Salyanın Kolanı kəndində bir gün...

  Рет қаралды 4,221

Kolani Tv

Kolani Tv

5 ай бұрын

Kolanıların Şirvana gəldiyi tarixi dəqiq bəlli deyil. Lakin əminliklə demək olar ki, Şirvanda kolanıların məskunlaşma tarixi Naxçıvanda, Qarabağda və Ermənistan ərazisində olduğu qədər qədim deyil. Böyük ehtimalla kolanılar bu ərazilərə 16-cı yüzillikdə gəlməyə başlamış və bu proses 18-ci yüzilliyin sonlarına qədər davam etmişdir. Coğrafiyaşünas Nurəddin Bəndəliyevin bu sahədəki müəyyən araşdırmaları istisna olmaqla Şirvan kolanıların tarixi indiyə qədər elmi şəkildə araşdırmaya cəlb edilməmişdir. Ayrı-ayrı müəlliflər Şirvan kolanıları ilə bağlı publisistik yazılar yazmışlar. Lakin bu yazılarda da Şirvan kolanılarının tarixi, etnoqrafiyası və bu günki durumu subyektiv şəkildə dəyərləndirilmiş, hər hansı tutarlı tarixi sənədə istinad edilməmişdir. Bu səbəbdən də Şirvan kolanılarının məskunlaşma tarixi cəmi bir neçə yüz il olmasına baxmayaraq xeyli açılmamış məqamlar var. Ən başlıcası isə Şirvan kolanılarının ilk dəfə bu ərazilərə nə zaman və hansı səbəbdən köçməsi dəqiq bəlli deyil. Bu barədə müəlliflər tərəfindən yalnız ehtimallar üzərində fikir yürüdülmüşdür.
1500-cü ildə Səfəvi-Qızılbaş döyüşçüləri ilə Dərbəndlilər sülaləsindən olan Şirvanşah Fərrux Yassar arasında qanlı vuruşma olur. Bu vuruşma Şamaxı yaxınlığındakı Cabanı düzündə baş verir. Nəticədə Səfəvilər qalib gəlir, Fərrux Yassar öldürülür. 1501-ci ildə isə bildiyimiz kimi İsmayılın başçılığı ilə Səfəvi dövlətinin əsası qoyulur. Vuruşdan sonra Səfəvi qoşunun bir hissəsi Şamaxı ərazisində yerləşir. Məsələn, Qobustan rayonunun Poladlı kəndində yaşayan yerli əhali əslən Səfəvi-Qızılbaşlardır. Səfəvi-Qızılbaş hakimiyyəti möhkəmləndikdən sonra güney Azərbaycandan bəzi türk tayfalarının bir hissəsi Şirvan ərazisinə köçürülür. Kolanı və eləcə də Cəyirli türklərinin bir hissəsi 16-cı yüzillikdə Qızılbaşlar tərəfindən Şamaxıya köçürülən elatlardan biri idi. Böyük ehtimalla bu boylar Şamaxı ərazisinə Qızlbaşlığı yaymaq və bu ərazilərdə hakimiyyətin möhkəmlənməsi məqsədi ilə köçürülmüdü. Kolanılar əvvəldən sona qədər Qızılbaş hakimiyyətinin güvənli tərəfdarlarından olmuşdu. Təsadüfi deyil ki, 1736-cı ildə Qızılbaşların süqutundan sonra hakimiyyətə gələn Nadir şah kolanılara divan tutmuşdu. Minlərlə kolanı türkünü güney Azərbaycandan Əfqanıstana sürgün etmişdi. Nədən ki, Qızılbaş hakimiyyətinin güvənli tərəfdarı olan Kolanı bəyləri Nadirin 1736-cı il martın 21-də Muğanda - Kürlə Arazın qovuşduğu yerdə keçirdiyi qurultaya - tacqoyma mərasiminə qatılmamışdı.
