Ramiz Rövşən - Lal - Kamran M. YuniS

  Рет қаралды 7,781

Kamran M. YuniS

Kamran M. YuniS

4 жыл бұрын

#kamranyunis #kamranmyunis #poeziyateatrı #şiirler
#şeirlər #sevgişeirləri #ramizrövşən #xəyyammirzəzadə
Ramiz Rövşən - Lal
Bəstəkar - Xəyyam Mirzəzadə - Bağ mövsümü
Lap yuxudan duran kimi
yoruluram, ilahi.
Tüstü kimi duman kimi,
lal oluram, ilahi.
İyrənirəm
hər sözdən, hər kəlmədən,
lap balamın oxuduğu nəğmədən.
Bir sözə də
daha dil bulamaq istəmirəm,
Yalquzağa dönsəm də,
ulamaq istəmirəm,
Dadı qaçıb şerin-sözün,
Daha məni dinləndirən sözüm yox ,
Adamlarla danışmağa həvəsim,
ALLAHla da danışmaqa üzüm yox.
Ah çəkirəm, gülür ahım,
bu "ah" mənə inanmır
Deyəsən, çoxdu günahım,
Allah mənə inanmır.
Kim kimə inanır axı?!..
Adam dərddən ölsə də,
Ağlar gözdən öpən çətin tapıla.
Lap mələklər
göydən üçüb gəlsə də,
Bir ovuc dən səpən çətin tapıla.
Mənim də bəxtimə bu vətən düşüb;
Havayı açılmır çiçəkləri də
Allahı yorulub, taqətdən düşüb,
Bir az şorgözləşib mələkləri də.
Susmuşam, tərpənməz bu dil, bu dodaq,
Mən daha lalam, lal- bu yer üzündə.
Məni korlar görər dünyada ancaq,
Məni karlar qanar bu yer üzündə.
Məni səndən özgə kim dindirər, kim?! -
İlahi, özümdən sənəcən lalam.
Bir quş qanadında göndərəcəyin
Bir təzə məzhəbə, dinəcən lalam
Mənə torpaq dili, daş dili öyrət,
Bəlkə öz qəbrimdə dillənə billəm
İlahi, sən mənə quş dili öyrət,
Uçmağı özüm də öyrənə billəm.

Пікірлер: 53
@hemidhemid8677
@hemidhemid8677 3 жыл бұрын
Lap yuxudan duran kimi Yoruluram İlahi....
@user-sv5bc9gi7l
@user-sv5bc9gi7l 3 жыл бұрын
Хошбяхтям ки Рамизи дири геренлярденем.
@user-hg2gz4bb2i
@user-hg2gz4bb2i 4 жыл бұрын
Сусмуш урейими парцалама илахи
@hemidhemid8677
@hemidhemid8677 3 жыл бұрын
Deyəsən, çoxdu günahım.... Adam dərddən ölsə də Ağlar gözdən öpən çətin tapıla
@ifritlrshzadsi4870
@ifritlrshzadsi4870 2 жыл бұрын
Uçmağı..Özümdə..Öyrənə..Billəm...
@user-gl9ur9fh1v
@user-gl9ur9fh1v 2 жыл бұрын
Ramiz Rovsen Kamran. M. Yunis Tesekkurler! 🧡🧡
@lolaazeri3917
@lolaazeri3917 4 жыл бұрын
Mənim də bəxtimə bu vətən düşüb...
@sebrsebr9683
@sebrsebr9683 3 жыл бұрын
Allah cansağlığı versin kamran bəy siZe
@userzemfira8022
@userzemfira8022 4 жыл бұрын
👍👐
@ulviyyahajili9267
@ulviyyahajili9267 2 жыл бұрын
Allah var eləsin sizləri
@metanetnurmemmedova7900
@metanetnurmemmedova7900 4 жыл бұрын
💞
@fatimulusoy4228
@fatimulusoy4228 4 жыл бұрын
caneey dostların bəyənməsi,şərhi ardıcıl gəlir👍👍👍👍👍👏👏👏👏👏
@xalidequliyeva9449
@xalidequliyeva9449 3 жыл бұрын
😔
@rasimsultanzadeh7381
@rasimsultanzadeh7381 3 жыл бұрын
Ağzınıza sağlıq.
