Xanım diktorla şaiyəsi çıxan, Elçibəylə dost olan Akif İslamzadə - Onu zəhərləyiblər?

  Рет қаралды 191,068

1000 Production

1000 Production

Күн бұрын

Bir zamanların ən sevimli müğənnisi, ən bahalı toy müğənnisi, ən yaraşıqlı sənət adamı idi. Günlərin biri səsi onu bu amansız dünyada tək qoyub qeybə çəkildi. İnsanlar dei ki, onu zəhərləyiblər. Bəs, əslində nə baş vermişdi? Sevimli silahı Əlindən çıxan qəhrəmanımız, dünyaya necə tutundu? Biri var, xoşbəxt vaxtlarında ötən günlərini arzulayan, sonra taleyilə barışan Akif İslamzadə...
Akif Qədir oğlu İslamzadə 1948-ci il avqustun 8-də Bakıda musiqiçi ailəsində anadan olub. Xanəndə Sara Qədimovanın ilk övladı olan Akif İslamzadə 12 yaşında Azərbaycan Televiziya və Radiosunun uşaq xorunun solisti kimi Ağabacı Rzayevanın "Çoban Qara" mahnısını səsləndirib. Bu mahnı hələ də Azərbaycan Teleradio Şirkətinin "Qızıl Fondu"nda saxlanılır.
İfaçılığa 1972-ci ildə Rəşid Behbudov adına Mahnı Teatrının vokalisti kimi başlayan Akif İslamzadə ilk peşəkar ifasını 24 yaşında edir. 1979-cu ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirir. İxtisasca istehlakçı mühasibdir.
1992-1993-cü illərdə Bakı şəhəri baş Mədəniyyət İdarəsinin rəisi vəzifəsində çalışıb. "Sarı gəlin", "Bu gecə", “Gəl, qaytar eşqimi”, Alagözlüm və başqa mahnıları uzun illərdir dinləyicilərin dilindən düşmür.
Sinxron
120-dən çox mahnının ifaçısı olan sənətkar 1987-ci ildə səsini itirir. Qəfil baş verən bu hadisədən sonra müxtəlif şayiələr yayılır. Deyilənlərə görə, düşmənləri müğənnini zəhərləmək məqsədi ilə onun içkisinə nə isə qatırlar. Ancaq bu zəhər xanəndəni öldürmür, onun səsinə mənfi təsir edir.
Ancaq özü bu kimi suallaracavab verərkən deyir ki, zəhərlənmədən söhbət gedə bilməz. Bu bir qəza idi. Mən qədərə inanıram. Səmimi deyirəm ki, illər keçəndən sonra düşünürəm ki, yaxşısı bu imiş.
Çox ağır günlər yaşayan Akif İslamzadə Moskvada müayinə olunur. Ona həkimlər xərçəng diaqnozu qoyur. Daha sonra müğənninin səs tellərindən biri əməliyyat olunaraq çıxarılır. Həmin günləri müğənni belə xatırlayır:
"1987-ci ildə Moskvada mənə dəhşətli diaqnoz qoydular - bədxassəli şiş. Bütün analizlər bunu göstərirdi. İki-üç ay neyləyəcəyimi bilmədim. Yatanda həmişə işıqları bütünlüklə söndürürdüm, amma bu xəbərdən sonra gecələr işıqda yatmağa başladım. Səhərə qədər kitab oxuyurdum. 2-3 aydan sonra, ümumiyyətlə, bu xəstəliyi yaddan çıxardım, mənə sadəcə olaraq proseslərin davamını izləmək maraqlı idi. Yadımdadır, həmin xəbəri alanda Moskvada küçəyə çıxdım, külək uğuldayırdı, qarğalar uçurdu. Allahın möcüzəsidir ki, o dəhşətli diaqnozdan sonra illərdir ki, yaşayıram. Əməliyyat olundum, səs telimin birini çıxardılar. İndi səs telimin biri yoxdur".
Müğənni dövrünün ən gözəl geyinən kişi sənətkarlardan olub. O zamanlar pal-paltar “defisit” idi, indiki kimi bolluq yox idi. Müğənni toydan qazandığı pulları Moskvaya aparıb dollara dəyişir, dollarla xarici ölkələrdən özünə paltarlar sifariş edirmiş.
Heç vaxt ifa etdiyi mahnılara nə efir, nə də radio vasitəsi ilə qulaq asmayıb.
