Xəzər Süleymanlı-Mən səninçün ölürəm (İlqar Kamilin şeiri)

  Рет қаралды 128,209

Xəzər Süleymanlı

Xəzər Süleymanlı

Күн бұрын

şeir: İlqar Kamil
səs: Xəzər Süleymanlı
piano: Vüsal Namazlı
Qara meymuna dönmüş məhlə uşaqları
çayda çimməkdən doymayanda
əlində heyva çubuğu ustufca gələn
analarının səsini duymayanda...
Günəş batanda yavaş-yavaş,
bulduların arxasına çəkilib, yerlə gizlənpac oynayanda
Səni axtarasım gəlir
Bilirsənmi?
Səma mavi eynəyini taxanda,
Havada payız ətri qoxanda,
Soyuq oktyabr küləyi ağacları yıxanda üst-üstə, edəndə qol-boyun
Ağuşum üşüyür ən çox...
Gəlirsənmi?
Yağış altda yuyulanda kirlənmiş torpaqlar
qopanda tufanlar, sınanda budaqlar,
yorulanda ayaqlar
yolar yarımçıq qalanda,
Buludlar küləyi bəhanə edib birbirinə çırpılanda
ildırımlar çaxanda
Və nəhayət günəş çıxanda şiddətli yağmurların ardından
təbiət qımışanda
Mən də oturub köhnə daxmamda
dəli-dəli sənin təbəssümünü darıxıram
Gülürsənmi?
Qəfil ağırlığını çiynimə salan xallı kəpənək də,
pəncərəmin ağzında dayanan boynubükük çiçək də
möhtac olduğum bu bir tikə çörək də
həyətimizdəki təndir də
kəndir də,
sakinsiz yelləncək də
lap elə əlimi üstünə qoyduğum, bax, bu ürək də
səndən danışır mənə
dönə-dönə...
Axşam-axşam azan çəkən
müəzzinin sözündə də sən varsan,
xətamda da sən varsan,
düzümdə də sən varsan,
Anamın o kövrək-kövrək baş qoyduğum
dizində də sən varsan,
...Sən, varsan!
Bilmirəm ki...
Səmadan səssiz-səmirsiz enən
quşbaşı yağan qarmı deyim,
navalçalardan süzülərkən donan sularmı deyim...
eh gülüm, çox haşiyəyə çıxdım,
eşitməyə cəsarətin varmı deyim: Mən sənin üçün ölürəm!
#xezersüleymanli #ilqarkamil #xəzərsüleymanlı

Пікірлер: 309
@XezerSuleymanli
@XezerSuleymanli 3 жыл бұрын
Bir-birinizi üzmədiyiniz hər gün bayramdır. 💞
@aslanl1907
@aslanl1907 3 жыл бұрын
İki dəli üçün hər gün bayramdı 😅 hər adam bunu bacarmaz .
@aisel2305
@aisel2305 3 жыл бұрын
Beli Xezer bey Cox dogru deyirsiz
@sssizillr1268
@sssizillr1268 3 жыл бұрын
Dogru 😔
@nuraygraybyli6640
@nuraygraybyli6640 3 жыл бұрын
Çox gözəl söz idi əla❤❤❤
@rehakerimli1571
@rehakerimli1571 3 жыл бұрын
Uqlar guzel sese malik insan
@kosmaras_
@kosmaras_ 3 жыл бұрын
Mən sənin üçün ölürəm Qadın! O,böyük-böyük baxan gözlərini,balaca uşaq kimi sevirəm. Yağışdan sonra torpağın qoxusunu sevənlər,deyəsən yağışa qarışıb torpağa tökülən göz yaşlarımdan xəbərsizdir. Soyuqdan qızarmış yanaqları ilə isti peçin kənarında əllərini qızışdıran uşaqlar kimiyəm. Onlar soyuğun onlara təsirini önəmsəmirlər. Önəmli olan oynadıqları oyunun verdiyi həyəcandır. Mən də sənsiz qalışımın məni incitdiyinin fərqindəyəm amma səni düşünmənin verdiyi həyəcan hər şeyə dəyər. Darıxmaq belə bu qədər az qalmışkən,bu qədər sənsizlik niyə? Mənim haqqım yoxdur başımı dizlərinə qoymağa? İçimdəki üsyandan,sol yanımdakı cəhənnəmdən,kürəyimdəki yaralardan danışsam,sanki biraz rahatlayacam. Sənin üçün ölmürəm amma sənə gəbərirəm Qadın!!!!
@bumeranqdunya7161
@bumeranqdunya7161 3 жыл бұрын
ƏLA.QADINSIZ KİŞİLƏR HEÇ NƏDİ.BƏZİ KİŞİLƏR ARTIQ BUNU DƏRK ETSİN..AY KİŞİLƏR QADINLARIN QƏDRİNİ BİLİN..
@mahmudlucesur6999
@mahmudlucesur6999 3 жыл бұрын
Ehh bu qeder sevende elbetkii,tek qalarsiniz..
@kosmaras_
@kosmaras_ 3 жыл бұрын
@Havin ?
@kosmaras_
@kosmaras_ 3 жыл бұрын
@Havin Məndə sənsiz qalmışam ifadəsini başa düşmədim. Onu aydınlaşdırmaq üçün sual verdim.