@ceyhunbabayev2589
@ceyhunbabayev2589 Жыл бұрын
Guş kimi çırpınır gəlbim narahat.. Sanki agır döyüş gözləyir məni. Dur ey gəlbim sakit ol,sən faragat Ganlı gadalı gün özləyir məni.
@abdulsafi3382
@abdulsafi3382 4 жыл бұрын
NƏ YAXŞI Kİ BİZİ ADAM YERİNƏ QOYAN BİZİ DİNLƏYİB BİZƏ YAR OLAN BİR ALLAHIMIZ VAR YOXSA ANLAMAYAN RUHSUZ İNSANLAR ÇOXDAN ÖLDÜRƏRDİ BİZİ
@fatimulusoy4228
@fatimulusoy4228 4 жыл бұрын
5👍,5-çi şərh məndə n👏👏
@gulshanhuseynova138
@gulshanhuseynova138 4 жыл бұрын
Mənə torpaq dili, daş dili öyrət, İlahi, sən mənə quş dili öyrət
@esmirakrimova1315
@esmirakrimova1315 4 жыл бұрын
2👍👍.menen
@delyasukurova3244
@delyasukurova3244 4 жыл бұрын
Seher seher ruhumuza qidasìz👏🌹❤Var olasiz deyerli senetkarlar🤲🤲Allah sizi bize cox gòrmesin🤲🤲
@fatimulusoy4228
@fatimulusoy4228 4 жыл бұрын
mənim bəxtimədə bu ölkə düşüb😔
@nigarquliyeva8897
@nigarquliyeva8897 4 жыл бұрын
Sən necə də gözəl şeirsən belə?!
@menm1803
@menm1803 4 жыл бұрын
Gunahi olanlar bar bar baqirirken biz gunahsizlar laliq ve qaliba baqirmaq fikrimuz de yox kimi
@zeynomery8512
@zeynomery8512 4 жыл бұрын
Lap yuxudan duran kimi, Yoruluram ilahi....
@shefaehedova9211
@shefaehedova9211 4 жыл бұрын
Daha məni dinləndiren sozum yox👍👍👍
@yeganequliyeva664
@yeganequliyeva664 4 жыл бұрын
❤️3❤️🙏
@esmirakrimova1315
@esmirakrimova1315 4 жыл бұрын
Tebrikler Yegane xanim😘
@yeganequliyeva664
@yeganequliyeva664 4 жыл бұрын
@@esmirakrimova1315 Çooxx sağ olun.🌹 Bu xoşbəxtliyi mənə yaşadan Xanıma təşəkkürlər❤️🌹
@reshadyaqubov9875
@reshadyaqubov9875 4 жыл бұрын
Masinda qulaq asdim superrrr
@renaagabekova1741
@renaagabekova1741 4 жыл бұрын
RAMIZ RÖVŞƏN .KƏMRAN BƏY VAR OLUN .ALLAh SIZLƏRI GORUSUN .ŞEYIR .ÇOX XOŞUMA GƏLDI.
@gulyakocharli164
@gulyakocharli164 4 жыл бұрын
😥❤🙏
@anarnamaz
@anarnamaz 4 жыл бұрын
Elə bu yağışlı havada isidir adamı bu şeir ilahi...
@aygunaygun8263
@aygunaygun8263 4 жыл бұрын
Kamran bəy .İndi biz onsuzda qulağı eşidən gözü görən dili danişan lal olmuşuq Sadəcə elə bil tamaşa gedir biz seyr edirik Çox sağ olun Var olun .Bir də belə şey arzulamıyın Siz danışın bütün dünya sussun🙏🏼🙏🏼🇦🇿
@yeganem166
@yeganem166 4 жыл бұрын
Havayı açılmır çiçəkləri də😊
@lolaazeri3917
@lolaazeri3917 4 жыл бұрын
İlahi özümdən sənəcən lalam.
@renababanli3490
@renababanli3490 4 жыл бұрын
Meni senden bawqa kim dindirer .....allah her kesin arzu dolu isteklerine dualarina cavab versin inwaallah amin
@lolaazeri3917
@lolaazeri3917 4 жыл бұрын
@@renababanli3490 Amin inşallah.Allah hər kəsi dilədiyi dualarına yetirsin.
@renababanli3490
@renababanli3490 4 жыл бұрын
@@lolaazeri3917 AMIN , QIZIM, AMIN!
