Özündən 11 yaş kiçik oğlanla evlənən, pişiyinə elçi gedən Nəsibə Zeynalova - Bilinməyən faktlar

  Рет қаралды 169,686

Kulisaz

Kulisaz

Күн бұрын

Nəsibə Cahangir qızı Zeynalova 20 aprel 1916-cı ildə Bakıda anadan olub. Onun atası həm tanınmış tacir, həm də aktyor Cahangir Zeynalov olub. İlk və yeganə övladı olanda arzu edib ki, qızı onun sənətini davam etdirsin. Ancaq bu arzusunun gerçəkliyini görmək ataya nəsib olmayıb. 1918-ci ilin mart ayında erməni daşnakları Bakıda kütləvi qırğınlar törədəndə Cahangir Zeynalov ailəsi ilə İrana yollanıb. Sentyabrda Bakıya qayıdanda gəmidə yatalaq xəstəliyinə tutulan Cahangir Zeynalov qısa müddətdən sonra rəhmətə gedib. Atası dünyasını dəyişəndə Nəsibənin iki yaşı olub.
Aradan 2-3 il keçəndən sonra Azərbaycanda sovet hökuməti qurulur və Cahangir Zeynalovun mülklərini, bütün sərvətini müsadirə edirlər. Anası ilə tək qalan Nəsibəni o boyda mülklərdən çıxarıb, zirzəmiyə yerləşdirirlər. Bundan sonra ailənin çətin, məşəqqətli günləri başlayır. Sonralar Hüsniyyə xanım yenidən ailə qurur. Amma ikinci dəfə ailə qurduğu adam nadürüst insan olur. Evdə olan bir neçə dəyərli əşyanı da satır, Cahangir Zeynalovun bütün şəkillərini, ona aid olan bütün sənədləri yandırır. Bəhanə gətirir ki, bunlar hökumətin əlinə keçsə, Hüsniyyə xanım, balaca Nəsibə üçün pis olar
İndiki şahmat məktəbinin yerində Nəsibə xanımın atası Cahangir Zeynalovun mülkü olub. Cahangir Zeynalov teatrı çox sevən, xeyriyyəçi insan olub. 40 otaqdan ibarət mülkünün 250-300 nəfərlik böyük zalında teatr səhnəsi qurub. Dövrünün sənət adamlarına həmişə dəstək olub. Məşqləri nahar vaxtına salarmış ki, aktyorlar yemək yesinlər. Yeməkləri də məxsusi olaraq həyat yoldaşı Hüsniyyə xanım bişirərmiş. Cahangir Zeynalov xanımına deyirmiş ki, yeməkləri sən bişir, savabdır. Qızlar Gimnaziyasının şagirdləri üçün xüsusi çantalar tikdirib içərisinə qızıl pul və lazımi sovqat qoyarmış. Həmin çantaları Hüsniyyə xanım özü tikərmiş. Cahangir Zeynalov deyərmiş ki, sən öz əllərinlə tik, xidmətçiləri, qaravaşı buyurma. Çünki bu uşaqların çoxu yetimdir, onlara kömək eləməyin savabı böyükdür.
Atası dünyasını dəyişməzdən əvvəl Hüsniyyə xanıma vəsiyyətində deyib ki, mənim şəklimi böyüdərsən. Çünki Nəsibə atasını görməyib. Nəsibəni oxut, cahil olmasın.
Atasını dünyasını dəyişəndən sonra onların ailəsində çətin günlər başlayır. Aktrisa özü müsahibələrinin birində deyir: “Atam rəhmətə getdi, anam da bir savadsız qadın idi, bir müddətdən sonra evdə hər şeyi satıb qurtardıq, qaldıq ac-susuz”. Ailəyə köməklik göstərmək üçün Nəsibə Zeynalova gənc yaşlarından zavodlardan birində fəhlə işinə düzəlir. Bir müddət sonra isə o, anasını da itirir. Günlərin birində Şəmsi Bədəlbəyli onun istedadını zavodun özfəaliyyət dərnəyinin çıxışında görür və Nəsibəni Musiqili Komediya Teatrına işə götürür. Onun köməkliyi ilə Nəsibə xanım Bakı Teatr Texnikumunu da bitirir.
