ALLAH'IN SALAMI SEVGİSİ VƏ NURU ÜZƏRİNİZƏ OLSUN ALLAH RAZI OLSUN🙇♀️🕋🕊🍃📖🍃📖🍃
@karvankarvan4696 Жыл бұрын
Allah razı olsun çox vidyo və çox gözəl izah Allah sizdən ali dərəcədə qəbul eləsin
@kamkamkamkam1353 Жыл бұрын
YA Ali medet
@aliahmadov6404 Жыл бұрын
👍
@vedolunmus Жыл бұрын
Həzrəti Hud peyğəmbərin (ələyhis-səlam) qeybi Əli ibn Salim atasından belə nəql edib ki, İmam Sadiq (ələyhis-səlam) belə buyurmuşdur: “Nuha (ələyhis-səlam) ölüm yetişdikdə tərəfdarları çağırıb onlara dedi: “Bilin ki, məndən sonra qeyb dövru olacaqdır. Həmin dövrdə taqutlar ortaya çıxacaqdır. Allah-taala övladlarımdan adı Hud olan qaim vasitəsilə sizə qurtuluş verəcəkdir. Onun xoş siması vardır, aramdır, vüqarlıdır, yaradılış və əxlaq baxımından mənə bənzəyər. Allah onun zühuru zamanı sizin düşmənlərinizi külək vasitəsilə həlak edəcəkdir”. Beləliklə, onlar davamlı olaraq Hudu (ələyhis-səlam) gözlədilər və onun zühurunun intizarında oldular, o vaxta qədər ki, zaman onlara uzun gəldi və çoxlarının qəlbi daşlaşdı. Sonra Allah naümid olduqları anda Öz peyğəmbərini - Hudu (ələyhis-səlam) ortaya çıxartdı, bəlanı onlardan kənarlaşdırdı, düşmənlərini hər şeyi qurudub məhv edən külək vasitəsilə həlak etdi, hansı ki, bunu Allah-taala vəsf edərək buyurmuşdur: “O, qarşısına çıxan heç bir şeyi buraxmır, onu sovurub külə (çör-çöpə) döndərirdi” (Zariyat, 42). Bu hadisədən sonra Saleh (ələyhis-səlam) zühur edənədək (başqa bir) qeyb dövrü baş verdi”. (Şeyx Səduq, Kəmaluddin, bab 2, Nuhun (ələyhis-səlam) peyğəmbərliklə zühur etməsi haqqında )