⏰ Zaman nədir? | Zamanın idarə edilməsi | Azərbaycanda zaman necə çalışır? | Söhbətgah | Münasibət

  Рет қаралды 42,303

Söhbətgah

Söhbətgah

Күн бұрын

Bu dəfə zamandan danışdıq. Zaman nədir? Zamanı necə faydalı keçirməliyik? ‪@DjTural‬ öz qaydalarından danışır. ‪@AliKhayyam‬ isə zamanını necə böldüyünü ətraflı izah edir. Bəs ölkələr arasında zaman anlayışı necə dəyişir? Bütün suallara bu buraxılışda cavab tapa bilərsiniz.
💡Bəs siz necə, zamanınızı faydalı dəyərləndirmək üçün nələr edirsiniz?
☕Qarşılayın, kofe tərəfdaşımız: / unitedcoffeebeans
💡Sözügedən psixoloji test: www.authentichappiness.sas.up...
✔Söhbətgaha abunə olun: / @sohbatgah
💡⭕️ 18+ | Söhbətgah | Namus nədir? | Kişi və qadın dost ola bilərmi?
• ⭕️ 18+ | Söhbətgah | N...
💡Linç etmək və insanların düşüncəsinə görə təklənməsi
• Linç etmək | İnsanları...
💡Mütaliə etmək | Niyə kitab oxumalıyıq? | Hansı kitabları mütləq oxumalıyıq?
• 📖Mütaliə etmək | Niyə ...
Instagram: / sohbatgah
Facebook: / s%c3%b6hb%c9%99tgah-13...
Telegram: t.me/sohbatgah
Podkastı dinləmək üçün:
Spotify: open.spotify.com/show/1eHR7Mb...
Apple Podcast: podcasts.apple.com/us/podcast...
Yandex Podcast: music.yandex.ru/album/18071206
Google Podcast: podcasts.google.com/feed/aHR0...
Spreaker: www.spreaker.com/show/sohbatgah
00:00 Intro
00:12 Təşəkkürlər Patronlar
00:17 Giriş
04:48 Planlı yaşamaq
20:28 Zaman anlayışı
25:40 Zamandan öncə nə var idi?
40:09 Zamanın mədəni tərəfi
1:04:45 Həftəlik bölgü
1:17:20 Uşaqların zamanına hörmət etmək
1:29:53 Bağlanış

Пікірлер: 141
@ayselhamidzade8153
@ayselhamidzade8153 2 жыл бұрын
Bir-birinizi o qədər gözəl tamamlayırsınız ki, aranızda rəqabət yox, mübadilə enerjisi yaratmağınız bizə də ən gözəl şəkildə yansıyır. Sonsuz təşəkkürlər.
@fatimeimanzade7492
@fatimeimanzade7492 2 жыл бұрын
Sizə ZAMAN ayırmaq....🌱🕊❤
@aliagha.huseynli
@aliagha.huseynli 2 жыл бұрын
Uzun zamandır izləyirəm sizləri. Podcastlarınızın keyfiyyəti gün keçdikcə daha da gözəlləşir. Məncə, əcnəbi sözlərdən istifadə edəndə qıraqda bir yerdə o sözün azərbaycan dilində qarşılığı olsa gözəl dad qatar. Bir də bəhs etdiyiz şeylərin qıraqda yazı halında çıxması gözəl alınıb sadəcə o yazının arxa fonunda bir rəng qoysanız daha oxunaqlı olar. Uğurlar ☺️
@rovsenhuseynov8368
@rovsenhuseynov8368 2 жыл бұрын
Bəhs edilən kitabın yaxud videonun adı dərhal videoda aşağıda yazılır. Bunu çox əla etmisiniz. Çox təşəkkür.
@OrxanAhmadovOfficial
@OrxanAhmadovOfficial 2 жыл бұрын
Yazılar qara rəng olarsa daha da seçilər və görünən olar
@rustemmustafayev8544
@rustemmustafayev8544 2 жыл бұрын
Harda qeyd olunub ki?
