Xəzər Süleymanlı-ONDA BİLƏCƏKSƏN MƏNİM SEVGİMİ (Musa Yaqubun şeiri)

  Рет қаралды 20,598

Xəzər Süleymanlı

Xəzər Süleymanlı

Күн бұрын

şeir: Musa Yaqub
ifa: Xəzər Süleymanlı
İndi nazın böyük, ürəyin aram,
Eh, mən də səninçün belə qalmaram…
Bir də görərsən ki, bir ərk yerin yox,
Qalmısan neçə yad baxışın altda.
Qəfil görəcəksən çətirin də yox,
Əsirsən bir qərib yağışın altda.
Günəşdə üstünə kölgə salan yox,
Tənhasan, amma heç yada salan yox.
Sönüb səndən ötrü o isti ocaq.
Onda bilcəksən mənim sevgimi,
Biləcəksən,
O da çox gec olacaq.
Könlün darıxanda, lap darıxanda,
Kimlərsə hardansa qoşa baxanda,
Bir də görəcəksən
Sən burda təksən,
Yanında boş qalıb bir sirdaş yeri,
Sızlayır könlünün həmin boş yeri.
O sözün, o səsin, o ərkin yoxdur,
Dərdin var, bu dərdə şərikin yoxdur.
Onda birdin-birə gözün dolacaq,
Onda biləcəksən mənim sevgimi,
Biləcəksən,
O da çox gec olacaq.
Məsələn, bir dəfə yeri gələndə,
Bir gizli vaxt tapıb güzgülənəndə
Bir də görəcəksən şümşad əllərin,
Çiyninə tökülmüş dalğın tellərin,
Bir gülər üzün var,
Amma bilən yox,
Bu xumar gözlərlə birgə gülən yox.
Yoxdur bu əllərin qədirbiləni,
Yoxdur bu tellərin qədirbiləni,
Çiynin boş, əlin boş, boş qalan qucaq..
Onda biləcəksən mənim sevgimi,
Biləcəksən,
O da çox gec olacaq.
Soraq almayanda eldən, mahaldan,
Yığa bilməyəndə gözünü yoldan,
Könlün bir qanadlı söz istəyəndə,
Ümid qanadıyla uçum deyəndə
Bir də görəcəksən qanadın yoxdur.
Çağrılır, deyilir, adı var,amma
Dilimdə şipşirin o adın yoxdur,
Bir nağıl, bir sevgi, həyatın yoxdur.
Gün keçib, vaxt ötüb, xatirəm uzaq…
Onda biləcəksən mənim sevgimi,
Biləcəksən,
O da çox gec olacaq…
#xezersuleymanli #xəzərsüleymanlı
Facebook: / xzrslmnli
İnstagram: / xezersuleym. .
Tik-tok: vm.tiktok.com/...
Telegram: t.me/xezer_sul...

Пікірлер: 74
@vusalabsov2917
@vusalabsov2917 7 ай бұрын
Super allah rehmet elesin boyuk sair Musa Yaquba
@aynurelizade2217
@aynurelizade2217 Жыл бұрын
Könlün darıxanda, lap darıxanda..Kimlərsə hardansa qoşa baxanda..Birdə görəcəksən sən burda təksən..Yanında boş qalıb bir sirdaş yeri...Sızlıyır könlünün həmin boş yeri..💔
@aidliyeva6544
@aidliyeva6544 Жыл бұрын
İnsan bu səsə qulaq asdıqca rahatlıq tapır.Allah qorsun sizi.
