UNUDA BİLMƏDİN Söz və səs: Həvva Nazim

  Рет қаралды 6,512

Həvva Nazim

Həvva Nazim

6 ай бұрын

Unuda bilmədin
Ayları, illəri bir-bir ötürdün,
Bu qızı unuda bilmədin axı.
O şux cavanlığı gözdən itirdin,
Bu qızı unuda bilmədin axı.
Həsrəti içində büküb gizlədin,
Çıxıb xəlvət-xəlvət yenə gözlədin,
Ah çəkib uzaqdan hər gün izlədin,
Bu qızı unuda bilmədin axı.
Ömrü gilə-gilə əritsən belə,
Qəlbin hıçqırığın kiritsən belə,
Yığıb xatirəni kürütsən belə,
Bu qızı unuda bilmədin axı.
Ağ tellər bir eşqin yadigarıdı,
Ürək için-için yanıb zarıdı,
Bir də ayıldın ki, ömür yarıdı,
Bu qızı unuda bilmədin axı.
Bizimki alınmaz, çıx get - desən də,
Həvva, körpüləri yıx get -desən də,
Əcəlin əlini sıx get - desən də,
Bu qızı unuda bilmədin axı.
Həvva Nazim
01.12.2023

Пікірлер: 56
@halaynadirov5751
@halaynadirov5751 2 ай бұрын
Unutmaq olmur. Gözəl şerdi.
@hevvanazim
@hevvanazim 2 ай бұрын
Təşəkkür edirəm🙏
@rnamemisov794
@rnamemisov794 5 ай бұрын
Melàhetlisesine qurban seneugurlar dileyirem bibin qjrban gozlerine
@hevvanazim
@hevvanazim 5 ай бұрын
Sağ ol, bibi😘😘
@nisas2006
@nisas2006 6 ай бұрын
Hevva ezizim məni çox kövrəltdin))
@hevvanazim
@hevvanazim 5 ай бұрын
❤🙏
@sahibayusif867
@sahibayusif867 6 ай бұрын
Həvva xanım nə gözəl şeir,nə gözəl qiraət👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻 hətta kovrəltdiniz😢
@hevvanazim
@hevvanazim 6 ай бұрын
Can😘 kövrək qəlblim, təşəkkür edirəm.
@nazimalyev8687
@nazimalyev8687 6 ай бұрын
👍tebine ,ureyine quvvet🙏
@hevvanazim
@hevvanazim 6 ай бұрын
😘😘😘
@yeganamammadova316
@yeganamammadova316 6 ай бұрын
Ürəyinə, təbinə sağlıq ❤
@hevvanazim
@hevvanazim 6 ай бұрын
Təşəkkür edirəm😘
@dryusufmarasli
@dryusufmarasli 5 ай бұрын
istanbuldan selam. başarılar dilerim
@hevvanazim
@hevvanazim 5 ай бұрын
İstanbula qucaq dolu sevgilər❤️❤️❤️
@yeganamammadova316
@yeganamammadova316 6 ай бұрын
❤❤❤❤❤❤❤❤
@hevvanazim
@hevvanazim 6 ай бұрын
🌹🌹🌹🌹🌹
@user-sx7ys1bj8w
@user-sx7ys1bj8w 5 ай бұрын
🎉❤❤❤❤❤❤
@hevvanazim
@hevvanazim 5 ай бұрын
🙏🙏🙏
@quluismayilov3988
@quluismayilov3988 6 ай бұрын
Elə mən də, o qızı unuda bilmədim...Gözəl!Var olun Hevva xanım!
@hevvanazim
@hevvanazim 6 ай бұрын
🤗🙏 var olun, Qulu bəy, allah ona da xoşbəxt günlər nəsib etsin, sizə də.
@musikanismo7583
@musikanismo7583 5 ай бұрын
Beautiful sharing My friend
@hevvanazim
@hevvanazim 5 ай бұрын
Thank you very much❤️🙏
@mehpareismayilova4361
@mehpareismayilova4361 6 ай бұрын
Vay bəəə👏👏👏. Möhtəşəm qıza eşq olsun🌹❤
@hevvanazim
@hevvanazim 6 ай бұрын
Sağ ol, Mehpim😘🥰🤗
@sevincazadl1849
@sevincazadl1849 6 ай бұрын
Ruhuna ömrünə bərəkət ruhu gözəl şairəmiz 👏💝🌹
@hevvanazim
@hevvanazim 6 ай бұрын
Təşəkkür edirəm, bacım😘😘🥰
@user-sp6ne7jl6r
@user-sp6ne7jl6r 6 ай бұрын
Oyyyhhh, hec unutmadimki... Sanki Ocaqov menim heyatimi lenta alib. Ne gozel kelmeler, ne gozel ifa, ne gozel beste. Cooooox sag ol, var olun hemiwe. Ureyinize, duygulariniza, qelbinize quvvet. Yazin, yaradin seslendirin seve seve dinleyek.