Aktrisa öz nəvəsi Nəsibəni qızlığa götürüb. Nəvəsi müsahibələrinin birində deyir: Nənəmin adını daşımağımın maraqlı tarixçəsi var. Mən martda doğulmuşam. Əvvəl istəyiblər ki, adımı Bahar qoysunlar. Amma nənəm deyib ki, yox, mənim qızım yoxdur. Nəvəm əvvəlcə mənim qızım olacaq. Sonra da öz adımı ona verəcəm. Nənəm sözlə kifayətlənməyib. Məni sənədlə də öz qızı edib. Beləliklə, mən şəxsiyyət vəsiqəsində Cahangir qızı yox, Mütəllim qızıyam.
Nəsibə xanım nəvəsinə qarşı çox sərt olub. Onu ad günlərinə, son zəngə buraxmayıb. Bir dəfə isə Nəsibə xanımdan icazəsiz sinif yoldaşının ad gününə getsə də, Nəsibə xanım nəvəsinin ardınca məktəbə gələrək onu ad gününə getməyə qoymayıb, evə aparıb.
Nəsibə xanım ömrünün son günlərində gəlinindən halallıq istəyərək deyib: Elnarə, Allah sənə cansağlığı versin. Sən ki, mənə və Cahangirə dözmüsən, kişi adamsan.
Xasiyyəti ağır idi və çox tələbkar insan idi. Nəsibə xanım evdə, ailədə, işində, sənətində özünə və ətrafına qarşı çox tələbkar idi.
Nəsibə xanım 65 il teatrda çalışıb. Amma son illərdə teatrdan inciyir. Musiqili Komediya Teatrından ayrılır. Həmin dövrdə qoyulan tamaşalar ona uyğun olmur. Üstəlik Nəsibə xanıma qarşı bəzi xoşagəlməz hərəkətlər də olur
Aktrisa ömrünün son günlərində teatr üçün çox darıxaraq deyirmiş: "Heyf, Allah mənə möhlət versəydi, sağlamlığım yerində olsaydı, yenə də oynayardım". Davamı "Kulis"də...

Пікірлер: 151
@Kedicik-u4d
@Kedicik-u4d 3 жыл бұрын
Gözəl sənətkar idi səhnəmizin belə sənətkar bir daha gəlməyəcək Allah rəhmət eləsin Amin
@MenemTurk100
@MenemTurk100 3 жыл бұрын
Sehnemizin qaynanasi!!! Allah rehmet elesin!!!
@pitbulpitbul5050
@pitbulpitbul5050 3 жыл бұрын
Nesibe xanim gozel insan idi.Atasi Cahangir bey Bakinin adli sanli adamlarinnan olub.Gor nece kishiler olub o vaxti..Allah rehmet elesin
@ДиП-ф1щ
@ДиП-ф1щ 3 жыл бұрын
Бели
@ussr7613
@ussr7613 3 жыл бұрын
Gözəl insan, gözəl sənətkar, ALLAH rəhmət eləsin
@sudabakhalig7
@sudabakhalig7 3 жыл бұрын
Böyük sənətkar idi Nəsibə xanım ! Allah rəhmət eləsin, yeri behişt olsun!
@mirseymurramz5986
@mirseymurramz5986 3 жыл бұрын
Узбекистандан аташин саламлар улсин Азербайджан халкина!!! Жаннат халани бизда билерэк!!! Аллах рэхмат эйласин макани жаннат улсин🙏🙏🙏🙏🙏
@xatixalil5713
@xatixalil5713 3 жыл бұрын
Kaş ki, Nəsibə xanım kimi sənətçi bir də gələ bu dünyaya
@arzuhesenova2854
@arzuhesenova2854 3 жыл бұрын
Evezsiz aktrisaydi birde belesi gelmeyecek
@lnaraosmanova4283
@lnaraosmanova4283 3 жыл бұрын
Düzdü olmuyacaq. Amma men türk aktrisani Qupse Ozayı Nesibe xanima benzedirem. Onun kimi her rola gire bilir,yaşlı,cavan,delı ,çılğın.
@zeynebxanmabdulay2341
@zeynebxanmabdulay2341 3 жыл бұрын
Allah rəhmət eləsin seni böyük cenetkarımız Nəsibə xanım. Səndən bir daha doğulmayacaq. Ruhun şad olsun. Amin YA REBBİM 🤲🤲🤲😔
@ikidovltbirmillt9029
@ikidovltbirmillt9029 3 жыл бұрын
Pişikləri sevdiyinə qayğı göstərdiyinə görə gözəl qəlbli mərhəmətli olduğu görünür.Nəvəsinə övladı kimi baxıb buda gözəl yüksək ana olduğunu göstərir.Allah rəhmət eləsin gözəl sənətkar oyunçu olub ölməz tamaşa və oyunların sahibi olubki buda onu xalq arasında yaşadacaq.
