Hər Gün 20 Badam Yesəniz, Sizə Nələr Olar?

  Рет қаралды 91,608

Bir Bax

Bir Bax

Күн бұрын

#BirBax #Azerbaycan #badam
"Bir Bax" kanalı Rüfət və Xəyalə Xəlilovlara məxsusdur. Əməkdaşlıq üçün aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərsiniz:
(+994) 55-554-58-83
Hər gün 20 badam yesəniz nə olar?
Badam da daxil olmaqla, müntəzəm olaraq ləpə yaxud quru meyvələr yemək insan sağlamlığına və xarici görünüşünə faydalıdır.
Sağlam qidalanmağa üstünlük verənlər üçün badam düzgün seçimdir. Araşdırmalar zamanı məlum olub ki, badam ləpəsi, sadəcə, qanda lipid səviyyəsini normallaşdırmaqla qalmır, eyni zamanda, diabet xəstələrinin kardiovaskulyar xəstəliklərə tutulma riskini də aşağı salır. Orqanizmdə yağ səviyyəsini azaldan badam arıqlamağa da kömək edir. Heyvan mənşəli yağlara alternativ sayılan badam toxluq hissi yaradır ki, bu da çox yeməyimizə mane olur. Orqanizmə olan möhtəşəm faydalarını nəzərə alan mütəxəssislər gündə 20 badam yeməyin üstünlüyü barədə danışmaqdan doymurlar. Yaxşı olar ki, badamları birdəfəyə yox, öynə aralarında atışdırasınız. Bir şeyi də unutmayın ki, “Roma bir günə tikilməyib”. Yəni, arzuolunan nəticə həmən əldə edilmir. Səbirli olun, qısa zamanda badamın vücudunuza olan faydalarını hiss edəcək və görəcəksiniz.
Mövzu sağlamlığı qorumaqla yanaşı, həm də, gözəl görünməkdirsə, tək çarəsi badamdırmı? Təbii ki, yox! Bütün quru meyvələr və ləpələr də badam qədər orqanizmə faydalıdır. Orqanizmin nəyə ehtiyacı olduğuna bağlı olaraq, bəzilərini yedikdə faydasını daha tez görürük. Bəs, digər sağlam çərəzlər hansılardır?
1. Kətan toxumu. Beynəlxalq Süd Məhsulları Araşdırma İnstitutunun əməkdaşları kətan toxumlarının insan sağlamlığına faydalarını elmi cəhətdən sübut ediblər. Kimyəvi tərkibi zəngin olan kətan toxumu eyni anda bir çox orqan və nahiyəmizdə sağlamlaşdırıcı proseslərə start verə bilir. Sirr kətan toxumundakı fitoestrogen adlı təbii hormondadır. Xüsusilə, döş xərçəngi və prostat xərçəngi başda olmaqla, bir çox bədxassəli şişlərə qarşı mübarizə aparır. Toxumların tərkibindəki lif mədəni örtür və iltihablanmanın qarşısını alır. 1 xörək qaşığı üyüdülmüş kətan toxumu 2 qr-dək Omega-3 yağ turşusuna malikdir. Bu da ürək-damar sisteminin qorunması üçün lazımdır.
2. Küncüt toxumu. Avstraliyadakı Griffith Universitetində aparılan araşdırmalara görə, küncüt toxumlarının kimyəvi tərkibi təzyiqi aşağı salır, infarktın, böyrək çatışmazlığının qarşısını alır. Xolesterol səviyyəsini nizamlayan küncüt toxumunda elə antioksidantlar var ki, başqa heç bir qidada rast gəlinmir. Küncüt toxumu dəri, saç və dırnaqlar üçün faydalı olan yağla zəngindir. Əgər küncüt toxumu yesəniz, özünüzü yaxşı hiss edəcək və gözəl görünüşə sahib olacaqsınız.
3. Balqabaq tumu. Damarları genişlədən balqabaq tumu, beləcə, qan dövranını sürətləndirir və hipertansiyonun qarşısını alır. Tum bütün bunlara tərkibindəki bol arginin (L-arginin) sayəsində nail olur. Kalorili balqabaq tumlarının malik olduğu proteinlər qanda şəkərin səviyyəsini normaya salır. Bundan əlavə, dərinin elastikliyini qorumaq üçün lazım olan A və E vitaminləri ilə də zəngindir. Bu, balqabaq tumunun kosmetika sənayesinin “gizli silahlarından biri” olmağını izah edir.