@kosmaras_
@kosmaras_ 3 жыл бұрын
@@bumeranqdunya7161 düşünülmədən yazılan sözlər toplusuna fikir bildirdiyim üçün öncə özümdən,daha sonra da səndən üzür istəyirəm. Kişilərə olan üsyanınızı başa düşürəm amma Qadınsız kişinin "heç nə "olması fikri doğru deyil. İnsanlara dəyər verin. Dəyər verin ki,qarşılığında əlçatmaz gördüyünüz dəyəri tapa biləsiniz. Uğurlar!
@firdevsazeri1058
@firdevsazeri1058 3 жыл бұрын
Kaw insanlar yawlari geldiyi ucun yox,awiq olduqlari vaxt heyatlarini birlewdirseler.Onda heckes ezabli weirler yazacaq ve dinleyecek qeder wair olmazdi belke de😓
@bolghacyeva4739
@bolghacyeva4739 3 жыл бұрын
vallah elədir 50-yaşda gələn məhəbbətə gülürlər niyə neyləyəkki indi gəlib ölək???
@tukazbanqasimova3276
@tukazbanqasimova3276 3 жыл бұрын
Anlayacağını bilsəm,bu şeiri sənlə bölüşərdim..
@mesudebabayeva9537
@mesudebabayeva9537 3 жыл бұрын
chat.whatsapp.com/G1Mr3ZKDQ4R4HeV9IcejjS 👆👆👆👆👆👆👆👆💵💵💵💵💵💵💵💵 Salam xanim.🌸InşAllah yaxşi olun.🤲Bəlkə sizə 100 lərlə belə sms gəlib. Amma o 100lərlə o sms in icində bəlkə buna cavab verib,maraqlanmaqa çalişasiz ki,💐bu nə işdi ki, bu qedər xanim bu işdə calişir .Dogrudir onlayn işlər coxdu amma saqlami bizdədi 👍🏻👍🏻.Bizdə hər şey rəsmidi . bizdə vərəsəlik də var👍🏻👍🏻👍🏻 Maraqlanmaq istəsəz zəhmət olmasa linkə kecid edin ətrafli məlumat verim .Ugura gedən yolda bizimlə addimlayin . 💵💵💵💵💐🤲,,,,
@mammadoffa_1419
@mammadoffa_1419 3 жыл бұрын
*_Sevgilər günüdü bu gün,yarım qalmış sevgilərin günü.Yarının torpağını qucağlayanların günü,Sevdiyi yanında olmadan övladını dünyaya gətirənlərin günü.Sevdiyini bir ömürlük görməyənlərin günü.Bu dəfə fərqli oldu sevgilələr günü.Bu dəfə qızlar Şəhid şəkillərini sevir🥀_*
@suleymanova8129
@suleymanova8129 3 жыл бұрын
😥😥😥😥
@asifasif6857
@asifasif6857 3 жыл бұрын
Soyuq torpağda yatanlara Allah rəhmət etsin,nə bayram,bizlər hec zaman unutmamalıyıq 2020 ili ,o il bizlərə baha başa gəldi🖤🙏🙏🙏🙏🤲🤲🤲
@asifasif6857
@asifasif6857 3 жыл бұрын
Soyuq torpağda yatanlar Şehidlərimizi Allah rəhmət etsin🙏🙏🙏🙏🙏🤲🤲🤲bu nə bayramdır ki mən onu geyd edim,biz hec bir an unudmamalıyıq 2020 ili,necə 🖤 sevinə bilərsən? 😪😪😪😪😪bu ili unudma 2020 o bizim tariximizdir😥😥😥😥😥
@valehabbasov6998
@valehabbasov6998 3 жыл бұрын
😪😪😪
@Esma-zc3hk
@Esma-zc3hk 3 жыл бұрын
Salam xanim sizi Ёжик komandamiza ise devet edirem.sataj.pensiya.premyelar.ve pulsuz seyahetler.21 gunden bir maas.Etrafli melumat ucun votsap nomrem 0558572459.Hormetle konsultant Esma.
@sssizillr1268
@sssizillr1268 3 жыл бұрын
ALLAH BUTUN SEVENLERI QOVUSDURSUN AMIN🙏🏻😔
@black_angel266
@black_angel266 3 жыл бұрын
Amin 😔
@dnizhsnov4264
@dnizhsnov4264 2 жыл бұрын
Allah sevənləri qovuşduranda adi,qovuşdurmayanda aşiq edir .
@kerimovkamran
@kerimovkamran 2 жыл бұрын
Sevilmədiyini bilə bilə sevmək necədə dözülməz acıdı, bilənlər var yəqinki
@AynurəHüseynova-y5o
@AynurəHüseynova-y5o 8 ай бұрын
Ürəyimi oxudun...
@sabuhixalafov5520
@sabuhixalafov5520 Жыл бұрын
Bütün şerleriniz möhtəşəm.Rebbim sizi qorusun.
@gulnarmusayeva7451
@gulnarmusayeva7451 3 жыл бұрын
sevgi hər gün eyni insana aşiq olmaqdır sevgi- özündən çox o ola bilməkdir..
