bu reyi oxuyan insan Allah ne sixintin var ne problemin var ureyini sixan nevarsa seni bu mahniya vadar eden ne problemin derdin varsa hamisini Hell elesin hamisini bitirsin komek olsun yardımcın olsun Allahin rehmeti uzerinize olsun ❤
@Sehla-h6eАй бұрын
Allah razı olsun tam ehtoyacim olan sözler 😢
@ramilpasayev870Ай бұрын
AMİNNN CÜMLƏMİZİN🤲🏻❤️☝🏽✨️
@Yip50725 күн бұрын
Amin
@RahibTapdiqov-e3h24 күн бұрын
Amin❤ çox sağ olun ❤
@SunayEsedova5 күн бұрын
Amin ya Rebbim
@Admin-w316 ай бұрын
Bilirsiniz, elə bir heyət var ki, mahnıya qulaq asır, şərhləri oxuyur, amma heç vaxt şərh yazmır. O heyətə salam olsun.
@cavidyasinov81396 ай бұрын
Heyatin sahibi ilk defe reyi bura yazir
@deniznagizade11685 ай бұрын
Biri mən😊
@cavidyasinov81395 ай бұрын
@@deniznagizade1168 demeli heyata sahib olan artiq 2 neferik
@abiyev_elmir5 ай бұрын
Eyni ile
@elnur29385 ай бұрын
✋🥲
@mirmahmudaliyev2292 Жыл бұрын
Röyanın tək bu mahnısı ölkədəki müğənnilərin 80%-nin ümumi repertuarından üstündü
@ManMan-bm1pw11 ай бұрын
Həqiqətən. Bir əfsanə yaradıblar. Yaralı ürəyimə məlhəmdir elə bil.
@SamirMəmmədov-p5c10 ай бұрын
Hamısından desək daha doğru olar məncə
@elkhanismayilov9 ай бұрын
100%
@MirHadiHadiyev9 ай бұрын
Bu sizə görə belədir.Amma ifa bəstə sənət baxımından bu belə deyil. Görkəmli sənətkarlara hörmətsizlik etməyin.ƏGƏR BU OTURUŞUNU DURUŞUNU DANIŞIĞINI BİLMƏYƏN BÖYÜK BƏSTƏKARLARIN ƏSƏRİNİ OXUSA QÜSURLARINI SAYMAQLA QURTARMAZ.
@mirmahmudaliyev22929 ай бұрын
@@MirHadiHadiyev görkəmli sənətkarların böyük mahnılarını Orkestr qarşısında canlı oxuyub. Öz dövründə ən məşhur bəstəkarların biri elə H.Abdullayevdir, onunla çox səviyyəli işlər ortaya qoyub. Səsi güclü deyil, amma çox fərqli və "rəngli" səsi var. Səsinə uyğunlaşdırırsa mahnını vəssalam
@C_müəllimə7 ай бұрын
Röyanın yeni mahnıları nə qədər trend olsa da bu mahnıları brenddir. ❤😍
@samirmemmedov235 ай бұрын
Duzzzz
@ÜlviyyəHüseynova-k8o4 ай бұрын
coooox düz vurğuladız👍❤
@muslumsalman54059 ай бұрын
mahnının klipə ehtiyacı yoxdur, hər kəsin öz klipi gözünü yumanda başlayır 🖤
@Taleksxxx8 ай бұрын
👍🎵
@RehmanNebiyev-kh6lg6 ай бұрын
❤
@ilaheveliyeva45844 ай бұрын
neinki klipi hetta musiqilerindeki o tesir her kesde ferqli ozune mexsus formada vardir. musiqi eynidi amma herenin oz sari simine ozune uygun deyir.
@Prvin-rz4rq3 ай бұрын
Əla koment düzdü
@Ruuffii3 ай бұрын
Bu kommenti birinci bir türk yazıb buda ordan oğurlayıb götürüb@@Prvin-rz4rq
@rafiqelekber11 ай бұрын
Ölümsüz mahnı #Bahar 2024 də belə ilk çıxdığın kimi tep tezesen ❤️ Təşəkkürlər Hüseyin Abdullayev, təşəkkürlər Röya Ayxan.