Ona ən böyük uğuru 1982-ci ildə ifa etdiyi sözləri Nigar Rəfibəyliyə, musiqisi Emin Sabitoğluna məxsus olan “Alagözlüm” mahnısı olub. Bu mahnının isə çox həzin tarixi olub. Belə ki, həmin dövrdə Rəsul Rza dünyasını dəyişir. Nigar xanım özü də ağır xəstə olduğundan və xəstəxanada yatdığından ərinin ölümünü ondan gizlədirlər. Onun könlünü almaq üçün Emin Sabitoğlu Nigar Rəfibəylinin sözlərinə bu mahnını bəstələyir. Musiqi hazır olan kimi isə Nigar xanım onu Akifin oxumasını arzulayır. Akif bəy bu haqda deyir:
Müğənni 3 il öncə verdiyi müsahibələrinin birində televiziyalar haqqında deyir:
“Azərbaycanı toyxanaya çevirmək kimə lazımdır? Qadınlarımız haqqında heç danışmalı deyil. Elə bil, arvad toyxanasından bu dəqiqə çıxıb gəliblər. Kimsə uşağını atıb gedib, efirə çıxarıb onu müzakirə edirlər. Fahişəlik bizim ayağımıza yazılıb? Bu nə məsələdir? Televiziyanın başında duranlar, veriliş aparanlar fikirləşmirlər ki, bu millətə nə verirlər? Əgər aparıcı qadının yataq otağına girirsə, fikirləşirəm ki, o, ana-bacısının da yataq otağına girib. Başqa cür ola bilməz. Bəşər tarixində hələ belə mənəviyyatsız dövr olmayıb. Bütün əlamətlər var. Yəqin ki, İsa peyğəmbərin zühurunu görəcəksiniz. Allahsızlıq var, cadu var, nadanlıq var. Hər şey var, hər şey...
Birini insanlara sevdirən tərəfi itən kimi o insandan hamı üz döndrir. Çünki o, məhz həmin yönü ilə insanların sevgisini qazanmışdı. Akif İslamzadə də səsi ilə şöhrətlənmiş, qəlblərə yol tapmışdı. Lakin gün gəldi, onun sevimli silahı əlindn çıxdı. Lakin o, səssiz də, susqunluğu ilə, səsinin tərk etdiyi cismi ilə də sevildi və sevilir. Çünki onun səsi sinəsindn uçub gedəndə bağrı bayquş yuvası kimi tənha qalmadı, həmin boşluğu bir göz qırpımında ilahi eşq doldurdu. Akif İslamzadəni yaşadan da məhz o eşqdir...

Пікірлер: 374
@nailemuradova3864
@nailemuradova3864 2 жыл бұрын
Şəxsiyyəti, mənliyi, qüruru səsindən yüksəklərdə duran korifey sənətkarın Səsi qeybə çəkilsə də millətin ürəyində ADI və ŞƏXSİYYƏTİ yüksək yerə məxsusdur. Allah qorusun.
@zenfiraemrah3473
@zenfiraemrah3473 2 жыл бұрын
Aminnn allah
@ilkinmustafayev3899
@ilkinmustafayev3899 2 жыл бұрын
Akif İslamzadə çox böyük sənətkardır. Allah uzun ömür versin!
@leylamohubbetqizi8166
@leylamohubbetqizi8166 2 жыл бұрын
AKIF ISLAMZADE SESSIZ DE UNUDULMAZDI., MOHTEWEMDI !!!!!!
@melisa4811
@melisa4811 2 жыл бұрын
Çox mədəni, tərbiyəli istedadlı, səviyyəli, gözəl ifaya malik sənətçimiz Akif İslamzadənin mahnılarını bu günə qədər böyük məmnuniyyətlə dinləyirəm.
@sefersuleymanov7577
@sefersuleymanov7577 2 жыл бұрын
Mənim fikrimcə o cəpəçi olduqu ùçùn xalq artisti adi vermirlər. Còzəl xanəndə còzəl insandir.
@elmiracabarova8387
@elmiracabarova8387 Жыл бұрын
Allah can sağlığı versin böyük sənətkar olub Allah ömür versin, darixmişiq səsi üçün ,😔❤️
@almazagayeva5751
@almazagayeva5751 2 жыл бұрын
Akif İslamzadənin bir mahnısı indiki mugənlilərin 1000 mahnısına dəyər..Allah Akif muəllimə can saglıgı versin.
