Özüm üçün darıxmışam - İlqar Kamil

  Рет қаралды 27,832

Namig Bayramov

Namig Bayramov

7 жыл бұрын

Səsləndirən Namiq Bayramov
Ən böyük xəyalı
böyümək olan özüm üçün darıxmışam...
Böyüdüm, kiçilmək istədim,
uşaqlaşmaq
yenə də uşaqlar kimi qəhqəhə çəkib
ürəkdən gülmək istədim...
Ən böyük istəyi
doyunca oynamaq olan özüm üçün
darıxmışam
oynaya-oynaya böyüdüm
anladım ki özüm də bir oyuncaqmışam
Fil olub piyadaları sıradan çıxarmağıma
qürrələnərkən -
Şahmatdakı kimi -
qüdrətli bir əlin oyuncağı olduğunu
anlamamışdım...
Ən ağır dərdi
yatmaq olan özüm üşün darıxmışam...
Böyüdüm,
saxta laylalar belə yuxuya verdi məni
Elə dərindən yatdım ki
həyatın ən səs-küylü zəngləri belə oyada
bilmədi
yatdım, qaldım
yox, yox, işə deyil, həyata gecikdim...
Ən böyük xəyanəti
dərsdən qaçmaq olan özüm üçün
darıxmışam...
İlk qaçışım çətin oldu,
yadımdadı
Dərs mənə tərs gəldi
qaçdım
indi həqiqətlərdən qaçdığım kimi...
Ən böyük cinayəti
qənddandan qənd oğurlamaq olan özüm
üçün darıxmışam
Şirinlərdən xeyir gəlmədi heç zaman,
marça-marçla yediyim qəndlər dişlərimi
çürüdüb, tökdü
günahı siçanın boynuna atdı atam,
anam...
Ən böyük qorxusu
üst-başını bulamaq olan özüm üçün
darıxmışam
anamdan elə qorxardım ki...
Böyüdüm, ruhumu buladım
anam dinmədi
dinə bilmədi
dindi, bilmədim
ölmüşdü...
Ən qəddarlığı
həyətdəki pişiyin ayaqlarını
biri-birinə bağlamaq olan özüm üçün
darıxmışam
Elə məsum günahlarım var idi ki...
Böyüdüm
günahlarım ayaqlarımı bağladı
haqqa doğru gedə bilmədim...
Darıxmışam
Illər öncə itirdiyim
o sevincli üzüm üçün darıxmışam
Sənin üçün məndən gedən
Səndə qalan özüm üçün darıxmışam...
Darıxmışam...
...Doğularkən ağlayırmışam deyərdi anam
Sənə mənim öyrətmədiyim yeganə şey
ağlamaqdı deyərdi...
Gülməyi isə sonradan mənə həyat öyrətdi
Və mənim ilk öyrəndiyim saxtakarlıq gülmək
oldu...

Пікірлер: 15
@Dolunay.41
@Dolunay.41 2 ай бұрын
Özümmm üçün darixmişam😢😢
@jalrsulova9188
@jalrsulova9188 6 жыл бұрын
Ancaq bu qədər olardi icimdeki duygulari ifade etmək.
@gulbanizjafarova8131
@gulbanizjafarova8131 6 жыл бұрын
Sözlər mükəmməldi
@oscarkody2753
@oscarkody2753 2 жыл бұрын
Sorry to be so off topic but does any of you know of a way to get back into an instagram account..? I was stupid lost my login password. I love any help you can offer me!
@minababayeva871
@minababayeva871 4 ай бұрын
Heyetdeki pisiyin ayaqin bagladiqin ucun yaxsi usaq olmamisan ele ne yaxsiki boyumusen
@gulnarimamquliyev6794
@gulnarimamquliyev6794 2 жыл бұрын
nə vaxt gülmüşdüm yadıma gelmir doğrusu
@nlananasb
@nlananasb 2 жыл бұрын
Özüm Üçün Darıxmışam
@hilalerecebova2615
@hilalerecebova2615 8 ай бұрын
Özüm üçün çox darıxmışam
@ilqartural8701
@ilqartural8701 6 жыл бұрын
😢😢😢😢
@hesenaliyev6471
@hesenaliyev6471 6 жыл бұрын
Cox Gozel
@user-sv5bc9gi7l
@user-sv5bc9gi7l 2 жыл бұрын
Гехгехейе соз ехдур. Гехгехе вар.
@Haci_Rafail_Abbasov
@Haci_Rafail_Abbasov 5 жыл бұрын
👍
@user-tw5xq1ed8p
@user-tw5xq1ed8p 2 жыл бұрын
❤️
@teacher373
@teacher373 5 жыл бұрын
👍🏻 fon musiqisinin adını deyə bilərsiniz mi?
Yaşamaq sənəti | Yazıçı, psixoloq İlqar Kamil
13:55
BilMag TV
Рет қаралды 2,5 М.
Anar Atakishi - Darıxmışam   / Günel Balakişi - şeiri /
3:01
Anar Atakhishi
Рет қаралды 48 М.
КАК ДУМАЕТЕ КТО ВЫЙГРАЕТ😂
00:29
МЯТНАЯ ФАНТА
Рет қаралды 9 МЛН
Smart Sigma Kid #funny #sigma #comedy
00:26
CRAZY GREAPA
Рет қаралды 12 МЛН
Looks realistic #tiktok
00:22
Анастасия Тарасова
Рет қаралды 105 МЛН
Emin Sabitoğlu - "Ölsəm...bağışla" (Fuad İbrahimli)
2:15
Fuad İbrahimli
Рет қаралды 3,9 МЛН
Hacı Ramil ürek dağlayan sözleri Əbəlfəz ağa _2020
14:40
Hz Ebelfez Asiqi
Рет қаралды 240 М.
Sevinc ÇILĞIN - Özüm üçün darıxıram... (sheir)
1:42
Sevinc Chilgin Çılğın
Рет қаралды 1,4 М.
Nefes & Samir - Darixmaq oldurur meni (derdin bir ayri yandirir)
10:46
Asif Məhərrəmov - Sənsiz Elə Darıxıram (Şeir)
5:25
Asif Meherremov Official
Рет қаралды 548 М.
İlqar Kamil. Ibn Sinanın eksperimental nevrozu haqda
34:48
Vasya Vasya
Рет қаралды 367
TAR Solo - Ay ishiginda (expromt)
7:23
Rashad Hasanzada
Рет қаралды 4,5 МЛН
Pranga - "Sən Gəlməz Oldun"
4:51
Pranga
Рет қаралды 7 МЛН
Xəzər Süleymanlı-SƏNİN ÜÇÜN DARIXMIŞAM
2:46
Xəzər Süleymanlı
Рет қаралды 194 М.
Rübabə Muradova - Unuda bilmirəm (sözləri/lyrics)
5:14
39lyrics
Рет қаралды 1,3 МЛН
КАК ДУМАЕТЕ КТО ВЫЙГРАЕТ😂
00:29
МЯТНАЯ ФАНТА
Рет қаралды 9 МЛН