Ramiz Rövşən - Ay bu yükün yiyəsi - Kamran M. YuniS

  Рет қаралды 26,537

Kamran M. YuniS

Kamran M. YuniS

4 жыл бұрын

#kamranmyunis #kamranyunis #ramizrovsen #şeirlər
#poeziyateatrı #sevgişeirləri #şiirler #xəyyammirzəzadə
Bəstəkar - Xəyyam Mirzəzadə - “Arxadan vurulan zərbə” filmi
Ramiz Rövşən - Ay bu yükün yiyəsi
Ay bu yükün yiyəsi
Gör bir nə tez xərclədim günləri manat kimi,
Əvəzində nə aldım -
heç xəbərim olmadı.
Çox yerdə başa keçdim hörmətli qonaq kimi,
Amma ayaq qoymağa
heç öz yerim olmadı.
Dünyada hərə bir cür qocalmağa başlayır;
Başdanmı qocalan çox, ayaqdanmı?
Kim bilir.
Hansı pisdi -
yerişi, yoxsa ağlı itirmək?
Axsaqdanmı soruşaq, axmaqdanmı?
Kim bilir.
Mən nəsə ayağımdan qocalmağa başladım,
Ağıllı başım çətin köməyimə yetişə.
Ayağımın ucundan başlayan şiş yeriyib
Yavaş-yavaş haçansa ürəyimə yetişər.
Bilirəm, gec-tez məni yıxsa, ürək yıxacaq,
Ayaqlarım zay olub lap sıradan çıxsa da.
Çox dostlarla günbəgün aram soyuyur, -
ancaq
Mən aradan çıxmaram, kim aradan çıxsa da.
Bir vaxt iri köpəklər hürərdilər üstümə,
İndi xırda küçüklər hürüşür addımbaşı.
Hürməkdə o köpəklər
yaman ustaydı, usta,
Bu küçüklər hələ ki,
bir az naşıdı, naşı.
İt hürər, karvan keçər...
Yox, mən karvan deyiləm,
Mən - karvanı talanmış
tənha, yorğun bir dəvə.
Dörd tərəfi bürüyən toz-dumanın içində
Baş götürüb gedirəm
ağlım kəsən tərəfə.
Yük altında göynəyir kürəyimin qabarı,
Yük altında təngiyir hər addımda nəfəsim.
Nə atmağa qıyıram,
nə gücüm var - aparım,
Hayandasan, di gəl çıx, ay bu yükün yiyəsi!..

Пікірлер: 153
@yeganequliyeva664
@yeganequliyeva664 4 жыл бұрын
Dünyada hərə bir cür qocalmağa başlayır,.... Allah heç kimin can sağlığın alıb, qocalığında kiməsə möhtac qoymasın.Amin🙏
@yaqutosmanova405
@yaqutosmanova405 4 жыл бұрын
Fikirləşmə qocalmisan qadası, Qcaliq insana tanrı payıdi. Qocalıb dünyadan kocərsə insan, Tanrının ən böyük ərmaqanidi. Övladlar ömrünün şah əsəridir, Nəvələr əsərin gül cicəyidir, Aq saçlar ömrünün bər bəzəyidir, Fikirləşmə qocalmisan qadası. Gözün nurdan düşsə,belin bukulsə, Ağızda dişlərin bir bir tökülsə, Haqqın dərgahından əlin çəkilsə, Fikirləşmə qocalmisan qadası. Uzr istəyirəm Yeganə xanım kimsə qocalıqdan danışanda bu şeirim yadıma düşür.
@yeganequliyeva664
@yeganequliyeva664 4 жыл бұрын
@@yaqutosmanova405 Ürəyinizə sağlıq! Gözəl qəlbiniz daima cavanlıq eşqiylə döyünsün Amin.🙏💕
@yaqutosmanova405
@yaqutosmanova405 4 жыл бұрын
@@yeganequliyeva664 var olun Yeganə xanım bu şeri 93yasli, atama yazmışam 90illiyində.
