Musa Yaqub - Bir günah sənin, bir günah mənim

  Рет қаралды 25,776

biraddimla YOL

biraddimla YOL

Күн бұрын

Şeir: Musa Yaqub - Bir günah sənin, bir günah mənim
Səsləndirmə: Musa Yaqub
Musiqi: Aqşin Əlizadə - Hüzn valsı
Biraddımla'ya KZbinda abunə olmaq: bit.ly/3gsJpm1
Biraddımla'nın sosial şəbəkə ünvanları:
Instagram: bit.ly/3gsKkms
Facebook: bit.ly/3GoODKl
TikTok: bit.ly/3r3sAHt
Telegram: bit.ly/3unQMn8
E-poçt: biraddimlayol@gmail.com
MUSA YAQUB - BİR GÜNAH SƏNİN, BİR GÜNAH MƏNİM
Bir gözün mən əydim, bir gözünü sən,
Niyə narazıyıq bu tərəzidən?..
Sən çeşmə qurudan, mən ağac kəsən
Bir günah sənindir, bir günah mənim.
Bu südə su qatıb hərə bir qaşıq,
Arını şəkərə dadandırmışıq.
Bazarın yağı şor, balı qarışıq
O mətah sənindir, bu mətah mənim.
Söz sözə gələndə sən nəfsi qıran,
Mən dünya malına göz yumub duran.
Amma ayrılıqda daşı da yaran,
Bir tamah sənindir, bir tamah mənim.
Görürük bu silah vurmur hədəfə,
Vurmur, ha atırıq mininci dəfə.
Əlimiz dolaşıb düşüb kələfə,
Bu əl gah sənindir, bu əl gah mənim.
Qoyma yalanımız qalxsın ayağa,
Hay deyirik, haya gəlmirik, qağa.
Sözü güləşdirib, əhdi danmağa,
Bir vallah sənindir, bir vallah mənim.
Yamanca ustayıq hər ehtiyatda,
Dostluq şirnisi də dilimiz altda.
Amma yaman günə əlimiz altda
Bir silah sənindir, bir silah mənim.
Ömür təsəllidi, ümid sabahdı,
İndi öz xeyrinə çoxu agahdı.
Hərə dolanışa bir cür nigahdı,
Bir nigah sənindir, bir nigah mənim.
Orda bulanıq su hopur torpağa,
Burda üzə çıxıb dönür bulağa.
Hələ ki, vaxtımız var durulmağa,
Bir sabah sənindir, bir sabah mənim.
1985
Musa Yaqub:
“... Bir şeirim var: “Bir günah sənindir, bir günah mənim”. Günah bir az özümüzdədir, bir az da zamanda. O vuruşların, döyüşlərin, bir-birinə acıq vermək istəyənlərin pislikləri Azərbaycana da təsir edib. Mən istəməzdim belə olsun, camaat narahatdır. Azərbaycanda insanlar həyəcanlıdır, dolanışıq bir az yaxşı deyil. Bəziləri ölkənin qədrini bilmir, ancaq öz varını, sərvətini düşünür, öz dövlətini artırmağa çalışır. Bu ölkə üçün də ziyanlıdır.
Bir gözünü sən əydin, bir gözünü mən. Niyə narazıyıq bu tərəzidən? Sən çeşməqurudan, mən ağackəsən. Bir günah sənindir, bir günah mənim...” Biri çeşmə qurudur, biri ağac kəsir, biri yaradır, biri də dağıdır. Günah hökumətdədir, ya vətəndaşda, nə fərqi var? Biz hamımız vətəndaşıq. Ən böyük dərd budur: “Sünbül-sünbül tarladan bir dən sənin olmasın, adın vətəndaş olsun, vətən sənin olmasın”. Günahın bir ucu dövlətə düşür təbii ki...
Mən dünyanın hər işini hörmətdə-izzətdə, bir-birini başa düşməkdə, anlamaqda görürəm. Dünyanın hər neməti ola, dünya dümbədüz ola, sünbüllərimiz bitə, ruzimiz ola, çeşmələrimiz qaynaya, amma arada məhəbbət, hörmət olmasa, bir-birini anlamaq olmasa, o nemətdən dadmaq çox çətindir. Gərək birinci növbədə başa düşəsən, hiss edəsən, gərək... xalqın, vətənin, millətin dərdinə qalsınlar.
Arzum odur ki, məhəbbəti yaşatsınlar, vətənin qədrini bilsinlər, etibar edilənlər etibarlarını itirməsinlər. Etibarı itirənlər bizi bu ağır günlərə saldılar. Tamah, nəfs üstündə olur hər şey, “mənim olsun” fikrindən imtina etsinlər. İnsanlara sözünü mehrlə deyirsən, mehri eşitmir, şeirlə deyirsən, şeiri eşitmir, sehrlə deyirsən sehri eşitmir, xeyrinə deyirsən, xeyri eşitmir. Eşidilmək istəyirəm. İstər dövlət dövlət kimi, istərsə də insan insan kimi eşitsin hamını...”
#musayaqub #birgunahseninbirgunahmenim #huznvalsi #aqsinelizade #reqibler #biraddimla #biraddimlayol

