Söz: Ələkbər Ziyatay Müzik: Zeynəb Xanlarova (Zeynəb Xanlarova söyleşisinden; “Olmalıydın, olmadın” şeirinə mahnı yazdım və ifa etdim.) Sən mənim ulduzlu dünyam olmalıydın, olmadın, Sən mənim bir dünya sevdam olmalıydın, olmadın. Mən sənin eşqinlə Məcnuntək gəzirəm, Sən mənim istəkli Leylam olmalıydın, olmadın. Sən mənim bir an gözümdən getməyən şux sevgilim, Sən mənim hərgünkü röyam olmalıydın, olmadın. Mən sənin eşqinlə Məcnuntək gəzirəm, Sən mənim istəkli Leylam olmalıydın, olmadın. Sən mənimlə daha xoşkam olmalıydın - olmadın. Mən səninlə daha xoşkam olmalıydım - olmadım. Ziyatay vəsf etdiyi gündən müqəddəs eşgimi, Sən onunçün əsli-ilham olmalıydın - olmadın ***** (Şiir aslı) Sən mənim ulduzlu dünyam olmalıydın, olmadın, Sən mənim bir dünya sevdam olmalıydın, olmadın. Mən sənin eşqinlə Məcnuntək gəzirkən çölləri, Sən mənim istəkli Leylam olmalıydın, olmadın. Sən mənim bir an gözümdən getməyən şux sevgilim, Sən mənim hərgünkü röyam olmalıydın, olmadın. Başqasıyla indi xöşbəxtsən ya bədbəxt, bilmirəm, Sən mənimlə daha xoşkam olmalıydın - olmadın. Ziyatay vəsf etdiyi gündən müqəddəs eşgini, Sən onunçün əsli-ilham olmalıydın - olmadın