@rovsenhuseynov8368
@rovsenhuseynov8368 2 жыл бұрын
@@rustemmustafayev8544 salam. Elə videonun özündə-üzərində, sol-aşaöı küncdə. Videoda hansı kitabdan yaxud kinodan danışsalar söhbətin o hissəsində videonın aşağı hissəsində ad qeyd edilib
@aslanabbasov2290
@aslanabbasov2290 2 жыл бұрын
yaxşıdı amma videola bağlı olan yazıda da qeyd olunsa yaxşı olardı
@rashidbold
@rashidbold 2 жыл бұрын
26:55 / "Göyü qüdrətimizlə biz qurduq və şübhəsiz biz genişlətməkdəyik." (Zariyat, 51/47)
@datastat7920
@datastat7920 2 жыл бұрын
Təşəkkürlər. Çox maraqlıdır ki, sırf sizin ikili dialoqlar daha çox baxış gətirir nə inki qonaqlar olan. Sizin əsas üstünlüyünüz müzakirələr zamanı nəyinsə yoxluğundan şikayətlənib neqativ enerji deyil də, öyrədici məzmunla aydınladırsız cəmiyyəti.
@thereal_mrnobody
@thereal_mrnobody 2 жыл бұрын
Söhbətgah-da istifadə edilən filmləri, tətbiq adlarını "description" bölməsində qeyd etsəz əla olar. Hər şey isə superdir!
@tural1462
@tural1462 2 жыл бұрын
Dünən zaman haqqında storya kiçik şeir atıb bu gün həvəslə izlədiyim podcastda eyni sualı görmək . Nə deyəcəyimi bilmədim . Möhtəşəmsiz❤️
@ramilsamedov6567
@ramilsamedov6567 2 жыл бұрын
Bu podcastı dinləyənlər artır deyə son podcastı dinləmədim.Bütlərimi qırım qayıdacam
@nergizsuleymanova7732
@nergizsuleymanova7732 2 жыл бұрын
Bilmirem de uje ne yazım size.dehşet ela gedirsiz.korlamayın,bele davam edin.
@validcavid3805
@validcavid3805 Жыл бұрын
Məncə də
@salehvalehoglu
@salehvalehoglu 2 жыл бұрын
25:50 Məni də zamanla bağlı ən çox düşündürən sual budu. Big Bang'dan əvvəl nə var idi? İlluziya fərziyəsi daha məntiqi gəlsə də, illuziyanın özünü nə yaradır? Yəni maddələr yığışıb məna əmələ gətirir. Bəs maddə nədən yaranıb? Boşluq deyirik. O boşluqların sonunda nə var? Boşluq özü də böyük bir maddədimi? Yoxsa mənadı, anlamdı sadəcə?
@alasgarovramil4853
@alasgarovramil4853 2 жыл бұрын
Çox əladı, sırf maşını tıxac olan küçə ilə sürdüm ki, qulaq asım axıra kimi. Yağış, maşın və söhbətgah, möhtəşəm 3-lük. Bir xahişim var. Tural bəyin “Yox deməyi bacarmaq” kitabını tapa bilmədim, onu paylaşardınız.
