No video

XXI əsrin kolonist Fransası-Yeni Kaledoniya xalqı azadlıq mübarizəsində

  Рет қаралды 86

Azerbaijan Realities

Azerbaijan Realities

Күн бұрын

Fransa XXI əsrdə kolonial siyasətini davam etdirir. Hələ də dünyada kifayət qədər müstəmləkə ərazilərinə malik olan Fransa Yeni Kaledoniya, Fransız Polineziyası, Fransız Qvianası, Martinika və Qvadelupa kimi dənizaşırı əraziləri, habelə Korsikanı müstəmləkə torpaqları qismində öz nəzarəti altında saxlayır. Son günlər Sakit Okeanda yerləşən Yeni Kaledoniyada vəziyyət yenidən kəskinləşib. Yerli əhalinin müstəqillik təşəbbüsünü qırmağa çalışan Fransa hökuməti hər cür amansızlığa imza atır. Keçən əsrin 80-ci illərindən etibarən Yeni Kaledoniya sakinləri azadlıq mübarizəsi aparır və Fransa müstəmləkəçiliyindən canını qurtarmağa çalışır. Dəfələrlə keçirilən referendumlar Fransadan təyin olunmuş idarəçilər tərəfindən saxtalaşdırılıb və məhz bu yolla Fransa yerli əhaliyə azadlıq verməkdən imtina edib. Yeni Kaledoniya öz müstəqilliyini elan etmək üçün sonuncu dəfə 2020-ci ildə referendum keçirdi. Referendum iştirakçıları müstəqilliyin lehinə səs versələr də Fransa hələ də bu qərarı tanımır. Hətta daha da irəli gedərək mövcud olan konstitusiyaya düzəlişlər edərək yerli əhali olan kanakların müstəqillik arzularını tamamilə boğmağa çalışır. Belə ki, sözgedən düzəlişlərin nəticəsində Yeni Kaledoniyada 10 ildən çox yaşayan fransızlar səsvermə hüququna malik olacaq. Bu da yerli əhalinin diskriminasiyasına gətirib çıxarır. Yeni Kaledoniya Konqresi Fransanı düzəlişi geri götürməyə çağıran bir qətnamə qəbul edib və təklif qəbul edilmədiyi üçün yerli əhali etirazlara başlayıb. Etirazların miqyasının artmasından qorxan Fransa hökuməti Yeni Kaledoniyaya ordu yeritməyə başlayıb. Bu isə yerli əhalini soyqırımı təhlükəsi ilə üz-üzə qoyur. Fransa bu addımını davam edən iğtişaşlar səbəbindən dəniz limanlarını və aeroportları qorumaq adı altında pərdələyir. Artıq azadlıq uğrunda uzun illərdir mübarizə aparan kanaklardan 10 nəfəri qətlə yetirilib, yaralıların sayı 200-ü keçib.
Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə müstəmləkə siyasətinə qarşı sərt mövqeyi, insan hüquq və azadlıqlarını dəstəkləməsi, mənfur kolonial siyasətini hələ də yürüdən rəsmi Paris üçün əsaslı zərbə oldu. Bakı Təşəbbüs Qrupu da Fransa tərəfindən etirazçıların həbs olunması və mülki şəxslərə zorakılığın tətbiq olunması ilə bağlı bəyanat yayıb. Fransadan bu hərəkətlərin dayandırılması tələb olunub. Bakı Təşəbbüs Qrupu kanak dostlarımızla həmrəyliyimizin olduğunu, Azərbaycanın həmişə onların yanında olacağını bildirib.
Dünyaya demokratiya dərsi verməyə çalışan Fransanın öz müstəmləkəsində saxladığı, hər zaman əzib, sömürdüyü dövlətlər artıq haqq savaşı üçün ayaqlanmağa başlayıblar. Unutmaq olmaz ki, bəşəriyyət tarixində mövcud olan ən qanlı soyqırımların müəlliflərindən biri Fransadır. Haqq-ədalətdən danışacaq ən sonuncu dövlət Fransadır.

Пікірлер: 6
@user-bi2nl8ww9j
@user-bi2nl8ww9j 3 ай бұрын
Azərbaycan hər zaman haqq və ədalətin tərəfindədir! Yei Kaledoniya xalqının azad yaşamağa haqları var!
@metlebmikayilov1365
@metlebmikayilov1365 3 ай бұрын
Fransa XXI əsrdə hələdə müstəmləkəçilik siyasətini davam etdirir. Zənnimcə bu mübarizənin soni Yenikelodoniyanın müstəqqilliyi ilə bitəcək
@user-ew4xu3hh9o
@user-ew4xu3hh9o 3 ай бұрын
Fransa təkcə müstəmləkəçilik siyasəti ilə deyil eyni zaman da Cənubi Qafqaz da Azərbaycan - Ermənistan arasında gərginliyin pik həddinə çatmasının başlıca amilidir, Yeni - Kaledoniya hər bir dövlətin haqqı olan azadlığını istəyir Fransa isə onlara qarş bir qul kimi davranıb Avropada özünü sülhün keşiçcisi adlandırır bu nə qədər düzgündür?
@yunusibrahimov7939
@yunusibrahimov7939 3 ай бұрын
fransa elə bilir ki, orta əsrlərdir və necə istəyir o cür hərəkət edə bilər, amma artıq o vaxtlar deyil, fransa 21ci əsrdə Yeni Kaledoniyanı qula çevirə bilməz
Frank Şvabe: “Bu seçki yox, seçki haqda kino idi”
8:24
AzadliqRadiosu
Рет қаралды 9 М.
Just Give me my Money!
00:18
GL Show Russian
Рет қаралды 990 М.
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 91 МЛН
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 46 МЛН
Мы сделали гигантские сухарики!  #большаяеда
00:44
Lalə Məmmədova ilə AZTV XƏBƏR (16:00) | 06.09.2024
21:05
AZTV Xəbər
Рет қаралды 6 М.
My North Korean Holiday: The Funniest / Worst Place on Earth?
55:10
Show Me the World
Рет қаралды 4,6 МЛН
Baku TV - Canlı yayım 06.09.2024
Baku TV
Рет қаралды 63
Xalqa xidmət, dövlətə sədaqət missiyası
4:28
Azerbaijan Realities
Рет қаралды 64
Just Give me my Money!
00:18
GL Show Russian
Рет қаралды 990 М.