@SemsiQuliyev11 ай бұрын
2024 yox Allah omur verse 2054 dede royanin mahniari kohne mahnilari ancag🖤🥀
@Aliko_0245 ай бұрын
Bu sənət əsəsri 2006-ci ildə ərsəyə gəlib. O vaxtı 14 yaşım var idi. İndi isə il 2024 və 32 yaşım var amma hələ də əsər mənim üçün ilk gün çıxdığı kimi möhtəşəmdir. Qulaq asmaqdan doymaq olmur. Mənə görə Röyanın ən möhtəşəm əsəri məhz budur. İllər keçdikcə daha da dəyəri artan əsərlərdəndi bu Bahar❤️
@iliketravelling1052 ай бұрын
Tam razıyam ❤
@n4zrynn4 ай бұрын
bunu bura yaziram gelen yay telebe olarag yanitliyacammmm❤️🔥
@sendegor85564 ай бұрын
Allah qoysa
@sefiyevaa_574 ай бұрын
İnşallah ❤
@SemsiQuliyev4 ай бұрын
Beyendim gel qulag as kaw 15-16 yasima qayidardim😢😢😢😢
@EliMensimov-yc4zp4 ай бұрын
Eyniyle mende 🙂
@UnknownPerson-8884 ай бұрын
İnşAllah
@kuliyev2402 ай бұрын
1:29 Bu hissədəki musiqi tam başqadi axı
@MəhəmmədƏliyev-l5sАй бұрын
Həə
@ParvanaMikayilova-lj7vx10 ай бұрын
Hüseyn Abdullayev bəstəsi və Röyanın səsi. Möhtəşəmdir.
@osmanmdov10 күн бұрын
Elə bir gün yoxdur ki dinləməyim bu şah əsəri. Həyatımın ən önəmli parçasıdır "Bahar". Qəlbimin ən dərin sevgisidir "Röya" ❤
@soli398010 ай бұрын
Bu mahnı sözlə ifadə olunmayan hisslər yaşadır insana saf sevgini xatırladir o qədər gözəldirki...
@aliselimov62410 ай бұрын
Təkcə Röyanın yox bütün Azərbaycanın bahara qarşı sevgisi var...(( 🖤
@puwi17187 ай бұрын
Musiqini besteleyen Hüseyn Abdullayev, size heqiqeten halal olsun. Sözler, Röyanin sesinin musiqi ile uyumu ve s. ne qeder gözel olsa da mahninin en canalici nöqtesi melodiyasidi. Mükemmeldir…
@SadaAbdullayeva-fv5pf25 күн бұрын
İsmayıl Dadaşov,Hüseyn Abdullayev,Röya Ayxana təşəkkür edirəm ki belə gözəl mahnını ərsəyə gətiriblər.❤❤❤
@emilisdamov49672 ай бұрын
RÖYA sübut edirki oxuyanda ne qışqırmaq lazimdi nede ağlamaq.Sadece gözlər yumulmasi bes edirki musiqini yaşayasan ❤
@humayrcbovaa Жыл бұрын
Çox gözəl, buna hər qulaq asdıqsa köhnə xatirələr, keçmiş gəlir ağlıma.. yaşana biləcək amma yaşanmayan xəyallar.. gələcəkdəki xəyallar yaşanacaqlar.. 🥀
@GunelBaxsl5 ай бұрын
Bu musiqini söz verirəm bir gün hər şey yaxşı olanda birdə açıb dinləyəcəm,çünkü bu mahnıya çox xatirələrimi həsr etdim:))🤍
@lalen.24105 ай бұрын