@qeribana1543
@qeribana1543 2 жыл бұрын
Amin. İnşəAllah 🤲
@leylaleyla5965
@leylaleyla5965 2 жыл бұрын
Mən onu sevirdim, həm ifasını həm də özünü. O vaxtlar biz müğənniləri, aktyorları yalnız efirdə görürdük. Çox səviyyəli və istedadlı müğənnilərimiz var idi daha indiki kimi əxlaqsız və səviyyəsiz deyildilər. Hər nəyləri var idisə də biz bunları bilmirdik. Nə yaxşı! İndi hamısı maraqsız olub, çünki hər şeyləri ortadadır. Allah Akif müəllimdən o gözəl səsini alıb əvəzinə öz sevgisini onun ürəyinə yerləşdirib. Bundan böyük lütf ola bilərmi? Geyiminə gəlincə Azərbaycanda ən stilni ən bahalı geyimi rəhmətlik Yalçın Rzazadə geyinib. Sonra Akif İslamzadə. Hər ikisi çox böyük sənətkardır. Allah Yalçın Rzazadəyə rəhmət etsin! Akif İslamzadəyə isə can sağlığı versin!
@resadbilqeys8469
@resadbilqeys8469 2 жыл бұрын
Heç bir ad xalqın sevgisindən yüksək ola bilməz. Akif bəy bu yüksəkliyi qazanıb. O oxuduğu mahnılara öz möhrünü elə vurub ki, bundan sonra 100 il də oxumasa, seviləcək. Allah Akif bəyə can sağlığı versin!
@redmi-ek8wd
@redmi-ek8wd 2 жыл бұрын
Çox gözəl bir səs.İnsanin ruhu dincəlir. Allah Akif bəyə can sağlığı versin inşaallah
@melahetceferova4437
@melahetceferova4437 2 жыл бұрын
Akif islamzade boyuk senetkardir geyretli kisidir. Ona gore fexri adi yoxdu ki, yaltag deyil.buna hec ehtiyacda yoxdur o onu sevenlerin,deyer verenlerin gelbindedir.ve menim toyumuda o vaxtki sirk restoraninda akif bey aparib.allah can sagligi versin.
@iradaaghayeva2674
@iradaaghayeva2674 2 жыл бұрын
Ölmez senetkarimizin istedadli övladi!!
@hqiqtmirzyeva6734
@hqiqtmirzyeva6734 2 жыл бұрын
Allah sizdən razı olsun Akif müəllim.Qadınlar üçün namus, qeyrət ,onun şərəfidir.Çox sağ olun Akif qardaş.
@nazilehesenova3723
@nazilehesenova3723 2 жыл бұрын
İnsan kimi insan,sənətkar kimi sənətkar, kişi kimi kişi,nəhayət Allaha imanli, təqvali bəndə!!!! Allah ömrünə bərəkət versin,Akif bəy!!!!
@ceyhunaslanov3117
@ceyhunaslanov3117 2 жыл бұрын
Akif İslamzadə əsl sənət anlayanların urəyindədir. Məncə ən böyük ad elə budur!!!!
@arzubabayeva6114
@arzubabayeva6114 2 жыл бұрын
Onu sevənlər üçün yenə oxuyur,səssiz oxuyur və əvvəlkindən də çox sevilir...
@yasmn9184
@yasmn9184 2 жыл бұрын
Allah sizə cansağlığı versin gözəl sənətkarlarımız.
@aygunbabayeva8673
@aygunbabayeva8673 2 жыл бұрын
Gəncliyimin səsi, hər gün mahnıları ilə yaşadığım, mənimçün əlçatmaz bir əfsanə olan əsil sənətkar var olun !!!
@naxaatasadova3602
@naxaatasadova3602 2 жыл бұрын
Он мой кумир до сих пор.эго песни настоящее искусство.не то что сейчас некоторые поют,набор слов.его артистизм ,харизм скромность и голос неповторимо.дай бог ему здоровье.
@zenfiraemrah3473
@zenfiraemrah3473 2 жыл бұрын
🤲🤲🤲🤲☝️
@cmileqasimqizi5550
@cmileqasimqizi5550 2 жыл бұрын
Allah uzun ömür nəsib etsin. İfaları hələdə yadımızdadır
@rhilisgndrova472
@rhilisgndrova472 2 жыл бұрын
Allah canına sağlıq versin.Onun butun mahnıları gözəldir. O səs unudulmazdır
@guneshgiyasbayli9909
@guneshgiyasbayli9909 2 жыл бұрын
Акиф Исламзаде -мой наилюбимейший певец ! Ona fəxri ad verməyənlərin adları yer üzündən silinsin!
@qeribana1543
@qeribana1543 2 жыл бұрын
@@guneshgiyasbayli9909 amin Allah 🤲
@aprelmmmdov4274
@aprelmmmdov4274 2 жыл бұрын
Akif İslamzadə Azərbaycan musiqi sənətinin və estradasının ən görkəmli nümayəndələrindən biri kimi tanınır və sevilir.
