Рет қаралды 210
/ _n.a_d.o_
Yanımda olmadın səhər olanda,
Aydın bir səmada günəş doğanda.
Gözüm yaşla dolur qəhər boğanda,
Rəngsizdir həyatım sən olmayanda.
Bu fani dünyaya sənsiz gəlmişəm,
Necə gəlmişəmsə, elə gedərəm.
Səndən başqasıyla deyib - gülərəm,
Çətin olsa belə yenə sevərəm.
Nəqarət:
Ulduzlar səmada günəşdən ayrı,
Qalmışam ulduz tək mən səndən ayrı.
Gərək mən unudam yaşananları,
Sonu yox ümidsiz olan sevgimin.
"Ümidsiz sevgi"
(söz: N.A.D.O. musiqi: Sədaqət Arifqızı)