@Bagrattinei1282
@Bagrattinei1282 2 ай бұрын
15:57
@sahibnerimanbeyli6809
@sahibnerimanbeyli6809 2 жыл бұрын
Tural qardaş rus dilində "скоро" sözünün olması ilə onların metrolarının, elektriçkalarının bizdəki kimi zamana bağlı olmadan işləməsi, punktual olmaması və ya intervallarının böyük olması dümək deyil. İngilislərin də "soon" sözü var. Şəxsi təcrubəmdən Sizə bir söhbət edim. Demək Almaniyalı bir İT mühəndislə dialoq zamanı adam deyir ki: "Moskvada olarkən onların metro və dəmir yollarını çox sevdim". Düzü mənim üçün bu ifadə çox təəccüb doğurdu. Yəni Moskva texnologiyası dünyaya "Alman dəqiqliyi", "Alman keyfiyyəti" kimi brendləri ilə tanınan ölkənin vətəndaşını nəyi ilə təəcübləndirə bilər axı? Adam deyir ki, birincisi Moskvada metroda 1-2 dəqiqədə bir qatar gəlir. Almaniyada isə interval çox böyükdür və tez-tez gecimələr olur, böyük növbələr olur. İkincisi qatarlar düpbədüz qeyd edilmiş qrafiklə hərəkət edirlər. Yəni Siz Moskvanın elektrik qatarları APP-ini "Яндекс.Электрички" play.google.com/store/apps/details?id=ru.yandex.rasp&hl=ru&gl=US və ya metro APP-ni "Яндекс.Метро" play.google.com/store/apps/details?id=ru.yandex.metro&hl=ru&gl=US yükləyib gününüzü dəqiqliklə planlaya bilərsiz. Misal üçün APP-də A və B nöqtələrini qeyd edirsən və proqram sənə: - gün ərzində A nöqtəsindən çıxan qatarların vaxtını, - onların B nöqtəsinə çatma vaxtını, - yola sərf edilən zamanı, - A-dan B-yə getmək üçün hansı keçidləri (peresadkaları) saat neçədə etməyi, - biletin qiymətini - və hətta qatar gecikirsə bu haqda sərnişinlərə xəbərdarlıq edir. Yəni Moskvada bugün texnologiya bu qədər inkişaf edib və zaman çox azdır orada Bakı ilə müqayisədə.
@kifayetaliyeva5887
@kifayetaliyeva5887 2 жыл бұрын
İnstada gördüm tez geldim 😍
@salehvalehoglu
@salehvalehoglu 2 жыл бұрын
1:17:23 Cem Yılmazı xatırlatdı :D Həyatda iyrənc an vardır. Göstərilmək kimi :D
@firuze.xelilova
@firuze.xelilova Жыл бұрын
20 yaşım var, təxminən bir ildir ki mənasız tiktok videolarında,insan beynini bədbəxtliyə kodlayan seriallarda,gerçəklikdən uzaqlaşdıran sosial media platformlarında məhv olan gəncliyə, çölə atılan zamana çox pis olurdum əvvəl düşünürdüm ki mən çox eqoist düşünürəm insanları günahlandırıram amma bir aydır ki sizi kəşf edib dinlədikcə necə doğru düşündüyümün fərqinə varmışam,hər kəsin özünü kəşf etmə yaşı fərqlidir insanlara xüsusilədə gənclərə bu yolda işıq tutan Tural və Əli bəy başda olmaqla bütün Söhbətgah həmkarlarına bu möhtəşəm proyektə görə minnətdaram💙💚
@salehvalehoglu
@salehvalehoglu 2 жыл бұрын
29:20 Yəqin indi nə ediriksə orda da onlara davam edəcəyik. Buna görə də həyatı anlamlı və maksimum produktiv yaşamaq lazımdı)
@khazareldarli8756
@khazareldarli8756 2 жыл бұрын
Söhbətgaha ayırdığım zamanımı dəyərli hesab edirəm,buna görə sizlərə təşəkkür edir və daha böyük uğurlar diləyirəm.