4. Qoz ləpəsi. Avstraliyadakı La Trobe Universitetindən olan araşdırmaçılar qoz ləpəsindəki mineralların ürək-damar xəstəliklərinin, həmçinin, koroner ürək xəstəliklərinin əmələgəlmə riskini azaltdığını açıqlayıblar. Yaşla əlaqədar meydana çıxan sağlamlıq problemlərinin simptomlarının azalması, kişilərdə prostat xərçəni riskini minimum endirmək də qoz ləpəsinin hünərləri sırasındadır. Bu hünəri ləpəyə malik olduğu tokoferol adlı kimyəvi maddə qazandırır. Scranton Universitetində kimya professoru olan Joe Vinson deyir ki, gün ərzində 7 qoz ləpəsi yemək sağlamlığa olduqca faydalıdır. Çalışın, qoz ləpəsi yeməyi təxirə salmayın.
5. Günəbaxan tumu. Əzələ və sümük toxumaları üçün vacib olan kükürdlə zəngindir. Son illərdə botaniklərin dediyinə görə, günəbaxan tumları antioksidant, iltihab əleyhinə, antimikrob xüsusiyyətləri sayəsində, bronxlardakı və ağciyərlərdəki iltihablanmanın qarşısını alır. Hər gün 30 qr günəbaxan tumu çırtlamaq sağlam adətdir.
6. Püstə, yaxud Antep fıstığı. Başqa çərəzlərlə müqayisə edildikdə, püstə daha az yağ və kaloriyə malikdir. Bununla belə, həmcinslərinə nəzərən, püstə doymamış yağ turşuları, kalium və karotenoidlə daha zəngindir. Bu kimyəvi maddələr orqanizmdə antioksidant kimi və iltihab əleyhinə fəaliyyət göstərir. Nutrition Science Solutions`dakı mütəxəssislər əmindir ki, püstə yemək uzunmüddətli toxluq hissi yaradır, beləcə, insan artıq çəkidən xilas olma yolunda sağlam irəliləyir. Elmi araşdırmalar onu da aşkarlayıb ki, faydalarından maksimum dərəcədə yararlanmaq üçün gün ərzində 1-2 ovuc püstə yemək yetərlidir.

Пікірлер: 174
@Btsroblox99
@Btsroblox99 Жыл бұрын
Yaxsi tovsiyyedir.Gelin dua edek ki arzu isteklerimizle imkanlarimiz ust uste dussun.Amin🙏
@asifesgerov3284
@asifesgerov3284 2 жыл бұрын
Gozel səs gozəl məsləhət .Coxlu -coxlu sag olun .Qoz meyvəsini.
@EsmerNesirova
@EsmerNesirova Жыл бұрын
Men qulaq asdım. BEHRELENDIM. ALLAH SİZDEN RAZİ OLSUN İNŞALLAH.
@birbaxkanal
@birbaxkanal Жыл бұрын
Mən təşəkkür edirəm gözəl sözlər yazan hər kəsə
@GülnazHacıyeva-o8r
@GülnazHacıyeva-o8r Жыл бұрын
Mənə ğórə hər biri dadlìdìr, faydalıdır, Allahın verdiyi gözəl nemətlərdir. Həmd olsun Aləmlərin Rəbbinə
@almazismayilova684
@almazismayilova684 Жыл бұрын
Bütün çerezler yemelidir,xeyirlidir. Hansını ala bilsek onu yeyirik.
@karabulut_0
@karabulut_0 2 жыл бұрын
Bu meslehetler üçün sizlere teşekkürlerimiz sonsuzdur.Var olun Sağ olun.
