Xəzər Süleymanlı-ALLAH HEÇ SƏNƏ ƏZAB VERMƏSİN (Musa Yaqubun şeiri)

  Рет қаралды 15,928

Xəzər Süleymanlı

Xəzər Süleymanlı

Күн бұрын

şeir: Musa Yaqub
ifa: Xəzər Süleymanlı
piano: Vüsal Namazlı
Qapında əyilib suala döndüm,
Səndən alacağım cavaba görə.
Allahım heç sənə əzab verməsin,
Sən mənə verdiyin əzaba görə.
Üzüb hər ümiddən əlimi sənsiz,
Dünyanın gedimi,gəlimi sənsiz,
Daha istəmirəm könlümü sənsiz,
Baxıb biganələr xaraba görə.
Düşməzmi güzarım bir dost bağına,
Sevda çiçəklərim düşüb qırğına,
Yamanca tuş oldum el qınağına,
Təsəlli tapdığım şəraba görə.
Elə bil ürəklər daşdı,dəmirdi,
Bir üzü ağ küldü,biri kömürdü,
İlahi, bu necə yalqız ömürdü,
Qoymaram bu ömrü hesaba girə.
Öz eşqim yolunda sadiq canam mən,
Heyf oldum,həm yanan,həm yamanam mən,
Bəlkə də, birinci müsəlmanam mən,
Cəhənnəm çəkirəm savaba görə...
Facebook: / xzrslmnli
İnstagram: / xezersuleym. .
Tik-tok: vm.tiktok.com/...
Telegram: t.me/xezer_sul...
#xezersuleymanli #xəzərsüleymanlı