@togrulm451
@togrulm451 2 жыл бұрын
Podcastı dünən dostum baxmağı tövsiye edib artiq 3 bolumu izlemiwem heqiqeten mükəmməldir
@lkbrmmmdov7458
@lkbrmmmdov7458 2 жыл бұрын
Vallah ac qalmağa razıyam,söhbətgahsız əsla💚💙
@anarhasan7996
@anarhasan7996 2 жыл бұрын
Vaxt var idi, vaxt bol olan vaxtlar idi. Təşəkkür 🙏
@Firuzahuseynzade1519
@Firuzahuseynzade1519 2 жыл бұрын
Salam Bəylər.Neçə gündü Söhbətgahı dinləməyi planlaşdırırdim.Tam məni maraqlandıran mövzu ilə qarşıma çıxdı bugün.Çox sağolun hər ikiniz.Azərbaycan KZbinda belə maraqla dinlədiyim səhifə Əkinçi idi ,digəridə siz olduz.2 podcast dinledim və zaman neçə keçdi bilmədim.Söhbətiniz çox axıcı,maraqlı ,informativdir.Tural bəy sizin və xanımınız Səmanı neçə ildir izləyirəm.Çox örnək ediləsi insanlarsınız hər anlamda.Bugün belə iradəli,sözünün dəyəri olan insana çevrilməyiniz çox əladır. Zaman haqqında olan bu podcast isə mənimçün bir çox yenilik yaşatdi.Məndə təxirə salan insan olaraq su kimi gəldi. Çox sağolun👌🏻
@aliagha.huseynli
@aliagha.huseynli 2 жыл бұрын
21:47 bu testin linkini bizimlə də paylaşın zəhmət olmasa :)
@aytakinhasanli5236
@aytakinhasanli5236 2 жыл бұрын
Düz 2 dəfə dinlədim. Əladan da əla. Söhbətlərinizdən doymaq olmur. Xüsusilə ikili. Lütfən həftədə 3 dəfə buraxılış edin👌✅
@fuckmucuk5428
@fuckmucuk5428 2 жыл бұрын
çox səlis və axıcı söhbətlər edirsiz. ümid edirəm dayanmaz nə vaxtsa💖
@iliko-code
@iliko-code 2 жыл бұрын
Eşq olsun davamı gəlsin . Podkastlarınıza qulaq asdıqda düşünərək dincəlirik :)
@aytaczada1210
@aytaczada1210 2 жыл бұрын
Yaxşıki bu podcastlar var, elə bil dinləyən insanda orda sizlədi. Memar Əcəmidən Elmlər metrosuna qədər söhbətləşirik😊
@tuncayaslanov3732
@tuncayaslanov3732 2 жыл бұрын
Mənə çox lazim olan mövzu idi. Uğurlar davam edin. Çünki sizdə əla alınır
@turalrhimov6913
@turalrhimov6913 2 жыл бұрын
Bu layihə çox maraqlıdı. Zaman xərcləməyə dəyər🌹
@xalidsadiqov9836
@xalidsadiqov9836 2 жыл бұрын
4:00 Ərəblərin İslamı Orta Asiyaya qədər gətirməyi onlar üçün ibadət idi. Bir də ki, ibadət təkcə namaz, otuc, cihad, həcc deyil. İşlərimizi Allahın razılığını qazanmaq niyyəti ilə yerinə yetirmək də ibadətdir. kzbin.info/www/bejne/i32yoKSpfc9lmrc (video rus dilindədir) bu videonun 7-ci dəqiqəsindən başlayaraq gözəl şəkildə izah edir.
@Ramal_Allahverdiyev
@Ramal_Allahverdiyev 2 жыл бұрын
Yeni vərdişlər sahiblenirəm sayənizdə. Həyat tərzim dəyişir rəsmən. Möhtəşəmsiniz! Münasibət buraxılışı xüsusi ilə zövq verir.
@Aybanizmammadli584
@Aybanizmammadli584 2 жыл бұрын
Ruhun qidası - Söhbətgah❤️
@adilmirzyev9056
@adilmirzyev9056 2 жыл бұрын
Səbirsizliklə gözləyirəm 3cü və bazar günlərini❤
@ramintagiyev6872
@ramintagiyev6872 2 жыл бұрын
Möhtəşəm. Ən zəif nöqtəlerden biri ,seraillar qarşısında o zamanı tükətmək.