@dogruyol6251
@dogruyol6251 Жыл бұрын
Amin!
@ruslanrustamov9694
@ruslanrustamov9694 2 жыл бұрын
Bu qədər gözəl və mənalı şeri hər kəs həyatında azı bir dəfə də olsa oxumalı ya dinləməli. Və Kamran M. Yusif bu şeri yaşayır bizə də yaşadır. Təşəkkürlər
@user-gl9ur9fh1v
@user-gl9ur9fh1v 2 жыл бұрын
Ramiz Rovsen Kamran. M. Yunis Tesekkurler! 🧡🧡
@helimebabayeva1153
@helimebabayeva1153 2 жыл бұрын
Allah bu şeiri yazana da söyləyənə də can sağlığı versın.İkisi də mənim sevimli ustadım.
@lolaazeri3917
@lolaazeri3917 26 күн бұрын
Bulmirəm nə yazim .... Sizə və müəllifə sonsuz təşəkkürlər 👏👏 Var olun DƏYƏRLİ SƏNƏTKARLARİMIZ.
@user-dp8mf5rb8p
@user-dp8mf5rb8p Жыл бұрын
Mən elə bilirdim öz yükümlə bu həyatda təkəm bu şeri dinlədim başa düşdüm ki tək deyiləmmiş, ürəyinizə, səsinizə sağlıq dəyərli İNSANLAR❤
@yeganequliyeva664
@yeganequliyeva664 4 жыл бұрын
Çox anlamlı, təsirli bir şeir! İfa! Susub təkrar-təkrar dinləmək!
@konulbayramova6840
@konulbayramova6840 4 жыл бұрын
Ay bu yükün yiyəsi... Biz görən necə qocalıriq? Məncə mən ürəkdən bawladim.... Dəyər verdiyim insanlar.USTAD var olun ki RAMİZ RÖVŞƏN yaradıcılığını dəfə dəfə bizlərə ermagan edirsiniz. Ürəyiniz dərd görməsin.Sesiniz tukenmesin Ay bu səsin yiyəsi.Tanri qorusun sizi.
@sebrsebr9683
@sebrsebr9683 3 жыл бұрын
Yukum elə agirdiki heyim yoxdu daşımağa...
@smrhuseynxan5468
@smrhuseynxan5468 2 жыл бұрын
Gecə saat 3... Mən yenə ruhuma pay üçün qapınızdayam..
@lolaazeri3917
@lolaazeri3917 4 жыл бұрын
DƏYƏRLİ SƏNƏTKARIMIZ. Var olasınız.
@hemidhemid8677
@hemidhemid8677 3 жыл бұрын
Bir gör nə tez xərclədim,günləri manat kimi....necə gözəl bənzərlik! Qəlbi gözəl Sənətkarımız! 🙏🙏
@user-wj3ir8gl1n
@user-wj3ir8gl1n 2 жыл бұрын
БАХ БУ МИСРАЛАР МЕНЕ ЙАЗЫЛЫБ.ТОЧЬНО☝🌹
@princessblog6956
@princessblog6956 Жыл бұрын
Sadəcə ürəkdən düşündüklərini tam anıadan gözəl şeir ,möhtəşəm ifada🤲💞
@ulviyyahajili9267
@ulviyyahajili9267 2 жыл бұрын
Dünyada hərə bir cür qocalır
@nurcahan6353
@nurcahan6353 4 жыл бұрын
Başınızda, Ürəyinizdə, ayağınızda hər zaman sağlam və sizə sadiq olsun Ramiz Rövşən 🌹💓 Kamran M.Yunis Var Olun 🌹🌹🌹🌹🌹💓
@smrhuseynxan5468
@smrhuseynxan5468 4 жыл бұрын
Bu yağışlı həzin yay axşamında, səsiniz ruha qidadır
@ifritlrshzadsi4870
@ifritlrshzadsi4870 2 жыл бұрын
Yalnız....şeirləriniz..mənimçün..əvəzsizdi..Allah..səsinizi..sizi..bizə..çox..görməsin
@Bakinec89
@Bakinec89 3 жыл бұрын
Ata Allah sene rehmet elesin, Allah butin valideyinlere rehmet elesin
@___axa_9074
@___axa_9074 3 жыл бұрын
Amin a qardaş,amin!!