@birbaxkanal
@birbaxkanal 2 жыл бұрын
Var olun
@nigarismayilova6772
@nigarismayilova6772 2 жыл бұрын
Təşəkkürlər,bir də bu çərəzlərin bişirib ya bişirmədikdə faydasını desəniz yaxşı olar.Bir də mən bildiyimə görə ,bu çərəzləri məsələn,qoz-fındığı və sarə qabığını qırıb yemək lazımdır,hazır ləpə şəklində olanda onlar havada oksidləşir və s.ona görə qabıqlı alıb sındırıb yemək məsləhətlidir
@amin9071
@amin9071 Жыл бұрын
Düzdü mende ele eşitmişem
@Sadık-iı6k
@Sadık-iı6k Ай бұрын
Men butun cerezleri xoslayiram her birinenede istifade edirem ve bu gunde artiq tam emin oldumki hec bir cerezin o qəderde qorxusu yoxdur insan arqanimine cox sagolun en cox yediyim araxis ve badamdir gun erzinde 100 qram falan yeyirem
@raufisayev9789
@raufisayev9789 Жыл бұрын
Gözel başa salırsız Allah razı olsun
@zaminashukur
@zaminashukur 2 жыл бұрын
Çox sağolun belə faydalı məlumata görə hamısını xoşlayırıq fəqət bu çərəzlərin hamısını yesək insan həddən artıq kökələr axı necə yemək məsləhət görürsüz? zəhmət olmasa deyerdiz
@Ayla-wn4nw
@Ayla-wn4nw 2 жыл бұрын
Çox faydalıdı 👍
@ElmiraIsmayilova-i5h
@ElmiraIsmayilova-i5h 4 ай бұрын
Hamiləlik vaxtı çox yeyirdim badam Maşallah qızımın yaddasi gucludu
@kamalfarzaliyev3626
@kamalfarzaliyev3626 27 күн бұрын
var olun , bu kimi meslehetler verirsiz
@Friendlyy_15
@Friendlyy_15 2 жыл бұрын
Çoox təşəkkürlər,mən də fındıgı çox sevirəm
@Birlikdəöyrənəkshorts
@Birlikdəöyrənəkshorts 2 жыл бұрын
Məlumata görə təşəkkür edirəm
@anarmamedov5372
@anarmamedov5372 2 жыл бұрын
Sağ ol məsləhətin üçün
@minaremakarova6416
@minaremakarova6416 Ай бұрын
Hamisini sevirəm.amma cibim imkan vermir ki bezi vaxta qebul edim.🤔olsa hər gün qebul ederdim .canim Xəyalə bacim...🙃😉
@vaqifseyidov4354
@vaqifseyidov4354 2 жыл бұрын
Maarifləndirmə vidoları üçün sizə minnətdarıq. Hər biri insanların sağlamlığı üçün faydalı məsləhətlərdi. Təəssüf ki, çərəzlərin qiymətlərı 🔥🔥🔥🔥🔥🚀🚀🚀
@yusifrzayev8839
@yusifrzayev8839 8 ай бұрын
Həmişə istifadə edirdim .Ancaq faydalarini bu qədər bilmirdim . Təşəkkür
@gulareorucova7911
@gulareorucova7911 Жыл бұрын
Yaxsl məsləhətləriniz üçün sizlərə minnətdarlqallah sizləri var eləsin gözəl qlz
@sevdaqdimova6008
@sevdaqdimova6008 2 жыл бұрын
Qoz,fındıq özümüzdə var.İstifadə edirəm.Badamı imkan olanda,yeyirəm.Ffaydalı məsləhətə görə sağ olun
@birbaxkanal
@birbaxkanal 2 жыл бұрын
Biz təşəkkür edirik
@bestishirinova9018
@bestishirinova9018 2 жыл бұрын
Çox sağolun çən badamı şoxx sevirəm və xəsdəsiyəm
@fidanmemmedzade8343
@fidanmemmedzade8343 Жыл бұрын
Super👍. Davamı gəlsin.
@sevincagayeva6170
@sevincagayeva6170 4 ай бұрын
Təşəkkür edirik. Var olun.