Mənə baxıb görməz oldun, küsmüsən nədən? (küsmüsən nədən?) Söz deyirəm, güldürüm ki səni, çox üzülmə sən Mənə baxıb görməz oldun, küsmüsən nədən? Söz deyirəm, güldürüm ki səni, çox üzülmə sən De sözünü, gözləmə, ürəyim əsdi Yalvarıram, sən bu gün ağlama, bəsdir De sözünü, gözləmə, ürəyim əsdi (ürəyim əsdi) Yalvarıram, sən bu gün ağlama, bəsdir Gəl, danışaq sevgimizdən, sənə var sözüm (sözüm) Başqasına çox inanma yenə; gəl, canım, gözüm (gözüm) Gəl, danışaq sevgimizdən, sənə var sözüm (sənə var sözüm) Başqasına çox inanma yenə; gəl, canım, gözüm De sözünü, gözləmə, ürəyim əsdi Yalvarıram, sən bu gün ağlama, bəsdir De sözünü, gözləmə, ürəyim əsdi (ürəyim əsdi) Yalvarıram, sən bu gün ağlama, bəsdir Gəl, o yolda bizi gözləyən bir eşqin sabahı var Mən sənin o ömründən keçən bir gözəl bahar Gəl, o yolda bizi gözləyən bir eşqin sabahı var Mən sənin o ömründən keçən bir gözəl bahar
@iliketravelling1055 ай бұрын
Artıq ne Röya ne de başqa bir müğenni Bahar qeder qüsursuz bir mahnı oxuya bilmez. Azerbaycan tarixinde en seviyyeli mahnılar içinde yer alan bir mahnıdır.
@Ziyuu-s4r Жыл бұрын
Mən sənin ömründən keçən bir gözəl bahar…❤️🩹🤍
@sairaysf53243 ай бұрын
Indi Royanin 10 il evvelki mahnilara ehtiyaci var Bu mahnilar helede dinlenir indikiler yadda bele qalmir heyif Huseyn Abdullayev bestelerinden
@MirzeyevaCinare10 ай бұрын
Bir musiqi necə bu qədər gözəl ola bilər
@Cənnətt Жыл бұрын
Röyanın məhz bu ifasını bir başqa sevirəm🤍 Möhtəşəmsən, Röya🤌!
@elladaella604 Жыл бұрын
Röyanın bu mahnısı şedevrdir❤
@kuleklerseheri996 ай бұрын
👏🏻
@Yip507Ай бұрын
Duzz
@aslanov0Ай бұрын
Röya ikinci bahari cixardacaq ama biz birinci baharda qalmisiq)( 01:04 16noyabr 2024)
@Piraliyevaa Жыл бұрын
Uşağligimdan bəri illərdir musiqilərindən bezmədən dinlədiyim musiqiçi təbii ki Röyadır❤️🩹🥹
@lenovoideapad-f6w11 ай бұрын
Mene baxıb görmez oldun. Küsmüsen neden? Söz deyirem güldürümki Seni. Çox üzülme Sen. Mene baxıb görmez oldun. Küsmüsen neden? Söz deyirem güldürümki, Seni. Çox üzülme Sen. De sözünü gözleme, üreyim esdi. Yalvarıram, Sen bügün ağlama besdi. De sözünü gözleme, üreyim esdi. Yalvarıram, Sen bügün ağlama besdi. Gel danışaq sevgimizden. Sene var sözüm. Başqasına çox inanma yene, gel canım gözüm. Gel danışaq sevgimizden. Sene var sözüm. Başqasına çox inanma yene, gel canım gözüm. De sözünü gözleme, üreyim esdi. Yalvarıram, Sen bügün ağlama besdi. De sözünü gözleme, üreyim esdi. Yalvarıram, Sen bügün ağlama besdi. Gel, bu yolda bizi gözleyen bir eşqin sabahı var. Men, Senin o ömründen keçen bir gözel bahar. Gel, bu yolda bizi gözleyen bir eşqin sabahı var. Men, Senin o ömründen keçen bir gözel bahar.
@iconicwoman77711 ай бұрын
10 ilin mahnısı hələ indi 10 milyonu ötür. Zamanında dəyər verək ❤
@leylalyl40999 ай бұрын
10 deyil 20 ildi
@elvinali68368 ай бұрын
2008-de postda qulaq asırdım bu mahnıya "Gece karvanı"nda
@elfantairov9138 ай бұрын
Axı nə üçün bu musiqiyə qulaq asanda dəxlisiz xatirələr oyanır?