@vuqarbayramov7176
@vuqarbayramov7176 Жыл бұрын
Səsləndirmə də, şeirdə möhtəşəmdir!!
@yaqutosmanova405
@yaqutosmanova405 4 жыл бұрын
Kamran bəy Ramiz Rövşən şeirləri sizin ürəyinizi yandırır və səsinizə hopur. Sizə qulaq asanlari da yandırır. Rəbbim sizi qorusun usdad.
@mubarizehmedov939
@mubarizehmedov939 4 жыл бұрын
İnşəAllah yükündə,yerində,göyündə yiyəsi özünü göstərəcək
@yeganequliyeva664
@yeganequliyeva664 3 жыл бұрын
Çox dostlarla günbəgün aram soyuyur ancaq, Mən aradan çıxmaram, kim aradan çıxsa da.❤️❤️
@teranequliyeva7283
@teranequliyeva7283 3 жыл бұрын
Eynən mənim həyatım..Köpəklərin gücü çatmadı indi kücükləri hürür.Sağ olun.
@yaqutosmanova405
@yaqutosmanova405 4 жыл бұрын
Var olun usdad yenə zirvədəsiniz. Bu sərin yay gecesində ruhumüzu oxşadı səsiniz.
@almnurkamalova7604
@almnurkamalova7604 2 жыл бұрын
Ürəyinizə sağlıq gözəl sənətkar
@aidanmirza5008
@aidanmirza5008 3 жыл бұрын
Kamran müəllim,elə bil ürəyimin sarı siminə toxundunuz. Bir qadın daşıya bilmədiyi yükü daşıyanda ətrafında nə qohum qalır, nə qatdaş. Yük altında mən də təntiyirəm artıq. Amma bu yükün yiyəsi gəlmir ki, gəlmir! Təşəkkür edirəm sizə Kamran bəy, var olun gözəl şairimiz Ramiz Rövşən! Hələ də çıxa bilmirəm bu şerin təsirindən.
@paraparalar4510
@paraparalar4510 3 жыл бұрын
Ramiz Rövşən cox sevirəm sizin şeyirləri
@ilahbdlova3252
@ilahbdlova3252 3 жыл бұрын
Sanki bir ömür canlandı ğöz önünde , cox tesirli şerdi Yaşa senetkar Ramiz müellim min yaşa
@user-sv5bc9gi7l
@user-sv5bc9gi7l 3 жыл бұрын
Ay bu yukyn yiyasi...👏👏👏
@reyhanhesenova6827
@reyhanhesenova6827 4 жыл бұрын
Yene gece hemin ses amma ayrl ayrl sohbetler
@sevincrzayeva139
@sevincrzayeva139 3 жыл бұрын
Allah dawlya bileceyimiz yükü bize versin Aminn! Sebr et!!!
@renaagabekova1741
@renaagabekova1741 4 жыл бұрын
ÇOOİX ÜZR ISTƏIRƏM .,XƏRDƏN SƏXV YZDIHIM ÜÇÜN ,VƏ YAZDIKLARIMI POZDUHUM IÇIN .,UTANIRAM .ONA GÖRƏ ,ÜZÜRLÜ SAYN ..... XÖRMƏTLƏ .RƏNA XANUM .....ALLAX SIZLƏRI GORUSUN ..ŞEIR ÇOOOOOX GÖZƏLDI ..ALLAH SIZI GORUSUN KƏMRAN .M. YÜNIS! .VAR OLUN .
@validamamedova2237
@validamamedova2237 4 жыл бұрын
Yük altında təngiyir hər addımda nəfəsim.