Şamaxıya köçürülən kolanılar ilk vaxtlarda bu bölgənin quzey torpaqlarına Qızmeydanı (böyük ehtimalla ilk variantda Quzmeydanı və ya Oğuzmeydanı olub) və Xilmilli ərazilərinə yerləşmişdi.
Haşiyə: Xilmilli sözü Xol və Qol sözündən yaranmış ola bilir. Azərbaycanda bu adda soyun mövcud olması ilə bağlı ciddi versiyalar var. Neftçala rayonunda Xıllı, Xolqarabucaq, Qoltuq adında yaşayış məntəqələri var. Bu yer adlarının da etimologiyası Xol (Xıl, Qol) etnosunun adı ilə bağlı ola bilər. Bu baxımdan ilk vaxtlar Şirvana köç edən oğuzmənşəli kolanı türklərinin məhz Qızmeydanı (Quzmeydanı, Oğuzmeydanı) və Xilmilli ərazisinə yerləşməsi düşündürücü məqamlardır.
Kolanıların Şirvan ərazisinə köçü 18-ci yüzilliyin sonuna qədər davam etmişdi. Bura köç edən kolanılar eyni bölgədən gəlmirdi. Şirvana yerləşən kolanılar əsasən Naxçıvandan, Qarabağdan və güney Azərbaycandan gələnlər idi. Güneydən gələn kolanılar Savalan dağının ətəklərindən gəldiyinə inanırlar. Yaşlı nəslin uşaq ikən böyüklərindən eşitdiklərinə görə Savalandan gələn kolanılar əslən Xorasan türklərindəndir. Xorasanın ən əski türk yurdudur.
Kolanıları Girdə ərazisində də rahat buraxmırlar. Sovet hakimiyyəti qurulandan sonra Şamaxı kolanılarının daha əzablı günləri başlayır. Elin qabaqcıl insanları və imkanlı şəxsləri xüsusi təqiblərə məruz qalır. 1937-ci il repressiyası bu kəndin də əhalisindən yan keçmir. Daha pisi isə 1950-ci ildə Mir Cəfər Bağırov tərəfindən tərəkəməliyin ləğv edilməsi olur. Tərəkəməliyin ləğvindən sonra Girdə yaylasında Dağ Kolanı kəndi kimi tanınan kolanı obası sürətlə dağılmağa başlayır. Əhali ətraf bölgələrə səpələnməyə başlayır. Nəticədə kolanı ağbirçəklərinin və ağsaqqallarının təbirincə desək, “kolanılar hamısı yurddan didərgin oldu”. Girdəni tərk etmək zorunda qalan kolanıların bir qismi yaxınlıqdakı Poladlı (Qobustan rayonu) kəndində yerləşir.
Muğan ərazisində olan kolanıların böyük əksəriyyəti Şamaxı ərazisindən köç edənlərdi. Bu köç 19-cu yüzilliyin sonlarında başladı, 20-ci yüzilliyin sonlarında tamamlandı. Şamaxıdan Muğan ərazisinə köç edən kolanılar Hacıqabulda, Sabirabadda, Şirvanda, Salyanda, Neftçalada, qismən də Biləsuvarda yerləşdi. Hazırda adını çəkdiyim bu rayonların çoxunda Kolanı adlı kəndlər var. Şamaxıdan bu yerlərə köçmələrindən 60-70 il keçməsinə baxmayaraq, hələ də yaşlı nəsil dönə-dönə “öləndə məni dədə-baba torpaqlarımızda basdırın” -deyə vəsiyyət edir. Və cənazələr hələ də Girdə yaylasına və ya kolanıların “Qışlaq yurdu” adlandırdıqları ərazidə olan qəbiristanlığa aparılır.

Пікірлер: 37
@user-pp5cb9en6c
@user-pp5cb9en6c 4 ай бұрын
Əlaaaaa əlaaaaa süperrrrr
@mahireheyderova5177
@mahireheyderova5177 5 ай бұрын
Kolanı televiziyasına təşəkkür edirəm. Belə verilişlərin davamlı olmasını arzu edirik. Çox şey öyrənirik. Var olun!
