Bu videoya baxmadan Marketdən KƏRƏ YAĞI ALMAYIN!

  Рет қаралды 9,055

Bir Bax

Bir Bax

Күн бұрын

#BirBax #Azerbaycan #yağ
Kərə yağı faydalıdır, yoxsa zərərlidir? İnsanların çoxu, hələ də, kərə yağına şübhə ilə yanaşır: “Görəsən, sağlamlığıma ziyandırmı?”, “Damar tıxanıqlığı yaratmaz ki?”, “Kökəltməz ki?” sualları kərə yağını ürəklə yeməyə imkan vermir.
Əvvəllər, “zərərlidir!” deyə, rasiondan çıxarılması tövsiyə edilən, hazırda isə təbiiliyi səbəbiylə “əl-əl axtarılan” kərə yağı haqqında danışmaq istəyirəm bu gün. Əminəm ki bu videodan sonra kərə yağına olan fikriniz tamamilə dəyişəcək. Diqqətiniz məndə olsun.
Kərə yağı süd məhsulları içərisində ən məşhurudur. Lakin bilməlisiniz ki, burada əsas olan inəyin nə ilə bəslənməsidir. Bəli! Sözü birbaşa deyəcəm. İnək nə yeyirsə, biz də orqanizmimizə onu qəbul edirik! Dolayısı ilə də, izah etməliyəm: kərə yağı inək südündən hazırlanır. O inəyin təbii-dağ otlarıyla, yamaclarda, hər cür faydalı bitkinin bitdiyi örüşlərdə otlaması o deməkdir ki, biz də sağlam və tər-təmiz kərə yağı qəbul edirik. Yəni kərə yağının keyfiyyəti inəyin qidasından asılıdır.
Giririk marketə, rəfdə bizi müxtəlif keyfiyyətdə, dünyanın ayrı-ayrı iqlimlərində bəslənmiş inəklərin südündən hazırlanan kərə yağı çeşidləri qarşılayır. Bəs, bizim keyfiyyət ölçümüz nədir? “Tərkibində filan qədər təbii süd var” kimi absurd cümlələr sizi də düşündürüb? Olubsa, rəylərdə yaza bilərsiniz…
Xülasə, demək istədiyim odur ki, keyfiyyətindən əmin olmadığınız kərə yağını alıb, yeyib, sonra da oturub sağlam olmağı ummaq düzgün deyil. Ən keyfiyyətli kərə yağı dağlarda otlayan inəklərin südündən hazırlanır. Fermada yalnız sənaye yemləri ilə bəslənən inəyin südündən hazırlanan kərə yağından təbiilik, sağlamlıq gözləmək doğru olmaz.
“Kənd yumurtası” kriteriyasını xatırlayın. Bu videoda da biz “örüş inəyi” ifadəsini işlədə bilərik. Geniş yamaclarda otlayan, kilometrlərlə məsafədə yeriyən inəyin topladığı vitaminlər südünə qarışır, ordan da kərə yağı vasitəsilə bizim orqanizmimizə daxil olur. Bu yağ əlbəttə faydalı olar. Amma bu, o demək deyil ki, ferma inəklərinin südünün tamamilə keyfiyyətsizdir. Sadəcə, bilin ki, örüş inəyinin südündən aldığınız faydalı maddələrin, ən çoxu, 25-30%-ni ferma inəyinin südündən ala biləcəksiniz. Və sual yaranır: “Niyə 100% fayda qəbul etməyək?”
