Toplasan bir "Mən" olmaz - Nüsrət Həsən

  Рет қаралды 260

Nüsrət Həsən

Nüsrət Həsən

8 ай бұрын

İnanıb yalanlara , məndən düşmən düzəltdin.
Qorxmadınmı, bu sellər özünü də aparar?
Qorxmadınmı, fəryadım fırtınılar qoparar?
Aylar, illər ötüşər
Zaman adlı bu məhfum
Məni haqlı çıxarar.
Nə hisslər keçirirəm içimdə, kimsə bilmir.
Səni inandırmağa əlimdən heç nə gəlmir.
Sən ki həqiqətlərə kor olmusan, kor ,
Niyə?
Niyə belə oldu ki, bircə dəfə sor, niyə?
Sən nəyə satdın məni?
Ucuz yalanlaramı?
Xain planlaramı?
İndi nəyə yanım mən?
O nakam məhəbbətdən geri qalanlaramı?
Bütün olanlaramı?
Söylə , necə bacardın , kürəyimdən vurmağı?
Onsuz da xəstə olan ürəyimdən vurmağı.
Məhəbbətin yoxsa da,
mərhəmətin hardadı?
Ədalətin hardadı?
Mənim yıxılmaqlarım, mənim əzilməklərim niyə sənə xoş gəlir?
Nə istəyirsən düşün, artıq hər şey boş gəlir.
Bir səhvlə aydınlandı, bütün zülmət gecələr.
Bəlkə də, o şəfəqlər sənə biraz gec gələr.
Ancaq mütləq oturar o daşlar öz yerinə.
Yalan yalan yerinə, düzlər də düz yerinə.
Hıçqırıb ağlayarsan, mən nə etdim, İlahi?
Sevgisi gözlərini kor etmiş bir bəndəni
Çox incitdim, İlahi.
O zaman harayına gəlib yetişən olmaz.
Yadına düşən olmaz.
Bəlkə də ,yanılıram gələn çox olar, amma,
Toplasan , bir "Mən" olmaz.
müəllif: Nüsrət Həsən
29.08.2023

Пікірлер: 9
@xuramanisayev5173
@xuramanisayev5173 8 ай бұрын
GÖZƏL ŞEİR GÖZƏL PAYLAŞIM VAR OLUN NÜSRƏT BƏY ✍️✍️✍️👏👏👏👏👏👍👍👍👍👍
@nusrethesen
@nusrethesen 8 ай бұрын
Təşəkkür edirəm 🙏
@sadiqeliyev615
@sadiqeliyev615 8 ай бұрын
Salam aleykum şair həmişə olduğu kimi bu gözəl şer üçün təşəkkürlər sizə.
@nusrethesen
@nusrethesen 8 ай бұрын
Salam qardaş, çox sağ olun
@nrgizumudova9085
@nrgizumudova9085 8 ай бұрын
Salam axşamınız xeyir dəyərli insan. Çox gözəl şeir və ifa. Çox sağ olun bu cür paylaşm üçün sizə təşəkkür edirəm. Uğurlu baxımlı olsun inşəAllah.
@ibrahimhuseyn7313
@ibrahimhuseyn7313 8 ай бұрын
Gözəl qardaş Allah səni var eləsin çox gözəl şeyirdi.
@nusrethesen
@nusrethesen 8 ай бұрын
Çox sağ olun🙏
@merziyyebaxseliyeva2086
@merziyyebaxseliyeva2086 8 ай бұрын
Var olun, Şair
@nusrethesen
@nusrethesen 8 ай бұрын
Çox sağ olun
Uşaqları məscidə buraxmaq olmaz!! Axund Azər YENİ 2024
5:35
Məzar Daşı | Komedixana  351-ci bölümdən
19:14
Komedixana
Рет қаралды 825 М.
Does size matter? BEACH EDITION
00:32
Mini Katana
Рет қаралды 20 МЛН
THEY made a RAINBOW M&M 🤩😳 LeoNata family #shorts
00:49
LeoNata Family
Рет қаралды 43 МЛН
ЧУТЬ НЕ УТОНУЛ #shorts
00:27
Паша Осадчий
Рет қаралды 9 МЛН
Anar Atakişi - çox sənsizəm (şeir Nüsrət Həsən)
2:20
Nüsrət Həsən
Рет қаралды 729
Nüsrət Həsən - öncə və sonra
2:16
Nüsrət Həsən
Рет қаралды 253
Səni qısqanıram - "Suno" (Söz Nüsrət Həsən)
3:11
Nüsrət Həsən
Рет қаралды 166
Nüsrət Həsən - Bilmirəm (musiqi @IlqarYusifOfficial )
1:49
Nüsrət Həsən
Рет қаралды 302
Nüsrət Həsən - darıxmaq
1:57
Nüsrət Həsən
Рет қаралды 278
Nüsrət Həsən - öyrəndim
1:54
Nüsrət Həsən
Рет қаралды 147
Çox sənsizəm - "Suno" (söz Nüsrət Həsən)
2:03
Nüsrət Həsən
Рет қаралды 265
Does size matter? BEACH EDITION
00:32
Mini Katana
Рет қаралды 20 МЛН