@nurlaneliyev2835
@nurlaneliyev2835 3 жыл бұрын
Allah rəhmət etsin, əvəzolmaz sənətkardır ,yeri hər zaman görünür .
@cavideliyev9004
@cavideliyev9004 3 жыл бұрын
Аллах сизе рехмет еласин!!! АМИН!!! Йохса индики актирисаларкими лут сехная чыхылар
@qafqazoguzov9756
@qafqazoguzov9756 3 жыл бұрын
Allah rehmet elesin bele gozel senatkarlar unudulmaz
@Hüseyn20145
@Hüseyn20145 3 жыл бұрын
Allah rəhmət eyləsin Amin
@nurbayramzadeh4974
@nurbayramzadeh4974 3 жыл бұрын
Gözəl aktirasa idi ALLAH rəhmət eləsin
@allahnbndsi8743
@allahnbndsi8743 3 жыл бұрын
Böyük sənətkar NƏSİBƏ ZEYNALOVA ALLAH rəhmət eləsin
@БЯНИЗСАФАРЛИ
@БЯНИЗСАФАРЛИ 3 жыл бұрын
Дахи сенеткарымыз Аллах сизе гени гени рехмет елесин.Сиз хемише бизим урейимизде йашайачагсыз.🥀🥀
@АсяСейидова
@АсяСейидова 3 жыл бұрын
Аллах рехмет елесин меканы дженнет олсун Несибе ханым!
@naileelesgerova963
@naileelesgerova963 3 жыл бұрын
Həyat yoldaşı - Mütəllim müəllim də çox yaxşı insan olub, Allah rəhmət eləsin. Amin !
@sariyevas518
@sariyevas518 3 жыл бұрын
Allah sene Rehmet etsin Böyük Senetkar!🤲🏻😢
@АняМамедова-п3г
@АняМамедова-п3г 3 жыл бұрын
Аллах Рахмат еласин бизим севимли актирасымыз
@zulfiyyeibrahimova5588
@zulfiyyeibrahimova5588 3 жыл бұрын
Bir də belə sənətkar ola bilməz
@yavribrahimov3007
@yavribrahimov3007 3 жыл бұрын
Allah rəhmət eləsin məkanı cənnət olsun Gözəl sənətkarın
@справедливыйЧеловек-й7т
@справедливыйЧеловек-й7т 3 жыл бұрын
Аллах рехмет елесин. Йахшы сенеткар иди
@shahlahusseinova6699
@shahlahusseinova6699 3 жыл бұрын
Senet aleminin GELIB GETMIS en gozel Aktrisasi,XANIM XATIN INSANI NESIBE ZEYNALOVA ALLAH SIZE geni-geni rehmet elesin mekaniniz cennet olsun insallah
@mehmanb.1242
@mehmanb.1242 3 жыл бұрын
ALLAH RƏHMƏT ETSİN sizə Nəsibə xanım... 🥀🥀
@gultakingadirova6448
@gultakingadirova6448 3 жыл бұрын
Allah rehmet eylesin. Onun kimi aktrisa yoxdur ve cetin olsun
@alimammadxanov9715
@alimammadxanov9715 3 жыл бұрын
Nesibe kimi aktyor cetin olsun.Allah ona rehmet elesin.
@arzualiyeva4859
@arzualiyeva4859 3 жыл бұрын
Əvəzedilmez senetkar Allah rehmet elesin
@rozanuriyeva2509
@rozanuriyeva2509 3 жыл бұрын
ALLAH RƏHMƏT ELƏSIN !!!ONA BƏRABƏR OLAN AKTRISA YOXTUR !!!!!
@fuadshukurov7926
@fuadshukurov7926 3 жыл бұрын
Аллах рехмат еласин..🤲🙏
@goldtelecom8313
@goldtelecom8313 3 жыл бұрын
Belə bir insan heç vaxt dünyaya gəlməyəcək. Heyif....