@qerenfileminli103
@qerenfileminli103 2 жыл бұрын
Onun ifasında olan mahnıları heç kim onu kimi oxuya bilmir ona can sağlığı arzulayırıq
@MyAlishka
@MyAlishka 2 жыл бұрын
menim sesim cox benzeyir Akif muellimin sesine. Oxuyanda ele bilirler odur oxuyan
@kenanqedirov6464
@kenanqedirov6464 2 жыл бұрын
@@MyAlishka bec niye cxmirsiz üze?
@MyAlishka
@MyAlishka 2 жыл бұрын
@@kenanqedirov6464 üzə çıxsam belə çox çəkməyəcək. Deyəcəklər yamsılayıram. Akif müəllim özü də istəməz. O həmişə yeniliyin tərəfdarı olub.
@sevdazekiyeva5057
@sevdazekiyeva5057 2 жыл бұрын
Oxudugu mahnilari coox gozel ifa edib Hamisinin mohrunu vurub Allah onu bir daha imtahana cekmesin🤲Sara xanimada Allah rehmet elesin🤲yeri cennet olsun🤲
@СолмазГусейнова-ж9о
@СолмазГусейнова-ж9о 2 жыл бұрын
Allah uzun ömür versin. O hər zaman oxuyur - onu anlayanlar üçün.
@tahirezulfiqarova4737
@tahirezulfiqarova4737 2 жыл бұрын
Allah köməyi olsun Çox agır faciədi bir sənətkarın səsinin itirməsi Amma biz Akif bəyi oldugu kimi yəni keçmişi kimi yaddaşımızda qalır Allah can saglıgı versinn amin
@ilqarsukurov1445
@ilqarsukurov1445 2 жыл бұрын
Allah can sağlığı versin gözəl sənətkar oxuduğu mahnılar həmmişə yaşayacaq günahkar Mədəniyyət nazirliyidi ki indiyə qədər ad almayıb Akif İslamzadə xalqın artistidi!
@vurgun7890
@vurgun7890 Жыл бұрын
... Akif İslamzadə Azərbaycanın "qızıl dövrü " hesab olunan o illərin istedadı sənətkarlarındandır... Heyif o illərə, o sənətkarlara, o insanlara.... Təəssüf ki, indi hər şey....
@laleismayilova2570
@laleismayilova2570 2 жыл бұрын
Allah cansağlığı versin Akif bəyə əvezsiz sənətkarımız sizə yazığımız yox heyifimiz gəlir 🤲😞
@x3f599
@x3f599 2 жыл бұрын
Akif İslamzadə səsi Azərbaycan musiqi sənətində təkrarsız səslərdən biridir! Sənətkara can sağlığı uzun ömür arzu edirəm!
@salamsaqol2763
@salamsaqol2763 2 жыл бұрын
Azerbaycanda eh gozel muqeni no more 1
@gulergulgun5195
@gulergulgun5195 2 жыл бұрын
Akif İslamzadə və Sara Qədimova imzasını Azərbaycan musiqisinə yazan sənətkarlardı.
@xyalkdrli.438
@xyalkdrli.438 2 жыл бұрын
Var olun!Yadıma gəlir,Çoban Qara mahnısı.
@cingizeliesger5046
@cingizeliesger5046 2 жыл бұрын
Allah ömr verdin mən onun ifasında bütün mahnıları çox dinləyirəm heyif xox heyif ki səsini itirdi
@cicekcicek7510
@cicekcicek7510 2 жыл бұрын
Amma bir şeyi demədiniz ki , ona xərçəng diaqnozu qoyan həkim erməni imiş. Sən demə xərçəng deyilmiş , adicə polip imiş. Allah can sağlığı versin Akif müəllimə. Az bir müddət sənətdə oldu , amma 100 ilin oxuyanlarından daha çox sevdi xalq onu.
@nailiezimova531
@nailiezimova531 2 жыл бұрын
Sinif yoldaşım olan Akifə Allah can sağlığı, sağlam uzun ömür versin.Amin.
@davud.488
@davud.488 2 жыл бұрын
Sizin neçə yaşınız var xala?
@ТахирМикаилов-ц3н
@ТахирМикаилов-ц3н 2 жыл бұрын
Аллах джан саглыгы версин Акиф гардаша. Лап габаглар мен она джидди йанашмырдым..мен джаван оланда..сонра гордум ки, озумден асылы олмайараг, онун махныларын зумзуме елийирем ве бир де онда гордум ки,бойук бир сенеткары сен деме баша душмемишем ве о гунден олду ен севимли сенеткарым. Инсан кими, киши кими де есил Азербайджан кишисидир.
@nailiezimova531
@nailiezimova531 2 жыл бұрын
Bir yaşdayıq.
