyanların Azərbaycana hücumları.
7:59
Rasul Mirzayev
Рет қаралды 1 М.
Himalay dağı Everest (​Comolonquma) zirvəsi 8848 metr
2:01
Bostançı və şah Abbas -  Azərbaycan xalq nağılı
6:52
Azərbaycan nağılları
Рет қаралды 579 М.
ZƏNGƏZUR TƏZMİNAT QARŞILIĞINDA AZƏRBAYCANA VERİLƏ BİLƏRMİ?
9:02
Vüsal Məmmədzadə
Рет қаралды 112 М.
Русалка
01:00
История одного вокалиста
Рет қаралды 7 МЛН