Bir daha təkrar edirəm, kərə yağının dadından, qoxusundan, kəfinin çox olub-olmamasından daha əhəmiyyətli bir şey var: inəyin nə ilə bəslənməsi. Kərə yağının ən təbii alınma üsulu nehrə çalxalamaqdır. Bunun üçün sağılan süd bir neçə saat sərin yerdə dinləndirilir, sonra üzünün qaymağı, Aşıq Ələsgər demiş, “narın üz”ü yığılır. Sonra həmin qaymaq nehrədə çalxalanır və kərə yağı ayranın üzünə çıxır.
Kərə yağının tərkibində yüksək miqdarda doymuş yağ var. Düzdür, orqanizmimiz bitki yağlarından da doymuş yağlar ala bilir, lakin kərə yağı bu baxımdan ən keyfiyyətlisi və ən zənginidir. Kərə yağdakı yağ turşuları içərisində butirik turşusu daha çox diqqət çəkir. Butirik turşusu klassik zəncirli doymuş yağ turşusudur və ürək üçün zərərli deyil.
Kərə yağı ilə qidalanan bir insanın qanında butirik tuşusuna hər zaman rast gəlinməz. Çünki butirik turşusu sürətlə yandırılır, maddələr mübadiləsində, belə desək, “əridilir”. Bundan əlavə, butirik turşusu olduqca mükəmməl enerji mənbəyidir. Qaraciyərdə emala məruz qalır, orqanizmin hər bir guşəsinə çatdırılır, başlayır başqa yağların yandırılmasını sürətləndirməyə…
Kərə yağının tərkibində bunlar var:
-A vitamini;
-D vitamini;
-E vitamini;
-K vitamini;
Bəli, kərə yağı qəbul etməklə bu vitaminlərin hamısını birdən almış oluruq. Müntəzəm olaraq kərə yağı yeyən insanlarda bu vitaminlərin əksikliyinə nadirən rast gəlinir. Bu mənada kərə yağının ən yaxın “oxşar”ı yumurtadır. Təbi multivitamin qaynağı olan yumurta və kərə yağı-ikisi birlikdə göz sağlamlığını qoruyur. Örüşdə, açıq təbiətdə, günəş şüaları altında otlayan inəyin südündən alınan kərə yağını qəbul edənlər D vitamini çatışmazlığından da əziyyət çəkməzlər.
Ürək-damar sisteminin müdafiəsini düşünəndə ilk üz tutduğumuz qida əlavələrindən biri balıq yağıdır. Çünki balıq yağı Omega-3 qaynağıdır. Bir sirr açım; təbii kərə yağı da Omega-3 yağ turşuları ilə zəngindir. Üstəlik, tərkibində olduqca cüzi miqdarda Omega-6 var. Omega-6 yağ turşularının orqanizmin “düşməni” olduğunu dəfələrlə vurğulamışam. Bu baxımdan, kərə yağının mütəmadi şəkildə qəbulu orqanizmdə Omega-3 və Omega-6 yağ turşularının balansını qorumaqda orqanizmin ən yaxın köməkçisi olacaq.
Bəs, kərə yağının malik olduğu doymuş yağların orqanizmimizə bir zərəri varmı?
Mütəxəssislər tövsiyə edir ki, hər biri 14-15 qr olmaqla, gündə 2 porsiya kərə yağı yeyilməsi yetərlidir. Elmi araşdırmalardan əldə edilən nəticələr də bu fikri təsdiqləyir. Yəni gündə 30 qr kərə yağı yemək faydalıdır. Bu zaman ürək-damar xəstəlikləri riskinin artacağından qorxmağa dəyməz. Əksinə, gündəlik qəbul edilən 30 qr kərə yağı ürəyi qoruyur.
“Kərə yağı faydalıdır” dedim deyə, gedib-gəlib kərə yağı yeməyin ha! Normaya daim nəzarət etməlisiniz.