@AliShukurzade25 күн бұрын
Çünki musiqinin xatirələrə dəxli var❤
@AliShukurzade25 күн бұрын
Çünki musiqinin xatirələrə dəxli var❤
@MuradAbbasov-g7h6 ай бұрын
2 ci ayimiziydi ilk defe qorusmusduk,royani sevmezdim nenesi qile aparanda ne sevirsen sorusunda Royani demisdi dexlisiz bunu qosmusdum qulag asirdig,indi onsuz Qulag asib her şeyi xatirlayiram.Ondan sonra mende royanin mahnilarini sevdim…..
@nanoseferov17158 ай бұрын
Bu mahnının deyeri çox böyükdü Dinləmək üçün nələrisə itirmelisennn
@НаибАхмедов11 ай бұрын
Gənclik illərim izin yadigarı. ALLAH SƏNƏ RƏHMƏT ELƏSİN.QƏBRİN NURLA DOLSUN
@imelviira10 ай бұрын
Biz dinləyəndə dözə bilmədik, sən oxumağı necə bacardın Röya’m?♥️
@renativanov74069 ай бұрын
niye doze bilmirsizki?🙄
@manifi9047 ай бұрын
Cunki mahnini ilk cixdigindan beri dinleyenler ucun artiq qayitmayan xatireler var @@renativanov7406
@azeroruchov82014 күн бұрын
Bu illər bir də qayıtmayacaq😢 elə bil ömrümüz həmin dövrdən sonra dayanıb. Kim nə desədə o illərdə insanlar başqa idi heyat dahada gözəl idi. Bu musiqini dinləyəndə əslində həmin dövrləri yenidən yaşadığımız üçün xoşbəxt oluruq. Yaxşıkı belə musiqilər var zaman maşını kimi bizi keçmişə aparır.
@Senetci6 ай бұрын
Iller otdukce daha da sevilen musiqi.Bahar...Huseyn Abdullayev desti xetti..her zaman heryerde secilib.Bu da subutu..Roya sesiyle ureyiyle o mahniya can qatib❤
@N777-t3s2 ай бұрын
Röya ikinci baharı çıxara bilər amma bizə birinci bahardı 🥀🥀🥀 20:27
@haydarfataliyev3 ай бұрын
2006-cı ildə bəstələnən bir parça bugün də öz mükəmməlliyini qoruyur. Hüseyn Abdullayev əsrlərlə yaşayacaq şah əsər yaradıb. Əməyinizə sağlıq.
@GülfidanAltın3 ай бұрын
Bu şarkıyı o kadar çok seviyorum ki kalbim kırık olduğunda hep dinlerim bir gün her şey iyi olursa yine dinleyeceğim..
@Thisisfarizfariz5 ай бұрын
2005 2006 cı illər idi Qarayevdəki Atesə getmişdim telefona görə məni pəncərələrin birinə göndərdilər əlimdəki sənədə görə deyilən yerə yaxınlaşanda 20 25 yaşlı bir qız başını stola qoyub əlləri ilədə başını qucaqlamışdı və stolda Noki 6230 telefonunda Röyanın Bahar mahnısına qulaq asırdı ilk dəfə orada eşitmişdim bu mahnını və 20 ilə yaxındır qulaq asıram❤
@RoyaOfficial10 жыл бұрын
#Bahar // Röya Vol.1
@konulagayeva5573 Жыл бұрын
❤
@FHARAHZADE Жыл бұрын
❤️
@gulya39203 ай бұрын
Cox gözəl duyğularla ifa eləyib . Hànsı müğənni Röya kimi oxuyar yəqinki hec kim ❤❤❤
@LamiyyeQuliyeva6 ай бұрын
Gel o yolda bizi gozleyen bir ewqin sabahi var men senin 2012de omrunden kecen ilk ve son bahar.............