@mesudebabayeva9537
@mesudebabayeva9537 3 жыл бұрын
chat.whatsapp.com/G1Mr3ZKDQ4R4HeV9IcejjS 👆👆👆👆👆👆👆👆💵💵💵💵💵💵💵💵 Salam xanim.🌸InşAllah yaxşi olun.🤲Bəlkə sizə 100 lərlə belə sms gəlib. Amma o 100lərlə o sms in icində bəlkə buna cavab verib,maraqlanmaqa çalişasiz ki,💐bu nə işdi ki, bu qedər xanim bu işdə calişir .Dogrudir onlayn işlər coxdu amma saqlami bizdədi 👍🏻👍🏻.Bizdə hər şey rəsmidi . bizdə vərəsəlik də var👍🏻👍🏻👍🏻 Maraqlanmaq istəsəz zəhmət olmasa linkə kecid edin ətrafli məlumat verim .Ugura gedən yolda bizimlə addimlayin . 💵💵💵💵💐🤲,,,,
@khaganrza9928
@khaganrza9928 3 жыл бұрын
Sən varsan! Sən dinlədiyimdə hər zaman daha çox varsan!
@khaganrza9928
@khaganrza9928 2 жыл бұрын
Sən yenə varsan🖤
@nrgizramazanov7863
@nrgizramazanov7863 Жыл бұрын
Səsiniz çox təsirlidir,hər zamankı kimi.İnsanı kövrəldir
@ЗаминаАмрахова-п6д
@ЗаминаАмрахова-п6д Жыл бұрын
Ilqar mellimin weirleri,yazilari cox derin menalidir👏
@mariyyamariya3499
@mariyyamariya3499 3 жыл бұрын
Sevgi bir insandan uzaq olsan bele sevmekde devam etmekdedir helede sevirem ayeiliq olsada yollarimiz ne o yumuwaq sevgini nede baxiwlarini unutdum 😢😢😢 iller kecse bele ureyimden silinmez bir yer aldin 😐 hec zaman bitmeyen bir sevgi....
@abdullaabdullayev9221
@abdullaabdullayev9221 3 жыл бұрын
Sizin səsinizde seirlərə qulaq asanda özümü ən saf xəyallarda ,nagıllarda hiss eliyrəm gözümün önündə film kimi canlanir dediyiniz hər söz .....
@hasilezizli57
@hasilezizli57 3 жыл бұрын
Heqiqet eledir xanim
@hasilezizli57
@hasilezizli57 3 жыл бұрын
Sanki seiri insan ozu yasiyjr
@renaturan9771
@renaturan9771 3 жыл бұрын
Mehebbet ucun ôlmek yox yasamaq lazimdir . Yasa ve sevdiyini qelbinde yasat.
@simaosmanova7876
@simaosmanova7876 2 жыл бұрын
Cox-cox tesekkur edirem Xezer bey. Ifa etdiyiniz seirlere o qeder reng qatirsiniz ki, diksiyaniz, cumlelerinizdeki mukemmel teleffuz inanin ki, dinlememek mumkun deyil. Poeziyani cox sevirem ve sizin ifanizida beyenirem. Ugurlariniz bol olsun.
@sevincelekberova3047
@sevincelekberova3047 3 жыл бұрын
Ehhhh. Dostum. Ürəyim ağrıdı yaman.😔
@gunaymamedova4284
@gunaymamedova4284 3 жыл бұрын
Bu ne cur ,, Men senincun olurem" demekdir. Azindan 50 defe qulaq asmisham, yeqin 50 defe de qulaq aacaqam. Damarda qan donur-)
@Qazi664
@Qazi664 3 жыл бұрын
😔
@qiymetehmedova3543
@qiymetehmedova3543 3 жыл бұрын
Günayım balam sənə sevgi dolu günlər arzulayıram
@qiymetehmedova3543
@qiymetehmedova3543 3 жыл бұрын
Xəzər sevgini gözəl səsinlə daha aliləşdirirsən səsinə qurban balam
@gunelaliyeva9405
@gunelaliyeva9405 Жыл бұрын
Her gun dinlediyim dinledikce daha cox dinlemek istediyim şeir
@sevilulker2056
@sevilulker2056 3 жыл бұрын
Meni çox duğulandirdi ağladim çox beyendim . Var olun siz genclerin zövqünü çox oxşayirsiz , seiri bize sevdirirsiz çox sağ olun
@nesibedadashova6699
@nesibedadashova6699 3 жыл бұрын
SEN NE GOZEL UREKLI BALASAN.SENIN SOYLEDIYIN WERLER MENE DEYI KI SEN HELE OLME. DINLE BU WERLERI.SENI ALLAH WORUSUN.iwleri her yerde revan getsin.PISLIKLER SENDE UZAQ OLSUN 🤲❤
@aylinhuseynzad3104
@aylinhuseynzad3104 3 жыл бұрын
İnsanın yorulmuş ruhunu qidalandırır sizin səsiniz.Düzdü yorulmuşa nə qida😔amma yıxılsaqda sürünə sürünə yaşayırıq sizin səsinizlə.
