Рет қаралды 108
Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) rəisi general-leytenant İlqar Musayev Xidmətin bir qrup əməkdaşları ilə birlikdə SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) rektoru və müəllim heyəti ilə görüş keçirib. SOCAR-ın Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov qonaqları Universitetlə yaxından tanış edib, universitetdə tədris edilən ixtisaslar, informasiya texnologiyaları və kibertəhlükəsizliklə bağlı həyata keçirilən yeniliklər və layihələr barədə məlumat verib. XRİTDX-nın nümayəndələri Universitetin maddi-texniki bazası, burada fəaliyyət göstərən İKT laboratoriyaları, “İnformasiya texnologiyaları” kafedrası, real dərs mühiti, tələbələrin təhsil şəraiti ilə tanış olublar.