@lady-rp2zo
@lady-rp2zo 2 жыл бұрын
TƏŞƏKKÜRLƏR 💙
@huseyinova628
@huseyinova628 2 жыл бұрын
Vaxt tapan kimi sizə baxıram.Möhşəmsiniz
@elvinpasha3194
@elvinpasha3194 2 жыл бұрын
Həmişə ki kimi faydalı 💚💙
@leylasahquliyeva4311
@leylasahquliyeva4311 2 жыл бұрын
Maraqla dinledim,super👏🤝
@ebdulrzayev2105
@ebdulrzayev2105 2 жыл бұрын
Növbəti söhbətinizdə "Gerçək İnsan" , "Niyə sevirik?" bu haqda danışsaz sevinərəm dusuncələrniz maraqliidir
@agamirhimov9320
@agamirhimov9320 2 жыл бұрын
Möhtəşəmsiz uğurlar.
@xan25o
@xan25o 2 жыл бұрын
Cox aagolun. Minnətdaram. Belə gozəl sohbətə gorə.
@ahukamranli_
@ahukamranli_ 2 жыл бұрын
Möhtəşəmsiz uğurlar diləyirəm,bu cür davam edin🌾🌸
@ulkarimanova1601
@ulkarimanova1601 2 жыл бұрын
Mən böyük ümidlərlə Almaniyaya gələndə gördüm ki, burda həyat yalnız işdir, sənin həftədə yalnız 1 günün sənə qalır onu da ev işlərinə ayırırsan vəssalam. Sistemi qəbul edə bilməməyim amma həm də özümü bu sistemə məcbur hiss etməyim məndə dərin depressiya yaratdı. Əli Xəyyam çox doğru qeyd etdi, biz zamanımızı çox işləyib sonra daha çox özümüzə zaman ayıra bilək deyə xərcləyirik. Məncə xoşbəxt insan işə və özünə ayırdığı zamanı balanslı şəkildə saxlaya biləndi.
@aslanabbasov2290
@aslanabbasov2290 2 жыл бұрын
Əladır hər şey.Məlumatlar öz yerində,birdə yerli-yerində olan zarafatlar lap adamın kefin açır.Var olun
@Originaled-az
@Originaled-az 2 жыл бұрын
Maraqla izlədiyim buraxılış oldu! Var olun!
@faridasalimova7820
@faridasalimova7820 2 жыл бұрын
Òtürdüyüm her kelime ùçùn saniyeleri geri çevirerek tekrar maraqla izlediyim podcastlar. Standartdan kenar olmaģi bacardiģiniz ùçùn tewekkùr. Ugurlar!
@asefdadashov6534
@asefdadashov6534 2 жыл бұрын
Hər podcast özü-özlüyündə bir kitab kimidir.. çox təşəkkürlər 👍
@kikidan1
@kikidan1 2 жыл бұрын
Tural bey bilirem xoslamirsiz size meslehet terzde bir seyler deyende,😍amma bu bir xahişdir, mymkunse irade gücünün möhkemlendirilmesi, necə disiplinli olmaq barede bir podkast hazirlayin, hörmətlə
@ilahaakhund5797
@ilahaakhund5797 2 жыл бұрын
cox maraglidir sohbetleriniz 👍👍👍
@ElshanAkhundov
@ElshanAkhundov 2 жыл бұрын
Niye ancaq 3000 İzleyici ? Cox azdir bu tip kontente gore.... Bu geder mi aziq biz ?
@erdebilli
@erdebilli 2 жыл бұрын
Bizim kimi cəmiyyətə normaldı bu
@tayyarsamadzade
@tayyarsamadzade 2 жыл бұрын
Zaman mukafatdır 👍tesekkur edirem
@faiqrzayev6413
@faiqrzayev6413 2 жыл бұрын
Size gulag asdixca Turkler demiwken bayiliram Cox weyler oyredirsiz cox sag olun
@Mr.Alisoy
@Mr.Alisoy 2 жыл бұрын
Ikinci dəfədir dinləyirəm fasilə ilə ... 👏👏👏👏iKili olan hər buraxılışiniz buna layiq. Təşəkkür edirəm.
