Ramiz Rövşən - Qocalıq [ YENİ ŞEİR ]

  Рет қаралды 7,334

Poeziya Klubu

Poeziya Klubu

Күн бұрын

Şeirin Adı: "Qocalıq"
Şeirin Müəllifi: Ramiz Rövşən
Şeiri Səsləndirən: Ramiz Rövşən
Covered By: Tural Hüseynov ( ‪@turalhuseyn0v‬ )
Yayım: Poeziya Klubu ( ‪@poeziyaklubu‬ )
Əlaqə:
E-mail: poeziyaklubu@mail.ru
WhatsApp: 0556442723 (Tural Hüseynov)
İnstagram @poeziyaklubu
TikTok: @poeziyaklubu
Teleqram: @poeziyaklubuofficial
Şeirin Sözləri:
Tənhalıq başlayır burdan o yana,
Keçdikcə keçilməz, atam balası.
Ayları, illəri tutsan boyuna,
Çayları, çölləri tutsan boyuna,
Ölçdükcə ölçülməz, atam balası.
Daha çoxlarıyla aram sərinlər,
Çoxları boyuma sevinməz daha.
23 yaşımda məni sevənlər
33 yaşımda sevəmməz daha.
Mən axı nə Çöləm, nə Yol, nə Küçə,
Mən axı hamının ola bilmərəm.
Məni sevənlərdən ötrü-ölüncə
23 yaşımda qala bilmərəm.
Nə qədər sözlər var sözümdən cavan,
Daha çığırmağa nəfəsim gəlmir.
Daha bu dünyada özümdən cavan
Şeirlər yazmağa həvəsim gəlmir.
Kiriyir, yumşalır şeirlərim də,
Qocalır misralar, sözlər mənimlə.
Dostlar cavan qalır şeirlərimdən,
qocalmaq istəmir dostlar mənimlə.
İlahi, qocalıq buymuş deməli,
Dostlardan səssizcə qırılır adam.
Ömür bir bulanıq suymuş deməli,
Ömür azaldıqca durulur adam.
İçimin-çölümün yuyulur pası,
Sətirlər göyərir bu ağ varaqda.
Nə çoxmuş ürəklə əlin arası,
Nə yaxşı, ölmədim bu aralıqda.
Sözlər ürəyimdən əlimə yetdi,
Bir azca soluxdu-soldu, nə olar.
Bir azca şaxlığı-şuxluğu itdi,
Heç kəs qınamasın, yoldu, nə olar
Daha balta kəsməz ağlım kəsəni,
Dünyanın dadını bilirəm daha.
Bu qoca dünyada hər nəfəsimi
ağacdan meyvətək dərirəm daha.
Son nəfəs dünyada hər şeydən şirin,
Şair də qocalır, ölür, bilirəm.
Sözündən qan iyi gələn şairin
ağzından süd iyi gəlir, bilirəm.
Bu dünya bir qaynar qazanmış demə,
Söndürməz odunu nə qar, nə yağış.
Dünyayla dalaşmaq asanmış demə,
Çətini dünyayla barışmaq imiş.
#RamizRövşən #Şeir #Poeziya #Ədəbiyyat #Edebiyyat #RamizRovsen

Пікірлер: 9
@aydinahmadov7472
@aydinahmadov7472 4 ай бұрын
Zəmanəmizin ən böyük şairi!
@zakirhsnov7842
@zakirhsnov7842 8 ай бұрын
Hardan oldu yeni.Hörmətli şairimizin ən yaddaqalan şeirlərindən biridir.Allah can sağlığı versin🎉❤
@abdulsametkayahan3781
@abdulsametkayahan3781 4 ай бұрын
Ne güzel 😊🇹🇷
@hidayetqurbanov9908
@hidayetqurbanov9908 8 ай бұрын
Ramiz,rovsan,menim,ucun,eşli,şair,ve,öz,yaradicliginda,mohtasamdir
@solmazagayeva3122
@solmazagayeva3122 8 ай бұрын
MÖHTƏŞƏM.İNSANI DÜŞÜNDÜRƏN MİSRA LAR. ÖLMƏZ ŞAİRİMİZ SİZ ŞEİRLƏRİNİZLƏ HƏMİŞƏ ÜRƏKLƏDƏSİ NİZ.VAR OLUN RÖVŞƏN BAXIŞ. YENİ İLİNİZİ TƏBRİK EDİRƏM.❤❤❤
@denizden_bir_damla.7203
@denizden_bir_damla.7203 7 ай бұрын
🤲🏻👍
@ferahimorucov8655
@ferahimorucov8655 8 ай бұрын
Kaşki geri gedib uzaqlaşan mən. Kaşki geri gedib uşaq olardım. Demirəm Anamın Bətinə, ya Atam belinə. Dahada geriyə lap lap qayıdıb. Keçmişdə keçmişi ötüb keçərdi. Olaydım o fikirdə ,düşünür Tanrım. Qaçıb xəyalından ,mən yox olardım. Doğru bir Allahı xəyal edib mən. Doğulub Allahın oğlu olardım.
@SenseiClopedia
@SenseiClopedia 3 ай бұрын
Fon musiqisini bu qədər çox etməyə ehtiyac yoxdur, şeir eşidilmir.
Sevgi şeirləri(#1) - Ramiz Rövşən
30:19
Kitab Kimi
Рет қаралды 16 М.
Ramiz Rövşən-  ƏN YENİ (Rəssam İsmayıl Cabbarovun toyu) Hövsan kəndi
10:46
escape in roblox in real life
00:13
Kan Andrey
Рет қаралды 4,5 МЛН
拉了好大一坨#斗罗大陆#唐三小舞#小丑
00:11
超凡蜘蛛
Рет қаралды 16 МЛН
Throwing Swords From My Blue Cybertruck
00:32
Mini Katana
Рет қаралды 11 МЛН
ƏSƏBLƏŞƏN ZAMAN NƏ ETMƏLİ - Haci Şahin Həsənli
17:29
Cabir Novruz  "Sən elə bir vaxtda rast gəldin mənə..."  Emin Turan İmamoğlu
6:20
𝑬𝒎𝒊𝒏 𝑻𝒖𝒓𝒂𝒏 𝒊𝒎𝒂𝒎𝒐𝒈𝒍𝒖
Рет қаралды 58 М.
Təpədən dırnağa hirs içindəyəm - Ramiz Rövşən
1:52
Bextiyar Vahabzade - Teklik (Şeir) Yeni ifa
3:30
Seir Dunyasi
Рет қаралды 27 М.
Ramiz Rövşən - Qara paltarlı qadın
1:46
biraddimla YOL
Рет қаралды 41 М.
Ramiz Rövşən - Qocalıq - Kamran M. YuniS
4:01
Kamran M. YuniS
Рет қаралды 101 М.
Axund Azər - Eşq karvanı. Məhərrəm söhbətləri
33:29
Axund Azər
Рет қаралды 59 М.
Ramiz Rövşən - Qədrimi bilmədi bu adam mənim - Kamran M. YuniS
4:08
Gəl bir az ayrılaq - Mehriban Zəki (Ramiz Rövşən)
2:14
Kitab Kimi
Рет қаралды 47 М.