No video

Özündən 30 yaş kiçik tələbəsilə evləndi, oğlunu diri-diri doğradılar

  Рет қаралды 146,236

1000 Production

1000 Production

2 жыл бұрын

Onun həyatı yaşama dair bir nümunədi. Sinə gərdi, bacardı, sevildi, tanındı... Ancaq bu uğurların fonunda elə dəhştlər də yaşadı ki, yəqin ki, o faciələrə hər kəs dözə bilməzdi.
Biri var idi, bu dünyada cəhənnəmi yaşayan, lakin qamətini, qürurunu heç zaman qırmayan sevimli diktor, Xalq artisti Rafiq Hüseynov...
Rafiq Əyyub oğlu Hüseynov 1946-cı il avqustun 4-də Şuşa şəhərində anadan olub. Sonradan ailəsi ilə birgə Bakıya köçüb. Atasını çox erkən yaşda itirib. Bu vaxt Rafiqin 15, bacısının 17 yaşı varmış.
Anası müharibə illərində hakim işləyib. Həyat yoldaşı dünyasını dəyişəndən sonra pedaqoji fəaliyyəti ilə çörək qazanıb övladlarını saxlayırmış. Rafiqi işləməyə qoymayıb ki, nə qədər sağam, siz oxuyacaqsınız.
Ceyhun Mirzəyevlə bir sinifdə oxuyublar. Onu Ceyhun Mirzəyevlə birgə "Ögey ana" filminə dəvət edirlər. Ancaq atası icazə vermədiyi üçün Rafiq filmdə iştirak edə bilmir.
Beşinci sinfə qədər əlaçı, sonra ortabab oxuyan Rafiq tar məktəbinə də gedib. Televizora ilk dəfə musiqi məktəbi şagirdlərinin konsertində tarzən kimi çıxıb. "Çahargah" çaldığı yerdə tarın sarı simi qırılıb. Rafiq Hüseynli o hadisə haqqında belə deyir:
"Orda vəziyyətdən çıxdım, amma heç ağlıma da gəlməzdi ki, bu bir işarədir, sonradan ekran taleyimdə çox qırılacaq sarı simlər, dəfələrlə təkrar olunacaq".
Məktəbi qurtarandan sonra tarı atır, anası kimi hüquqşünas olmaq istəyir.
Təhsili əsgərlikdən sonraya qalan Rafiq əsgərliyə qədər iş axtarır. Bacısı Rəfiqə televiziyada işləyirmiş. Onun köməyi ilə Azərbaycan Televiziyasına gəlir. Yalandan televiziyaya vurğun olduğunu söyləyir. "Nə iş versəniz, işləyəcəm" deyir və onu işıqçı işinə götürürlər. İki il AzTV-də işıqçı kimi çalışır.
Rafiq Hüseynov 1966-cı ilin dekabrında ilk dəfə diktor kimi efirə çıxır. İlk efir günündə həyəcandan çaşıb mətni o dərəcədə pis oxuyur ki, o zaman televiziyaya ciddi nəzarət edən Mərkəzi Komitədən zəng edib deyirlər ki, "bu kimdir işə götürmüsünüz, onu ordan rədd edin!". Rafiq Hüseynovu o zaman AzTV-nin sədr müavini işləyən mərhum şair Nəbi Xəzri xilas edir və deyir ki, "bu oğlanın gələcəyi var".
Mərkəzi Komitədən verilən o göstərişdən sonra 7 ay efirə buraxılmayan gənc Rafiq, ümidsizliyə qapılmır, əksinə, öz üzərində işləyərək yenidən etimad qazanır. Fəaliyyəti dövründə Moskvanın ali dərəcəli diktoru səviyyəsinə kimi yüksələn Rafiq Hüseynov bir müddət AzTV-nin sədr müavini vəzifəsində də çalışır.
Ömrünün çox hissəsini televiziyaya həsr edən Rafiq müəllimin həyatında ağrılı günləri çox olub. Bir övladını vaxtsız və faciəvi şəkildə itirib, ailəsi dağılıb, sonra yenidən evlənib, yenidən ayrılıb, uzun illər çalışdığı AzTV-dən uzaqlaşdırılıb.