Пікірлер: 25
@DoktorSadiq
@DoktorSadiq 26 күн бұрын
Bu yorumu oxuyan sen ❤️ çox xoşbəxt ol inşaallah 🇦🇿
@SiyavusArazov-gk1tn
@SiyavusArazov-gk1tn 25 күн бұрын
Məsləhətə görə çox sağ olun
@mahirerzayeva4883
@mahirerzayeva4883 26 күн бұрын
İndi dediyiniz kərə yağını tapmaq çox çətindir,inək örüşdə otlasa da örüşdən gələndə çörək hətta unlahazırlanmış başqa yemlər verirlər ki südü çox olsun
@asifesgerov3284
@asifesgerov3284 26 күн бұрын
Gözəl məsləhət ūcūn cox sag olun.
@SelimSelimKadir
@SelimSelimKadir 24 күн бұрын
Sağ olun. Bildik.👍👍👍🇦🇿🇦🇿🇦🇿🇹🇷🇹🇷🇹🇷
@SelimSelimKadir
@SelimSelimKadir 24 күн бұрын
Təbrizin iki inək yağı alın.♥️♥️♥️👍👍👍🇦🇿🇦🇿🇦🇿
@knanibrahimov
@knanibrahimov 26 күн бұрын
Çox sağolun
@Ezize-yy1fu
@Ezize-yy1fu 26 күн бұрын
ÇOX SAĞOLUN
@mirzeyevasehla3011
@mirzeyevasehla3011 26 күн бұрын
Cox sag olun bizi melumatlandirdiniz nehre yaginada haramliq qatanlar var tessufki ☝🤔🙏🏿
@muzefferqafarov-xi4om
@muzefferqafarov-xi4om 26 күн бұрын
Ğüya ki kərə yagıdı hammısı süni hazırlanmış bir şeydi. Heç labaratoriya da onun tərkibini müəyyən edə bilmir.
@kamalaaliyeva489
@kamalaaliyeva489 26 күн бұрын
Tşk edirik 🙏👍🏻🥰
@ZerengizAgayeva-ep8ni
@ZerengizAgayeva-ep8ni 26 күн бұрын
Rəhmətliyin qızı hansı təbii yağdan danışırsan kənddən gələn kərə yağına daqatqı qatırlar
@sunayrustmova7895
@sunayrustmova7895 26 күн бұрын
ulu nənəm nehrə yağına çörək doğrayıb yeyirdi.Qaçaq Nəbini Həcəri görmüşdü.qısacası əsrdən çox yaşadı
@user-wk4zf8nl7o
@user-wk4zf8nl7o 25 күн бұрын
İndi neyniyək? Hansı yağı haradan alaq?
@azadinsan00
@azadinsan00 26 күн бұрын
Hardan alaq güya yediklerimizin hamisi orqanikdi
@qrbcinlrdiyarnda6654
@qrbcinlrdiyarnda6654 26 күн бұрын
99,9% Palma yağı
@elmanqurbanov7719
@elmanqurbanov7719 24 күн бұрын
Tapdıq yeyək.
@BellaMoskva1970
@BellaMoskva1970 23 күн бұрын
Tokulmuşdu elə əsl kərə yagi.Qorxudan ən bahlini alliriqki bəlkə budur təmiz😢
@ZerengizAgayeva-ep8ni
@ZerengizAgayeva-ep8ni 26 күн бұрын
Avazın yaxşı gəlir oxuduğun qur an olsa
@user-qs1if2ud6f
@user-qs1if2ud6f 26 күн бұрын
🐄🐄🐄❤❤❤🐂🐃
@elmanqurbanov7719
@elmanqurbanov7719 24 күн бұрын
Olmayan şey haqqında niyə danışırsınız?Gözəl xanımsan .Ancaq kərə yoxdu axı.
@elmanqurbanov7719
@elmanqurbanov7719 24 күн бұрын
Bildin?
@user-ix6sk8kh3l
@user-ix6sk8kh3l 25 күн бұрын
99% qijqirmis , tam vermis kere yaglaridi . Əvvəllər hər həftə spora düşürdüm bu alçaqlarla qaytarmaq istemirdiler qijqirmiş yaği
@fazil7016
@fazil7016 22 күн бұрын
kilAmetr yox😊kilOmetr
Underwater Challenge 😱
00:37
Topper Guild
Рет қаралды 48 МЛН
Throwing Swords From My Blue Cybertruck
00:32
Mini Katana
Рет қаралды 11 МЛН
Люблю детей 💕💕💕🥰 #aminkavitaminka #aminokka #miminka #дети
00:24
Аминка Витаминка
Рет қаралды 1,4 МЛН
Qəbizliyi təbii yolla müalicə edən 14 MÖCÜZƏ QİDA
13:55
😯 Unique Way to Cook Potatoes Inside a Whole Lamb! 😯
33:22
Мужик на кухне!
Рет қаралды 11 МЛН
ÇİY SU İÇƏK YA QAYNANMIŞ SU ? - HANSI FAYDALIDIR ?
9:37
Sağlamlıq axtarışında Tahirə ilə
Рет қаралды 46 М.
Gündə 2 Mixək Çeynəyin - Bir Həftədən Sonra...
12:11
Demədi Demə
Рет қаралды 203 М.
Underwater Challenge 😱
00:37
Topper Guild
Рет қаралды 48 МЛН