Рет қаралды 3,117
Əziz izləyicilərim, bu dəfə sizə xalq əfsanələrindən deyil, Holluvud reallığından bəhs edəcəyəm. ‘Catch Me If You Can’ filmini izləyənlər yəqin ki, Leonardo DiCaprionun doktor obrazını xatırlayır. Bu film yalnız bir cinayətkarın hekayəsi deyil, həm də cəmiyyətin həqiqətlərini və aldanmağın incəliklərini ortaya qoyur.Filmindəki Frank obrazını xatırlayırıq. Fırıldagin zirvəsinə çatan Frank, saxta həkim kimi işləməkdən çəkinmirdi. Tibbi biliklərinin çatışmazlığını inandırıcılıq qabiliyyəti ilə ört-basdır edirdi. Bir anlıq Frankın Azərbaycanda bir klinikada işlədiyini təsəvvür edin. Adı da “Referans Klinikasının Frankları” olsun. Frank Gündüz Bayramlı sən demə, 2004-2010-cu illərdə Rusiyada, Sankt-Peterburq Pavlova adına Dövlət Universitetində “Estetik Plastik Cərrahiyyə” üzrə oxuyub. Amma diplom yoxdur. Varsa da sandıqdan çıxa bilmir. Daha sonra 2020-ci ildə “Azərbaycan İxtiraçılar və Biznes Universiteti”ndə “Ümumi Kosmetologiya” üzrə diplom alıb.Frank Roza Bayramlının hekayəsidə maraqlıdır. Bir tərəfdən, Sankt-Peterburqda “Trixoloq Cərrahiyyə” fakültəsində oxuduğunu deyir, digər tərəfdən isə Bakıdakı Pedoqoji Universitetdə təhsil alıb. Üstəlik, 2023-cü ildə yenə də həmin “Azərbaycan İxtiraçılar və Biznes Universiteti”ndən diplom alıb. Onun bu qədər yerdə eyni vaxtda necə təhsil aldığı hələ də müəmmalıdır. Frank Ulya Quliyeva. Bütünləşdirici doktor Frank haqqında isə məlumat əldə etmək qəliz məsələdir. Referans onun tibb diplomunu xalqan gizlədir. Sorğu göndərilib, əgər klinika xanım Frankın həkim diplomu olduğunu sübut etsə, üzr istəməyə hazıram. Klinika nə etsə yaxşıdır? Həkimlər siyahısından Frank Bayram cütlüyünü adını çıxarıb. Ulya xanımın adının qabağından doktor sözünü silib. Amma ağ xalatdakı şəkilinin altında hələ də vətəndaşların şəkəri ilə oynadığını yazıblar. Mənə elə gəlir ki, Frank olmaq üçün nə universitet, nə də bilik lazımdır, bir az cəsarət və ağ xalatın olsun. Axşamlar KZbin-den öyrənib işə başlamaq olar. P.S. Amerika FBI-sı Frankın imkanlarından istifadə edib, Azərbaycanın Səhiyyə Nazirliyi isə mənim araşdırmalarımdan faydalanmaq istəmir…. 😔🤔 @leonardodicaprio @tomhanks @referans_estetik @sehiyyegovaz @prokurorluq