@CoastlineParadox93Ай бұрын
Bu mahnıya qulaq asanda, adamın ürəyi həm isinir, soyuq hiss edir eyni anda. Uşağlığımızın gözəl ifası ❤
@mr_davud0611 ай бұрын
-Niyə hər dəfə üzünü çevirirsən? -Bilmirəm. - Bəs sən özün niyə eliyirsən? -Yadımda saxlayıram. - Nəyi? - Səni... - Mən axı burdayam. - İndi burdasan. Sora olmayanda gözümü yumub yadıma salacam..💔
@OzcanElizade-sg2dd10 ай бұрын
iiiijj
@meryaremery9 ай бұрын
:)
@nadjafova11999 ай бұрын
Qanadsız Mələk...🤍
@AslanBeylerov10 күн бұрын
Bu mahnını qulaq asan insan vaxtında ya yarı yolda qalıb yada sevgisi qalıb yarımçıq
@aysnqribova38429 ай бұрын
Bu mahni ile yatiram layla olub mene😢
@renativanov74069 ай бұрын
mende 🙄
@SamirCeferzade-qg4qfАй бұрын
1:27 Axtardığın Fon
@salehmehdiyev-vz5is10 ай бұрын
Elə bilfim 1:26 cı saniyədə vüqar şeir deyəcəy Allah Rəhmət eləsin şairimizə
@Gaming.plus13 ай бұрын
Amin 😢
@kamranrizvanov249611 ай бұрын
Hər bir müğənninin damğasını vurduğu mahnı olur. Röyada məhz bu mahnı "Bahar"dır. Xatirələrə aparan mahnıdır. Qayıtmayan günlərə...
@resadliyev0098 ай бұрын
Həqiqət budur ki , Allah hər kəsi sevdiyine deyil, hər şəraitdə yaninda tapa bildiyi insanlara bagişlamalidir.Hər şey yaxşi olanda hami hamini sevir. Həmişə sevib sevilin 🖤
@kuleklerseheri996 ай бұрын
🤌🏻 əllərinə sağlıq ürəyinə sagliq
@talehehmedov5655Ай бұрын
Bu mahnı mene son zeng günü xatırladır
@slowmusic8254Ай бұрын
Həmin bu musiqinin düşndürmədiyi bir kəs yoxdur..Düşündürür keçmişi. yaşanılmışları )
@babayev.MB.11 ай бұрын
10 milyon oldu, daha da zirvelerde❤
@ResulOrikАй бұрын
Bu mahninin ortalarinda calan musiqi coxunu uzaqlara aparir icinmde men...
@XediceSeyidova11 ай бұрын
Men senin o ömründen keçen bir gözel bahar…🥹🤍
@rogatreus1679 ай бұрын
Bu mahnının sözləri çox mənalıdı🥹
@nili59438 ай бұрын
Mahninin musiqisi başqa bir alemdi
@Samir_adilov6 ай бұрын
Rəylər 30 ildən sonra çoxlarının qəbirsanlığı olacaq. Günlər nə tez keçdi. Məktəbli vaxtlarıma getdim. Sevginin bizlər üçün qiymətli olduğu, xatirə dəftərlərinə sevd7yimizin adının baş hərifin yazdığımız və hər kəsin o sevgi sualının cavabına baxdığı. Ötənlər bir teatr səhnəsi kimi canlanır göz önündə Röyanın köhnə mahnılarını dinləyəndə. Mp3 lü telefonların təzə çıxdığı illər, zəngimcellərin geniş yayıldığı zamanlar. Ey gidi günlər
@drfatiko36745 ай бұрын
Eynən
@peritekin7869 Жыл бұрын
İller keçsede, heç vaxt dinlemekten doyulmayacaq mahnı.
@GelmemeyeGidenAdam195 ай бұрын
Türkiyənin Sezen Aksu'u varsa bizimdə Röya'mız var:)
@GulnarQasmova-ez3ef4 ай бұрын
Sezen aksudan daha möhtəşəmdi Röya
@gulbalarafiyevАй бұрын
Kim bilir bəlkə də mən bir gün burda olmayacam. Bu mahnı bu şərhim həmişə burada olacaq və onu oxuyanda kövrələcəksiniz. Həyat çox qısadır çalışın həyatınızı düzgün yaşayın. Hər kəsə uğurlar bəlkə də bu sonuncu şərhim oldu.