@yeganequliyeva664
@yeganequliyeva664 3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ Tanrı qorusun sizi Ustad!🙏
@user-hw5ih1sv5w
@user-hw5ih1sv5w 4 жыл бұрын
💐💐💐💐💐💐
@behbudovamanzar
@behbudovamanzar 2 ай бұрын
Salamlar! Ramiz müəllim bu şeiri elə _ belə yazib!Siz elə dediniz ki...lap adamın ağlamağı gəldi!Elə gozəl ah!_ cəkdiniz ki...adama o ah da xoş gəldi!Gunaha gəldikdə?Ən çox günahkar olanlar şairlər dir!Hər gorduyunə baxub,seir yazib!Burda da ilham pərisi olmadigi ucun" hər seydən kusub şair!Lal olmaq?Adamin ürəyi partlayar!Biz deyirik ki,yaxsi ki danışırıq!Əgər o lal lar eşitsə, cavab verə bilməsə,necə olar? Qonşumuz da kənddə bir lal usaq var idi!Cox hissiyatlı!O hec kimi bəyənmirdi!Elə əlinə ufururdu,yəni agli yoxdur,o göstərdiyimiz in!Sonra bir danisan qiz aldı və.. öz qizi da danisir!Məni şəhərdə gorəndə tutub öpür!Hec yaddan cixarmayib hec demə!Bizim onu sevdiyimizi bilirdi!Amma?Cavab verənde mən basa dusmurdum!Burda da qonsumuz un qızınin biri laldir!Hami onu başa düşür,məndən basqa!Mənim onunla sohbət etmeyə vaxtim olmayib,ona görə!Sonra onu da bir lal oglanla evləndirdilər! Anası deyir ki,indi 1 idi,oldu 2! Başımı xarab eləyirlər!Usaqi olanda anası özü baxdi!Deyir ki,yatar,usaq aglayar ölər, axı eşitmir!Nə isə! Bir Mələk adlı qızı var,İslam adlı oglu!Usaqin ikisə də danışır,həm de lal dili bilir!İndi məktəbdən gəlirem,Məlek məhəllənin butun usaqlarini başına yigib həm mahni oxudurlar,həm de oynayirlar!Əvvəl dinmirəm,deyirəm ki,usaqlar oynamalıdırlar!Amma?Səs başıma düşür!Deyirəm ki: Melek!Sən oynamalisan e.e,bilierəm!Bax indi mənim basim ağrıyır,nə olar ,sən get,o uşaqların mehləsində oyna! Oradakilar oz uşaqları oldugu ugun oyrəniblər səs_ küyə!Bizdə hami elm adamı dir!Usaqlar da mədəniyyət li,oxumus!Kime deyirsən?Məlek deyir:Bura bizim məhlədir!🤣 Axır da o biri usaqlara deyirəm və ..dəstəni goturub gedirlər!Ya da ...gəlib indi valideynlerinizə deyəcəm!"Müəlliməm e.e.Basim getdi!"😞İndi Mələk o qədər mədəni,agir qizdir kı,mən cagiranda belə qıpqırmızı olur!Nə isə!Xatirələrə getdim,bir anlıq!Və?Allah gunahlarimizi bağışlasın!Nə deyim?Bele də düşünmək duz deyil!Allahin məlekləri"Şor göz??? Quş dili ni yalniz Süleyman peyğəmbər (ə) bilib!Ancaq...bizim qumru quşları cox ağıllıdırlar!Sanki adami başa düşürlər!31 ildir ki,bizimlə yaşayırlar!Bizi cox sevirlər! Çünki yaxsi insan oldugumuzu bilirlər!Sizə də təşəkkürlər!Ele gozəl dediniz ki ...soz tapmadim...👍🌹
@esmirakrimova1315
@esmirakrimova1315 4 жыл бұрын
RAMIZ ROVSEN VE KAMRAN M YUNIS.VAR OLUN.
@kemrankerimov4197
@kemrankerimov4197 4 жыл бұрын
Камран.сенирли.сес..
@reyhansgrova9513
@reyhansgrova9513 4 жыл бұрын
Dogurdanda adam lal olur ne deyeceyini bilmir..Aciz qoyursunuz bizi cox aciz..