@behnazraei4452
@behnazraei4452 2 жыл бұрын
Yüz yaşa Akif ! Ot kökü üstə bitər. Sən əsil ailədən çıxmısan. Sənin şəxsiyyətin əsil türk simvoludur. Fəxr duyuruq səninlə Akif
@aygunhacyeva3532
@aygunhacyeva3532 Жыл бұрын
Gözel sənətkar olmaqla yanaşı, Vetenperver, Mənəviyyatı zeng bir İnsan ❤
@vafacabir8448
@vafacabir8448 2 жыл бұрын
Əvəz olunmaz Akif bəy Allah sizə can saqliqli uzun ömür versin Amin🤲🙏 💖
@АСолдатов
@АСолдатов Жыл бұрын
АКИФ ИСЛАМЗАДА, ГУСЕЙНАГА АДИЕВ И АЛИ МИРАЛИЕВ! ЭТИ ПЕВЦИ В 70 - Х БЫЛИ САМЫЕ ПОПУЛЯРНЫЕ.
@madinarustamova1847
@madinarustamova1847 2 жыл бұрын
Allah can sağlığı versin, o, xalqın xalq artistidir! Heyif, bu gözəl səsə həsrət qaldıq!!!
@nailemeherremova6991
@nailemeherremova6991 2 жыл бұрын
Əfsanəvi sənətkar. Hər zaman qəlbimizdə yaşayırsınız. Siz çox qeyrətli, çox kübar əsilzadə bir bəy əfəndisiniz. Tanrıdan sizə uzun , sağlıqlı ömür diləyirəm.
@surayyaabbasova3370
@surayyaabbasova3370 2 жыл бұрын
Kim deyir ki,Akif İslamzadə oxumur;bəs ürəyimizi titrədən,ruhumuza hopan,hələ də qulaqlarımızda ilahi eşq kimi səslənən o ecaskar musiqilərin səsini eşitmirikmi?!((
@amilrzayev8414
@amilrzayev8414 2 жыл бұрын
Akif İslamzadə böyük sənətkar olduğu qədər də böyük insandır.🇦🇿👍
@kenans184
@kenans184 2 жыл бұрын
Akif İslamzadə səsini itirsə də xalq onu unutmadı , çünki o şəxsiyyətdi.Əsil sənətkara xalq qiymət verir o Xalqln sevimlisidir.
@ayselasadova7526
@ayselasadova7526 2 жыл бұрын
Verlisi elə yerlərdə kəsibsiz ki yarımçıq təsiri bağışlayır bir az tam danışsaydız daha yaxşı olardı
@minayeiskenderova1278
@minayeiskenderova1278 2 жыл бұрын
Ən çox sevdiyim sənətkarlardan biri və birincisidir.Cooox gözəl sənətkardır və həmişə də belə olaraq qalacaq.Tv də verilən bütün konsertlərini oturub izləyər radioda bütün ifalarını dinləyirdim, misli bərabəri olmayan zövq alırdım, elə indi də...❤️👏🌹
@davud.488
@davud.488 2 жыл бұрын
İndi amma kişiləri mavi olan qadınları da naməhrəm yüngül həyat tərzi keçirənlər şou biznesdə əxlaqsızlıq edirlər
@mekadadashova3220
@mekadadashova3220 2 жыл бұрын
Akif İslamzadə 50 ildə oxunacaq mahnılarını cəmləşdirib 10-15 il ərzində ifa edib. Ən yaxşı müğənnilər in belə, bu qədər ifaları olmayıb.
@davud.488
@davud.488 2 жыл бұрын
70-80 ci illərdə bütün bıstəkarlar istəyirdi ki onun mahnılarını Akif İslsmzadə oxusun.çox təəssüf sonu belə gəldi
@maralletifova9710
@maralletifova9710 2 жыл бұрын
Cox duz dediniz , indikileri bezileeru tenbeldir
@muradmemmedli8356
@muradmemmedli8356 2 жыл бұрын
İndidə qulaqlardan getməyib səsi.Bəlkədə Allah belə məsləhət bilib .Təzə uğurlar, təzə günahlar gətirəcəkdi.
@nazimrefiyev7893
@nazimrefiyev7893 2 жыл бұрын
Səsi bulaq səsi kimi tərtəmiz , insanın ruhunu dincəldən , qidalandıran səs. Allah sizə can saglıgı versin gözəl sənətkar AKİF İSLAMZADƏ.
@liveclean8199
@liveclean8199 2 жыл бұрын
Ifa etdiyi mahnıları çox sevirem, son illərdəki milli düşüncələri mahnılarındanda öndədi mənim üçün... Allah belə insalarımızı bizdən əskik etməsin!!!