Rafiq Hüsüeynov 4 dəfə ailə qurub, özünün etirafına görə, hələ neçə dəfə başqa xanımlarla da eşq macəraları yaşayıb... Haqqında səsləndirilən "arvadbaz" ifadəsinə gülümsəməklə cavab verən Rafiq Hüseynov müsahibələrinin birində "Mənim sevgililərim çox olub. Onlardan bəziləri ömürlük yadımda qalacaq. Sirr olaraq qalacaq... Sevmişəm, aşiq olmuşam, burda nə var ki? Bu məhəbbətdir, hər kəsin başını gələ bilər və gəlir də. Sevgi tükənəndən sonra o, münasibətləri uzatmağa dəyməz" söyləyib: "Mən heç bir qadının qəlbini qırmamışam. Xanımlara hörmətlə yanaşmışam. Anlaşıb ayrılmışıq... Mən boşanmaqla o qadınlara da şans verirdim ki, gələcəkdə öz həyatını qura bilsinlər. Hamısı ilə indi də dostam. Aramızda heç bir narazılıq da yoxdur" deyib.
Rafiq Hüseynov 4-cü evliliyi Səbinə adlı tələbəsi ilə olub. Səbinə xanım diksiya dərsi almaq üçün Rafiq Hüseynova müraciət edir. Aralarındakı müəllim-tələbə ünsiyyəti bir müddət sonra sevgiyə çevrilir.
Özündən 30 yaş cavan tələbəsinə aşiq olan müəllimindən evlilik təklifi alanda Səbinə xanımın ailəsi buna qarşı çıxıb. Amma ailəsinin, qohumlarının etirazlarına baxmayan Səbinə xanım özündən 30 yaş böyük olan Rafiq Hüseynovla evliliyə razı olur. Tale 55 yaşı olanda Rafiq Hüseynova bir qız övladı nəsib edir.
1990-cı ildən öz xahişiylə televiziyadan ayrılan Rafiq müəllim bunu o vaxt ölkədə gedən siyasi proseslərə qoşulmaq istəməməsiylə, televiziyadan yalan xəbərlər oxumaqdan qaçmasıyla bağlayır. Beləcə 15 il sevdiyi işindən ayrı qalmalı olur. Onun AzTV-yə qayıdışı 15 il sonra rəhbərliyin təklifi ilə baş tutub. R.Hüseynov yenidən AzTV-də aparıcılar üzrə bədii rəhbər kimi işə başlayıb.
Rafiq Hüseynov ağ ciyər xərçənginə yoluxur. Həkimlərin səyinə baxmayaraq Xalq artisti 26 oktyabr 2017-ci ildə Almaniyanın Düsseldorf şəhərində dünyasını dəyişir. 2 noyabr 2017-ci ildə cənazəsi Almaniyadan Bakıya gətirilir. 3 noyabr 2017-ci ildə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında baş tutan vida mərasimindən sonra Yasamal qəbiristanlığında dəfn olunur.
Rafiq Hüseynov öz sahəsinin möhürünü vuran şəxslərdən bəlkə də birincisidir. Bununla yanaşı sovet diktoru kimi quru bir obrazın içindən çıxıb milyonların sevimlisi olmağı da Rafiq Hüseynov bacarmışdı... Qəbrin nurla dolsun, ustad...

Пікірлер: 153
黑天使遇到什么了?#short #angel #clown
00:34
Super Beauty team
Рет қаралды 39 МЛН
SPILLED CHOCKY MILK PRANK ON BROTHER 😂 #shorts
00:12
Savage Vlogs
Рет қаралды 44 МЛН
ISSEI & yellow girl 💛
00:33
ISSEI / いっせい
Рет қаралды 16 МЛН
Elvida Rafiq Huseynov (Gune davam)
5:41
Kanal S
Рет қаралды 153 М.
Mikayıl Müşfiq və onun ailəsinin faciəvi sonu
12:10
Belə belə İşlər
Рет қаралды 38 М.
Həsənağa Turabovun polis rəisi olan oğlunu niyə güllələyiblər?
10:12