@mesudebabayeva9537
@mesudebabayeva9537 3 жыл бұрын
chat.whatsapp.com/G1Mr3ZKDQ4R4HeV9IcejjS 👆👆👆👆👆👆👆👆💵💵💵💵💵💵💵💵 Salam xanim.🌸InşAllah yaxşi olun.🤲Bəlkə sizə 100 lərlə belə sms gəlib. Amma o 100lərlə o sms in icində bəlkə buna cavab verib,maraqlanmaqa çalişasiz ki,💐bu nə işdi ki, bu qedər xanim bu işdə calişir .Dogrudir onlayn işlər coxdu amma saqlami bizdədi 👍🏻👍🏻.Bizdə hər şey rəsmidi . bizdə vərəsəlik də var👍🏻👍🏻👍🏻 Maraqlanmaq istəsəz zəhmət olmasa linkə kecid edin ətrafli məlumat verim .Ugura gedən yolda bizimlə addimlayin . 💵💵💵💵💐🤲,,,
@nigarrehimova5767
@nigarrehimova5767 3 жыл бұрын
Şəhidlərimiz mənə o qədər əzab verir ki, yoldaşlari. Sevdikləri , nişanlilari gəlir qəbir üstünə onlarda ölürdülər sevdikləri ücün. İndi dirikən ölürlər hər gün. Allah rəhmət etsin. Mən sevgini ölüm ayirdiğina inaniram. Amma bəhanələrlə qismətə bağlayib nəisə ayrilmaqlara yox. Sevən kəs.... nə olursa olsun qalib gəlməlidi. Gəlmirsə demək o deyildi... sadəcə elə...... onun sonrasi axiri hec vaxt olmur.
@azizganbarov5035
@azizganbarov5035 3 жыл бұрын
Lap elə əlimi üstünə qayduğum bax bu ürəkdə, mənə səndən danışır dönə-dönə. ✍🏻👏🏻👍🏻
@khaganrza9928
@khaganrza9928 2 жыл бұрын
Bu şeirlə tanış olanda anam həyatda idi. İjdi yoxdur. Canım anam mən sənin üçün ölürəm.🖤🥀
@Minnos777
@Minnos777 3 жыл бұрын
Sesinizle bizi haralara aparirsiz😔o illermizi bize qaytarsaydilar neler vererdik neler😪😔Allah sizi var etsin
@gulnarmehreliyeva96
@gulnarmehreliyeva96 3 жыл бұрын
Mən səninçün ölərəm ilk və son məhəbbətim. 🙏😘🤣Sen və mən. ❤❤ .
@cemilememmedova9265
@cemilememmedova9265 3 жыл бұрын
Ne gozel can adam derdler boqur goz yaslar yene qemli sozler
@ziyafetahmedova6501
@ziyafetahmedova6501 3 жыл бұрын
Xəzər balam sənin səsinlə şerlərə qulaq asanda uşaqlığımı gəncliyimi ötən günlərimi yenidən yaşayıram..😢😢
@ilashka.m804
@ilashka.m804 3 жыл бұрын
Ne pis vaxt geldi bu seir? Men onu her yerde axtariram hal-hazirda,ama etdiyim tovbemi pozmayacam olurem onun ucun duzdur Ne agirmis sevgi derdi Ne agrili imis hesret qalmaq sevdiyine😔 Gunahsiz kecen her gunumuz sevgi bayramidir... Sesinize quvvet ❤
@valehabbasov6998
@valehabbasov6998 3 жыл бұрын
😪😪😪💔
@ilashka.m804
@ilashka.m804 3 жыл бұрын
@@valehabbasov6998 qirilmis her qelb ucun goz yaslarim axir💔😔
@farizaslanov2283
@farizaslanov2283 3 жыл бұрын
Mende senin kimi etdiyim tovbemi pozmayacaq🥺
@serdaremilovic2346
@serdaremilovic2346 3 жыл бұрын
Niye bu qeder gozel sesin var senin?(((😔
@Mensim2228
@Mensim2228 3 жыл бұрын
Sizin səsinizi dinleyendede bize bayramdı ruhumuzu oxsuyursuz.Varolun Xəzər bey❤️
@mensushirinowa1989
@mensushirinowa1989 3 жыл бұрын
Heyatimda özümün secmediyim beş doğru insan var anam, atam ve üç körpem, heyat bu 5 neferle gozel mene. Hemd olsun Allah'a
@aqilnovruzov9559
@aqilnovruzov9559 3 жыл бұрын
Bu qədər ürək titrədici şeir deyən yoxdu
@aytacmahmudlu6542
@aytacmahmudlu6542 3 жыл бұрын
Çox sevdim bu şeiri❤Allah bütün sevənləri daim birgə və xoşbəxt etsin inşAllah
@ХаятВагиф
@ХаятВагиф 3 жыл бұрын
İlahi nə qədər gözel ifa edirsiz,ağzınıza sağlıq 🙏
@sharafatabdullayeva2925
@sharafatabdullayeva2925 2 жыл бұрын
Gülmək sizə çooox yaraşir. Gözəlliyinizin üstünə gözəllik gəlir . Tam başqa olursunuz. Allah o yaraşiqli cöhrənizden gülüşü əysiy erməsin.Səsinizi eşidəndə insañi valeh edirsiniz, onda da istəmirsənki seir bitsin. Onda da elacsiz qalib birdə iki dəfədə dinləməli olursan. Xoşbəxt insanlariq ki Azərbanimizin sizi kimi səsi olan heç kimə bənzəməyən səsinizlə hamini feziyab edən Xəzər Süleymanimiz var. Allah sizi və səsinizi qorusun. 💞💯 il saqlam, xoşbəxt ömür arzu edirik. AMİN ✌👍👏🤝👏🙌👏🙏🙏🙏! ))
@sharafatabdullayeva2925
@sharafatabdullayeva2925 2 жыл бұрын
Niyə niyə niyə...