@yeganeqaniyeva8706
@yeganeqaniyeva8706 3 ай бұрын
Salam Allah sizdən razı olsun
@zahraseven701
@zahraseven701 Жыл бұрын
Təşəkkür edirəm 💚Hamısını sevirəm. Çianı bilmirəm. 🌹
@f.xanoglu.9999
@f.xanoglu.9999 2 жыл бұрын
Gözəl məsələlər üçün təşəkkür edirəm. Qoz, badam, püstə 👍
@İzafeBayramova
@İzafeBayramova Жыл бұрын
Badam,fındıq ençox sevdiyim
@anarmamedov5372
@anarmamedov5372 2 жыл бұрын
Sizin məsləhətiniz mənim sağlam üçün əsasdı sağol
@uzeyirseferov5094
@uzeyirseferov5094 2 жыл бұрын
Hamı əla ancaq hamı i ancaq Novruz bayramında görürük çox sevdiyim qızdır bayramdan bayrama buna da şükür
@yusifmmmdov7295
@yusifmmmdov7295 2 жыл бұрын
Salam ən çox sevdiyimiz qoz ləpəsidir
@RaminEliyev-v7e
@RaminEliyev-v7e Жыл бұрын
Salam findiq birde qovrulmuş yer fıstığı əladır
@XəyyamAllahverdiyev-d2f
@XəyyamAllahverdiyev-d2f Жыл бұрын
Çərəzlərin hamısını bəyənirəm
@GulnareOrucova-o7h
@GulnareOrucova-o7h Жыл бұрын
Hamslnl çox sevirik ancaq çox bahadl gözəl xanlm necə alaq hamslda insan orqanizminə xeyirlidi 230 m cərəzmi alaq qaza isqa suya yoxsa yeməyə məsləhətlərinə görə çox saq olun
@birbaxkanal
@birbaxkanal Жыл бұрын
Çox sağ olun. Sağlam və gümrah olun.
@ruqiyyequliyeva76
@ruqiyyequliyeva76 Жыл бұрын
Men finding qoz ve yer fistigi yeyirem cox sag olun gòzel xanim ❤❤
@birbaxkanal
@birbaxkanal Жыл бұрын
Biz təşəkkür edirik
@asenat025
@asenat025 2 жыл бұрын
FAYDALİ MELUMAT UCUN TESEKKUR EDİRİK
@birbaxkanal
@birbaxkanal 2 жыл бұрын
Siz sağ olun
@ХаганиМехтиев-д8з
@ХаганиМехтиев-д8з 2 жыл бұрын
COX SAGOLUN gözel meslehet ücün
@birbaxkanal
@birbaxkanal 2 жыл бұрын
Minnətdarıq
@MuradPasayev-lr9lf
@MuradPasayev-lr9lf 10 ай бұрын
HAMSINI ÇOX SEVİREM
@nadiribisov5857
@nadiribisov5857 2 жыл бұрын
Gözəl səs sahibi, gözəl xanım, məlumat üçün çox sağ olun. Allah razı olsun. 🤲Badam, püstə xoşuna gəlir.
@kenanyolchuyev8745
@kenanyolchuyev8745 2 жыл бұрын
Salam bütün millətimi bu tip maarifləndirici videolara dəstək olmağa çağırıram.
@birbaxkanal
@birbaxkanal 2 жыл бұрын
Siz sağ olun
@NiyameddinEyvaz
@NiyameddinEyvaz 2 ай бұрын
Meyvə qurusunun hamsı yaxşıdı mən ərik qurusu y Badam yeyirəm❤
@hemideverdiyeva7679
@hemideverdiyeva7679 2 жыл бұрын
Hamısını sevirem..en çox badam
@mehemmedcelilov8037
@mehemmedcelilov8037 2 жыл бұрын
Möhtəşəmsiz. Badam əvəzolunmazdı.
@birbaxkanal
@birbaxkanal 2 жыл бұрын
Çox sağ olun
@kovseraxundzade9023
@kovseraxundzade9023 4 ай бұрын
Hər gün 20 yox,21 badam ,12 ədəd qara kişmişlə bərabər yemək yaddaşsızlıq qan təzyiqi, insulin və s xəstəliklərə faydalıdır
@SamireBabayeva-pe6yp
@SamireBabayeva-pe6yp Жыл бұрын
HAMSINI SEVİRƏM
@LemanOrkhankz-sk2du
@LemanOrkhankz-sk2du Жыл бұрын
Qoz,fındıq,püstəni daha çox istəyirəm
@nuruisbndiyarov4084
@nuruisbndiyarov4084 2 жыл бұрын
Qarabağ Azeri.