@aideagayeva1880
@aideagayeva1880 2 жыл бұрын
Uşaqlığımın ən gözəl müğənnisi. Allah sənə can sağlığı versin 🙏❤️🙏
@sekinetalibova4838
@sekinetalibova4838 2 жыл бұрын
Ecaskar sesli INSAN, Allah size uzun ömür versin
@aygunbabayeva8673
@aygunbabayeva8673 2 жыл бұрын
Siz yazığı gəlinəsi yoxx, həsəd aparılası sənətkarsınız !!!
@sakinequluzade1022
@sakinequluzade1022 Жыл бұрын
Çox çox sevdiyim uşaqlıq illərimin sevimli muğənisı eşq olsun can sağlığı arzulayıram həmişəyaşar sənətkar səsin qəlbimdə daima səslənir
@zarifasirliyeva5028
@zarifasirliyeva5028 Жыл бұрын
On
@osmanlrtesevdals5724
@osmanlrtesevdals5724 2 жыл бұрын
Sanat dünyasının Bey efendisi Akif İslamzade🤲🤲🤲🤲🤲
@kenansadraddinov5292
@kenansadraddinov5292 2 жыл бұрын
Onu nə qədər sevdiyimi sözlə ifadə edə bilmirəm.Səsinin vurğunuyam.Heyf bu gözəl səs tez qırıldı,çox heyf.Məncə ona fəxri ad vermək lazımdı.Musiqimizə gözəl töhfə verib gözəl səsiylə.Can sağlığı arzukayıram sənətkara.
@ravanaalesker979
@ravanaalesker979 2 жыл бұрын
Allah omur versin🙏
@afetmusayeva913
@afetmusayeva913 2 жыл бұрын
Hervaxt hörmət etdiyim və səsini sevə sevə dinlədiyim sənətkar .Allah can sağlığı versin .Biz onun mahnılarına biyumusuk
@salamsalamov7784
@salamsalamov7784 2 жыл бұрын
En sevdiyim sesdiAllah size can sağlığı versin bunada şükür 🙏daimi dinleyirik
@seyyareasadova3096
@seyyareasadova3096 2 жыл бұрын
Mən iki ildir televizora baxmır. Siz Akif İslamzadə xosbextsiz. Menim 67 yaşım var,amma bilmirdim adınız yoxdur.Siz xalqın ,milletin mü genisisiz. Bu adı bizim tərəfdən almısız.Bu boş sözler deyil.
@ferhadezimov5613
@ferhadezimov5613 2 жыл бұрын
Mən indidə Akif İslamzadənin mahnılarına qulaq asıram.Allah ona can sağlığı versin
@melahetesedova129
@melahetesedova129 2 жыл бұрын
AKIF BEY ALLAH SIZE CAN SAĢLIĢI OMÙR VERSIN
@leylaaliyeva9081
@leylaaliyeva9081 Жыл бұрын
Unudulmaz,əıvəzolunmaz sənətkarımız
@TTt-tc7zi
@TTt-tc7zi 2 жыл бұрын
Səs yox insan leyaqeine ve şerefine görə imtahan olunacaq in şa Allah!
@fuadabasov9190
@fuadabasov9190 2 жыл бұрын
Mən birdənə bunu bilirəm ki Akif İslamzadə yaltağ deyil təmiz adamdır
@turanturku961
@turanturku961 2 жыл бұрын
Akif müəllim mükəmməl sənətkardı. Kimsə yerini əvəz edənmədi. Allah ömür versin!!!
@nasibaaskerova3770
@nasibaaskerova3770 2 жыл бұрын
Əziz analar, sizi uşaqlar ücün nagillar səhivımə dəvət edirəm cox xoşunuza gələcək 🧚‍♂️🧚‍♂️🧚‍♂️
@tamillaalizade2372
@tamillaalizade2372 2 жыл бұрын
Sənətkar bəli Akif İslamzadəni göstərmək olar. Savad səs mədəniyyət qabiliyyət ziyali mədəniyyətinə malik şəxsiyyətdir.ALLAH sənə can sagligi versin. Hələ də sizin ifaniz unudulmur.İndiki mügənniciklər sənin yaninda yel olub kecə bilməzlər. Gözəl səs möhtəşəm ifa hec zaman unutulmayacaqƏsil sənətkar AKİF İSLAMZADƏ🌺🌺🌺
@novruzovatamam1855
@novruzovatamam1855 2 жыл бұрын
Çox məğrur, tərbiyəli bir sənətkardır. Şou biznes əhli haqqında da əla deyib
@СеймурСеймур-е1л
@СеймурСеймур-е1л 2 жыл бұрын
TƏKRAR OLUNMAZ SƏS ,YÜKSƏK MƏDƏNİYYƏT,ŞƏXSİYYƏT AKİF İSLAMZADƏ SƏNİ ÇOX SEVİRİK!
