Tural Əhməd - Məni Sevmək Yasaqdır ( Əyyub Qiyas )

  Рет қаралды 73,191

Tural Ahmad

Tural Ahmad

Күн бұрын

Mən sevgi göylərində qara bulud kimiyəm,
Mən ürəkdə son arzu, ilkin ümid kimiyəm,
Məni sevmək yasaqdır
Dərdlə, qəmlə qalmışam ömrün ötən köçündə
Mən yaşaya bilmədim bu dünyanın içində
Dünən də belə idim, mən beləyəm bu gün də,
Məni sevmək yasaqdır
Məni sevmək boş xəyal, məni sevmək ümidsiz,
Birdən xəbərim olmaz çaşıb məni sevərsiz
Məni sevmək yasaqdır
Göydən yerə boylanan mələklərdən qaçıram,
Eşq yolunda saralan çiçəklərdən qaçıram,
Mənlə oyun oynayan fələklərdən qaçıram,
Məni sevmək yasaqdır...
Ruhumda gəzdirmişəm sevgi adlı əzabı,
Sevib unutmaq imiş taleyimin savabı.
Sevə bilənlər üçün məni sevmək cəzadı,
Məni sevmək yasaqdır...
Dünyanın göylərində ayaq izlərim yetim,
Sevgi ömür kimidir sonunda ölüm - itim,
Niyə qulaq asmadın, axı mən sənə dedim
Məni sevmək yasaqdır..
Hər əvvəlin bir sonu,yəqin ki, sonum çatıb,
Ağlım kəsəndən bəri bu eşq məni aldadıb,
Gör neçə illərdir ki, girib içimdə yatır
Məni sevmək yasaqdır...
Eşqimin son mənzili bir otaqlı olacaq,
O mənzilin hər yeri zil qaranlıq olacaq,
Məni sevməyin sonu ya edamlıq olacaq,
Ya da özün bilərsən..
Məni sevmək yasaqdır...
Söz: Əyyub Qiyas
Səs: Tural Əhməd
Hazırladı: Heydər Hacıyev
✉ Mənimlə Əlaqə
İnstagram / turalahmadd
Facebook / turalahmadd
Videonun Bütün Hüquqları
Tural Əhməd Tərəfindən Qorunur
Tural Əhməd © 2019

Пікірлер: 198
@lisa-p6u5w
@lisa-p6u5w 10 ай бұрын
😊səni doğurdan sevirik 😌
@turalahmad4662
@turalahmad4662 10 ай бұрын
❤️
@mmseferli2603
@mmseferli2603 4 жыл бұрын
Ruhumuzu oxumusuz sanki her setir bu qedermi insana yaxın olar😔
@xalidaagayeva3647
@xalidaagayeva3647 5 жыл бұрын
Evli bir insanin kimise sevmeyi ve sevilmeyi olumden de beterdi.Her gun olursen 15 il ve her saat her deqiqe
@azerqasimov1331
@azerqasimov1331 2 жыл бұрын
(((( bəli, mənim başıma gələnləri yaşamısız yəqin (((
@EnergetikaEnergetika-uw9kl
@EnergetikaEnergetika-uw9kl 3 ай бұрын
İnsan hele sevmedi ile aile qurmagi 😢😢derdden fikirden ele bir xesteliye tutulmuşamki ne bilim umid itib daha bir daha inandimki İnsan sevmediyi insanla bedbext olurmuş 😢😢...
@aynurseysidova676
@aynurseysidova676 4 жыл бұрын
Gozel sesin sahibi Tural bey sen seslendir werleri mende dinleyim sizin gozel sesinizle 💋
@efsaneqasanzade3515
@efsaneqasanzade3515 5 ай бұрын
Gözəl serdi çox gözəl duygulandim
@azerqasimov1331
@azerqasimov1331 4 жыл бұрын
Ürəyim parçalandı ilahi ((( sevgi qədər insana acı yaşadan hiss yoxdur məncə...