@smrhuseynxan5468
@smrhuseynxan5468 4 жыл бұрын
❤️22❤️
@shehriyarhesenli5824
@shehriyarhesenli5824 4 жыл бұрын
İlahi, sen mənə quw dili öyrət. Uçmağı özüm də öyrənə bilmem. ........səsinize sagliq, emeyinize sagliq, Kamran qardaw 🍁 ❤👏 bu havada yerinə duwdu.......
@smrhuseynxan5468
@smrhuseynxan5468 4 жыл бұрын
Eslinde şeiri qışqıra - qışqıra, sözleri uzadaraq, pafoslu demekle, sadece ince, düz, sakit, pıçıltıyla demek arasındaki ferqı sesinizde, sözü yaşamağınızda anladım evezsiz ustad. Ruhumuza pıçıldayırsız söz - söz misra - misra Pıçıltı.. Ne gözel seslenir. Men çox dil bilen biri deyilem amma inanmıram ki, yer üzünde bu söz başqa dilde bu qədər ecazkar seslene. Tanrı sizi qorusun.
@eserrasulovaazrbaycandilin939
@eserrasulovaazrbaycandilin939 3 жыл бұрын
Nə yaxşı, Kamran müəllim mən sizin ifalarınızdan xəbər tutdum. Necə möhtəşəm əsər, necə möhtəşəm ifadı. Vaxt tapdıqca sizin əvvəlki ifalarınızı da dinləyirəm. Hansılar ki mən sizin ifalarınızı kəşf etmədiyim zamanlarda səsləndirmisiniz. İndi mən o ifaları dinləyirəm.
@kamranmyunis
@kamranmyunis 3 жыл бұрын
Var olun verdiyiniz dəyərə görə!!!
@maqsudehuseynova4480
@maqsudehuseynova4480 4 жыл бұрын
Soz deye bilmeyeceyim qeder mohtesemdi.👍👍👍.
@yeganequliyeva664
@yeganequliyeva664 4 жыл бұрын
Dadı qaçıb şeirin-sözün... Bu şeiriyyatda, sözdə sizin nəfəsiniz, səsiniz varsa, demək ki, hər sətir, hər söz qiymətlidir!❤️Təşəkkürlər! Ustad❤️
@renababanli3490
@renababanli3490 4 жыл бұрын
DOQRUDAN DA WEIRI KIMIN NECE DENEYINDEB COX WEY ASIlidir. MENE RAMIZ ROVWENIN WEIRKERI I MEHZ KAMRAN YUNIS SEVDIRDI OZ IFASI ILE ALLAH QORUSUN SENI OQLUM
@sabinaidayatova2130
@sabinaidayatova2130 4 жыл бұрын
Geceniz xeyir, Boyuk Senetkar! Allah sizi qorusun. P.S bu musiqinin adi necedir?
Kamran M. YuniS - "Künc Bucaq" da - Mir Çingizlə
1:01:59
Kamran M. YuniS
Рет қаралды 556
Kamran M. YuniS - Möcüzə bir şeir kimi...
3:38
Kamran M. YuniS
Рет қаралды 404
Looks realistic #tiktok
00:22
Анастасия Тарасова
Рет қаралды 68 МЛН
Incredible magic 🤯✨
00:53
America's Got Talent
Рет қаралды 54 МЛН
Çin əsilli azərbaycanlı Aygün Lin
20:18
AStar
Рет қаралды 40 М.
Söz-M.Füzuli-Leyla
1:58
Leyla Məcnun
Рет қаралды 5 М.
Ramiz Rövşən - Özümə bir Vətən düzəldəm gərək
1:40
biraddimla YOL
Рет қаралды 6 М.
Ramiz Rövşən-İlahi, al məni bunun əlindən (səs Xəzər Süleymanlı)
2:22
Ramiz Rövşən - Ölümdən də küsmüşəm - Kamran M. YuniS
1:32
Kamran M. YuniS
Рет қаралды 208 М.
Панос 🤣
1:01
Dragon Нургелды 🐉
Рет қаралды 184 М.
Я нашел кто меня пранкует!
0:51
Аришнев
Рет қаралды 4 МЛН
няня привела в дом чужого
0:59
RusRoflTime
Рет қаралды 3,5 МЛН
That's how money comes into our family
0:14
Mamasoboliha
Рет қаралды 8 МЛН