@ШахларАлиев-п3ю
@ШахларАлиев-п3ю 3 жыл бұрын
Nur içində yatsın gerçək sanatçı hərzamanın starı.yeri doldurulamaz insan Nəsibəmiz🙏
@РАФИГМАМЕДОВ-о9з
@РАФИГМАМЕДОВ-о9з 3 жыл бұрын
Аваз олунмаз санаткар аллаг рахмат ейласин
@zulfiyyagadadasova663
@zulfiyyagadadasova663 3 жыл бұрын
Allah seni cennet ile mukafatlandorsin seni Cox sevirik ezisimiz
@mirasur1059
@mirasur1059 3 жыл бұрын
GÖZEL INSAN ,SENETKAR,ALLAH REHMET ELESIN🤲🤲🤲💖💐
@F6f77g7
@F6f77g7 3 жыл бұрын
Allah rəhmət eləsin ruhu şad olsun əvəz olunmaz sənətkarımızın
@zeynalova03
@zeynalova03 3 жыл бұрын
Hayıf...
@mehrimehdiyeva8770
@mehrimehdiyeva8770 3 жыл бұрын
Allah rəhmət eləsin Nəsibə xanım cox gözəl insan idi ruhu şad olsun
@QuL2121
@QuL2121 3 жыл бұрын
Ruhun şad olsun evezolunmaz sənətkar
@ekberovazeyneb5486
@ekberovazeyneb5486 3 жыл бұрын
Алах рахмат еласин козал санткар иди бела санаткарлар 100 илда бир олур
@КатяКатя-х3щ
@КатяКатя-х3щ 3 жыл бұрын
Allah rehmet eylesin, xeyriyeci boyuk insan gozel urey sahibi
@sehlailyasova3957
@sehlailyasova3957 3 жыл бұрын
vallah men xecalet çekirem bu söhbete . axı onu xalq sevir Azerbaycanın evezedilmez senetkarı onu evez eden senet adamı varmı ? allah ona rehmet eyleye.
@seyareseyare9182
@seyareseyare9182 3 жыл бұрын
Allah rəhmət eləsin Amin Amin Amin Belə insanlar indi yoxdur hec olmayacaqda
@tehmineeliyeva1543
@tehmineeliyeva1543 3 жыл бұрын
гозал санаткар Аллах рахмат еласин
@ИлькинСадыхов-ъ8т
@ИлькинСадыхов-ъ8т 3 жыл бұрын
Allah rehmet elesin...
@eliqnbrov7464
@eliqnbrov7464 3 жыл бұрын
Allah razi olsun
@teranehaciyeva2195
@teranehaciyeva2195 3 жыл бұрын
Allah rəhmət eləsin, daim qəlblərdə yaşayacaq.
@firdosiismayilov8384
@firdosiismayilov8384 3 жыл бұрын
GÖZƏL XANIM istedadlı aktrisa birdə sizdən gəlməz bu dünyaya əvəziniz yoxdu olmazda
@kamiwkamiwww108
@kamiwkamiwww108 3 жыл бұрын
Allah Nəsibə xanımi da atası Cahangir bəyi də Qəni Qəni rəhmət elesin Amin
@xatirememmedova8366
@xatirememmedova8366 3 жыл бұрын
Ruhu şad olsun .Azerbaycan medeniyyeti bu kimi senetkarlara iller boyu borclu qalacaq .cünki onların yeri boş qalır .teessüf .
@nrgizxanmedova8951
@nrgizxanmedova8951 3 жыл бұрын
Allah rəhmət eləsin hər ikinizə
@РенаРена-ш3л
@РенаРена-ш3л 3 жыл бұрын
Allah o həkimlərə rəhmət eləsin !
@taranataghiyeva5654
@taranataghiyeva5654 3 жыл бұрын
Allah rehmet elesin. Oglunuza nevelerinize can sagligi versin
@abheyathuseynova5885
@abheyathuseynova5885 3 жыл бұрын
Cox gözel ardini istəyirik👍👍👍
@hokmelimusayev3319
@hokmelimusayev3319 3 жыл бұрын
Allah rehmet elesin gozel aktirissa idi heyif o senetkalarlmlza bir de dunyaya bele senetkarlar gelmiyecek yeri cennet mekan olsun NESIBE XANIM ZEYNALOVAYA NUR ICINDE YATSIN
@medinehummetova676
@medinehummetova676 3 жыл бұрын
Allah rehmet elesin
@МинараГусейнова-й2ь
@МинараГусейнова-й2ь 3 жыл бұрын
Allah sene rehmet elesin gözel senetkar
@sofiyeehmedova7717
@sofiyeehmedova7717 3 жыл бұрын
Allah rehmet elesin .Evezolunmaz senetkarimiz.
@cemilesuleymanova8691
@cemilesuleymanova8691 3 жыл бұрын
Allah rehmet elesin.