@leylaabbasova896
@leylaabbasova896 2 жыл бұрын
Dinlədiklərim arasında ən yaxşısı idi👏
@vugarhuseynli4713
@vugarhuseynli4713 Жыл бұрын
Uzaq Amerikada Truck sururem. Bu uzun yollarda Sizin Postcastlara diqqetle qulaq asib maarifflenirem. Tanri her ikinizi qorusun. Kash ki, cemiyyet danishdiqlarinizin hec olmasa 10%ne emel edib donush etsinler heyatlarinda. Uqurlar Dostlar
@leyla_gurbanova
@leyla_gurbanova 2 жыл бұрын
Zamanınız üçün təşəkkür edirəm.
@alsumirizad157
@alsumirizad157 2 жыл бұрын
1saat 30 dəqiqəmin boşa getməyib də ,bir ömürlük zamanımın düzgün istifadə etmə anlayışını öyrəndiyim üçün sizə çox təşəkkür edirəm. 👍
@agilshiralizade4433
@agilshiralizade4433 2 жыл бұрын
Vauuuu möhtəşəmsiz!!!👍🏻👍🏻👍🏻
@orxanqasimov2967
@orxanqasimov2967 2 жыл бұрын
tezlikle - see u soon )
@nicathacizade
@nicathacizade 2 жыл бұрын
Sizlərdən güc alıram,belə davam
@purehaggard
@purehaggard 2 жыл бұрын
Həyat --ibadətdir. Nəfəs almaq - ibadətdir. Mərhəmət - ibadətdir. Öz nəfsini cilovlamaq - ibadərdir. Dürüst olmaq - ibadətdir.
@Babək_Xuduyev_Əhməd
@Babək_Xuduyev_Əhməd 2 жыл бұрын
Mox maraqkı idi təşəkkürlər.
@yavernovruzov805
@yavernovruzov805 Жыл бұрын
Gözəl insanlar, videolarınızdan çox şey öyrənirəm, buna görə sizə minnətdaram! Ancaq sizdə gördüyüm mənfi bir şeyi deyəcəm. Mövzu barədə çox qınama metodundan istifadə edirsiz. Bundansa problemin həll yollarına fokuslansaq daha gözəl olmazmı? Hər kəsin qınanası çox şeyi var. Bunu bəlkə məqsədli edirsiz? Bəlkə, bunun da, mən bilmədiyim bir xeyri var, ancaq bilmirəm, həqiqətən. Təşəkkürlər!
@Dr.HuseynHuseynzade
@Dr.HuseynHuseynzade 2 жыл бұрын
Tibb universitetində bizim professorumuz var idi rəhmətlik Teymur Babayev. Nəsə iş görmək üçün deyəndə ki, bi işi sabah görəcəm, deyirdiki sabah ayın neçəsi? Yəni bir işi təxirə salanda konkret vaxt qoyulmalıdır
@agalarazimov8339
@agalarazimov8339 2 жыл бұрын
Kebleyi o dediyiniz patrion du nedi anlaya bilmedim nece abone olum.? Supersiz. Birde hansi podkastlari dinleyirsiz?
@MrGuluzade
@MrGuluzade 2 жыл бұрын
Oksigeni deyə bilmərəm amma söhbətgah şərtdi.
@senubermustafayeva1457
@senubermustafayeva1457 10 ай бұрын
Sağ olun, uşaqlar
@hasanovnatig
@hasanovnatig 2 жыл бұрын
Teşekkür
@murvdd
@murvdd 2 жыл бұрын
Möhtəşəm podcast oldu bu dəfə də. Təşəkkürlər Əli Xəyyamın dediyi proqramın adı nə idi? Tapa bilmədim. Fidle dedi?
@murvdd
@murvdd 2 жыл бұрын
Çox Təşəkkür edirəm. Ehtiyacım olan tətbiq idi. Axtarırdım belə bir şey
@nicathacizade
@nicathacizade 2 жыл бұрын
Həqiqətən möhtəşəmsiniz
@elvinoruclu7024
@elvinoruclu7024 2 жыл бұрын
zaman demişkən saat yarımın yeri gələndə nə qədər qısa olduğunun əyani sübutu )). sizinlə zaman həm dolu dolu keçir hemde qısalır.