@user-vd4of3vf2j
@user-vd4of3vf2j 4 ай бұрын
Uğurlar
@muradibadov7200
@muradibadov7200 5 ай бұрын
Uxurlarınız bol olsun
@elnurheydarov2949
@elnurheydarov2949 5 ай бұрын
Əmioğlu xeyirli uğurlu olsun
@user-zk5pt4vl9u
@user-zk5pt4vl9u 5 ай бұрын
Kolanı türkləri haqqında böyük tarixi həqiqətləri bilmiş oldum.Yaşasın türkçülüyümüz.
@user-gp8ry4ff5s
@user-gp8ry4ff5s 5 ай бұрын
Xeyirli olsun Namiq Müəllim. Var olun!
@aysnmmmdova-mr4zt
@aysnmmmdova-mr4zt 5 ай бұрын
Bizdə sizi xoş gördük😊Var olun.
@nemttahir5137
@nemttahir5137 5 ай бұрын
Uğur olsun.
@fuzuliismayilov8597
@fuzuliismayilov8597 5 ай бұрын
Varolun ❤❤❤
@user-rm9gw9jt8u
@user-rm9gw9jt8u 2 ай бұрын
Təşəkkürlər Namiq müəllim..
@user-bi3lz7ph6f
@user-bi3lz7ph6f 5 ай бұрын
Uğurlar!
@user-sd1wc1kq3q
@user-sd1wc1kq3q 5 ай бұрын
Kolanı ellərilə tanışlıq çox gözəl bir hissdir. Azərbaycanın hər bir yerində yaşayan Kolanllarımızı Namiq müəllimin sayəsində inşaallah tanıyarıq. Bu işdə Kolanı tv-yə dəstək olmalıyıq, abunə sayını artırmalıyıq ki, daha geniş formatda izlənilsin. Nicat Kolan
@lamiyemurselova
@lamiyemurselova 5 ай бұрын
Çox gözəl. Davamlı olsun
@zaurnerimanov225
@zaurnerimanov225 2 ай бұрын
Allah rəhmət eləsin
@bmm5928
@bmm5928 5 ай бұрын
Uğurlar olsun
@user-np3cx9ub2z
@user-np3cx9ub2z Ай бұрын
❤❤❤
@Coxceshidli
@Coxceshidli 5 ай бұрын
Çox maraqla izlədim, davamlı və uğurlu olsun. Möhtəşəmsiniz👍👍👏👏👏👏
@nicatmemmedov8980
@nicatmemmedov8980 5 ай бұрын
Salam olsun kolanı əhlinə
@Xan_Yt_2010
@Xan_Yt_2010 5 ай бұрын
Allah sizə uzun ömür can sağlığı versin❤ Verilişiniz axarıcı olsun💚
@samiribrahimov0808
@samiribrahimov0808 5 ай бұрын
Çox gözəl verliş hazırlamısız. Sizə uğur arzu edirik.
@ramilmensimli8359
@ramilmensimli8359 5 ай бұрын
👍👍👍
@user-ss5bz8qt8j
@user-ss5bz8qt8j 5 ай бұрын
Semimi,vetenperver duyqularla erseye getirdiyiniz bu çeklişle kelekötur kendlerimi sevdirdiz mene
@user-lt2st9qq8c
@user-lt2st9qq8c 5 ай бұрын
👍👌👏
@eldarheydarov6090
@eldarheydarov6090 5 ай бұрын
Çox sağ olun maraqlı veriliş üçün.