Пікірлер: 56
@XezerSuleymanli
@XezerSuleymanli 2 жыл бұрын
Telegram kanalıma abunə olsanız şad olaram. Və siz də videoları rahat götürərsiz. Varlığınıza şükür. t.me/xezer_suleymanli
@bagbannnsusuzqalmsgulu264
@bagbannnsusuzqalmsgulu264 2 жыл бұрын
Varr olunn deyerli insan yaxşı ki varsız yoxsa kimin sesine kimin avazına sığınardım
@murazhesenov8203
@murazhesenov8203 2 жыл бұрын
Yene môhtesem her zamanki kimi allah sizi var elesin
@ramilsalahov5926
@ramilsalahov5926 2 жыл бұрын
Xəzər bəy möhtəşəm qiraətə görə təşəkkür edirəm,bu fondakı Vüsal Namazlının hansı ifasıdır zəhmət olmasa qeyd edərdiz.
@Ziyadxan9871
@Ziyadxan9871 2 жыл бұрын
Çox qeşenk
@raminquliyev5411
@raminquliyev5411 2 жыл бұрын
Sən yox mənəm savaba görə şürünən süleyman bəy
@aslanaslan-pe7sp
@aslanaslan-pe7sp 2 жыл бұрын
Həyatda heç kəs əzab çəkməsin Amin .Allah sizi qorusun gözəl insan😘🥰😘🌹💕♥️
@leylaahmadli775
@leylaahmadli775 2 жыл бұрын
Amin
@melektelekom8854
@melektelekom8854 Жыл бұрын
Bu ne güzellik 🌹
@nazirov5722
@nazirov5722 2 жыл бұрын
Qapında əyilib suala döndüm,səndən alacağım cavaba görə.Allahım heç sənə əzab verməsim,sən mənə verdiyin əzaba görə..💔
@muhabbetalbar5141
@muhabbetalbar5141 3 ай бұрын
Çok güzel 🌸
@raminmahmudov7787
@raminmahmudov7787 2 жыл бұрын
😢icimi parcaladin
@y.a.3800
@y.a.3800 2 жыл бұрын
Daha isdemirem könlumu sensiz....🥀
@elsnliyev2037
@elsnliyev2037 2 жыл бұрын
amin men hec vaxt istemerem o əziyyət ceksin men cekdyim o bilmir 😔
@gunelnezerova2633
@gunelnezerova2633 2 жыл бұрын
Allah heç mənə ezab verməsin🙏
@gulnar3867
@gulnar3867 2 жыл бұрын
BUTUN WEIRLERINIZI DINLEYIREM .ALLAH SIZE CAN SAQLIQI VERSIN .VE WEIRLERINIZ DAVAMLI OLSUN .INWALLAH 🙏
@gulu162
@gulu162 2 жыл бұрын
Səsinizə saqlıq
@azimaaliyeva6995
@azimaaliyeva6995 2 жыл бұрын
İlahi ,bu necə yalqız ömürdü 🥀🥀🥀
@alibayramov7696
@alibayramov7696 2 жыл бұрын
Musa Yaqub dünyasına xitab etdiyiniz üçün minnətdaram.
@englishteacher5450
@englishteacher5450 2 жыл бұрын
Mense deyirem,basda ozu olmaqla butun ailesinin burnundan gelsin haqqim,qan qussunlar...Cekdiyim eziyyete,gozumden tokulen bir damci yasi bile kecmirem...Sonsuza qeder bedduam onlarladir
@SSSSSS-ks9qc
@SSSSSS-ks9qc Жыл бұрын
A BALA NƏ MİLLƏTİNDƏNSƏN DƏRDİN NƏDİ? DEYƏSƏN PULUNU KƏSİBLƏR SƏNİN.
@tark4699
@tark4699 2 жыл бұрын
🇹🇷🇦🇿 sesinize emeğinize sağlık hayırlı sabahlar iyi bayramlar
@asilferide1963
@asilferide1963 2 жыл бұрын
Oz esqim yolunda sadiq canam men heyf oldum hem yaman hem yananam men😔
@turalceferliii
@turalceferliii 2 жыл бұрын
Bir gün Gecənin boynundan bir ip asıla, Səhər açılmağa bir az ar edə. İçindən ağlamaq keçə buludun, Göz yaşın yağış yox, bəyaz qar edə. Hardasa bir uşaq gülə beləcə, Dərdini səsiylə bölə beləcə. Adam, adam kimi ölə beləcə, Torpağa özünü ilk nübar edə. Dualar oxuna, göylər durula, Kəhrəba önündə səhnə qurula, Bir gün var olmaqdan Allah yorula, Göydən yerə düşüb intihar edə...
@kmal1546
@kmal1546 2 жыл бұрын
Allahım heç sənə əzab verməsin Sən mənə verdiyin əzaba görə...
@vahidemirzeyeva1502
@vahidemirzeyeva1502 2 жыл бұрын
Hər zamankı kimi super.sesinize,ürəyinizə sağlıq.
@cemilememmedova9265
@cemilememmedova9265 2 жыл бұрын
Cox seviremde bu Xezer m gunde qulaq asiram onun gozel seyrlerini adami xatirelere aparlrlee
@ruslanborcaliseirlri4408
@ruslanborcaliseirlri4408 2 жыл бұрын
Necə gözəl bir şeir ustadımızdan,canlandıran yaşadan belə gözəl səs var olsun🙏
@cemrehasan1952
@cemrehasan1952 2 жыл бұрын
Hər zaman ki kimi gözəl şeir,mükəmməl səs👍👍👍
@seideqedirova933
@seideqedirova933 2 жыл бұрын