@hevvanazim
@hevvanazim 6 ай бұрын
Allah köməyiniz olsun, sağ olun🙏🤗
@djsair.
@djsair. 4 ай бұрын
Möhtəşəm👍👍👍👍❤️❤️❤️❤️❤️ Mən necə unudum bu qızı axı
@hevvanazim
@hevvanazim 4 ай бұрын
🙏🙏🙏
@djsair.
@djsair. 4 ай бұрын
@@hevvanazim bu şer çox gözəldi,cavab olarağ bir şer yazacam yaxında,səsləndirmə ilə
@hevvanazim
@hevvanazim 4 ай бұрын
@@djsair. qələminizə qüvvət
@djsair.
@djsair. 4 ай бұрын
@@hevvanazim EYVALLAH,təşəkkürlər,sizinlə bahəm
@anareliyev6603
@anareliyev6603 6 ай бұрын
Uğurlar olsun, Həvva xanım
@hevvanazim
@hevvanazim 6 ай бұрын
Sağ olun, Anar bəy🙏
@tamellahesenova9986
@tamellahesenova9986 6 ай бұрын
Var olun, gözəl ❤
@hevvanazim
@hevvanazim 6 ай бұрын
❤🌹🙏 sağ olun, Tamella xanım
@Mona_Baqirova
@Mona_Baqirova 5 ай бұрын
👏👏👏
@hevvanazim
@hevvanazim 5 ай бұрын
Təşəkkürlər❤
@malahat_gasanova
@malahat_gasanova 6 ай бұрын
❤❤❤❤❤❤
@hevvanazim
@hevvanazim 6 ай бұрын
🙏🙏🙏
@hevvanazim
@hevvanazim 6 ай бұрын
Təşəkkürlər, bacı😘
@dhjtjkoiufhhdjhdjddkfddsdh4426
@dhjtjkoiufhhdjhdjddkfddsdh4426 6 ай бұрын
Maşallah maşallah halal olsun sizə gözəl alınıb
@hevvanazim
@hevvanazim 6 ай бұрын
🙏🙏🙏🙏
@raminqocayev3182
@raminqocayev3182 6 ай бұрын
Çox gözəldi..Var olun..
@hevvanazim
@hevvanazim 6 ай бұрын
Təşəkkür edirəm🙏🙏
@ramileliyeva2425
@ramileliyeva2425 6 ай бұрын
Ürəyinə sağlıq Çox kövrək hisləri çox böyük ustalıqla qələmə alıb gözəl də qiraət etmisən .Əla çox bəyəndim
@hevvanazim
@hevvanazim 6 ай бұрын
Təşəkkürlər, bacı😘🙏❤️
@SidRhimli-dr5jv
@SidRhimli-dr5jv 6 ай бұрын
Eşq olsun!❤❤❤
@hevvanazim
@hevvanazim 6 ай бұрын
Təşəkkürlər❤🌹🌹🌹
@user-tr3qp1dg6i
@user-tr3qp1dg6i 4 ай бұрын
Bakıdan salamlar Havva xanım
@hevvanazim
@hevvanazim 4 ай бұрын
Komidən Bakıya salam olsun. İzlədiyiniz üçün təşəkkürlər.
@sonaelisova6904
@sonaelisova6904 5 ай бұрын
Xahiş edirəm Bulaq verilisinə yaraşan bu səsdən istifadə edin Ramiz Rovsəndəndə ifa edin Öz şeirləriniz də mükəmməldir
@hevvanazim
@hevvanazim 5 ай бұрын
Sağ olun🥰🙏 inşallah
@user-sp6ne7jl6r
@user-sp6ne7jl6r 6 ай бұрын
Urek icin-icin yanib zaridi............ Wopenin melodiyasi sanki sesinize, weirinize, ic dunyaniza bestelenib.
@hevvanazim
@hevvanazim 6 ай бұрын
🙏🙏🙏
Yenə şeir yazmışam, heç kəsə demə...
3:05
İCTİMAİ TV
Рет қаралды 237 М.
Универ. 13 лет спустя - ВСЕ СЕРИИ ПОДРЯД
9:07:11
Комедии 2023
Рет қаралды 4,2 МЛН
ПООСТЕРЕГИСЬ🙊🙊🙊
00:39
Chapitosiki
Рет қаралды 68 МЛН
Каха инструкция по шашлыку
01:00
К-Media
Рет қаралды 8 МЛН
yunus emre şiiri
52:26
Kaan Akman
Рет қаралды 2,5 МЛН
Hamini Agladan Ata Şeiri (Çox tesirli seir) ata seiri
4:43
Fatya Music
Рет қаралды 816 М.
Ustad Əliağa Vahidin öz səsilə. (Qulaqasın marağlıdır)
25:51
Nüsrət Kəsəmənli- Sevmədim sənin qədər...
4:28
İNCƏSƏNƏT DÜNYASI
Рет қаралды 1,4 М.
Ev sizin sirr bizim - Zeynəb Xanlarova
14:57
İdris Heyderli
Рет қаралды 1 МЛН