@zenfirazamanova8185
@zenfirazamanova8185 3 жыл бұрын
"Karvanı talanmış dəvə..."Ramiz Rövşən...Çox dərd ,böyük itkilər görmüş anamsa deyərdi:"Mən dəvəsi ölmüş ərəbəm..."((
@user-wj3ir8gl1n
@user-wj3ir8gl1n 2 жыл бұрын
АЙ АЛЛАХ НЕЧЕ СЗЛЕР,НЕЧЕ СЕС.АЛЛАХ ГОРУСУН СИЗИ.
@samurayfightclub8735
@samurayfightclub8735 2 жыл бұрын
Var ol qardaş.
@ranababanli4535
@ranababanli4535 4 жыл бұрын
Cekdiyimiz yukun aqirliqini bilse insan , o yuku dawiya bilmeyeceyini bilerken hemin an qocalardi! Menim yukum iki ildir itirdiyim baw tacimin yoxluqudur!😔 WAIR!UREYINIZE QUVVET! VE KAMRAN BEYLE BAHEM ALLAH SIZE DAWIYA BILMEYECEYINIZ YUKU QISMET ETMESIN 🤲⚘!
@nurlanamammedova8026
@nurlanamammedova8026 4 жыл бұрын
Mən- karvanı talanmış tənha,yorgun bir dəvə..👍👍
@behbudovamanzar
@behbudovamanzar 4 ай бұрын
Salamlar!Kamran muəllim əgər bu seiri analiz eləsək,cox vaxt aparar!Amma?Bir seyi qeyd edim ki,hər kəsə bu cur qocalmaq ,yuk dasimaq qismət olmur!Hərə oz taleyinə yazilan omru yasayir!Elə siz də!Elə mən də!Elə Ramiz Rovsən də!Bir zamanlar korifeylər olanda Ramiz Rovsən cox gənc idi!Ele qara saclari var idi!Gənclerin sevdiyi sair idi!Və...agilli olanlar ondan böyük şairləri sevirdi!İndi ondan boyuklərdən bir Nəriman Həsənzadə qalib!İndi bu insan da oz xoşbəxt qocaligini yasayir!Və ...gozəl seirlər yenə də yazır!Estafet qetsə də ,yeni gənclər yenə də onu sevir,cunki gənclər kimi düşünür!Qocalar kimi məsləhət verir!Deməli,insani qocaldan da muhitdir,cavan saxlayan da!Agilla cox dusunmek lazim deyil,bir az yüngül düşünsək,bəs edər!Qaldi kopəklerin hürməsinə?"Ağılsiz kopəklər ulduza hürər!"Hururlər e..e.amma tutmurlar!Yuk dasimaq da dəvələrin pesəsidir!Elə olmasa onlari nəyə gorə saxlayirlar ki...Susuzluga çox dözumlu ,yemə az tələbkar və ...səhra heyvani kimi ərəblərin sevimli heyvani kimi!Lazim gələndə ətini də kəsib qurban verirlər!"Dəvəsi olmus ərəbdən" ən bədbəxti yoxdur ,səhrada!(Burada bir cografiya muəllimi kimi yazdim,lap!)Bəzən bir ailə yukunu cəkə bilməyənlər,bir dovlətin,bir dunyanin yukunu ciyinlərində daşıyır lar!Sizin kimi və mənim kimi!Sonra da bizə bəəxtəvərlik edirlər,kənardan hürənlər!(Sizə bəlkə də hurənlər olub,mənə isə hec vaxt hurə bilməyiblər!Olkəmə qarsi hurənlərin cavabini elə gozəl vermisəm ki...)Sair N.Həsənzadə nin "Zarafat" seirində deyilir ki:Səni nənəlik,məni də babaliq gozləyir,bu boyda zarafat?Amma....nə məni nənəlik gozlədi,nə də sizi babaliq!Bizi hec kəsə qismət olmayan xosbəxt qocaliq gözlədi!Biz bu hissləri yasamasaq da,minlərlə insana ornək olan bir omur yasadiq!Və ...sagligimizda canli əfsanəyə cevrildik!Hec zaman unudulmayacaq və yaddan çıxmayacaq insanlar olduq!Allah qalan omrunuzə bərəkət versin!Nə ayaqdan,nə də basdan qocalmayasiniz!Amin!Və ...Allah Xəyyam muəllimə də rəhmet eləsin!Gözəl musiqi və ..Elcin Əfəndiyev də sag olsun!Onun yazdigi "Ox kimi bicaq". povesti əsasinda cəkilen "Arxadan vurulan zərbə" filmi də hec zaman unudulmadi!Allah sizi daim var eləsin!Sənətkar!👍👏❤️💯🤲
@ulyaGeydar
@ulyaGeydar 3 жыл бұрын
Çox gözel.....