Hem yanan ,hem yamanam men... Cehennem cekirem savaba gore 👏👏👏 Çooox menali sozler, bravo!💔
@okeanokean4071
@okeanokean4071 2 жыл бұрын
SESİNİZ İNSANU DUSUNDURUR 👍
@gulxarmammadova8134
@gulxarmammadova8134 2 жыл бұрын
Bayraminiz mübarək olsun inşallah Yoxdu belə bir səs .söz tapmıram deməyə ❤❤❤❤
@nicatmursliyev7920
@nicatmursliyev7920 2 жыл бұрын
super var ol Xezer qardaw cox beyendimm😯😯😯
@duygu4342
@duygu4342 2 жыл бұрын
Səsiniz var olsun Xəzər bəy
@user-ub1cv8es3n
@user-ub1cv8es3n 26 күн бұрын
Təşəkkürlər
@validazeynalova9133
@validazeynalova9133 2 жыл бұрын
MÖHTƏŞƏM ƏZİZ OĞLUM
@xumarquliyeva666
@xumarquliyeva666 2 жыл бұрын
Sevgi budur...Bax elə bu...
@ay4265
@ay4265 2 жыл бұрын
Sevdiyim şeirlərdən...
@elviraqasanzade7228
@elviraqasanzade7228 2 жыл бұрын
Xəzər məllim niyə bizi öldürürsüz səsinizlə, nitqinizlə..Allah sizi qorusun.bu həyatda sizi görməy mənə nəsib olsun.inşAllah.
@user-fj6xc6my4j
@user-fj6xc6my4j 2 жыл бұрын
Xezer bei tanri sizi gorusun beli doxru sozlerdi
@bagbannnsusuzqalmsgulu264
@bagbannnsusuzqalmsgulu264 2 жыл бұрын
Yene daš kimi dùşen zulmetli hesretli gecemdeyem ..yenede gòzlerim dolur lakin ùreyime axir damcıları😢 bezen gòzlerimi baxışlarımı qaçıraraq baxaram her kese ağlamaqdan utanaram ..ùzùlmeyimi bildirmek istemerem heç kime ona gòreki heççç kim kòmek ede bilmezz..... Xezer bey bùtùn šeirlerinizde dùnyamı tapıram sonra ise hemen dùnyada itirem lakinnn bu sess bu šeir meni mennen aldı gòz yaşlarıma hakim ola bilmirem için-için ağlayıram MUSA YAQUB.. XEZER SÜLEYMANLI.. VÜSAL NAMAZLI ...
@miryusifmirzyev4062
@miryusifmirzyev4062 2 жыл бұрын
Allah kömek ola biler ona sığın. Allah kömeyiniz olsun
@bagbannnsusuzqalmsgulu264
@bagbannnsusuzqalmsgulu264 2 жыл бұрын
Ûzùb her ùmidden elimi sensiz, Dùnyanın gedimi,gelimi sensiz, Daha istemirem kónlùmù sensiz, Baxıb biganeler xaraba göre.
@bagbannnsusuzqalmsgulu264
@bagbannnsusuzqalmsgulu264 2 жыл бұрын
@@miryusifmirzyev4062 minnetdaram varr olun. Onsuzdaki Allaha sığınmışam axı onnan başqa kimsem yoxdur☀☀
@miryusifmirzyev4062
@miryusifmirzyev4062 2 жыл бұрын
@@bagbannnsusuzqalmsgulu264 Düz edirsiz. İster en sevincli halımızda ister en kederli anımızda her zaman bizi qapısına devet edende en böyük səhvimizde bele bizi qebul eden bağışlayan odur.
@murazhesenov8203
@murazhesenov8203 2 жыл бұрын
@@bagbannnsusuzqalmsgulu264 allah sizi ôz pənahında saxlasın güclü qadın
@nezaketletifova1118
@nezaketletifova1118 2 жыл бұрын
🎧👍👍👍
@eeesuleymanov9051
@eeesuleymanov9051 2 жыл бұрын
🤲👍👏👏👏👏👏👏👏👏👏👏👏
@konulbayramova3514
@konulbayramova3514 2 жыл бұрын
WERHSIZ
@peri3317
@peri3317 2 жыл бұрын
😔
@_____Asgarov
@_____Asgarov 2 жыл бұрын
😞
@kurtuluskar8103
@kurtuluskar8103 2 жыл бұрын
Yazarın adı bəs edir, şeirin gözəl oldugunu anlamaq üçün👍
@nazrinmanafova
@nazrinmanafova 2 жыл бұрын
Melodiyanın adı nədir?Tapa bilmirəm 🥲
NÜSRƏT KƏSƏMƏNLİDƏN 7 SEVGİ ŞEİRİ XƏZƏR SÜLEYMANLININ İFASINDA
16:09
At the end of the video, deadpool did this #harleyquinn #deadpool3 #wolverin #shorts
00:15
Anastasyia Prichinina. Actress. Cosplayer.
Рет қаралды 16 МЛН
مسبح السرير #قصير
00:19
سكتشات وحركات
Рет қаралды 11 МЛН
Onun faciəsi. Şövkət Ələkbərova
9:56
Solmaz Balabeyli
Рет қаралды 50 М.
Axund Azər - Eşq karvanı. Məhərrəm söhbətləri
33:29
Axund Azər
Рет қаралды 59 М.
Sərdar Gözəlov-İlahi al məni bunun əlindən
3:40
Ser Tv1
Рет қаралды 77 М.
Həyat yoldaşımla necə tanış oldum
10:36
Zamira İspolova
Рет қаралды 9 М.
aci heyat hekayesi 23.12.2023 avto qeza
8:35
Meleklerim
Рет қаралды 64 М.
Sevgi şeirləri(#1) - Ramiz Rövşən
30:19
Kitab Kimi
Рет қаралды 17 М.