@SSSSSS-hp7zd
@SSSSSS-hp7zd Жыл бұрын
SİZ NECƏ GÖZƏL İNSANSINIZ.ALLAH BÜTÜN KAİNATI SİZİ KİMİ GÖZƏL İNSANLARIN XATİRİNƏ GÖRƏ YARADIB.SİZ BİR DƏ BU YAZINI 83 YAŞINIZDA OXUYARSINIZ
@AynurəHüseynova-k7k
@AynurəHüseynova-k7k 8 ай бұрын
Xəzər müəllim.. Hər səhərim sizin şeirlərinizlə başlayır, gecəm də səsinizlə bitir... Ürəyə toxunan səsiniz var... Sanki kimsə həyatını sizə danışır, siz də dilə gətirirsiniz... Şeir gözəl. Amma biz nəinki ölürəm desək, hətta sevgimizi hiss elətdirdiyimiz insanları tez itiririk... Onlar bizdən uzaqlaşır... Gərək kiməsə dəyərli olduğunu hiss elətdirməyəsən... Çünki, ilk tərk ediləcək insan sən olursan...
@vefanebiyeva9131
@vefanebiyeva9131 2 жыл бұрын
bu sozleri qadin ucun soyleyen biri onu itirmekden incitmekden qorxar V bu cur insanla da bir omur yasamaga deyer🖤💔
@shalalasadigli7085
@shalalasadigli7085 3 жыл бұрын
Bu mənim eeeeeen sevdiyim sheirdi.eeen ən😍😍😍
@НонаАбдуллаева-г9у
@НонаАбдуллаева-г9у 3 жыл бұрын
Bilmədim ki şeirin sözlərinəmi qulaq asım yoxsa ecazkar melodiyanımı dinləyim, hər ikisi gözəl 👍👍👍👍👍
@gulaymazanova5381
@gulaymazanova5381 2 жыл бұрын
Təşəkkürlər Xəzər Süleymanlı
@xanimehmedova6753
@xanimehmedova6753 3 жыл бұрын
Səsinizə sağlıq.Hər zamanki kimi mükəmməl!♥️🏹
@ilqarrustamov8568
@ilqarrustamov8568 3 жыл бұрын
Ağzına,ürəyinə sağlıq gözəl insan.Möhtəşəm
@nurlanhuseynov7291
@nurlanhuseynov7291 3 жыл бұрын
Sesine qurban ay Xezer♥️♥️♥️
@ciceksuleymanova6548
@ciceksuleymanova6548 3 жыл бұрын
Çox darıxdım.sanki qelbim parçalandı...ehhh kaşki .....ne isee...
@nargilarzayeva7597
@nargilarzayeva7597 3 жыл бұрын
"Necəsən" şeirindən sonra ilk dəfədir ki bir şeirə bu qədər düşdüm 💕necə gözəl, necə incə misralardı bunlar və necə möhtəşəm qiraət. Var olun
@esmiraquluzade7683
@esmiraquluzade7683 3 жыл бұрын
Her sizi dinlediyimde ozumu saxlaya bilmirem,cox tesirlendirirsiniz insani...
@ayanmirzyeva7553
@ayanmirzyeva7553 2 жыл бұрын
Seherimi sizin seslendirdiyiniz şeirlerle açıram,işe hazırlananda seve seve dinlediyim şeirlerinizle,daha da gözelliy qatir üzüme. Kimlese de oturub söhbet edende tez soruşuram şeir sevensiz? Cavabı noulursa olsun menim meslehetim, Xezer Süleymanlının seslendirdiyi şeirlere qulaq asın. Size sonsuz teşekkürler. Var olun
@XN-ck7dg
@XN-ck7dg 2 жыл бұрын
Xezer bey, lutfen bu serinizi yeniden gundeme getirin🙏😔
@aslanaslan-pe7sp
@aslanaslan-pe7sp 2 жыл бұрын
Allah can sağlığı versin size Amin inşallah 🥰
@meherremsuleymanzade
@meherremsuleymanzade 3 жыл бұрын
Salam XEZER bey butun qrayetleriniz eladi.Amma bu bu gune dahada gozelliy qatdi.Xatirelermi tezeledi.Sevigiyle sag-salamat qalin.
@solmuscick1769
@solmuscick1769 3 жыл бұрын
Gözəl səsləndirmə və gözəl şeyir 👍😔
@solmuscick1769
@solmuscick1769 3 жыл бұрын
@@gunelabbasova7477 Çox saqol canim menim her zaman gözəl günün olsun insAllah😘🙏
@slalliyeva2839
@slalliyeva2839 3 жыл бұрын
Axı çox gözəl deyirsiz bu şeirləri🤤💛
@alizade1653
@alizade1653 3 жыл бұрын
Salam Aleykum ...Ramiz Rövşən şeirlərini andırdı mənə .Əhsən qəlbinizə şair 👏 fərqli duyğular , fərqli misralar , fərqli şeir .Cənab Qiraətçi qəlbinizə sağlıq .Çox gözəl yaşadız bu şeiri .Yaşayaraq seslendirmeseydiniz əgər bu qədər təsirli olmazdı çünkü ...
@cesurkomandir-ep4uj
@cesurkomandir-ep4uj Жыл бұрын
GELİRSENMİ AYGÜN. GEL SENİN ÜCÜN ÖLÜREM. BAXİŞLARİN, CAN ALAN GÖZLERİN ÜCÜN DARİXİRAM.❤❤❤
@nicatsuleymanov5456
@nicatsuleymanov5456 3 жыл бұрын
Gözəldi ❤️
@Emilyusifli825
@Emilyusifli825 3 жыл бұрын
Mohtesemdir sesinz ruha əzan sesi qeder rahatliq!sevginin bayrami gunu saati olmasn heddiye ucun olmasn...