@sanssirin5622
@sanssirin5622 4 жыл бұрын
😭😭😭😭
@azerqasimov1331
@azerqasimov1331 4 жыл бұрын
@@uzgun160 Bəli ((((
@xalideagamirzeyeva8491
@xalideagamirzeyeva8491 2 жыл бұрын
Məni sevmək yasaqdır, Yasaqdır..... 👏👏👏👏👏👏👏👏
@aytensadixova8026
@aytensadixova8026 4 жыл бұрын
Möhteşem weirdi 👏👏👏👍
@elianoramamedova9649
@elianoramamedova9649 4 жыл бұрын
Super sesiniz var.SEVGI YOXDUR
@pilarterneza7244
@pilarterneza7244 4 жыл бұрын
Ilahi ne qozel sesdi ne qozel ifadir ehseeennn👍👏👏👏👏👏👏👏🤲🤲🤲
@tybnkhnfbjkjyjk372
@tybnkhnfbjkjyjk372 5 жыл бұрын
Sevgi 1 tək UCA ALLAHA MƏXSUSDUR
@GgGg-ne5so
@GgGg-ne5so 4 жыл бұрын
Ürəyim parcalandı
@sahinhuseynov9529
@sahinhuseynov9529 3 жыл бұрын
Şeirdə səsdə çox gözəldi.
@rafiqhusuyinov9945
@rafiqhusuyinov9945 4 жыл бұрын
İki gündü bərkədə ikiyüz dəfə qulaq asımısam hələdə asıram bezmədim bu şerdə bu sesdən
@rafiqhusuyinov9945
@rafiqhusuyinov9945 4 жыл бұрын
@@turalahmad4662 qardaşım allahın senə deyməsin nə arzu niyətin varsa allahım yerinə yetisin senə sonsuz təşəkkürlər
@ramilerefiyev413
@ramilerefiyev413 4 жыл бұрын
Insanin ruhunu rahatlawdiran bir ses
@validamamedova2237
@validamamedova2237 4 жыл бұрын
Hər sevən qovuşmur.
@tenhabulud7713
@tenhabulud7713 4 жыл бұрын
mükəmməl bir dərd,yasaq bir sevinc...
@daltsuleymanov7841
@daltsuleymanov7841 Жыл бұрын
sevgi xeyanetle qardasdir
@nadejdanadejda7352
@nadejdanadejda7352 6 ай бұрын
Mən yaşaya bilmədim bu dünyanın içində.Məni sevmək yasaqdır. sevği ilahi bir hissdir o hər adama verilmir.
@shansaliyanli1242
@shansaliyanli1242 4 жыл бұрын
Sevgi yasaqlari yox . Hər çətinliyə duz baxmaqi sevir
@maqa-fm2kx
@maqa-fm2kx 4 жыл бұрын
Şair sözü bir insana necə yaraşar.Var olun👏
@serxanmemmedov1078
@serxanmemmedov1078 5 жыл бұрын
Sesinizi ,ruhunuzu allah size cox gormesin.senetkar.Senetkarin yasi olmur
@nurunisiqinuru731
@nurunisiqinuru731 4 жыл бұрын
GÖZAL SERDİR NAYAXSİ Kİ VARSİNİZ VAR OLUN MİNATDARİQ RAHATLİQ TAPİR İNSAN GÖZEL SAS MANTİQLİ SÖZDER
@elnurehemzeyeva1936
@elnurehemzeyeva1936 5 жыл бұрын
Seirlerniz adami derinlere aparir.superdi sesniz adam rahatlanir sesnizi duyduqca....
@elnurehemzeyeva1936
@elnurehemzeyeva1936 5 жыл бұрын
@@turalahmad4662 siz var olun her zaman sesnizi ve seirlernizi esitmek cox xosdu bize.sesnize ureynize sagliq👍👍🤗
@venera85_53
@venera85_53 5 жыл бұрын
Salamlar. Tural Ehmed, çox sevdiyim aktyor 👍👍👍
@ulviyeshammedova8527
@ulviyeshammedova8527 4 жыл бұрын
Bezen heqiqeten sevsende manieler uzunden yasaqlanir her wey yari yolda qalirsan ne ireli gede bilirsen nede geriye.... Yasaqlanmiw sevgi ...
