Рет қаралды 1,667
30 may 2022-ci il tarixində Sabunçu rayonu 67 nömrəli tam orta məktəbin V sinif şagirdləri arasında məktəbin tarix müəllimi Sevinc Quluzadənin təşkilatçılığı ilə "Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasının 104-cü ildönümü"nə həsr olunmuş "Ən yaxşı təqdimat" müsabiqəsi keçirilib.
Tədbirin bədii hissəsində V "f" sinif şagirdlərindən ibarət rəqs qrupunun ifasında rəqs nümayiş etdirilib və ekiz bacıların ifasında musiqi səsləndirilib.