@yeganequliyeva664
@yeganequliyeva664 3 жыл бұрын
Ürəyinizə min sağlıq Ustad! 🙏🙏🙏
@xatirehaciyeva8133
@xatirehaciyeva8133 3 жыл бұрын
Əla
@renaagabekova1741
@renaagabekova1741 3 жыл бұрын
XARALARDASAN? DI .ÇƏL ÇIX AY .BU YÜKÜN YIYƏSI!
@vfammmdova1226
@vfammmdova1226 3 жыл бұрын
Tek bir sozle mukemmel👌👌👌👌
@fatimefatime8870
@fatimefatime8870 4 жыл бұрын
Men aradan çixmaram,kim aradan çıxsada
@samaxishrininqhrmanlari4231
@samaxishrininqhrmanlari4231 4 жыл бұрын
Nə qeder cağırırsız cağırın gəlməz... Gələ bilməz... Bir o oldu ki,getdi.....
@eminhuseynov5708
@eminhuseynov5708 4 жыл бұрын
🌹🌹🌹🌹🌹🌹🌹
@elladasamsungduos.6959
@elladasamsungduos.6959 4 жыл бұрын
Siz cox gözel insansiz kamran bey
@user-er7zh4vp7n
@user-er7zh4vp7n 2 жыл бұрын
Beli yalan bow dunya Haqsiz vicdansiz dunya
@renaagabekova1741
@renaagabekova1741 4 жыл бұрын
SABAXINIZ XEIR .
@amalyamehdiyeva3691
@amalyamehdiyeva3691 4 жыл бұрын
Axwaminiz xeyir.Çox sağ olun..
@sevincnamazova3771
@sevincnamazova3771 4 жыл бұрын
Amma ayaq qoymağa heç öz yerim olmadı... Olmadı ki, olmadı...
@ulus1250
@ulus1250 4 жыл бұрын
.....Ayax qoymağa heç öz yerim olmadı. ....hansı pisdi - ağlı itirməy!
@ulus1250
@ulus1250 4 жыл бұрын
Çox dostlarnan aram soyuyur Amma mən aradan çixmaram!
@yeganequliyeva664
@yeganequliyeva664 4 жыл бұрын
❤️35❤️
@fatimefatime8870
@fatimefatime8870 4 жыл бұрын
🎧 9👍,10👍 👏
@aygunaygun8263
@aygunaygun8263 2 жыл бұрын
Kamran bey🙏🏻🤲🏻💯
@chegevara7323
@chegevara7323 3 жыл бұрын
Fantastika!
@nartavantagiyeva1535
@nartavantagiyeva1535 4 жыл бұрын
CAN ❤️🌹🌹🌹
@lalequliyeva3073
@lalequliyeva3073 4 жыл бұрын
Gecəniz xeyir. Təşəkkürlər! Möhtəşəm!
@smahsnova8787
@smahsnova8787 4 жыл бұрын
Siz çox gözəl insansınız
@nazamazanova4014
@nazamazanova4014 4 жыл бұрын
Əlbəttə☺️💖ALLAH qorusun Sənətkarimizi 🤲
@elladasamsungduos.6959
@elladasamsungduos.6959 4 жыл бұрын
Aminnn
@lolaazeri3917
@lolaazeri3917 3 жыл бұрын
Ay bu yükün yiyəsi Gör bir nə tez xərclədin günlərini manat kimi, Əvəzində nə aldım... Heç xəbərim olmadı..