@idealtelecom1291
@idealtelecom1291 4 жыл бұрын
Möhtəşəm
@ramilqoca696
@ramilqoca696 2 жыл бұрын
Ağzınıza sağlıq
@nihat-mehemmedmehdizadlr6302
@nihat-mehemmedmehdizadlr6302 4 жыл бұрын
Mükəmməl şeir, mükəmməl ifa🌹🌹🌹
@nihat-mehemmedmehdizadlr6302
@nihat-mehemmedmehdizadlr6302 4 жыл бұрын
İfa olunan melodiyanın adını bilmək olarmı?
@sevaseva5122
@sevaseva5122 4 жыл бұрын
Gözəl ifanız var
@eminelekberov1571
@eminelekberov1571 5 жыл бұрын
Cox gozel seslendirmisiz var olun. Ilk mehebbete aidde weir seslendirinde ..
@ulduzismayilova6508
@ulduzismayilova6508 5 жыл бұрын
nə olur olsun insan məglub olmamalıdı,yaşamaq gözəldi🌷🌹
@rafiqhusuyinov9945
@rafiqhusuyinov9945 4 жыл бұрын
Sese bacın qurban
@aygunalieva6417
@aygunalieva6417 5 жыл бұрын
Cox gozel👍🏻👏🏻👏🏻👏🏻 Meni sevmek yasaqdir, yasaq. Allah sesinize quvvet versin
@aygunalieva6417
@aygunalieva6417 5 жыл бұрын
Tural Ahmad ❤️
@orxannovruzov4902
@orxannovruzov4902 3 жыл бұрын
Sevgisiz yaşamaq çətindi amma imkansız deyil . Yenede Allaha Pənah. Allahdan başqa sevgi yoxdu
@orxannovruzov4902
@orxannovruzov4902 3 жыл бұрын
Mən bele düşünürəm. Bəlkədə tapmadiğim üçün deyirem amma yoxdu məncə
@kerimdunyamaliyev
@kerimdunyamaliyev 4 жыл бұрын
Men yasaya bilmedim bu dünyanın içinde🥺🥺🥺
@sahnaznecefova8438
@sahnaznecefova8438 4 жыл бұрын
Yasaqları aşdımmm..sevdim artıq💞
@sabinaaliyeva8614
@sabinaaliyeva8614 4 жыл бұрын
Səsinizin tembri o qədər gözəldir ki, insanı qipnoz edir. Sizin sayənizdə şeirlərə vuruluram. təkrarlarla qulaq asıram. Gözəl şairləri kəşf etdirəm! Müşayət edən musiqi seçimi də çox gözəldir. Hələ şeirlərin sözlərinin yazılmağı..... çox təsir edir. Saatlarla qulaq asa bilərəm. Dərin düşündürən mövzulardı. Gərçək həyatımda heç yaşamadığım hadisələri belə o şeirlərdə hiss edirəm və o qədər ürəyim titləyir ki, gözlərim yaşarır. Çox sağ olun bu hissləri bəxş etdiyiniz üçün! Var olun! Minnətdaram!
@appleoffortunaappleoffortu4649
@appleoffortunaappleoffortu4649 5 жыл бұрын
Sevgi deyilen bir shey yoxdu,sevgi yalniz varli insanlarda olur )))
@validamamedova2237
@validamamedova2237 4 жыл бұрын
Varlı insanlar heç vaxt sevginin nə olduğunu anlamazlar.
@azerqasimov1331
@azerqasimov1331 Жыл бұрын
Sevgidə ovuc içi qədər xoşbəxtlik yetər..