@mehmanelimerdanov5932
@mehmanelimerdanov5932 2 жыл бұрын
Her biri gözəldir badami çox sevirəm
@gulareorucova7911
@gulareorucova7911 Жыл бұрын
Bütün çərəzlərin sevirəm ancaq çox bahadl necə alaq gözəl qlzlm
@sevanaismayilova5517
@sevanaismayilova5517 Жыл бұрын
İndidən təşəkkür edirəm.Bu quru meyvələrin bir necəsindən bir ğündə otuz qram yemək olarmi
@EsmerNesirova
@EsmerNesirova Жыл бұрын
Beyendiyim en cox badam ve qoz
@madinaasad4505
@madinaasad4505 2 жыл бұрын
Cox sagolun deyerli meslehetlercun
@birbaxkanal
@birbaxkanal 2 жыл бұрын
Siz sağ olun
@etyrfefdfhh8907
@etyrfefdfhh8907 2 жыл бұрын
hamsı bahaldı yazığ kasıb neynen alısın
@coolcool7654
@coolcool7654 2 жыл бұрын
Badam ağacı əkin, əgər həyətiniz varsa. Hər il gətirir.İldən - ilə böyüyür.Bizimki 10 illikdir.Nərdivanla çıxırıq üstünə😂
@xanxan3165
@xanxan3165 Жыл бұрын
Gedib marketdə 20 badama baxaq besbedər🤣
@Abbas_ht77
@Abbas_ht77 Ай бұрын
Men qabigli alıram 3m50 ə lepeliyirem o daha ucuzolur
@elnaraaliyeva3552
@elnaraaliyeva3552 Жыл бұрын
Cox tesekkur edirem
@Fatma-vq8nc
@Fatma-vq8nc Жыл бұрын
Məncə indidən çərəz alıb yemək daha yazşıdı, düzdü bahadı amma dərmanlardan daha keyfiyyətli və ucuzdu
@ehedhasilov438
@ehedhasilov438 2 жыл бұрын
Beyendim
@orucovaflora8530
@orucovaflora8530 2 жыл бұрын
Salam Allah razı olsun məslətə görə hansı yaxşıdi
@elzahaciyeva3707
@elzahaciyeva3707 2 жыл бұрын
Xeyirlu məsləhətlər üçün sağ olun .ama çiyə toxumu bilmədim bazar və marketlərdə varmı?
@denizveliyeva6238
@denizveliyeva6238 2 жыл бұрын
Salam ciya toxumunu hardan almaq olar bazardanmi ya magazadanmi? Gözel meslehetler ucun tewekkurler
@AdSoyad-br9dj
@AdSoyad-br9dj 2 жыл бұрын
Böyük marketlərdən
@АнарМаммадов-ю8ю
@АнарМаммадов-ю8ю 2 жыл бұрын
Saydığınız çə Əzizlərim hamısını eyni gündə yemək olar
@ElmiraIsmayilova-i5h
@ElmiraIsmayilova-i5h Жыл бұрын
Hamilə vaxtı 4kq badam yemişdim Həqiqi de uşağın zehnine çox təsir eləyir
@NazminCabbar
@NazminCabbar 11 ай бұрын
Hamısını sevirəm, kişmişi lap çox.
@elcineyvazov4572
@elcineyvazov4572 2 жыл бұрын
Salam xanım siz cox gözəlsiz (çərzə deyə yer fındığı və qabıq fındığı)
@Anar.Hasanov
@Anar.Hasanov 2 жыл бұрын
Badamı adam oxudum☺️
@qocaqartal880
@qocaqartal880 2 жыл бұрын
PUL OLSA BU ÇƏRKƏZLƏRİN HAMISI GÖZƏLDİR
@elnarisayeva4489
@elnarisayeva4489 Жыл бұрын
Pul olsa hamısı əladı
@raufisayev9789
@raufisayev9789 Жыл бұрын
Her biri yaxşıdır amma araxis sevirəm quru ve duzlu
@madinaasad4505
@madinaasad4505 2 жыл бұрын
Qoz ve fistiga gundelik rasionumda daha cox ustunluk verirdim.Yavaw yavaw hamisinan elave edecem o siyahiya
@rahilememmedova1447
@rahilememmedova1447 2 жыл бұрын
Ciya toxumu nedir? Meslehetleriniz ucun saq olun
@Teymurrrrr
@Teymurrrrr Жыл бұрын
Bizdə var kofe rəngində olur.
