No video

İnstitutun Cəlilabad Bölgə Təcrübə Stansiyasında Tarla Seminarı keçirilib

  Рет қаралды 98

Əkinçilik Elmi-Tədqiqat İnstitutu

Əkinçilik Elmi-Tədqiqat İnstitutu

Күн бұрын

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Dəmyə şəraitində taxılçılığın elmi əsaslarla inkişaf etdirilməsi: problemlər və perspektivlər” mövzusunda tarla seminarı keçirilib
Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 25 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş, Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi (KTN) Əkinçilik Elmi-Tədqiqat İnstitutunun (ƏETİ) Cəlilabad Bölgə Təcrübə Stansiyasında (BTS) “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Dəmyə şəraitində taxılçılığın elmi əsaslarla inkişaf etdirilməsi: problemlər və perspektivlər” mövzusunda tarla seminarı keçirilib.
Tədbir KTN və ƏETİ-nin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirin keçirilməsində məqsəd son illərdə qlobal iqlim dəyişikliyi nəticəsində taxılçılıqda yaranan problemlər və bu problemlərin həlli yolları haqqında müzakirələrin aparılması, eyni zamanda son illərdə ƏETİ-nin seleksiyaçı alimləri tərəfindən suvarma şəraiti üçün yaradılan intensiv tipli və quraqlığa tolerant sortlar haqqında taxıl və toxum istehsalçılarına geniş məlumat verməkdir.
Tədbiri giriş sözü ilə ƏETİ-nin nəzdində fəaliyyət göstərən Cəlilabad BTS-in direktoru Şahlar Əsədullayev açaraq tarla seminarının əhəmiyyətindən danışıb, aktual məsələlərə toxunub. Sonra “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Dəmyə şəraitində taxılçılığın elmi əsaslarla inkişaf etdirilməsi: problemlər və perspektivlər” mövzususu çərçivəsində ƏETİ-nin direktoru Faiq Xudayev, Cəlilabad DAİM-in direktoru Rahib Kərimov, Cəlilabad Rayon İcra Hakimiyyətinin (RİH) “Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırma” şöbəsinin baş məsləhətçisi Rafael Məmmədov, Masallı DAİM-in direktoru Seymur Nuriyev, Qobustan BTS-nın direktoru Atabəy Cahangirov, “Fructus MMC”-nin direktoru İqbal Əliyev çıxış ediblər.
Çıxış edənlər dünyanı narahat edən ekoloji problemlər, iqlim dəyişiklikləri və onların canlı aləmə mənfi təsirlərindən söhbət açaraq, bu sahəyə diqqətin artırılması, beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin əhəmiyyətini iştirakçıların diqqətinə çatdırıblar. Qeyd edilib ki, bu sərəncam Azərbaycanın qlobal təşəbbüslərə ilk qoşulan ölkələrin sırasında olduğunu bir daha sübut edir.
Tədbirin davamında əkin sahələrinin və tədqiqat prosesinin nümayişi həyata keçirilib, ƏETİ-nin “Davamlı əkinçilik və bitki diversifikasiyası” şöbəsinin müdiri Təmraz Təmrazov, “Xəstəlik və zərərvericilərə nəzarət” laboratoriyasının aparıcı elmi işçisi Esmira Hacıyeva tarla seminarı mövzusu çərçivəsində çıxış ediblər.
Tədbirdə ƏETİ-nin əməkdaşları, institutun nəzdində fəaliyyət göstərən BTS, DM, YTT-in, bölgə DAİM-lərinin direktorları, aidiyyatı qurumların və müvafiq şirkətlərin nümayəndələri, mütəxəssislər və bölgə fermerləri iştirak ediblər.
Sonda mütəxəssislərlə müzakirələr aparılıb.

Пікірлер: 1
@halukalpkaya7895
@halukalpkaya7895 2 ай бұрын
Çok güzel çalışmalar. Şehitlere ALLAH tan rahmet diliyorum sizlere de başarılar ve Türkiye den selamlar.❤
Maralfalfa bitkisi ilə bağlı suallar və cavablar
9:20
Əkinçilik Elmi-Tədqiqat İnstitutu
Рет қаралды 452
Glow Stick Secret Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 11 МЛН
а ты любишь париться?
00:41
KATYA KLON LIFE
Рет қаралды 3,6 МЛН
Whoa
01:00
Justin Flom
Рет қаралды 50 МЛН
Taxıl biçinindən sonra sahələrin yandırılmasının fəsadları
6:12
Əkinçilik Elmi-Tədqiqat İnstitutu
Рет қаралды 78
Bakü kendisini Rusya ve Çin ile güvende hissediyor
11:56
CGTN Türk
Рет қаралды 75 М.
Maralfalfa bitkisi növbəti dəfə biçinə hazırlaşır
15:24
Əkinçilik Elmi-Tədqiqat İnstitutu
Рет қаралды 909
AZƏRBAYCANIN ƏN YAXŞI 10 UNİVERSİTETİ / 2024
4:42
GÜNDEMİST
Рет қаралды 10 М.
Prezident görsün onun dövlətində necə yaşayırlar
11:18
Azadliq qezeti
Рет қаралды 785 М.
odot gerçeği. ALYADUA TARIM FARKI İLE 05417288582
5:48
Süper napier PAKCHONG1 Kemal KORKMAZ
Рет қаралды 4 М.
Glow Stick Secret Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 11 МЛН