@nihalhaciyeva664
@nihalhaciyeva664 4 жыл бұрын
Ay bu yükün yiyəsi....
@userzemfira8022
@userzemfira8022 4 жыл бұрын
👍👐
@cickyags4191
@cickyags4191 3 жыл бұрын
❤️362❤️
@user-jn8rq8mg9r
@user-jn8rq8mg9r 3 жыл бұрын
👍👍👍👍👍
@gulyakocharli164
@gulyakocharli164 4 жыл бұрын
😧❤🙏🌷
@orxanmemmedov4984
@orxanmemmedov4984 4 жыл бұрын
Çox sağ olun bəy..👍
@metanetnurmemmedova7900
@metanetnurmemmedova7900 3 жыл бұрын
💞
@userzemfira8022
@userzemfira8022 4 жыл бұрын
Dostlar salam. Yıldızlı gecəmiz xəstəxanadadır hamınızı salamladı və dualarımıza ehtiyacı var.. Əziz Ulduzumuza Allahdan səfa diləyək . Allah qorusun hər birimizi. Əziz Ulduzumuz tez sağalıb ailəsinə balalarına doğma kanalımıza qayıtsın,👐👐👐
@aygunaygun8263
@aygunaygun8263 4 жыл бұрын
Cann Ulduzumuz Bu sehifede yerin cox gorunur.Tez qayit gel Inwallah ❤❤❤
@userzemfira8022
@userzemfira8022 4 жыл бұрын
@Sema Yagmur Amin canım amin. Hamımız dua edək mehriban Ulduzumuza. Bütün xəstələrə. Bu cətin günlər qorxunc yuxu kimi unudulsun.👐
@validamamedova2237
@validamamedova2237 4 жыл бұрын
Ulduzlar Tanrıya yaxındırlar.İnşallah duaları tez eşidər və qəbul edər.İnşallah. Allah şəfa versin
@yaqutosmanova405
@yaqutosmanova405 4 жыл бұрын
Rəbbim Ulduz xanıma şəfa versin. Tezliklə sağalıb ailəsinə qovuşsun. Düzdür mən usdad ailəsinə təzə qosulmuam. Rəbbim bütün xəstələrə mərhəmət etsin
@userzemfira8022
@userzemfira8022 4 жыл бұрын
@@validamamedova2237 Amin
@gsgsvsgsgsvsv688
@gsgsvsgsgsvsv688 4 жыл бұрын
Не йахшыки варсыныз. Аллах эманети олун...
@paradiseflower5015
@paradiseflower5015 4 жыл бұрын
Məni yixsa ürək yıxacaq...
@lifatih5219
@lifatih5219 4 ай бұрын
Həəəəəə😓
@nurlanamammedova8026
@nurlanamammedova8026 4 жыл бұрын
Hər dəfə şer seçiminizə heyran oluram👏👏
@gulnarhuseynzade1014
@gulnarhuseynzade1014 4 жыл бұрын
👏👏👏 👍
@samaxishrininqhrmanlari4231
@samaxishrininqhrmanlari4231 4 жыл бұрын
Sesinize quvvet 👐
@aruhumunmlyi4361
@aruhumunmlyi4361 4 жыл бұрын
Axşamınız xeyir.Böyük Ustad!
@fatimequluzade7054
@fatimequluzade7054 2 жыл бұрын
Kaskı menim yukmu ceken olaydi
@nezaketletifova1118
@nezaketletifova1118 2 жыл бұрын
🎧👍👍👍
@suzanakarakas4591
@suzanakarakas4591 4 жыл бұрын
Ay bu yükün yiyəsi...♥
@iradam7143
@iradam7143 4 жыл бұрын
👍❤
@MAQAFF218
@MAQAFF218 Жыл бұрын
Super
@user-my7go3wj5n
@user-my7go3wj5n 4 жыл бұрын
Ureyimiz yixildi bu gun Qubada shehid var
@kamranmyunis
@kamranmyunis 4 жыл бұрын
Ruhu şad olsun... Şəhidlik zirvəsinə ucaldı.
