Рет қаралды 363
İnsanın gücü harda gizlənir? Bəlkə də o aşkardadır, ehtiyac duyulanda gəlir, özünü biruzə verir?...
Nə qəribədir, çox axtarılan və ummadığımız anda tapılan bir tikə xoşbəxtliyi tikanlı məftillərə sarılı görürük bəzən ... Bəzənmmi? Bəlkə də çox vaxt.
Hardasa gizlənən gücün, nə vaxtsa tükənməyi var...
Amma bu bir həqiqətdir ki, əzm, dözüm, mübarizənin içində vicdan varsa sən artıq qalibsən.
Sərt görsənib sədd çəkmək asandı, ya sərhədləri qıtmaq çətin ?
Mənə görə hissin nədirsə, gerçəyin də odur, hətta hisslər səni bəzən yanıltsa belə.
Kövrək olmayan adam yoxdu əslində, o kövrəkliyi zəiflik hesab edib gizlədənlər var sadəcə.
Hamıdan gizlənə və gizlədə bilərsən, bəs O ?!
Bəhruz Niftəliyevin budəfəki qonağı jurnalist Aydın Tağıyevdir.
Copyright © Mədəniyyət TV
KZbin kanalına abunə olun: bit.ly/2BpXnnT
Facebook - bit.ly/39jZ96G
İnstagram - bit.ly/30IIVjB
KZbin - bit.ly/39tyzYL
Rəsmi sayt: bit.ly/2OMoBrU
İnsanların zövqünün formalaşmasında, mədəni səviyyəsinin yüksəlməsində mətbuatın, ən əsası isə telekanalların rolu danılmazdır.
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin bazasında yaradılmış və qısa müddətdə tamaşaçı rəğbəti qazanmış “Mədəniyyət” kanalı məhz belə önəmli missiyanın öhdəsindən uğurla gəlir.
“Mədəniyyət” kanalının əsas məqsədi Azərbaycan mədəniyyətinin bəşəri dəyərlərini dünyaya çatdırmaq, həmçinin dünya mədəniyyət incilərini ölkəmizdə təbliğ etmək, gənc nəslin bədii-estetik zövqünü formalaşdırmaqdır.
Kino, teatr, musiqi, tətbiqi sənət, tarixi abidələrin qorunması və bərpası ilə bağlı hazırlanan dövlət proqramları və Prezident İlham Əliyevin mədəniyyət sahəsinin inkişafı ilə bağlı sərəncamları təsdiq edir ki, ölkəmizdə mədəniyyətə, mənəvi dəyərlərin qorunub saxlanılmasına böyük qayğı var.
“Mədəniyyət” kanalının yaradılması da dövlətimizin, onun başçısı İlham Əliyevin mədəniyyətə, incəsənətə göstərdiyi böyük diqqət və qayğının nəticəsidir.
#AZTV #MədəniyyətTV