DÖNƏN DÖNSÜN MƏN DÖNMƏZƏM YOLUMDAN Ulu Ozanımız Pir Sultan Abdal Dönən dönsün mən dönməzəm yolumdan Yolumdan dönüb məhrummu qalım Dönən dönsün mən dönməzəm yolumdan Mənim pirim qayət ulu kişidir Yeddilər ulusu, qırxlar eşidir On iki imamın sərvər başıdır Dönən dönsün mən dönməzəm yolumdan Kadılar müftülər fitva yazarsa İştə kəmənd, istə boynum asarsa İştə xəncər, istə kəlləm kəsərsə Dönən dönsün mən dönməzəm yolumdan Ulu məhşər günü olur divan qurulur Suçlu, suçsuz gəlir anda dərilir Piri olmayanlar anda bilinir Dönən dönsün mən dönməzəm yolumdan Pir Sultanım ərşə çıxar ünümüz O da bizim ulumuzdur pirimiz Haqqa təslim olsun qərib canımız Dönən dönsün mən dönməzəm yolumdan