Vatikanda olmayan kitablar Qəbələdə bu evdədir - APA TV

  Рет қаралды 5,891

APA TV

APA TV

Жыл бұрын

#APATV #Vatikan #kitab #Qəbələ #qədim #Duruca #apagroup #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #xəbərləryeni #sondeqiqe #gününəsasxəbərləri #sonxeberlerbugun2022 #canlıyayım #apacanlı #birbaşayayım #aparesmi
Vatikanda olmayan kitablar Qəbələdə bu evdədir - APA TV
Qəbələnin Duruca kənd sakini Ruslan Məmmədov 20 ildən çoxdur ki, qədim və nadir kitabları toplamaqla məşğul olur. Ruslan Məmmədov son vaxtlar şəxsi kitabxanasını daha da zənginləşdirib. O, turistlərin ən çox gəlib-getdiyi Duruca kəndindəki şəxsi evində muzey və kitabxana yaradıb.Burada 3000-ə yaxın qədim əlyazma, müxtəlif vaxtlarda çap edilmiş nadir kitablar və müasir ədəbiyyat nümunələri mühafizə olunur.
Kitabxanadakı ən qədim əlyazmanın 800 yaşı var. Ərəbcə olan həmin əlyazma "Qurani-Kərim"in təfsiridir. Buradakı Əssar Təbrizinin "Mehr və Müştəri" əlyazmasının 420, İmam Birqivinin "Risalənin şərhi" əlyazmasının 290, S.Ə.Şirvaninin "İbtidai qəzəliyyat" kitabının 100 yaşı var. Kitabxanada ən kiçik ölçülü "Qurani-Kərim"in uzunluğu 4, qalınlığı 2 santimetrdir. Səkkizguşəli bu əlyazmanın 310 yaşı var. Şəxsi kitabxanada ümumilikdə, 300-dən artıq nadir əlyazma saxlanılır. Ruslan Məmmədov qədim kitabları toplamaqla yanaşı, onları bərpa edərək ömrünü uzadır. Müsahibimiz müxtəlif sahələrə aid kitablarla yanaşı, qədim kağız pullar və metal sikkələr, markalar, məişət əşyaları da toplamaqla məşğuldur. Kağız pullar arasında Nadir şahın əmri ilə hazırlanan əskinaslar və M.Ə.Rəsulzadənin tapşırığı ilə 1920-ci ildə hazırlanmış Azərbaycan Xalq Cümhuriyyətinin 500 manatlıq milli pulu diqqəti çəkir.
Bütün bunlarla yanaşı muzeydə 352 il bundan qabaq Pakistanda yazılmış Quran kitabı da var. Muzeydə diqqət çəkən kitablardan biri də Sultan Süleyman dövründə mədrəsədə qələmə alınmış “Səhni Səmaniyə”dir. 320 il bundan qabaq 1124-cü ildə Qarabağda qələmə alınmış İslam Hüququna aid əlyazma da həm qonaqların, həm də tarixçilərin daha cox marağına səbəb olan nadir kitablardandır. Kitabxanada istənilən elm və digər sahələrə aid qədim və orta əsrlərə aid kitablar, maraqlı əksinaslar, əşyaları tapmaq mümkündür.
Ev sahibi bu muzeyin genişləndirərək hər kəs üçün açıq bir məkana çevirilməsini arzulayırlar. Ümid edirik ki, gözəlliyi və təbiəti ilə hər kəsi valeh edən Duruca kəndi yaxın zamanlarda burada yaradılmış ev muzeyi ilə də böyük marağa səbəb olacaq.
✅ Rəsmi saytımız: apa.tv
✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber
✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi
✅ Rəsmi twitter səhifəmiz: / apatvofficial
✅ Rəsmi teleqram səhifəmiz: t.me/apa_tv
✅ Rəsmi youtube kanalımız: kzbin.info...
Copyright © APA TV
Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır.
REKLAM TƏKLİFİ ÜÇÜN (Contact) info@apa.tv

Пікірлер: 13
@cavansirsadqov112
@cavansirsadqov112 Жыл бұрын
Halal olsun sənə qardaş, savab və faydalı iş görürsən, Allah qorusun səni 100 yaşa var ol!
@tuncaymemmedli9864
@tuncaymemmedli9864 Жыл бұрын
Bu əsil xəzinədir! Qədir- qiymətini bilənlər üçün! Halal olsun! Əsil akademik elə bu adamdır!
@mehpareisrefilova6612
@mehpareisrefilova6612 2 ай бұрын
Çox sağ ol. Bacım oğlu. Allah sənə yar olsun. Gördüyün savab işlərdən xəbərim olduğu uçün. Səni Allah qoruyacagina inanıram .İnsəAllah.
@elcinnesirov832
@elcinnesirov832 Жыл бұрын
Allah Ruslan qardashima kőmek olsun.
@Karabakh.AZE.2020
@Karabakh.AZE.2020 Жыл бұрын
Ma şa Allah
@agamilezizov4729
@agamilezizov4729 Жыл бұрын
Allah köməyin olsun Ağsaqqal fəxr etdim sizinlə
@baki-tbriz-ankara6425
@baki-tbriz-ankara6425 Жыл бұрын
Gözəl Göyçaydan Ruslan əfəndiyyə salamlar .
@fridquliyev8378
@fridquliyev8378 Жыл бұрын
Var ol Ruslan Babba Qəbələmizin Tarixi Fəxrisən
@ismaylhuseynov2089
@ismaylhuseynov2089 11 ай бұрын
@user-th5qy6xt6y
@user-th5qy6xt6y Жыл бұрын
Çox gozel yerdir Ushag vaxti orda pioner dushergesinde çox olmusham.Gemervanda da.Indiye kimi yadimdadir bizi aparirdilar Çomçeli bulaga seyahete.
@eltonmamedov6491
@eltonmamedov6491 Жыл бұрын
Ruslan baba cox gözel insandi
@user-et6ux5lu1d
@user-et6ux5lu1d 11 ай бұрын
Salam bu ruslan memmedovun nomresini istiyirdim
18 bin ciltlik kütüphane sahibi Nureddin Hoca
5:22
Yeni Şafak
Рет қаралды 26 М.
small vs big hoop #tiktok
00:12
Анастасия Тарасова
Рет қаралды 31 МЛН
Vatikana əsir düşən Osmanlı sultanı
7:55
Belə belə İşlər
Рет қаралды 1,5 М.
Antik eshyalarin alqi satqisi  (Gunun ardinca)
4:25
Kanal S
Рет қаралды 15 М.
Qədim pul və əşyalar toplayan lənkəranlı kolleksiyaçı
3:09
Lənkəranda  əntiq  əşyalara maraq azdır
2:42
ARB Cenub
Рет қаралды 38 М.
QƏBƏLƏLİ XANLARIN DÜNYƏVİLİYİ
6:04
QEBELE TV
Рет қаралды 20 М.
Qebele Laza kendi. Qəbələ Laza yolu
9:34
The_Guliyevs
Рет қаралды 10 М.
small vs big hoop #tiktok
00:12
Анастасия Тарасова
Рет қаралды 31 МЛН