@hiko.murs.
@hiko.murs. 2 жыл бұрын
21:03 Mihay Çiksentmihay polyak yox, macardır.
@siracovaydin6452
@siracovaydin6452 2 жыл бұрын
Texnologiyanın inkişafi ilə insanların işsiz qalması , bir nəslin hiss edəcəyi problemdir . Sonra buna uyğunlaşıb nəsil artımı buna görə olacaq və nəhayət ki, biz "7 oğul istərəm bircə dənə qız gəlin " problemindən qurtaracağıq.
@narminm.9903
@narminm.9903 Жыл бұрын
Təşəkkürlər
@jalilnamazof19
@jalilnamazof19 2 жыл бұрын
Salam.Size cagira bileceyiniz maraqli bir qonaq teklif edirem,hem size hem de dinleyciye maraqli sohbet olar psixoloq Eli Nagiyevin sohbetleri
@jalilnamazof19
@jalilnamazof19 2 жыл бұрын
Sehv replydi,evvelki podcastlara baxdim psixoloq cagirmisiniz.Yaxsi olmalı idi ,Sebnem Sadıqovanin teqdimati,Tural bey.
@sebuhikerimov7125
@sebuhikerimov7125 Жыл бұрын
İbadət məsələsinə onu demək istərdim ki. Allah Qurani Kərimdə buyurur mən Cinləri və insanları mənə ibadət etmək üçün yaratdım amma bu o demək deyil ki günün bütününü sırf ibadət edəsən. Bu o deməkdir ki, Gün ərzində 5 vaxt ibadətini edəcəksən digər gördüyün işlər artıq ibadət sayılır. Əlbbətdə ki, görəcəyimiş işlər halal dairədə olmalıdı.
@faridrasul2106
@faridrasul2106 2 жыл бұрын
bravooo👍
@orxansayidov4554
@orxansayidov4554 2 жыл бұрын
0:29:17 :DD
@gulnarmusayeva1816
@gulnarmusayeva1816 2 жыл бұрын
👏👏👏
@timman.a6999
@timman.a6999 2 жыл бұрын
İnsan müsəlman olaraq doğulur!
@pryvaa_1890
@pryvaa_1890 6 ай бұрын
Çox gözəl söhbətdir
@biologiyatedrisi
@biologiyatedrisi Жыл бұрын
Ancaq ibadetle mesqul olmaq:Duzgun qidalanmaq=oruc ibadeti, idman= namaz ibadeti , kitab oxumaq= elmle mesqul olmaq ve s. savab isler.Mence budur megzi zamanin ,zamani dogru yasamaq❤
@almaqurdu7777
@almaqurdu7777 2 жыл бұрын
Hal hazırda bu vidyonu izleyirem Ardicil gedirem butun videoları Qabaga qacmiram cunki Sizin de sohbetleriniz ged güde deyişir ardicildi Meselcun tezə vidyonuza baxmaq istəyirəm Ama arada qalan videolarda neyise itirmiş oluram deye harda qalmışam ordan izləyirəm Mükəmməlsiz Dünya görüşünüz söhbətləriniz ♥️👍
@leylababayeva1748
@leylababayeva1748 2 жыл бұрын
Yuxu görmə"haqqında,iradəli olmaq" haqda da danışsanız sevinərəm
@turalazizxanli5447
@turalazizxanli5447 2 жыл бұрын
zamanina hormet 👍
@timman.a6999
@timman.a6999 2 жыл бұрын
Biz boş zamanımızı ibadətə həsr etməliyik, lakin bu o demək deyil istrahət etmə.