@samilmelikov56915 ай бұрын
Bahar Röyanin ifasinda birmenali şedevrdir
@Ulvi.Aliyev2 ай бұрын
Necede möhtesem ifa etmisiz.
@ZumrudHacyeva-kh5zs3 ай бұрын
"Mən sənin bu ömründən keçən bir gözəl bahar..."
@rugiyyababazade54433 ай бұрын
Huseyn Abdullayev yaradibdi bir sozle👍🏻👍🏻👍🏻
@shbnm981928 күн бұрын
Sən hamımız üçün bir başqa nəğməsən"Bahar"❤
@slalmirzyeva6085Ай бұрын
Mən həm Röyani həmdə mahnılarını çox sevirəm amma ən çoxx baharı sevirəm .Hər gün qulaq asıram❤
@NerminAbidova-nb5nl8 ай бұрын
Gözlər gülmərsə əgər,neylərəm o baharı,payız tək solandan sonra..🍷
@Madina-ox2eqАй бұрын
Bəlkə doğurdanda ömrümdən ötən 1 fəsil oldun sadəcə 1 bahar amma mənim bundan sonra ki baharlarımı aldın) bəlkə unutmusan bəlkə unutmalıyam amma bacarmıram. Hər kəs üçün adi gələ bilər amma mənim üçün tamam başqa mövzü idin sən)) bəlkə bir gün başqa bir dünya da qarşılaşarıq mənim ən gözəl baharım
@Ayşən-y4y9 күн бұрын
2025 de dinleyenler
@Usufova2 ай бұрын
Bu mahnıdan o qədər xoşum gəlir❤
@ValehBaradov-jd6jp5 ай бұрын
9il paylaşılıb niyə hamı 2024 də qulaq asır?
@Maqa-i2s5 ай бұрын
Çünki,insan böyüdükcə mənasını dərk edir
@osmanmdov5 ай бұрын
9 il yox, 20 ildir çıxıb bu mahnı
@--A.H--4 ай бұрын
Camaata hələ indi çatır bu əsər deməkki
@АдельИвановна4 ай бұрын
Ay qardaş nə 9 ili bu mahnı bilirsiz nə vaxt çıxıb??? 2007 yada 2008, sadece 9 il bundan qabaq qoyublar yutuba
@nurayysw3 ай бұрын
@@Maqa-i2sahaa en dogru cavab
@resadsahverdizade256Ай бұрын
5 Dekabr 2024 Almaniyadan salamlar. En sevdiyim mahnilardandi bu mahni
@gunelabdul85729 ай бұрын
Röya daha belə qəşəng mahnilar oxumursan təəssüf..