@A26bakili
@A26bakili 3 жыл бұрын
Hər anımda varsan amma mənim deyilsən
@gulnarmehreliyeva96
@gulnarmehreliyeva96 3 жыл бұрын
Əhməd haradadır filmində de-yure qadın böyük qüvədir:Gərək ki, bu cür olmalımış. Səbr ❤et canım. Mən yuxuda səni görüb oyandım. Heç kim yuxunu gəlmirValla ürəyim parçalanır canım ❤dostum, məni qınamayın. Canımıisəən verərdim. Ancaq səndən əvvəl söz verdiyim 2övladım canım var. Canım dostum yat bir az dincəl.Hər şey yaxşı olar inşallah. Bu dəfə dost sözu verirəm. Kişi sözü. 🤲❤😘🙏❤
@melahetyaraliyeva5792
@melahetyaraliyeva5792 3 жыл бұрын
Sen en böyük günahım, en ağır derdim... Sen dünenim, sen bugünüm, sen sabahım, Yaşanmış keçmişim, xeyalını qurduğum geleceyim. Sen ümüdsüz, qırğın, küskün yarım qalmış yanım... Sen ovcuma qonan duam, qelbimden qopan ahım... Kimsenin görmediyi sağalmayan yaram. Mümkünsüzüm, imkansızım, çaresizliyim... Mükafatım sandığım, en ağır cezam... Imtahanım, sınağım, qebul olunmayan duam... Yarım qalan yolum... Seninle olmaz bilirem, amma sensizde olmur...😔
@xxx2810
@xxx2810 3 жыл бұрын
Demeye cesaret etmədiyim sözleri siz demisiz sanki.tesekkur
@unudulduqq
@unudulduqq 3 жыл бұрын
salam yaninda olub uzag qalmag😔🖤
@laleesgerli434
@laleesgerli434 3 жыл бұрын
Çox mukemel seir👍
@poladmamedov2508
@poladmamedov2508 3 жыл бұрын
MASALLAH GOZEL SEİR DEMEYİN VAR.SESİNDE BİR AZ REHMETLİK FUAD POLADOVA OXSARLİQ VAR.ALLAH REHMET ELESİN POLADOVA ŞEXSİYYET İDİ.
@rafiqsubhanov9947
@rafiqsubhanov9947 3 жыл бұрын
Sevdiyin insannan qarşılıq görməyəndə onsuzda incinirsən, sinirsan, ən əsası viran olur insanın ürəyi
@turalhesenli6719
@turalhesenli6719 3 жыл бұрын
Möhtəşəm
@melahetyaraliyeva5792
@melahetyaraliyeva5792 2 жыл бұрын
Dönüb dönüb, qelbimin qırıq hali ile dinlediyim, meni keçmişe aparan hem gözel, hem hüzünlü, hem acı, hem şirin xatireleri gözümde canlandıran, dinledikce içimi titreden şeir... Teşekkürler Xezer bey...
@mavisema8072
@mavisema8072 3 жыл бұрын
Bir saniye olsun aglimdan cixmirsan yalvardim. Sevgim ucun sen qururu secdin men sevgim ucun oldum seni bilirsen sensiz nece sevirem olene kimide bele olacaq
@sabinasalmanova8914
@sabinasalmanova8914 3 жыл бұрын
Sen varsan...her nefesimde...gileyimde... Eşidirsənmi?...yox...
@pervinheyderova8942
@pervinheyderova8942 3 жыл бұрын
chat.whatsapp.com/FO1YjycH0Xw1egLpern4C1 Salam. Belkede bu cür devetler size defelerle gelir ve heç vaxt marağınızı celb etmir. Ama men size teklif edirem ki, online iş haqda birde menden eşidin. Belke size uyğun işdir, belke men izah etsem daha aydın anlamış olarsız?🤔 Eger sizde bizim kimi serbest qrafikle işlemek istesez, yuxarıdakı linke daxil olun(ancaq xanımlardı) İş xoşunuza gelmese qrupdan çıxa bilersiz. Narahatlığa göre üzürlü sayın😊🥰👆🏻👆🏻👆🏻👆🏻👆🏻👆🏻👆🏻
@SeyraneBagirzade85
@SeyraneBagirzade85 3 жыл бұрын
Ne yaxşı ki,varsınız.Hemişe var olun!
@lamiehacmuradova1110
@lamiehacmuradova1110 3 жыл бұрын
Ağladım😢
@nahidealiyeva7815
@nahidealiyeva7815 3 жыл бұрын
Allah heckasi sevdiyindan ayirmasin
@elsnaliyev4674
@elsnaliyev4674 3 жыл бұрын
Mənidə onun üçün ölürəm amma o görümur niyə seveler kor olur niyə
@bolghacyeva4739
@bolghacyeva4739 3 жыл бұрын
can görmürsə çooox çətindir sənə
@nazrinmoffa5370
@nazrinmoffa5370 3 жыл бұрын
Bilmirəm nədəndir, amma ideal insan obrazı dedikdə gözümün qabağında Xəzər bəy Süleymanlı , birdə Azərbaycan dili və Ədəbiyyatı müəllimim Zəhra xanım Mirzəyeva canlanır❤
@krcicyi6146
@krcicyi6146 3 жыл бұрын
Cox tessüf ki, sevgi cox uçuzlaşib.....