@hafizbagirov5487
@hafizbagirov5487 5 жыл бұрын
Nə gözəl səsləndirmisiz.Səsinizə qüvvət! Bir şer bundan gözəl səslənə bilməzdi
@aynurseysidova676
@aynurseysidova676 4 жыл бұрын
Men yawaya bilmedim bu dunyanin Icinde. 😢meni sevmek yasaqdir.gozel sozlerdi Bawa duwen insan ucun.Allah size omur verdin Tural bey.👏👏👏👏👏
@turalahmad4662
@turalahmad4662 4 жыл бұрын
Təşəkkür edirəm
@gulnarcavadova632
@gulnarcavadova632 4 жыл бұрын
Salam xanım. Bağışlayın sizi narahat edirəm. Mən onlayn bizneslə məşğulam və mənə xanım menecer lazımdı. Siz evdən çıxmadan öz biznesinizi qura bilərsiz. Bunun üçün sizə daimi internet və 3-4 saat vaxt ayırmaq lazımdı. 400-500azndən başlayan və artan maaş. Qeydiyyat rəsmidi. Maraqlanmaq istəsəniz vatsapda sizə video çarx, şəkillər və səs vasitəsilə tam məlumat veriləcək. Təşəkkürlər.
@aynurseysidova676
@aynurseysidova676 4 жыл бұрын
@@gulnarcavadova632 besdirinda bezdirdiz
@x.a4757
@x.a4757 5 жыл бұрын
Men weiri edebiyyati cox sevirdim .sizin weir demeyiniz mene bir daha sevdirdi .Allah var elesin sizi
@ebelfezelekberzade64
@ebelfezelekberzade64 4 жыл бұрын
Super ifa
@turalahmad4662
@turalahmad4662 4 жыл бұрын
Təşəkkür edirəm
@mehribannagiyeva
@mehribannagiyeva 21 күн бұрын
😢🙏
@srdarliyev9690
@srdarliyev9690 4 жыл бұрын
Ürəyimin hər kəlməsini səsləndirdiniz. Məndə yasaqlarla yaşayıram bu həyatı. Artıq yoruldum özdə cox lap çox. Ürəyinizə səsinizə sağlıq.
@turalahmad4662
@turalahmad4662 4 жыл бұрын
Təşəkkür edirəm. Var olun
@Aze_Futbol968
@Aze_Futbol968 3 жыл бұрын
Çox gözəl 👍
@kemalebabayeva2959
@kemalebabayeva2959 5 жыл бұрын
her defe qulaq asanda secdiyiniz seirlere zovqunuze vuruluram bilmiremki hansina diyim bax bu yaxsidi axi heresi ozune gore yaxsidi ruhumu sakitliyir ele bil bunu esitmek istiyirdim ve esitdim ...
@Harun_h
@Harun_h 4 жыл бұрын
Meni sevmek yasaq... sagol şair urekleri sizladan seirler yazırsan 👍
@shehriyarhesenli5824
@shehriyarhesenli5824 5 жыл бұрын
Çox dogru, məni sevmək yasaqdır, o anlama gelmirki aldanmiwam, amaaa mənim sevmeyimde yasaqdır 😔səsinize sagliq, sağol wair, yawa 👏👏👍
@sevaseva5122
@sevaseva5122 4 жыл бұрын
Shehriyar Hesenli ❤️
@zarinaalizade9912
@zarinaalizade9912 5 жыл бұрын
Hər əvvəlin bir sonu. Çox ağır bir cümlə.Allah sizə can sagligi versin.
@gulnarcavadova632
@gulnarcavadova632 4 жыл бұрын
Salam xanım. Bağışlayın sizi narahat edirəm. Mən onlayn bizneslə məşğulam və mənə xanım menecer lazımdı. Siz evdən çıxmadan öz biznesinizi qura bilərsiz. Bunun üçün sizə daimi internet və 3-4 saat vaxt ayırmaq lazımdı. 400-500azndən başlayan və artan maaş. Qeydiyyat rəsmidi. Maraqlanmaq istəsəniz vatsapda sizə video çarx, şəkillər və səs vasitəsilə tam məlumat veriləcək. Təşəkkürlər.