@limmmdov9241
@limmmdov9241 Жыл бұрын
*Sən dəyər verənə, vermədin dəyər,* *Məhəbbət mənim də gərəyim idi.* *Bağışla söyləyib tapdaladığın,* *Ayağım deyildi, ürəyim idi...* *Sən mənim gözümdən düşmüsən artıq* *Vəfasız olana könül verilməz.* *Lap belə yüz minlik ətir də vursan,* *Üstündən xəyanət qoxusu getməz...*
@zamiqimanov8346
@zamiqimanov8346 Жыл бұрын
Salam,Xəzər bəy,səsinizə sagliq.62 yaşim var.həmişə sizin səsləndirdiyiniz şerləri dinləyirəm.sag olun yeni yeni şerlər dinləmək ümidilə
@TARIK9184
@TARIK9184 Жыл бұрын
🇹🇷 🇦🇿 sesinize emeğinize sağlık güzel insan son zamanlarda dinlediğim en güzel şiirlerden birtanesiydi hayırlı akşamlar
@sevilnatiqqz.3145
@sevilnatiqqz.3145 Жыл бұрын
İyi akşamlar Tarık, hoş geldin.Nasılsın dostum, işler yolundamı?Sana Bakü'den kucak dolusu kardeş selamı gönderiyorum 🇦🇿🇹🇷 Şiiri çok sevdiyin belli oluyor kalbi güzel arkadaşım Allah kalbine göre versin 🤲
@TARIK9184
@TARIK9184 Жыл бұрын
@@sevilnatiqqz.3145 🙂 aleykümselam sevil sağol ben iyim sen nasılsın ALLAH seninde kalbine göre versin bendenden can Azerbaycan a selamlar 🇹🇷 🇦🇿
@sevilnatiqqz.3145
@sevilnatiqqz.3145 Жыл бұрын
@@TARIK9184 Teşekkür ederim Tarık, bende iyiyim şükürler olsun.Selamın başım gözüm üstüne 🙂🇦🇿🇹🇷
@TARIK9184
@TARIK9184 Жыл бұрын
@@sevilnatiqqz.3145 tamam sevil ALLAH kolaylık versin sana da seni meşgul etmim ben o zaman ALLAH a emanet ol
@sevilnatiqqz.3145
@sevilnatiqqz.3145 Жыл бұрын
@@TARIK9184 Amin 🤲,yok rahatsız etmiyorsun ki ne zaman istersen yaza bilirsin,seni okumak benim için iyi geliyo
@uzaqlarnqadn-1719
@uzaqlarnqadn-1719 Жыл бұрын
_Yoxluğuma Yaxşı Bax Çünki_ _Varlığım Bir Daha Senin_ _Olmayacaq ..._
@XoshbaxtAhmadova-j5s
@XoshbaxtAhmadova-j5s Жыл бұрын
Çox təəssüf ki mən Xəzər Süleymanlı təzəlikcə Retro FM də apardıqları veriliş vasitəsilə tanıdım. Tanıdım və bütün şeir həvəskarları kimi səsinin sehrinə düşdüm və bu gün həmin dalğada bu şeiri onun ifasında eşidib əməlli başlı ağladım. Məni ağladan adam səsinə min əhsən
@gunelibrahimova88
@gunelibrahimova88 Жыл бұрын
Atam....😢😢💔💔 Ürəyinizə,səsinizə sağlıq...😢
@Qemli-0202
@Qemli-0202 3 ай бұрын
İnsani deyersiz eden evi olur🥺
@sharafatabdullayeva2925
@sharafatabdullayeva2925 Жыл бұрын
hami o mənali maraqli ətirli xoş səsinizdən ayrilmaq istəmir.ALLAH SİZİ QORUSUN.YÀRAŞİQLİ SAVADLİ XOŞ NİÜÜƏTLI MƏXMƏR SƏSLİ HAMİNİN SEVİMLİSİ GÖZƏL İNSAN.VAR OLASİNİZ.
@raufnesirov9367
@raufnesirov9367 Жыл бұрын
Möcüzəvi Musa Yaqub şeiri və möhtəşəm ifa.Son günlər eşitdiyim ən gözəl şeir.👍
@V...f903
@V...f903 Жыл бұрын
Həm gözəl şeir,həm də həyat dərsi
@ayshenahmedova5774
@ayshenahmedova5774 Жыл бұрын
Mohtesem🤤💫
@nuriyekatar4941
@nuriyekatar4941 Жыл бұрын
Yüreğinize sesinize sağlık. Harika!..👏👏👏👏👏😊🎶🦜👋🏻
@ulvihesenov2632
@ulvihesenov2632 Жыл бұрын
Halal olsun size qardaş, bu səs neçə neçə insanların daşlaşmış qəlbini yumuşaldır❤
@XayalHamzayev-mw6fs
@XayalHamzayev-mw6fs Жыл бұрын
Bir nağıl bir sevgi heyatın yoxdur!!!
@refiyeva509
@refiyeva509 Жыл бұрын
Konsertiniz möhtəşəm keçdi bravo deyirəm
@MinurAlıyeva1476
@MinurAlıyeva1476 Жыл бұрын
Əsirsən bir qərib yağışın altda... Yağışlı havada dinləmək lap yerinə düşdü 🌧️
@sharafatabdullayeva2925
@sharafatabdullayeva2925 Жыл бұрын
yerlim mənim. Goranboylu ƏFƏNDİMİZ
@gulnarkarim9522
@gulnarkarim9522 Жыл бұрын
ONDA BIECEYSEN MENIM SEVGIMI.. ONDADA COX COX GEC OLACAQ...