@anarmammadov4794
@anarmammadov4794 Жыл бұрын
✊️
@kamranyusifov6095
@kamranyusifov6095 8 ай бұрын
Niyəsə əvvəl bu verlişden zəhləm gedirdi amma indi audəçisi olmuşam, ikili bir-birini tamamlayır
@manager1studio837
@manager1studio837 2 жыл бұрын
Zaman nece ve harda bashladigi dostlarimla elediyimiz ve ilk ne yaranib toyuqun yumurta meselesi kimi uzuna gedir ve indiye qederde beynimde qaranliq qalan meseledir.
@xaliqhuseynov9816
@xaliqhuseynov9816 2 жыл бұрын
ise girmeyime az qalib,giren kimi patreon na qoslacam
@Aybanizmammadli584
@Aybanizmammadli584 2 жыл бұрын
Bəs individual yanaşmadan zamanı necə dəyərləndirməli?
@aynurmg2227
@aynurmg2227 2 жыл бұрын
Qeyd etdiyiniz keçmişə və gələcəyə filminin dəqiq adını qeyd edə bilərsiniz ingilis və ya rus dilində? Google-da tapa bilmədim :) Keyfiyyətli kontentlər üçün təşəkkürlər!
@rufaeyyub8585
@rufaeyyub8585 Жыл бұрын
👍👍👍👍👍❤
@andreibrahimsoy4346
@andreibrahimsoy4346 2 жыл бұрын
Burda deyilən film və kitab adları harda yazılıb tapa bilmirəm
@taste22.
@taste22. 2 жыл бұрын
Tural bey deyen kıno hansı ıdı??zamanda Seyahet haqqında olan ??
@simamaniyevait-web1227
@simamaniyevait-web1227 2 жыл бұрын
💚💙
@sebuhisahmarov4735
@sebuhisahmarov4735 2 жыл бұрын
Tural bey olmaz ki,bir weyin varligini ya yoxlugunu isbati hal hazirki zamana gore olmursa "bu o demeydirki yaradan var demeydi"elemeden fikirlerimizi bir birmize yeridmeden,tez netice cxartmadan yene tedqiqata buraxag,cuki isbatda bezen zamana gore deyiwr,ona gorede,elim adami yada elime soykenen adam hemiwe neticeye gore davranir,eyer netice yoxdursa elede dunyasin deyişir,ateizim ozude bir dindi onlarda allahin yoxluguna inanir yeni heqiqi duwnurun ise lugetinde inam sozu olmur,sadece isbat olunmuw weyi zamana gore qebul etmey olur,tewekkurler
@nicatkerimli5443
@nicatkerimli5443 Жыл бұрын
💙💚
@mammadlikamran5757
@mammadlikamran5757 2 жыл бұрын
Salam tələbələr üçün xüsusi tarif edə bilərsinizmi? mümkün olsa çox yaxşı olardı qoşulardıq
@mammadlikamran5757
@mammadlikamran5757 2 жыл бұрын
@@Sohbatgah təşəkkürlər 💙💚
@raulgonzales5238
@raulgonzales5238 2 жыл бұрын
Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım! Surə 51, ayə 56.
The day of the sea 🌊 🤣❤️ #demariki
00:22
Demariki
Рет қаралды 86 МЛН
1❤️#thankyou #shorts
00:21
あみか部
Рет қаралды 88 МЛН
3 wheeler new bike fitting
00:19
Ruhul Shorts
Рет қаралды 50 МЛН
Zaman Nədir? Gerçəkdə zaman varmı?  Zaman nisbidir
11:01
AG techno
Рет қаралды 1,4 М.
Lev Tolstoy - İnsanı yaşadan nədir? I SƏSLİ KİTAB #10
47:29
Sərxan Rüstəmov
Рет қаралды 14 М.
Proqramlaşdırma, Seniorluq və günümüzün problemləri | Tural Süleymani
1:02:29
Yalnış həyatın hakimiyyəti | Orxan Şahbaz
2:33:55
PODKAST KİMİ ADAM
Рет қаралды 32 М.
The day of the sea 🌊 🤣❤️ #demariki
00:22
Demariki
Рет қаралды 86 МЛН