@fatimefatime8870
@fatimefatime8870 4 жыл бұрын
Şehidler ölmür.Ruhu şad olsun
@nazamazanova4014
@nazamazanova4014 4 жыл бұрын
ALLAH RƏHMƏT ELƏSİN...😥
@amalyamehdiyeva3691
@amalyamehdiyeva3691 4 жыл бұрын
Allah remet elesin
@userzemfira8022
@userzemfira8022 4 жыл бұрын
Allah rəhmət eləsin.
@hicrannadirova1936
@hicrannadirova1936 2 жыл бұрын
👍👍👍👍👍👍👍
@yeganequliyeva664
@yeganequliyeva664 Жыл бұрын
🎧🌺🌺🌺🌺🌺🌺🌺🙏
@vuskanecef
@vuskanecef 4 жыл бұрын
🌺🥀🥀🥀🥀👍👍👍👍❤
@karimaliyev901
@karimaliyev901 2 жыл бұрын
Həmişə aramızda olasınız Necəsiniz
@renaagabekova1741
@renaagabekova1741 3 жыл бұрын
MƏN KƏRVANI TALANMIŞ .TƏNHA YÖRHUN BIR DƏVƏYƏM......... YÜK ALTINDA GÖYNYÜR ............... NƏ ATMAHA GIYIRAM .NƏ ATMAHI ....XARDASAN .GƏL ÇIX ..............AY YÜKÜN YIYƏSI!
Hamlet İsaxanlı - Səni sevdim çox sadəcə - Kamran M. YuniS
5:39
Kamran M. YuniS
Рет қаралды 19 М.
Ramiz Rövşən Şeirləri (1 Saat)
1:00:33
Endless Capacity
Рет қаралды 108 М.
Heartwarming: Stranger Saves Puppy from Hot Car #shorts
00:22
Fabiosa Best Lifehacks
Рет қаралды 20 МЛН
Дибала против вратаря Легенды
00:33
Mr. Oleynik
Рет қаралды 5 МЛН
3M❤️ #thankyou #shorts
00:16
ウエスP -Mr Uekusa- Wes-P
Рет қаралды 13 МЛН
1 or 2?🐄
00:12
Kan Andrey
Рет қаралды 47 МЛН
Çin əsilli azərbaycanlı Aygün Lin
20:18
AStar
Рет қаралды 40 М.
Ötən günlər - 22.02.2020 - Ramiz Rövşən
1:19:36
İCTİMAİ TV
Рет қаралды 109 М.
Ramiz Rövşən - Yuxu - Kamran M. YuniS
8:01
Kamran M. YuniS
Рет қаралды 13 М.
NÜSRƏT KƏSƏMƏNLİDƏN 7 SEVGİ ŞEİRİ XƏZƏR SÜLEYMANLININ İFASINDA
16:09
Məmməd Araz - Dünya düzəlmir - Kamran M. YuniS
4:43
Kamran M. YuniS
Рет қаралды 22 М.
Hüseyn Cavid - Gəldin də neçin... -  Kamran M. YuniS
1:44
Kamran M. YuniS
Рет қаралды 23 М.
Şəhla Qəmgin - Ruhumla çoxdan yoxam - Kamran M. Yunis
5:53
Kamran M. YuniS
Рет қаралды 17 М.
ЕГО ИМЯ ВАН ХЕЛЬСИНГ 😎
0:59
Tasty Series
Рет қаралды 1,1 МЛН
Funny video entertainment, good entertainment, short films #704
0:10
Entertainment Girl
Рет қаралды 3,1 МЛН
agak Laen ni🤣
0:43
Brewok Ndeso
Рет қаралды 24 МЛН
My MOM will HATE me FOR THIS 😂 #shorts
0:22
WigoFellas
Рет қаралды 33 МЛН
Prank pengantin baru😂
0:19
Muksin Bin Juhri
Рет қаралды 18 МЛН