@pervizabbaszade2666
@pervizabbaszade2666 2 жыл бұрын
Akifin oxumasın heç kim əvəz edə bilməz
@narqizmextiyeva1216
@narqizmextiyeva1216 2 жыл бұрын
Mence Akif Islamzadenin oxudugu,urekleri feht eden manilari nin her birisi onun ucun fexri addir Allah Akif beye can sagligi versin Amin
@ГюляАббасова-й7й
@ГюляАббасова-й7й 2 жыл бұрын
Sara Qəimovanın Akifdən böyük, 1, - ci ailəsindən oğlu olmalıdır, Moskvada yaşayırmış.Akif Ilk oğlu deyil.
@mehmanverdiyev693
@mehmanverdiyev693 2 жыл бұрын
Akif.Bəyin.oxudiqları.bəsimdi.indiki.oxiyanlarım.hamısına.dəyər.Allah.can.saglıgı.versin.
@gunaysherifzade5026
@gunaysherifzade5026 2 жыл бұрын
UNUDULMAZ SENETKAR ESQ OLSUN SIZE AKIF BEY
@zulfiyarasoulzadeh5513
@zulfiyarasoulzadeh5513 2 жыл бұрын
Allah uzun bereketli ömür versin tekrar olunmaz senetkar
@hevvamammadova
@hevvamammadova 2 жыл бұрын
Allah Akif Islamzadeye can sagligi versin ,hayif gozel sesi var idi.Allah sebr versin .
@kemalemusayeva7379
@kemalemusayeva7379 2 жыл бұрын
Akif İslamzadə mahnıları yaxşı oxuyub.qoy İSA Məsihe milletimiz İman edib Xilas olsunlar🙏💗
@beyazehmarova5236
@beyazehmarova5236 2 жыл бұрын
Akif bəy, sizin bütün ifanızın vurğunuyam ən çox sevdiyin ala gözlüm mahnısıdır yorulmuram dinləməkdən Allah qorusun sizi ömrünuz uzun olsun
@aidmikaylova4774
@aidmikaylova4774 2 жыл бұрын
Akif islamzadə əfsanəvi sənətkar .o xalqınin fəxridi Allah ona can saglıgı versi biz orta yaslı nəsil onun mahnılarıyla boyumuşuk.
@dsdssshsjs1338
@dsdssshsjs1338 2 жыл бұрын
Akif bey gözel senatkarımız keçen gunleri qaytaraydilar gelen gunlerimi qurban vererdim bugunku gunler uçun oxumusan size çan saqlıqı uzun ömur arzu edirem
@rhilagayeva3449
@rhilagayeva3449 2 жыл бұрын
Akif İslamzadə can sağlığı uzun ömür arzulayıram Ona fəxri ad verilməsə də O Xalqın Artistidir Ən uca adlara layiqdir Hər bir Azərbaycanlı mənimlə razıdır əlbətki
@nusabememmedova9408
@nusabememmedova9408 2 жыл бұрын
Akif İslamzadə əvəzi olmayan işıqlı və müdrik insandır ! Səsi ilə dünyanı riqqətə gətirir . Hamı bu ölkədə şahiddir ki hər şey rüşvətlə həll olunur . Allah ona fərqli bir səs bəxş edib . Bənzərsiz səslə ifa olunan mahnıları əsrlər boyu populyarlığını itirmir . Allah ona uzun ömür ,can sağlığı versin ! Onun bir zamanlar ifa etdiyi musiqiləri elə bil yeni ifalardır . Qaldı ki fəxri adlara heç Xan əminin də fəxri adı olmayıb .
@Hikmet_Musayev
@Hikmet_Musayev Жыл бұрын
☝️CƏNAB AKİF BÖYÜK ADAMDIR.BÖYÜK MÜĞƏNNİ OLUB !