@gulnarhubetova6938
@gulnarhubetova6938 5 жыл бұрын
Sesi superdi
@gulyakocharli164
@gulyakocharli164 4 жыл бұрын
Nə qədər mənalı dözlər 😧😧😧❤
@fatmafrzliyeva9297
@fatmafrzliyeva9297 4 жыл бұрын
Çox gözəldi 🍃
@leylamemmedova5581
@leylamemmedova5581 2 жыл бұрын
Möhtəşəmdir
@xeyaleesgerova1102
@xeyaleesgerova1102 5 жыл бұрын
Men yaşaya bilmedim bu dünyanın icinde💐 ❤️ Üreyinize saalık!🙏 ALLAH sizi bize cox görmesin!🙏 adamın ruhu dincelir🌺🌺🌺
@xeyaleesgerova1102
@xeyaleesgerova1102 5 жыл бұрын
Tural Ahmad siz var olun🤲🏻
@aynurliyeva1346
@aynurliyeva1346 5 жыл бұрын
var olasız ,əhsən !söz ola bilməz💗
@aynurliyeva1346
@aynurliyeva1346 5 жыл бұрын
@@turalahmad4662 təşəkkürlər xoşdu
@zarasarkhanlee4536
@zarasarkhanlee4536 5 жыл бұрын
Yaşa gözel insan yene bir gözel eser yaratmısan
@asalaiman
@asalaiman 5 жыл бұрын
Her gece bu seirle yatiram
@ulkerceferova8399
@ulkerceferova8399 Жыл бұрын
Niyə qulaq asmadız axı Mən Sizə dedim Məni sevməy yasagdı ☝🏼☝🏼☝🏼☝🏼☝🏼☝🏼☝🏼☝🏼☝🏼☝🏼☝🏼
@muskofteacher3197
@muskofteacher3197 5 жыл бұрын
Nə gözəl...var olun gözəl insan. Təşəkkür edirəm. Allah səsinizə, ürəyinizə qüvvət versin. .....amma mən yasaq aşqları sevirəm....))))) 💜💜💜💜💜
@albinaseyfullaeva7563
@albinaseyfullaeva7563 5 жыл бұрын
💚❤️💛
@srifxelilli3204
@srifxelilli3204 5 жыл бұрын
Səsiniz var olsun yorulmuyasınız
@srifxelilli3204
@srifxelilli3204 5 жыл бұрын
@@turalahmad4662 Biz təşəkkür edirik gözəl səsinizlə ruhumuzu sakitləşdirisiniz siz və sizin kimilər hər zaman var olsun
@user-wgfhfh129tv
@user-wgfhfh129tv Жыл бұрын
Sevib unutmaq imiw taleyimin savabi..
@semssems3667
@semssems3667 5 жыл бұрын
Ama yasaq olan sevgi daha qelbe yaxın olur əlçatmaz sanırsan ona doğru gedirsen nə olursa olsun ona qovuşmaq istersen çox 👍Tural bəy👏
@МашаМедведь-г5ж
@МашаМедведь-г5ж 5 жыл бұрын
Очень жалко жизнь такой
@pervizqehremanov4559
@pervizqehremanov4559 5 жыл бұрын
Gözəl şeir və möhtəşəm səs.
@bdiomurtrt3518
@bdiomurtrt3518 4 жыл бұрын
Sevmerik narahat olmayın💘🐞💘🌧️💘💧💘☝️
@natalyamuradova1354
@natalyamuradova1354 5 жыл бұрын
Tesekkur!!!
@geyarcinshamadova2990
@geyarcinshamadova2990 5 жыл бұрын
Супер.
@aynurmahmudova5668
@aynurmahmudova5668 4 жыл бұрын
Men Sizi bu gün kəşf etdim! Ela, çox sağ olun . Şe'r əzbərləməyi, öz-özüme demeyi çox sevirəm. Elə bilirəm şər ezberlemedikde ruhum, mənəviyyatın rahat olmur. Sizi dinlədikcə beynim dincəldi. Super!!!!
@turalahmad4662
@turalahmad4662 4 жыл бұрын
Təşəkkür edirəm. Var olun ❤️
@aynurmahmudova5668
@aynurmahmudova5668 4 жыл бұрын
@@turalahmad4662 Siz var olun!