@osmanmdov9 ай бұрын
Hər yerdə eyni şərhləri yazmaqdan bezmədin? Röya bundan da qəşəng mahnılar oxuyur hazırda
@iliketravelling10516 күн бұрын
Gerek belə mahnıları kimse yazsın ki Röya da oxusun. Bəli razıyam artıq bu derecede şedevr mahnılar olmur, amma yene de müqayisəde ölkede en seviyyeli mahnıları hele de Röya çıxarır, baxmayaraq ki artıq ne Naile/Hikmet Mirmemmedli ne Hüseyin Abdullayev ne İsmail Dadaşov var
@GunelHuseynova-g1v Жыл бұрын
Kaş bu musiqinin sözlerin başa düşmezdim😔
@gdchdbnfnnfjfn9 ай бұрын
bəzi mahnilari keske anlamazdim
@natigwhossein23608 ай бұрын
😂😂 dogurdan mən anlamıram e amma...😂😂 De sözünü gözləmə ürəyim əsdi Yalvarıram sən bu gün ağlama bəsdi. Sözü demek ki kədərlidi.. mənə baxıb görməz oldun küsmüsen neden demek ki, bilmir nə üçün küsüb qarşı tərəf😂😂 ayda nəsə qəribədi😂😂
@GunelHuseynova-g1v8 ай бұрын
@@natigwhossein2360 hele usagsan yeqinki ona göredi ağlın kesmir
@firuzqasmzad98208 ай бұрын
Ay İlkin, Baharsız olar heç ?) ❤
@Ilkinelekberli98208 ай бұрын
Olmaz olmaz🥹❤️ Miss balası✨
@thsaliyeva8 ай бұрын
Baharın yeri tam başqadı 🤍
@ЕлжанЕмиров7 ай бұрын
❤
@gunayaliyeva199Ай бұрын
İllər keçsə də Bahar həmişə seviləcək ❤
@BehruzMemmedov-r7m10 ай бұрын
Mənəm elgün bu musiqi səndən mənə xatirə qalan tək bir müqədəsdi.Bu məktubu oxuyursansa çox uzaqlara gedirəm.Səni çox sevirəm .Bir xaişim var bu musiqini heç kəsə dinlətmə.Sən mənim ömrümdən keçən gözəl bahar yox tufan oldun .08.02
@AyshanShyeva8 ай бұрын
🥲
@lanavva3 ай бұрын
Səni öz əllərim ilə əsgərliyə yola saldığım günü... Səhər saatları 6-7 kimi bir yerdəyik maşında anidən bu mahnı gəldi maşında sənə qalsın dedim. Heç vaxt Bahar mahnısı bu qədər təsirli olmamışdı mənə, heç vaxt bu qədər dərindən anlamamışdım məsələn, üzümdə gülümsəməyə çalışarkən gözlərimin işığı ilə bir yerdə qəlbimdə olan xoşbəxtlik heç vaxt bu qədər ölməmişdi. Üzünə gülməyə çalışarkən qəlbimin gözlərimin yerinə nə qədər gözyaşı tökdüyünün sayını sənə danışa bilmərəm, çünki bunu heç özümdə bilmirəm. Gözlərinə baxıb özümü itirdiyim kimi, yaşlarımın sayını belə itirmişdim. Nə qədər gizlətməyə çalışsam'da bunu hiss etməyin və mənə "O gözlərinə qurban olaram sənin" deməyin məni həm xoşbəxt edərkən,həm də derinden o qədər yaralamışdı ki... Bir də nə zaman eşidərəm dilindən bu sözü deyə xəyala daldım və ele bir zaman gəldi ki artıq adımı sənin dilindən,sənin səsindən eşitməyə o qədər həsrət qaldım ki... Batdım mən o an, həqiqətən batdım. Qəhvəyi rəngə çalan gözlərində, güləndə biraz qısılan və qırışan göz qapaqlarında,səs tonunda, əlini əlimdə hiss etdiyim an necə isindiyini hiss etdiyimdə batdım. Mən sənin o qəhvəyi gözlərində batdım. Hərkəs dənizdə boğularkən,sən sevginlə belə məni o qəhvəyi torpağa gömdün. Bəzən o qədər təlaşlanıram ki,məni unudacağından,illər sonra gülüşünü gördüyüm an bu mənimdi dediyim anı silib atacağından,əziyyətimi, münasibətimizi, xəyallarımızı və onunla bir yerdə varlığımı yerə vuracağından... Ətrafda eşitdiklərim bəzən məni sarsıdır ama bəzən sən uzaqda olmana rəğmən ele bir an yaşanır ki düşündüklərimə göre peşman oluram. Qayıt, qayıt artıq. Hamının dilini ağzını gözünü yumaq sevgimizlə. Qayıt. Gəldiyin zaman yenə mənim gözəl gözlü sevgilim olacağına əmin olsam səni nəyinki 1 il 6 ay,səni 1 əsr'də 6 əsr'də gözləyərəm. Səni sevirəm gözəl gözlü sevgilim. Umuram ki hər şey istədiyimiz kimi olar o isti əllərini tutub dünyanın hər ucunda xoşbəxt olmaq diləyi ilə ❤️
@GovherQasimovАй бұрын
Gören bu sevginin qarşılığı varmı?🥲
@evajs-yb4mq Жыл бұрын
Cox böyük anısı var...