@senisebilova2615
@senisebilova2615 3 жыл бұрын
ALLAH REHMET ELESİN AMiN 😥
@SamsungJ-bt2jk
@SamsungJ-bt2jk 3 жыл бұрын
Cox maraqll ve ezabll heyat yawaylb mlw nesibe xanlm
@zehramehdizade3869
@zehramehdizade3869 3 жыл бұрын
Bir daha səhnələrmizə Nəsibə Zeynalova kimi sənətkarlar gəlməyəcək
@ТаняАлиева-х5к
@ТаняАлиева-х5к 3 жыл бұрын
Аллах рахмад еласин маканы чанат олсун амин
@elsenkelbiyev4692
@elsenkelbiyev4692 3 жыл бұрын
Men bu xanimi bu insani qaynana filiminden soram daha cox sevdiyim gozel insan kalifey senetkarimiz idi Allah rehmet elesin ruhu sad olsun qebri nurla dolsun insallah insallah amin Nesibe Zeynalovaya amin
@xatiravaliyeva5159
@xatiravaliyeva5159 3 жыл бұрын
Allah rehmet elesin! Nur içinde yatsin!
@vetensevr4546
@vetensevr4546 3 жыл бұрын
Dahi sənətkar Allah rəhmət etsin, səndən sonra gələnləri apar tulla
@ДиП-ф1щ
@ДиП-ф1щ 3 жыл бұрын
😅🤣
@zenfiragulueva6855
@zenfiragulueva6855 3 жыл бұрын
Ай АЛЛАХ бу ерменини йох ейле йер узунден бу намердлер нелер едиб бизим халга. Аллах рехмет елесин хамысына. 🇹🇷🇦🇿🇹🇷🇦🇿🇹🇷🤲🤲🤲🤲🤲🤲🤲
@KELEBEK713
@KELEBEK713 3 жыл бұрын
Allah râhmât eləsin
@ummetrustem9557
@ummetrustem9557 3 жыл бұрын
Allah rahmet eylesin mekanı cennet olsun büyük usta oyuncuydu .
@gunesh8495
@gunesh8495 3 жыл бұрын
Allah rehmet Elesin🤲amin
@ayxaneliyev2812
@ayxaneliyev2812 3 жыл бұрын
Allah rehmet etsin. Gor nece xeyirxah zenginler olub o vaxt. Indiki zenginler xaricde mulkler alirlar, amma kasiblara baxmirlar. Demeli insanliq da o vaxt olub. Indi insanlar vehsi ve azgin olub
@ilhamehesenova9696
@ilhamehesenova9696 3 жыл бұрын
O vaxtın zənginləri halal yolnan zəngin olublar ,indikilər haram yolnan ona görə
@eminayilmaz4181
@eminayilmaz4181 3 жыл бұрын
Rehmet elasin neneme oxsayir
@azerfreedomtvsirvan5520
@azerfreedomtvsirvan5520 3 жыл бұрын
Allah rəhmət eləsin.
@lileo9534
@lileo9534 3 жыл бұрын
ALLAH rahmet etsin. DUNYA bir Penceredir Her Gelen Baxar Geder........
@ливазахалидова-ф3о
@ливазахалидова-ф3о 3 жыл бұрын
С удовольствием смотрела ее фильмы
@raufnzrliyev2674
@raufnzrliyev2674 3 жыл бұрын
Allah geni geni rəhmət eləsin.Jeri cənnət olsun.
@museyibceferov8302
@museyibceferov8302 3 жыл бұрын
Azerbaycanın qaynansı Allah rehmet elesin
@sfqabdullayeva4304
@sfqabdullayeva4304 3 жыл бұрын
Nesibe xanimdan seyavus hacibaba eliaga agayev kimi aktyorlardan.birde.oımayagag.oda bir dovriydi
@vz-vzar4944
@vz-vzar4944 3 жыл бұрын
ƏSRLƏR BELƏ SƏNƏTKARI UNUTMAZ. ALLAH MİN RƏHMƏT ETSİN
@afetceferli4901
@afetceferli4901 3 жыл бұрын
ALLAH MEKANINIZI CENNET ETSİN SİZİN KİMİ SENETKARLAR DÜNYAYA GELMEZ İNDİ TELEVİZİYA TAMAŞALARI İYRENC HALDA BAXIMSIZ KAŞ ALLAH YAXŞILARA MÖHLET VEREYDİ
@vuqarazaqov5781
@vuqarazaqov5781 3 жыл бұрын
Böyük Sənətkar Dahi İnsan.Nəsibə Xanim Zeynalova.!!!