@akifelesgerli8893
@akifelesgerli8893 Жыл бұрын
Onda bileceksen menim sevgimi.❤😔👍
@nuradinkazimov6068
@nuradinkazimov6068 4 күн бұрын
Daha bu yazig kimdirse, Bilmirem senin -sevdiyin ki, Sen ona bu SOZLERI soyledin, SAIR -ancag bu SEVGI olmadi ESIL menasinda, Bu sadece bir -gargis - oldu. Eger inanmirsansa onda, Ozun gulag as yaxsi-yaxsi, Ve FIKIRLES yaxsi-yaxsi. Ilahi Yaradan size YARDIMCI olsun Sair. Amin ♥️🤲
@zkriyyqurbanov3913
@zkriyyqurbanov3913 Жыл бұрын
Möhtəşəmsən
@ulfatnagiyeva8139
@ulfatnagiyeva8139 Жыл бұрын
Onda birdən birə gözün dolacaq Onda biləcəksən mənim sevgimi
@XayalHamzayev-mw6fs
@XayalHamzayev-mw6fs Жыл бұрын
Diri diri basdırdın O sevgini. Üstüne torpaq tökdükcə nece yalvarirdi sənə. Nəcə bağırırdı ETMƏƏƏƏƏƏ. BASDIRMA MƏNİİİ... Yaşamaq istəyirem hələ. Amma sən.., Amma sən sevginin gözlərinə baxa baxa basdıdın...
@ruslanborcaliseirlri4408
@ruslanborcaliseirlri4408 Жыл бұрын
Bu şeir çox uzaqlara apardı məni...Şeirdən uzaqlaşdırdı,yazmaqdan soyutdu imansız,anlamadı məni...Yaxşı ki,Xəzər Süleymanlı ifası var Minnətdaram
@memento_mori..
@memento_mori.. Жыл бұрын
inan ki,məndə sənin üçün..... bele qalmaram....🍂
@gulyamamedova-rn9cp
@gulyamamedova-rn9cp Жыл бұрын
Bu şeiri Ədəbiyyat və İncəsənət qəzetindən götürmüşdüm. Həqiqətəndə nazımız böyük, ürəyimiz aram. Nə isə... Çox dərin mə'nalı şeirdi. Gözəl ifa, əməyinizə sağlıq.Həmişə var olun.🙏
@SSSSSS-hp7zd
@SSSSSS-hp7zd Жыл бұрын
Getdin axı niyə, nə üçün, nədən Qoydun bu həyatda tənha tək məni Səhərlər xəyalın, axşamlar ruhun Qapı döyən kimi döyəcək məni Yovuşa bilmirəm daha heç kimə Dosta da, yada da yad görünürəm İçimdə gizlədib şəhərini mən Sızlaya sızlaya yad görünurəm
@eli_munis7268
@eli_munis7268 Жыл бұрын
Ucuz sevənlər heç vaxt sevginin dadın bilməzlər. Bilmədikləri üçün axtarmazlar. Çünki onlar üçün hər yer sevgidir zatən.
@fehanesgerov8823
@fehanesgerov8823 Жыл бұрын
Sevgi olan cumlede ucuz sozu olmamalidir mence sevgi ele sevgidir ne bahasi ne ucuzu temenna varsa sevgi yoxdur.sevgi özüdür odur deyilse sevgi deyil
@eli_munis7268
@eli_munis7268 Жыл бұрын
@@fehanesgerov8823 bu həyatda özünü sev o zaman hamı səni sevəcək. Qaldı cavaba bu həyatda hər şey iki yerə bölünür ucuz və baha. Mənim şeirlərdə səhvən üçün sevgi qiymətsizdir. Ama bəziləri üçün ......
@ulviyye8459
@ulviyye8459 Жыл бұрын
Onda bileceksen mənim sevgimi😔
@AdSoyad-sz2vm
@AdSoyad-sz2vm Жыл бұрын
Səbirsizliklə gözləyirdim nə vaxt yüklüyəcəksiniz...❤❤❤ Təklikdən qorxuram.tənhalıqdan qoruxuram..
@axtar_tap
@axtar_tap Жыл бұрын
o gun olar ki pewman olsun yene meni axtarsin ki
@florahuseynova2844
@florahuseynova2844 Жыл бұрын
Amin.Inshallah.mende bunu arzu edirem oz adimdan
@axtar_tap
@axtar_tap Жыл бұрын
@@florahuseynova2844 amin teskkur Edirem var ol gozel insan
@aynurhuseynova772
@aynurhuseynova772 Жыл бұрын
O da çox geç olacaq 😔😔
@cavansircavansir519
@cavansircavansir519 Жыл бұрын
Heç kimin qucağı boş qalmır məncə, boş qalan ürəklərdi.hamı nə vaxtsa evlənir oğlan ya, qız fərq etmir amma hər ikisidə yalnız 1 dəfə sevir
@papatya2779
@papatya2779 Жыл бұрын
Ne sevgi nesevdiyin unudulmaz
@ulkrcfrova
@ulkrcfrova Жыл бұрын
Onda biləcəksən mənim sevgimi... Biləcəksən,o da çox gec olacaq...