@qarabagazrbaycandr8635
@qarabagazrbaycandr8635 2 жыл бұрын
Brilyant Dadaşovanı ilk defe efire çıxaran Akif idi Brilyant həyəcandan yeriyə bilmirdi Akif onun əlindən tutmuşdu Akifin sesi çox gözəl idi Akifin Faiq kimi tibb prişofessoru qardaşı var Sesi gözəl qardaşımız sənin səsin unudulmazdlr
@susanapoladov261
@susanapoladov261 2 жыл бұрын
Tələbə idim.Yeni dərs ili başlayirdı. RAYONDAN Bakıya qədər hec vaxt dinləmədiyim bu səsi dinlədim. Başqa bir dünyada idim sanki.... Hamıya dostlara yaxınlara Ona bir qulaq asın dedım....Bu Akifin səsi idi.... Ecazkar....Düşündürən...Vuruldum bu səsə və hamıya sevdirdim....Yaşa gəzəl insan......1980- 2022
@asyamustafayeva7162
@asyamustafayeva7162 Жыл бұрын
Allah Can sağlığı versin.Unudulmayan Səs və unudulmayan Şəxsiyyət.
@vefahidayetova731
@vefahidayetova731 2 жыл бұрын
Heyif sennen heyif sizin o gozel sesinizden Akif muellim, yaxsiki men o sesi esitmisem , men siz oxuyanda 13-14 yasinda olardim
@ulviyykrimova5486
@ulviyykrimova5486 2 жыл бұрын
Kaş, Akif İslamzadə mədəniyyət nazirimiz olsun🙏 ən azı televiziya rəhbərimiz olsun🙏 Bəlkə efir biabırçılıqlarımıza son qoyular !
@rashidaliyev2080
@rashidaliyev2080 2 жыл бұрын
O teltifsizde xalq artistidir gizel hezin ses teqdimata gore sag olun
@siyasetcabbarova5799
@siyasetcabbarova5799 2 жыл бұрын
Akifin özüdə,səsi də həmişə yaşayır,neçə illər jeçsədə
@ceyhun8558
@ceyhun8558 Жыл бұрын
Akif İslamzadə elə əsl XALQ artistidi!!!
@kamilbilov2527
@kamilbilov2527 Жыл бұрын
AKİF İSLAMZADƏ BÖYÜK SƏNƏTKARDIR
@shukufeseferova8198
@shukufeseferova8198 2 жыл бұрын
Heyiflər olsun onun səsindən.Bacısı Zenfira müəllimə mənə dərs deyib
@WellStar666
@WellStar666 Жыл бұрын
Akif Islamzade - bu ad Azerbaycan xalqinin ureyine yazilib. Bu ise her bir insana nesib olmayan bir arzudur.
@bahddinisgendrov2763
@bahddinisgendrov2763 2 жыл бұрын
Unudulmaz sənətkarımız! 😘 hər zaman ifalarını sevə- sevə dinlədiyim gözəl sənətkar hər zaman qəlbimdəsiz 🙏🤲
@metanethuseynova4262
@metanethuseynova4262 Жыл бұрын
ALLAH AKİF İSLAMZADƏYƏ CAN SAĞLIĞI VERSİN. AMİN
@sevilrustmova6209
@sevilrustmova6209 Жыл бұрын
Dahi şəxsiyyət, gözəl sənətkar
@cavahirabasova5564
@cavahirabasova5564 8 ай бұрын
Akif İslamzadə ,ad alanlardan daha cox sevilir,
@Ilhamezimova
@Ilhamezimova 7 ай бұрын
Akif Islamzade xalqin- menim mugennimdi.
@kenanmemmedov2971
@kenanmemmedov2971 2 жыл бұрын
Akif islamzadenin sesin vurgunuyam
@biana8014
@biana8014 2 жыл бұрын
Çox sevilən birisiniz Akif müəllim .Anam 1959 cu ildəndir .O həmişə sizə qulaq asır.biz də ona görə sizi sevirik
@davud.488
@davud.488 2 жыл бұрын
Bravo Biana qardaş
@azeragayev2066
@azeragayev2066 2 жыл бұрын
Kisi adamdir yaltag deyil .Esil Azerbaycan kisisi. Herkesin ureyinda olan Akif bey
@aykataqieva6180
@aykataqieva6180 2 жыл бұрын
Bir zamanların yox,elə indiki zamanın da ən sevilən ,ən səviyyəli Sənətkarıdı Akif İslamzadə.İndiki gic gic oxuyan müğənniciklərə "Sənətkar" deyirsiniz.Akif İslamzadəyə sənətçi...Əsil Sənətkar adı elə ona layiqdi.1 az düşünün sonra danışın hörmətli aparıcı.
Həsənağa Turabovun polis rəisi olan oğlunu niyə güllələyiblər?
10:12
Как подписать? 😂 #shorts
00:10
Денис Кукояка
Рет қаралды 8 МЛН
Akif İslamzadə - Alagözlüm (Neyləyim)
5:29
Akif İslamzadə
Рет қаралды 147 М.
NAİLƏ İSLAMZADƏ ƏSLİNDƏ KİMDİR?
4:24
AZnews
Рет қаралды 114 М.