@Ayti.7.7.712 күн бұрын
Bəzi mahnılar var ki nə zaman eşitsən sadəcə bir insanı xatırladar sənə. O xatirələr o anlar canlanar yenidən. Biz bir birimizin son baharı olduq....🤍16
@sadiqqaraxanov5519 Жыл бұрын
Röya Səni çox Sevirəm❤ Möhdəşəmsən mahnılarında özün kimi👍👍👍 Allah Sənə uzun ömür versin🙏
@iliketravelling1055 ай бұрын
Tek bu mahnı belə röyanın xalq artisti adı almağına kifayet idi
@subhanismaylov64619 күн бұрын
2025 hələdə qulaq asan varmı?😢
@TunzaleAbbasova-z1gАй бұрын
Mənə ləzzət edir bu qızın mahnıları İlk dəfədir yolum yazdım
@elchinguliyev91585 ай бұрын
Röyanın yaradıcılığında ən zirvədə olan mahnıdır. Əslində Röyanın digər mahnıları ilə müqayisədə dərin mənalı sözləri olmasa da, mahnının giriş hissəsi və sadə olması onu unudulmaz edib.
@iliketravelling10516 күн бұрын
"Men senin o ömründen keçen bir gözəl bahar" elə en derin menali sözdür
@elvinmemmedov43104 ай бұрын
Röyanın Sekildeki Oturmaq tərzi Mahnıya ayri bir stimul verir❤❤❤❤
@SadaySüleymanov-l8k12 күн бұрын
2025 bu mahni her zaman sevgisi olan herkes ucun yasayacaq
@11oktyabr Жыл бұрын
Anarı görəndən sonra Röyanın ağlında olduğumu anladım...🥀
@ilkinxelilov12367 ай бұрын
Hər dəfə qulag asdıqca 10 il cavanlaşıram ❤❤❤ruhum daha çox cavanlaşır 😊sevimli Röyyamız ❤sən səsinə saglıq ❤
@tellihemzeyeva18315 ай бұрын
Iyki dogdun nil ablacim mutlu yillar sana warkinida cokkk sevdim hayirli olsun canim❤❤🎉🎉🎉
@GülbenizMammadova2 ай бұрын
Artıq Röyanı dinləyəndə canım çox yanır, göz yaşlarımı tuta bilmirəm. Keşkə səni hüç tanımasaydım. Keşkə yollarımız heç kəsişməsəydi. Keşkə səni canımı yakmana izin verecek kadar sevməsəydim. Sənin də dediyin kimi kaş və keşkə kəlmələri
@dr.g-m17 күн бұрын
gəl o yolda bizi gozləyən bir eşqin sabahı olaq...
@daktilooo11 ай бұрын
Musiqinin bir qismi hereketli bir qismi qemli amma sözleri çox derin bir eserdi bu mahnı heqiqetende
@iraneeliyeva616911 ай бұрын
İllərin mahnisidi amma cox gozəldii illər ötsede coox bəyənirəm musiqisi sozləri ifayada mukəmməl👏👏👍
@aygunmursell9 ай бұрын
Belke bir gün geleceksen amma çox gec olacaq💔
@khadijahumbatzada-il2ev4 ай бұрын
Sen menim ömrümden keçen Son Baharım olaraq qalacagsan...
@kuçukprenslm8 ай бұрын
Sevgilim son 149 gün. Elə həsrətəm sənə.Bu mahnını dinləyirdin yanımda.Amma mən tək ağlayarağ💔
@WoltFasfoot8 ай бұрын
Üzülmə gələcək inşallah saq salamat xoşbext olacaqsiz
@NilufrAbbasova12Ай бұрын
Bilmirəm sevirsən ya yox ama səni çox istədiyimdən əminəm.Yenə gəl❤