@meharethabiloglu8650
@meharethabiloglu8650 5 ай бұрын
Dəyərli Namiq müəllim bu işləriniz sizi sevənləri çox sevindirir.Bu işlərdə sizə bol-bol enerji arzulayıram.Hər zaman Abunəçiləri sevindirəsiz
@TURAN2013-p6b
@TURAN2013-p6b 3 ай бұрын
Xəlil Baba ❤❤
@vahidfaragov-tz3er
@vahidfaragov-tz3er 3 ай бұрын
Samaxidan Daq Kolanilari əsasən Salyan.Haciqabul. Nefcala.Shirvan.Aqsu.Siəzən rayonlarinda məskunlashiblar.
@user-lm6nw4ij3e
@user-lm6nw4ij3e 5 ай бұрын
Xeyirli olsun.
@KolaniTv
@KolaniTv 5 ай бұрын
Əziz dostlar! Zəhmət olmasa, verilişi Vatsapda və Facebookda paylaşın ki, daha geniş audidoriya izləyə bilsin. Yorum yazan hər kəsə təşəkkür edirik.
@boyukagamikayilli7686
@boyukagamikayilli7686 4 ай бұрын
Olduqca qiymətli araşdırmadır...Kanalın yeni verlişlərini gözləyirik.
@asimanaliyeva
@asimanaliyeva 5 ай бұрын
Kolanılar çox mərd ,qoçaq ,qorxmaz tayfa olub,elə bu səbəbdən də o dövrdə onları pərəm-pərəm ediblər.Lakin hər zaman öz kökümüzə sadiq olmuşuq. Kolanı və kolanılar haqqında məlumat almaq və öz yurddaşlarımızı tanımaq çox xoşdur.Ümid edirəm ki,layihəniz davamlı olar.Əməyi keçən hər kəs var olsun.
@metlebzeynalov6943
@metlebzeynalov6943 5 ай бұрын
Kolani qolları: Qaraoqlanli,Alataxtali,Pirevend,Goran,Axsaqli,Cinişdi.bildiyim bu qədər
@user-jf5sd7cg2k
@user-jf5sd7cg2k 5 ай бұрын
Uğurlarınız bol olsun Namiq müəllim.kolani tarixin daha yaxın Əlşiraz kişinin əl yazmalarından da araşdıra bilərsiz
@vahidfaragov-tz3er
@vahidfaragov-tz3er 3 ай бұрын
mənim.eshitdiyim və bildiyimə.gorə Kolani 21 təbəhdən ibarət olub.Bu haqda daha mufəssəl bilmək istəyirsinizsə hal hazirda Shamaxida (Daq Kolanli ) yashayan filoloq muallim Bəhram Baqiyevlə gorushməyiniz məslət gorərdim.
@user-bi3lz7ph6f
@user-bi3lz7ph6f 5 ай бұрын
Uğurlar!
@user-bi3lz7ph6f
@user-bi3lz7ph6f 5 ай бұрын
Uğurlar!
Yevlax rayonu Kolanı kəndi
42:36
Kolani Tv
Рет қаралды 523
Siyəzən Kolanıları...
25:16
Kolani Tv
Рет қаралды 3,3 М.
Playing hide and seek with my dog 🐶
00:25
Zach King
Рет қаралды 35 МЛН
Double Stacked Pizza @Lionfield @ChefRush
00:33
albert_cancook
Рет қаралды 113 МЛН
لقد سرقت حلوى القطن بشكل خفي لأصنع مصاصة🤫😎
00:33
Cool Tool SHORTS Arabic
Рет қаралды 22 МЛН
Dağ Kolanı Kəndi
14:16
Qobustan Şəhəri
Рет қаралды 699
Sabirabad - Miri kimdir ?  Miri açku yeyimi kim dedi ?
13:43
Gizli Tarix - Kürsəngi dağı...
23:06
Kolani Tv
Рет қаралды 3 М.
Kolanı TV- El ağsaqqalı Hacı Şəfi Kişi ilə söhbət
45:41
KOLANILAR  Qobustan rayonunun Poladlı kəndində...
54:23
Kolani Tv
Рет қаралды 7 М.
Playing hide and seek with my dog 🐶
00:25
Zach King
Рет қаралды 35 МЛН