@vafabayramova4884
@vafabayramova4884 Жыл бұрын
Sesinize quvvet,son 9 gun 🎉🎉🎉
@gulerxanmemmedova7980
@gulerxanmemmedova7980 Жыл бұрын
14 il sonra qedrimi bilib axtardı məni. Artıq çox gecdirrr.. O, 2 uşaq atası, mən 2 uşaq anasiyam. 😢
@ГюльназАмирханова
@ГюльназАмирханова Жыл бұрын
😢😢😢😢
@semedzadeatillasamedov3199
@semedzadeatillasamedov3199 8 ай бұрын
Xezer Suleymanli sizin fikriniz nedi😢artiq sesiniz bitirib bizi❤
@khuramanrahimova5260
@khuramanrahimova5260 Жыл бұрын
👍👍👍
@yusiforucov5072
@yusiforucov5072 Жыл бұрын
Heç vaxt da bilmiyəcəysən😢
@eminehesenova7085
@eminehesenova7085 Жыл бұрын
❤❤❤
@sharafatabdullayeva2925
@sharafatabdullayeva2925 Жыл бұрын
Aqilli insam səni o qədər insan sevir ki saüi sanbal yox. Azliqmi edir?SİZİ KİMİ ƏFƏNDİNİ HAMİ SEVİR. AMMA...??? :(((😊
@sevilnatiqqz.3145
@sevilnatiqqz.3145 Жыл бұрын
..Onda biləcəksən mənim sevgimi Biləcəksən..o da gec olacaq ✍️Gec olmadan sevdiyinizə, sevginizə dəyər verin sonrakı peşmançılıq fayda verməyəcək..
@miryusifmirzyev4062
@miryusifmirzyev4062 Жыл бұрын
Düz sözdür
@mavisema-ux9fs
@mavisema-ux9fs Жыл бұрын
😔😔😔😔😔😔
@XayalHamzayev-mw6fs
@XayalHamzayev-mw6fs Жыл бұрын
Nece qıydın sen o sevgiyə??? Neceee axıı?? Deyirdin ki sensiz heyatımı təssvür ede bilmərəm
@səbuhiəhmədov
@səbuhiəhmədov Жыл бұрын
🌸
@zehra313-s7v
@zehra313-s7v 9 ай бұрын
😪😪
@elimelili1331
@elimelili1331 Жыл бұрын
14 il sonra eşqiylə yaşadığım, ürəyimin ilk möhkəm vurmasına səbəbkar olan, sevgini öyrəndiyim, müəlliməm, anam zənn etdiyim o qızla rastlaşdıq. O mənə mənim ona 14 il əvvəl baxdığım kimi baxdı, amma mən ona tamam yad birisi kimi davrandım, düz 1 ay çırpındım danışdım yazışdım, amma gördüm heç nə 14 il bundan qabağkı kimi deyil. Ola bilmirəm elə. Və bir göz qırpımında əlaqəni kəsdim. İndi yenə xəyal edirəm. Başa düşürəm ki, mən onu indi yox 14 il bundan əvvəlki kimi sevmək istəmişəm. Hisslərimi çatdıra bilmirəm. Qəribədir.
@asimandmirov2315
@asimandmirov2315 Жыл бұрын
😕👍
@jamalkarimov
@jamalkarimov Жыл бұрын
😒
@Frdceferova
@Frdceferova Жыл бұрын
Menden şikayet etdiklerin her ne var idise,bir gun darixacaqsan ama GEC olacaq........
@tranmirzyeva7894
@tranmirzyeva7894 Жыл бұрын
❤❤❤❤❤
NÜSRƏT KƏSƏMƏNLİDƏN 7 SEVGİ ŞEİRİ XƏZƏR SÜLEYMANLININ İFASINDA
16:09
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
Xəzər Süleymanlı-BURAXMA MƏNİ (Musa Yaqubun şeiri)
3:56
Xəzər Süleymanlı
Рет қаралды 270 М.
Sevgi şeirləri - Mehriban Zəkinin ifasında
19:06
MisraliSes
Рет қаралды 23 М.
Musa Yaqub - Onda biləcəksən mənim sevgimi  - Kamran M. YuniS
3:27
Kamran M. YuniS
Рет қаралды 82 М.
Musa Yaqub-Öyrətmə özünə, öyrətmə məni (ifa Xəzər Süleymanlı)
3:01