@seylannovruzova4594
@seylannovruzova4594 4 жыл бұрын
👍👍👍👍👍👍əlaaa
@kizilelma7692
@kizilelma7692 4 жыл бұрын
Bir kelimeyle 👍
@kizilelma7692
@kizilelma7692 4 жыл бұрын
@@turalahmad4662 sag ol qardasim var ol şeir də seiri oxumaginizda çox gozeldi yola davam 👍🙏
@leylaxidirovna2580
@leylaxidirovna2580 5 жыл бұрын
Bir sözle - MÖHTEŞEM !!! 👏👏👏👏👏👏👏
@leylaxidirovna2580
@leylaxidirovna2580 5 жыл бұрын
💖
@muhammedqoca566
@muhammedqoca566 4 жыл бұрын
😢😢Çox gözəldi təşəkkürlər!
@leylaeliyeva6557
@leylaeliyeva6557 4 жыл бұрын
Üreyinize əməyinizə səsinizə sağlıq.📲🎧🎼🎉📚👍😊🌹🙋‍♀️💖
@giyasabasov5985
@giyasabasov5985 5 жыл бұрын
Möhtəşəm. Əyyub Qiyasın oğlu olaraq onun adından və öz adımdan sizə təşəkkür edirəm. Çox gözəl. Səsinizə qüvvət
@geceninsessizliyi1787
@geceninsessizliyi1787 5 жыл бұрын
Çox gözəldi çox sağ olun dəvam edin ardı gelsin 👍
@mahmudahmedov4231
@mahmudahmedov4231 5 жыл бұрын
Möhtəşəm....kövrəltiz😔
@pilarterneza7244
@pilarterneza7244 4 жыл бұрын
Heqiqeten ozumu bowluqda derin qaranlix quyuda kimi hiss edirem .Bezen yolda qedende qadin oldugumu unuduram bezen ozumu bele unuduram
@arzuteymurova3040
@arzuteymurova3040 5 жыл бұрын
Səsi ilə qəlbləri fəth edən gözəl insan.Bu sesin sahibini nece sevməmək olar?nə qeder sevməyi yasaq etsən də yenə seni sevəcəyik.Allah bu sesi bizə cox görməsin
@kizilelma7692
@kizilelma7692 4 жыл бұрын
Amin eynen🙏
@aytensadixova8026
@aytensadixova8026 3 жыл бұрын
Möhtewemmm
@Balderherz
@Balderherz 5 жыл бұрын
çox güzel bir şiir. Dinledixden sonra anladım, men müebbet yasaq yemişem. Herzaman ki gibi şahane yorum. Emeğine sağlıq.
@asalaiman
@asalaiman 5 жыл бұрын
Evvela hamiya salamlar ve muellifede. Bu seir niye mene cox coxxx xos tesir bagisladi ve qelbimi sizlatdi 1si esl Azerbaycan diksiyasi yoxsa cox adam cox ser deyir yazir ama lehce , diksiya adamin maraqini oldurur. Ehsen yaxsi ki ruhum bele gozel ifayla dinceldi
@asalaiman
@asalaiman 5 жыл бұрын
@@turalahmad4662 sizle bahem
@meriw7068
@meriw7068 4 жыл бұрын
Meni sevmek yasaqdir,birden xeberim olmaz çaşıb meni seversiz👍🥀
@leymaneruslu447
@leymaneruslu447 4 жыл бұрын
Aglim kesennen beri bu esk meni alladib
@Hacizadaroya
@Hacizadaroya Жыл бұрын
birden xeberim olmaz, casib meni seversiz...
@aylaimanzade6596
@aylaimanzade6596 5 жыл бұрын
Sevgi deye bir sey qalmayib men seni mefetlerim ve ćxarlarim ucun senden istifade edrem qalib ve adini sevgi qoyublar cox teesuf edrem ...