@elmiraabbasova6703
@elmiraabbasova6703 3 жыл бұрын
tanrı rəhmət eləsin Məkanı cənnət olsun
@ilhamehaciyeva6189
@ilhamehaciyeva6189 3 жыл бұрын
Allah rəhmət etsin çox gözəl sənətkarlarımızı itirdik😔
@ashab-ikehf4297
@ashab-ikehf4297 3 жыл бұрын
Allah CCI rəhmət eləsin🍃🌹🍃
@GM-lz4wm
@GM-lz4wm 3 жыл бұрын
Allah rehmet elesin gozel aktrisa idi!!!!
@kerimlielmir8896
@kerimlielmir8896 3 жыл бұрын
ALLAH QENI QENI REHMET ELESIN BU ANAYA MEKANI CENNET OLSUN
@AdminAdmin-vh1tq
@AdminAdmin-vh1tq 3 жыл бұрын
Allah rehmet elesin.Usaqliqimizin sevimli aktrisasi
@zhaklynjaklyn6577
@zhaklynjaklyn6577 2 жыл бұрын
Сейчас таких актёров нету.Они прирожденными были актрисами.Талантливыми и достойными своей профессии ..Allah Rehmet Elesin🌹🌹🌹🌹
@whitegreen3728
@whitegreen3728 3 жыл бұрын
Allah geni_geni rahmet eylesün ,cox gozel aktrisa idi biz onun yaratdıgı obrazlara baxıb boyümüşuk Heyif ki bele aktyor ve aktrisalardan artig yoxdur.
@merymery8883
@merymery8883 3 жыл бұрын
Evezedilmez senetkar men deyerdim ki Nesibe xanim sehnelerin Nehengi olub onun kimi ikinci guclu aktrisa olmayib ola da bilmez.ALLAH rehmet elesin mekani Cennet olsun
@AgayevaMAgayeva
@AgayevaMAgayeva 3 жыл бұрын
Allah rəhmət eləsin təkrarolunmaz sənətkar
@kontakthome6740
@kontakthome6740 3 жыл бұрын
Nesibe xanim Azerbaycan xalqinin qelbindedir.Mekanin cennet olsun!!🌷🌷🌷🌷🌷
@ИрадаЗакиева-з9д
@ИрадаЗакиева-з9д 5 ай бұрын
ВЕЛИКАЯ. ❤ НЯСИБЯ. ЗЕЙНАЛОВА
@metanetsirinova8537
@metanetsirinova8537 3 жыл бұрын
Zarafat eliyib də yəqin yoxsa pisiyə nə elcilik..
@rufatibrahimov8787
@rufatibrahimov8787 3 жыл бұрын
Hemise hiss edirdimki Nesibe xanim qeyri adi aileden olub, indi bunu anladim. Cox teessuf ki, nevesi ile parkda gezende hami onunla sekil cekdirdi amma men yox. Indi pesimanam. Allah rehmet etsin.
@habibhuseynov3543
@habibhuseynov3543 3 жыл бұрын
,, АЛЛАХ " НЕСИБЕ ХАНЫМ ЗЕЙНАЛОВАЙА ГЕНИ - ГЕНИ РЕХМЕТ ЕЛЕСИН ИН ША АЛЛАХ ! ЕВЕЗСИЗ СЕНЕТКАРЛАРДАН БИРИ ИДИ !!!
@orxaneliyev5556
@orxaneliyev5556 3 жыл бұрын
indi hani bele insani....
@rhmanrhim9272
@rhmanrhim9272 3 жыл бұрын
Allah rəhmət eləsin.gözəl aktrisaydı.heyif🥀🥀
@nurbayramzadeh4974
@nurbayramzadeh4974 3 жыл бұрын
İndi hani belə aktirisa🥺
@w2._93
@w2._93 3 жыл бұрын
Nəsibə Zeynalova əvəzedilməz əsl sənətkar olub
@rustamalimxanov5375
@rustamalimxanov5375 3 жыл бұрын
Allah Rahmat etsin közal Xanım
АЗАРТНИК 4 |СЕЗОН 2 Серия
31:45
Inter Production
Рет қаралды 1,1 МЛН
escape in roblox in real life
00:13
Kan Andrey
Рет қаралды 82 МЛН
The Joker wanted to stand at the front, but unexpectedly was beaten up by Officer Rabbit
00:12