@basketball_girl292
@basketball_girl292 3 жыл бұрын
Sevgililər gününə hədiyyə♥️. Təşəkkür Xəzər bəy😍
@cakmingecevir9494
@cakmingecevir9494 3 жыл бұрын
Sevgiller günü
@mesudebabayeva9537
@mesudebabayeva9537 3 жыл бұрын
chat.whatsapp.com/G1Mr3ZKDQ4R4HeV9IcejjS 👆👆👆👆👆👆👆👆💵💵💵💵💵💵💵💵 Salam xanim.🌸InşAllah yaxşi olun.🤲Bəlkə sizə 100 lərlə belə sms gəlib. Amma o 100lərlə o sms in icində bəlkə buna cavab verib,maraqlanmaqa çalişasiz ki,💐bu nə işdi ki, bu qedər xanim bu işdə calişir .Dogrudir onlayn işlər coxdu amma saqlami bizdədi 👍🏻👍🏻.Bizdə hər şey rəsmidi . bizdə vərəsəlik də var👍🏻👍🏻👍🏻 Maraqlanmaq istəsəz zəhmət olmasa linkə kecid edin ətrafli məlumat verim .Ugura gedən yolda bizimlə addimlayin . 💵💵💵💵💐🤲,,,,
@mahmudlucesur6999
@mahmudlucesur6999 3 жыл бұрын
Sevgi varki..onun gunude olsun...Esl sevgi okii kişi qelbi torpaq qadin ise ora ekilimş toxum ola..Torpaq onu besleye boyude barin gore ..sonrada o torpaqda yox ola..O torpaq onu sixmiya yarim qoymuyakii..bawqa torpaga ..koçurulmek zorunda qalmasin...Yeni qadin uçun kişinin qelbi torpaq olmali..orda açilib orda sonsuzluga qerq olmali..Indi sizce varmi ele torpaq kimi ureyi olan kişi..yada torpagina sadiq olan toxumdan biten çiçek xanimlar??Olanlar var..Ama çox az..
@zaursoltanov243
@zaursoltanov243 2 жыл бұрын
Vallax halaldi
@nigarceferova1373
@nigarceferova1373 3 жыл бұрын
Sesinize saqlik var olun her zaman 🙂
@mesudebabayeva9537
@mesudebabayeva9537 3 жыл бұрын
chat.whatsapp.com/G1Mr3ZKDQ4R4HeV9IcejjS 👆👆👆👆👆👆👆👆💵💵💵💵💵💵💵💵 Salam xanim.🌸InşAllah yaxşi olun.🤲Bəlkə sizə 100 lərlə belə sms gəlib. Amma o 100lərlə o sms in icində bəlkə buna cavab verib,maraqlanmaqa çalişasiz ki,💐bu nə işdi ki, bu qedər xanim bu işdə calişir .Dogrudir onlayn işlər coxdu amma saqlami bizdədi 👍🏻👍🏻.Bizdə hər şey rəsmidi . bizdə vərəsəlik də var👍🏻👍🏻👍🏻 Maraqlanmaq istəsəz zəhmət olmasa linkə kecid edin ətrafli məlumat verim .Ugura gedən yolda bizimlə addimlayin . 💵💵💵💵💐🤲,,,,
@АбульфазМамедов-е6м
@АбульфазМамедов-е6м 3 жыл бұрын
Хезер Сулейман яхшыки варсыныз бутун гадынларын севимлисиниз
@vusaleabbasova2331
@vusaleabbasova2331 3 жыл бұрын
Men senin ucun olurem 👍
@nicatazeri1496
@nicatazeri1496 3 жыл бұрын
Mukemmelllllllllll♥️🥰🥰😍😍😍
@shebiheyderova2660
@shebiheyderova2660 3 жыл бұрын
Sevgi sehvi ile doğrusu ile qebul etmekdir 🌈
@laleesgerli434
@laleesgerli434 3 жыл бұрын
Men senin ucun olurem😥💔
@iyosifdoni8399
@iyosifdoni8399 3 жыл бұрын
Eşitmirsən bilorəm ama deyəcəm "Mən Səninçün Ölürəm."çatmaqaş.
@sebrsebr9683
@sebrsebr9683 3 жыл бұрын
Həyat cox qəribədir bezen insan caļisirki istədiyini əldə etsin ama bezen ele kuley esirki tutmaq istədiyini alib aparır cox uzaqlara onasa sahib olmaq cox çetin olur 😔😔
@bumeranqdunya7161
@bumeranqdunya7161 3 жыл бұрын
KANALNIZIN ADI KİMİ SƏBR EDİN..SƏBR🙏BƏLİ HƏYAT ÇOX QƏRİBƏDİR..MƏN SƏNİN ÜÇÜN ÖLÜRƏM...
@sebrsebr9683
@sebrsebr9683 3 жыл бұрын
@@bumeranqdunya7161 🤢
@bumeranqdunya7161
@bumeranqdunya7161 3 жыл бұрын
@@sebrsebr9683 ??
@sebrsebr9683
@sebrsebr9683 3 жыл бұрын
@@bumeranqdunya7161 anlamadim?
@gunaymamedova4284
@gunaymamedova4284 3 жыл бұрын
Mohurunu vurdu. ,, Men senincun olurem,, Son kelmede dunya var
@cemilememmedova9265
@cemilememmedova9265 3 жыл бұрын
Ay allah ne dehsetli sozler
@Nərgiz5419
@Nərgiz5419 3 жыл бұрын
Bilirem...gələrem ...amma güle bilmirem...bir məni axtarsan ,bir mənim ucun darixsan ,bir məni sevsen ..onda mən də ölerem senincun...istemedin...
