Anar Atakişi - çox sənsizəm (şeir Nüsrət Həsən)

  Рет қаралды 712

Nüsrət Həsən

Nüsrət Həsən

8 ай бұрын

Çox sənsizəm
Sənsizliyi zərrə-zərrə, damla-damla yaşayıram.
Acısını ayrı-ayrı hüceyrəmdə daşıyıram.
Könül yaram quruduqca təkrar-təkrar qaşıyıram.
Bu dünyada ruh kimiyəm, bədənsizəm.
Çox sənsizəm.
Sənsizliyi küçə-küçə oba-oba dadmışam mən.
Küçələrin palçığına addım-addım batmışam mən.
Sən olmayan hər ünvanda, hər məkanda yadmışam mən.
Öz evimdə qürbətdəyəm, vətənsizəm.
Çox sənsizəm.
Sənsizliyi udum-udum, nəfəs-nəfəs yaşayıram.
İçim sevginin zindanı, çölüm qəfəs yaşayıram.
Yavaş-yavaş dərk edirəm sənsiz əbəs yaşayıram.
Nə olsun ki məzarsızam, kəfənsizəm?!
Çox sənsizəm.
Sənsizliyi saat-saat, fəsil-fəsil həzm etmişəm.
Hisslərimi bircə-bircə sətir-sətir nəzm etmişəm.
Yoxluğuna dözmək üçün var gücümlə əzm etmişəm.
Anla bunu, gözəl gözlüm, çox sənsizəm.
Çox sənsizəm.
müəllif: Nüsrət Həsən

Пікірлер: 5
@asqayazbuludofficiall5606
@asqayazbuludofficiall5606 8 ай бұрын
çox gözəldi eşq olsun
@nusrethesen
@nusrethesen 8 ай бұрын
Təşəkkür edirəm
@xuramanisayev5173
@xuramanisayev5173 8 ай бұрын
anla bunu gözəl gözlüm cox sənsizəm.....✍️🎙👏👏👏👏😔👍
@uzaqlarnqadn-1719
@uzaqlarnqadn-1719 8 ай бұрын
_Salam xoş geldiz deyerli insan.Yenede möhteşem paylaşım mükemmel ifa.Tebiniz revan olsun qelbinize sağlıq_
@xatirerzayeva6315
@xatirerzayeva6315 2 ай бұрын
😔🥹
Can You Draw A PERFECTLY Dotted Line?
00:55
Stokes Twins
Рет қаралды 101 МЛН
Каха и суп
00:39
К-Media
Рет қаралды 1,9 МЛН
Vivaan  Tanya once again pranked Papa 🤣😇🤣
00:10
seema lamba
Рет қаралды 33 МЛН
Qurbanova Zülya //Dini mərsiyə
24:27
Qurbanova Zülya
Рет қаралды 525 М.
Ayaz Hidayetoglu-Anar Atakhishi. Görəsən mən səndən nə istəyirəm.
1:28
Ayaz Hidayetoglu Official
Рет қаралды 1,8 М.
Hacı Şahin  Allah insanı hadisələrlə sınayır diqqətli olun
26:19
Anar Atakishi -  Birini  / Ayaz Hidayətoğlu - şeiri /
2:00
Anar Atakhishi
Рет қаралды 12 М.
Toplasan bir "Mən" olmaz - Nüsrət Həsən
3:01
Nüsrət Həsən
Рет қаралды 255