@KonulNamazov-ib9ff
@KonulNamazov-ib9ff Жыл бұрын
Mən hamisini sevirəm❤
@birbaxkanal
@birbaxkanal Жыл бұрын
Çox sağ olun. Sağlam və gümrah olun.
@mobilegameplay6604
@mobilegameplay6604 4 ай бұрын
Təzə qoz yeyirem.(yaş qoz).ama 30 qr-dan cox.Qoz quruduqca yeye bilmirem.
@yasarxudiyev648
@yasarxudiyev648 2 жыл бұрын
PÜSTƏNİN BİR KİLOQRAMI 34 MANATDIR.ONU ANCAQ YUXUDA YEMƏK OLAR.
@aze138
@aze138 2 жыл бұрын
Mən Yaşayıram Russiyada yaponiyaya yaxın Burada Püsdənin qiyməti 1Kq 750 Rubuldu bizim puldan 18 Manat edir. Özüdə bura Çox bahalı şəhərərdən biridi Azərbaycanla 8 saat fərqimiz var bura 8 saat qabağadı
@ЕйнулахАкбар
@ЕйнулахАкбар Жыл бұрын
@Madfut142
@Madfut142 Жыл бұрын
Isvecde 1 kg badami 15 manata aliram.
@ezraselefi2094
@ezraselefi2094 10 ай бұрын
23 m.aldım
@138hamid
@138hamid 4 ай бұрын
Marketlərdə qiyməti 13 AZN-ə düşüb yerli badamın,alın yeyin doyunca
@sebineheyderzade1874
@sebineheyderzade1874 2 жыл бұрын
təşəkkürlər
@birbaxkanal
@birbaxkanal 2 жыл бұрын
Buyrun
@sarasalmanova1972
@sarasalmanova1972 Жыл бұрын
Quru meyvələri sevirəm.almağa pul yoxdu.
@ZeynəbHüseynova-r7f
@ZeynəbHüseynova-r7f 11 ай бұрын
Salam bu çərkəzlər təzyiq qaldırmır ki?
@pervaneqasimova3661
@pervaneqasimova3661 Жыл бұрын
MEN HAMISINI SEVİREM VE YEYİREM....BADAMI PÜSTENİ KÜNCÜTÜ QOZU DAHA ÇOX YEYİREM...
@dizi_kolik772
@dizi_kolik772 2 жыл бұрын
Mən qoz fndx badam birdə qara gavalnı günə baxan rumnu xoşlayıram ama təsf ki ayda 3dəfə günə baxan tmu bəlkə 1 aya bir 3 ədəddə qoz ləpsi yeyə bilirəm
@sevdaqdimova6008
@sevdaqdimova6008 2 жыл бұрын
Qo,badam,fındıq,yeyirəm
@raminismaylov9899
@raminismaylov9899 8 ай бұрын
Salam fındiq❤
@s.e5112
@s.e5112 Жыл бұрын
Atışdırmaq necə olur ki?
@bagld5360
@bagld5360 Жыл бұрын
Olsa hamısınnan istifadə etmək olar.
@afethesenova3411
@afethesenova3411 2 жыл бұрын
Mən badamı bütün yeyə bilmirəm.(diş ətlərim xəstə oldugu üçün) üyüdüb yesəm olarmı ?
@HuseynMecidov4703
@HuseynMecidov4703 9 ай бұрын
hamsin sevirem ama bahadi
@AfetMamedova-l9v
@AfetMamedova-l9v Жыл бұрын
Badamı sevrem
@AzerElectronics-fi2zx
@AzerElectronics-fi2zx 2 ай бұрын
Mən bafanı və qozu sevirəm
@florarustemova469
@florarustemova469 2 жыл бұрын
Ən cox fındıq yeyirem badam
@rufatgasimov1257
@rufatgasimov1257 5 ай бұрын
Kimyəvi maddə var püstədə ?