@elnurmeherremli2881
@elnurmeherremli2881 5 жыл бұрын
Eynen duz deyirsiz cox tesuf
@minaremursudova3462
@minaremursudova3462 4 жыл бұрын
👍👍
@gulnarcavadova632
@gulnarcavadova632 4 жыл бұрын
Salam xanım. Bağışlayın sizi narahat edirəm. Mən onlayn bizneslə məşğulam və mənə xanım menecer lazımdı. Siz evdən çıxmadan öz biznesinizi qura bilərsiz. Bunun üçün sizə daimi internet və 3-4 saat vaxt ayırmaq lazımdı. 400-500azndən başlayan və artan maaş. Qeydiyyat rəsmidi. Maraqlanmaq istəsəniz vatsapda sizə video çarx, şəkillər və səs vasitəsilə tam məlumat veriləcək. Təşəkkürlər.
@srdarliyev9690
@srdarliyev9690 4 жыл бұрын
İnanmazdım bu tezliklə yorumuma baxasınız. Hələ mən sizin ifanızdakı şeirləri dinləyirəm. Mənim həyat dostum ancaq qəmli şeirlərdi. Çox sağ olun. Təşəkkür edirəm
@nazlinaz8880
@nazlinaz8880 5 жыл бұрын
Ağzina sağliq,yene hemiweki kimi çoooox gözel seslendirdin.Var ol!👍👍👍
@ulkerceferova8399
@ulkerceferova8399 2 ай бұрын
Məni sevməy yasagdır 😔😔😔😔😔😔😔😔😔😪😪😪😪😪😪😪😪😪🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘
@pervanememmedova4554
@pervanememmedova4554 5 жыл бұрын
Ürəyim dayanacaq
@bircenabinqadini805
@bircenabinqadini805 5 жыл бұрын
Meni sevmey yasaqdir.
@zarasarkhanlee4536
@zarasarkhanlee4536 5 жыл бұрын
Axı sene demişdim məni sevmek yasaxdı😔
@userzemfira8022
@userzemfira8022 5 жыл бұрын
👍👐
@rzabeyoglu1278
@rzabeyoglu1278 5 жыл бұрын
Uğurlar...
@zeferheydarov1874
@zeferheydarov1874 5 жыл бұрын
Tural ahmet abimdir onu abim olarak seviyorum
@lalememmedova5400
@lalememmedova5400 5 жыл бұрын
MENI SEVMEK YASAQDI......
@nihalsalimova4002
@nihalsalimova4002 5 жыл бұрын
Турал🎤👏👍
@romantikmahnlar2224
@romantikmahnlar2224 5 жыл бұрын
Superrrrr
@azerhuseynov2167
@azerhuseynov2167 4 жыл бұрын
İlk məbbət unudulmur a dostlar ax dəli bir sevki aşqq
@b.t7394
@b.t7394 5 жыл бұрын
Dərdlə, qəmlə qalmışam ömrüm ötən köçündə, mən yaşaya bilmədim bu dünyanın içində. ...👍əksik olmayın gözəl səs sahibi 🌺
Tural Əhməd - Gecə Düşüncəsi  ( Mikayıl Müşfiq )
2:58
Tural Ahmad
Рет қаралды 25 М.
didn't manage to catch the ball #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 33 МЛН
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
家庭搞笑日记
Рет қаралды 32 МЛН
버블티로 부자 구별하는법4
00:11
진영민yeongmin
Рет қаралды 20 МЛН
Boşanmaların səbəbləri | Nizami Orucov
46:37
PODKAST KİMİ ADAM
Рет қаралды 29 М.
Sevgi şeirləri(1 saat) - Əminə Yusifqızı öz səsi ilə
1:00:16
Səsli Misra
Рет қаралды 3,2 М.
Qaraqan və Nazryn - Səhraların Ulduzu
5:26
QARAQAN
Рет қаралды 143 М.
Yenə şeir yazmışam, heç kəsə demə...
3:05
İCTİMAİ TV
Рет қаралды 273 М.
Ramiz Rövşən-İlahi, al məni bunun əlindən (səs Xəzər Süleymanlı)
2:22
Elvin Babazadə - oYanmadan Öncə (Official Music Video)
4:17
Elvin Babazadə
Рет қаралды 114 М.
Tural Əhməd - Gəlmə ( Orxan Bahadırsoy )
2:12
Tural Ahmad
Рет қаралды 52 М.
didn't manage to catch the ball #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 33 МЛН