@gunaykerimbeyli277
@gunaykerimbeyli277 Жыл бұрын
Hec kim hec kim ucun olmurmus.......
@aytnagalarova421
@aytnagalarova421 3 жыл бұрын
Mohtesem. Var olun
@vuqarbxtiyarov5842
@vuqarbxtiyarov5842 2 жыл бұрын
Hər gün xoş gəzintilər xoş söz söhbətlər bir birimizin əlini tutub cəkişib gülşlər kafeyə gedib ürəyimiz istədiyimizi alıb nuş etməyimiz eh nə gözəl gənçliyin günliəriidi sakit həyat sürdik gözəl insan idi ondan birdə olmayaçaq🥀🥀🥀🥀
@sharafatabdullayeva2925
@sharafatabdullayeva2925 2 жыл бұрын
Allah sizi həmişə güldürsün.
@susan8275
@susan8275 3 жыл бұрын
Gözel sesiniz varr uqurlar 😄😄😄
@SSSSSS-hp7zd
@SSSSSS-hp7zd Жыл бұрын
XƏZƏR BALAM ŞEİRLƏRİ BELƏ GÖZƏL SÖYLƏMƏKLƏ SƏN BİZİ BİR BİRİMİZLƏ ŞEİRLƏ DANIŞDIĞIMIZ O İLLƏRƏ APARIRSAN. YADIMIZA ATA ANAMİZ MUƏLLİMLƏRİMİZ SİNİF YOLDASLARİMİZ DÜŞÜR. O İLLƏR HAMININ YAŞAYAN VAXTLARI İDİ HAMI SAĞ İDİ. ONA GÖRƏ HAMIMIZ SƏNİ ÇOX İSTƏYİRİK. ALLAH SƏNƏ UZUN ÖMÜR CAN SAĞLIĞI VERSİN.ALLAH SƏNİ BƏDNƏZƏRDƏN MƏRDİMAZARDAN QORUSUN.AMİN.
@vafaorkhan
@vafaorkhan 3 жыл бұрын
Möhtəşəmsən
@gulu162
@gulu162 3 жыл бұрын
SEVGİNİN GÜNÜ OLMUR BİR SEVƏNİ OLUR BİRDƏ SEVMƏYƏNİ MƏNCƏ
@gunelocaqova632
@gunelocaqova632 3 жыл бұрын
Ne yaxsi ki sen varsan ;varligin ucun sag ol senin ucun olduyumu bilmesende olar
@melisa3763
@melisa3763 3 жыл бұрын
Bu ses niye bu qeder gozel, niye bu qeder qulaga ,qelbe yaxin?Senin ucun olurem sozunu esitmeye cesaret var,hetta o sozu esitmeye qulaqlar ac bele..o sozu soyleye bilecek cesaret lazim,o sozu soyleye bilecek insan lazim...
Xəzər Süleymanlı Şeirləri ( Necəsən zalım, sevgili, və b. )
17:37
Ali Asgar Mammadov - Ölsəm Bağışla
5:46
Ali Asgar Mammadov
Рет қаралды 2,3 МЛН
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,9 МЛН
1 сквиш тебе или 2 другому? 😌 #шортс #виола
00:36
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 58 МЛН
Xəzər Süleymanlı-DARIXMIŞAM  (Cəlil Cavanşirin şeiri)
3:55
Xəzər Süleymanlı
Рет қаралды 76 М.
Asef Sefixanli - Meni de gel apar qurbanin olum (Akustik)
4:05
Asef Sefixanli
Рет қаралды 1,6 МЛН
Almaxanım - Nə Yaxşı Sən Varsan
5:11
Almaxanim
Рет қаралды 263 М.
Fizuli Fezli - intizarım  Gəl Ey Gözlərim
3:26
Fizuli Fezli
Рет қаралды 3,6 МЛН
Əminə Yusifqızının ifasında "Yuxuma gəlsəydin" şeiri
1:24
İCTİMAİ TV
Рет қаралды 44 М.
Xəzər Süleymanlı-BURAXMA MƏNİ (Musa Yaqubun şeiri)
3:56
Xəzər Süleymanlı
Рет қаралды 251 М.
Sevgi şeirləri(#1) - Ramiz Rövşən
30:19
Kitab Kimi
Рет қаралды 48 М.
Жандос ҚАРЖАУБАЙ - ҚАЛАУЫМ (official video) 2024
2:27
Жандос ҚАРЖАУБАЙ
Рет қаралды 208 М.
Jaloliddin Ahmadaliyev - Shunday o'tib ketmasmiz (audio 2024)
2:51
Jaloliddin Ahmadaliyev
Рет қаралды 6 МЛН
Mirjalol Nematov & Dilnoz - Ko’zoynak
3:22
Mirjalol Nematov
Рет қаралды 6 МЛН
Sanzhar - Сен жылама | Official Music Video
2:53
Sanzhar Zhumasitov
Рет қаралды 1,1 МЛН
Roza Zergerli - İstedim 2024 (Yeni Klip) 4K
2:56
Roza Zergerli
Рет қаралды 370 М.
Sevinch Ismoilova & Alisher Bayniyazov  - Oh yarim (Official Music Video)
3:15
ESKO - Папа қасыңда (Mood Video)
2:23
ESKO
Рет қаралды 1,1 МЛН