@tunartunar7938
@tunartunar7938 Жыл бұрын
12 badamın kalorisi ne qedərdi
@vusalememmedova6579
@vusalememmedova6579 8 ай бұрын
Gun erzinde 20 eded yemek normaldi dedi
@BerdeBerde-li5gw
@BerdeBerde-li5gw 22 күн бұрын
Kilosu heyif 15 m qablliqli 4m di
@reyhansgrova3554
@reyhansgrova3554 10 ай бұрын
Salam badam qovuranda birde duzlu olanda xeyirlidi yoxsa qovurulmamiw
@vusalememmedova6579
@vusalememmedova6579 8 ай бұрын
Sade formada en xeyirlisidi
@GunelMemmedova-i2h
@GunelMemmedova-i2h 10 ай бұрын
Hamisini olsa yiyrem
@gulzardeniz8842
@gulzardeniz8842 2 жыл бұрын
Bahadı necə alaq ki...Allah yetirsin inş.alarıq
@mustafazeynalov6159
@mustafazeynalov6159 2 жыл бұрын
O çərəzlərin faydalı olduğunu hamımız bilirik.Amma mənim də fikrimdə əsas o idi siz deyən Qiymət.Hər kəsə lazımdı amma hər kəs ala bilir?
@turalbayramov9753
@turalbayramov9753 10 ай бұрын
Axşam çorekle qoz yemek kokeldir yeni çorekle qoz yesem ziyani yoxdur ki 8 10 eded xaiş edirem sualmi cavablandirardiniz zehmet olmasa
@vusalememmedova6579
@vusalememmedova6579 8 ай бұрын
Qoz kokeldir
@Teymurrrrr
@Teymurrrrr Жыл бұрын
Yeyə-yeyə yazıram.Rəhmətliyin nəvəsi,mən kökəlmək istəyirəm.Məlumat üçün təşəkkürlər.
@axest3775
@axest3775 Жыл бұрын
Eve 20 kilodan coxdu yeyirem kefnen.
@slalmrahova6966
@slalmrahova6966 2 жыл бұрын
SALAM.SAĞ OLUN.HAMISIHƏR CÜRƏ XEYİRLİDİR.ORQANİZMƏ YETƏRİNCƏ İSLƏTDİKDƏ,HƏM DƏVAR DÖVLƏTDİR.ALLAHIN NEMƏTLƏRİNDƏNN HANSINI DANA BILƏRSİNİZ.ƏLHƏMDÜLİLLAH🥰
@azadeseferova3052
@azadeseferova3052 2 жыл бұрын
Badam, fındıq ,yer fındığı və qoz
@nadirli8027
@nadirli8027 2 жыл бұрын
Hamisini sevirik ancaq alib yeye bilmirikk
@ehtibarmirzyev8536
@ehtibarmirzyev8536 8 ай бұрын
Acı badam 1kg 28 man aldim dunen
@entiqehaciyeva2928
@entiqehaciyeva2928 2 жыл бұрын
👍👍👍👍
@Zahir_443
@Zahir_443 Жыл бұрын
Sagol
@leylaabdullayeva6469
@leylaabdullayeva6469 2 жыл бұрын
Hər birini yeyirəm
Cute dog Won Squid Game 😱💸 #dog # funny #cartoon
00:33
Wooffey
Рет қаралды 21 МЛН
Minecraft: Who made MINGLE the best? 🤔 #Shorts
00:34
Twi Shorts
Рет қаралды 46 МЛН
Harvesting and Baking with Fresh Almonds: A Village Tradition
38:01
Kənd Həyatı
Рет қаралды 9 МЛН
İmmun sistemini möhkəmləndirən qidalar
13:31
İCTİMAİ TV
Рет қаралды 330 М.
Badamın 9 faydası / Sinir sistemini gücləndirir
2:01
TarPas
Рет қаралды 98 М.
Yaponların ömrünü UZADAN SİRR! Onlar nəyi yemir?
10:33
Bir Bax
Рет қаралды 121 М.
Qan Artıran 15 QİDA - 98% İnsan Bunu Bilmir
8:11
Bunu Bilirdin?
Рет қаралды 471 М.
Bu 9 Qida QARACİYƏRİ Yavaş-Yavaş ÖLDÜRÜR!
8:56
Bir Bax
Рет қаралды 849 М.
Cute dog Won Squid Game 😱💸 #dog # funny #cartoon
00:33
Wooffey
Рет қаралды 21 МЛН