Пікірлер: 54
@tuturahimli959
@tuturahimli959 2 жыл бұрын
Gozel insanlar, kocduz getdiz😪😪
@bynmbynm6141
@bynmbynm6141 7 ай бұрын
Əla
@Zauribrahimov-ti2pn
@Zauribrahimov-ti2pn 11 ай бұрын
Allah rehmet elesin Musa Yaquba yeri doldurulmaz boyuk wair idi
@enullaqasimov7281
@enullaqasimov7281 10 ай бұрын
❤❤❤
@ЮраГагарина-ю2й
@ЮраГагарина-ю2й 2 жыл бұрын
Yazdım sözümü varağına, Düşdüm sevgi marağına, Əgər çağırsan sorağına Ayağı yalın gələrəm mən Səni ölüncə sevərəm mən
@zohrabeyvazov3025
@zohrabeyvazov3025 2 жыл бұрын
Allah rəhmət eləsin!!!
@tayaraliyev4626
@tayaraliyev4626 2 жыл бұрын
ALLAH rehmet elesin
@zaurtofiqoglu8344
@zaurtofiqoglu8344 2 жыл бұрын
Allah rehmet elesin ruhu wad olsun Xalqimizin fexri Wairi Musa Yaqub
@orxan_osmanov
@orxan_osmanov 3 жыл бұрын
Sağol şair , var ol şair ...
@RubeydeZeynalova
@RubeydeZeynalova 3 жыл бұрын
ALLAH RƏHMƏT ELƏSİN GÖZƏL ŞAİRİMİZ
@SM-bp4rh
@SM-bp4rh 10 ай бұрын
Allah rahmet eylesin mekanı cennet olsun sevimli şair Musa Yaqub.
@telekom4492
@telekom4492 4 жыл бұрын
Kaş hər əlində telefon olan bu dəyərli sözləri dinləsəydi.
@sbuhiyusifpasha7414
@sbuhiyusifpasha7414 3 жыл бұрын
Cox Dogru 👍
@elmidarbagirov5424
@elmidarbagirov5424 3 жыл бұрын
Kaski
@АмильВелиев-ю8с
@АмильВелиев-ю8с Жыл бұрын
кашки
@kamrantagizade4438
@kamrantagizade4438 3 жыл бұрын
Allah rəhmət etsin .Gözəl şairimiz.
@rufatalizade3415
@rufatalizade3415 3 жыл бұрын
Bir gözün sən əydin bir gözünü mən, Niyə narazıyıq bu tərəzidən?
@arifbayramov4704
@arifbayramov4704 4 жыл бұрын
Super
@arifsuleymanov4568
@arifsuleymanov4568 3 жыл бұрын
Allah sizə rəhmət eləsin dahi şair...
@fardaalemdar5106
@fardaalemdar5106 3 жыл бұрын
Bu dünyanın qara daşı göyərməz Allah rəhmət eləsin. Hikmət dolu şeirlərini qoydi bu dünyaya getdi
@Sabina9858
@Sabina9858 3 жыл бұрын
Allah rehmet elesin.
@rafailtagizade3820
@rafailtagizade3820 3 жыл бұрын
Ruhun şad olsun, şair!
@orujali-zadeh1903
@orujali-zadeh1903 3 жыл бұрын
Allah rəhmət eləsin.
@zulfiyyememmedova8276
@zulfiyyememmedova8276 3 жыл бұрын
Allah hər kəsə ürəkdən rəhmət deməyi nəsib etmir sozə rəhmət saglıgınızda oxunub gözəl insan
@31fps_loki84
@31fps_loki84 3 жыл бұрын
ALLAH RƏHMƏT ELƏSİN😭😭😭
@MsHxero
@MsHxero 3 жыл бұрын
Ruhu ədəbiyatlı olanlar hamısı rəhmət diləyib burdada . Həqiqətən ruhunda ədəbiyat şeir olan insanlar varmış.
@huseynagamuradov4311
@huseynagamuradov4311 3 жыл бұрын
Fon musiqisi də əladır. Nə vaxtsa eşitmişəm, amma harda, yadıma düşmədi
@biraddimla
@biraddimla 3 жыл бұрын
“Rəqiblər” filminin fon musiqisidir “ Hüzn valsı .“
@huseynagamuradov4311
@huseynagamuradov4311 3 жыл бұрын
@@biraddimla Təşəkkür edirəm
@taleheliyev1913
@taleheliyev1913 3 жыл бұрын
Mekanin cennet olsun 😞
@huseynagamuradov4311
@huseynagamuradov4311 3 жыл бұрын
Allah rəhmət eləsin, məkanın cənnət olsun, ŞAİR
@nikoniko5077
@nikoniko5077 3 жыл бұрын
Azərbaycan poyeziyasının inciləri Allah sənə rəhmət eləsin ŞAİR 😢
@romanceart
@romanceart 3 жыл бұрын
Kış qızıl xırdadir bizde fon musiqisi hayında
@abbasquliyev9549
@abbasquliyev9549 3 жыл бұрын
Allah rəhmət eləsin şair 🤲
@behappydontworry4714
@behappydontworry4714 3 жыл бұрын
🖤😪😪😔🥀
@national_turk
@national_turk 3 жыл бұрын
Fondaki musiqinin adini bilen var? Swan Lakeye oxwayir azca
@biraddimla
@biraddimla 3 жыл бұрын
kzbin.info/www/bejne/imqanphjlLB6Z5I
@national_turk
@national_turk 3 жыл бұрын
@@biraddimla cox tesekkurler
@hikmet.95
@hikmet.95 3 жыл бұрын
düz deyib alimlər dünyanı düzəltmək isdəyirsənsə ilk öncə özündən başla
@gulnaralyeva8520
@gulnaralyeva8520 3 жыл бұрын
Allah sənə rəhmət eləsin Allah o dünyani versin gözəl şair
@Dark49238
@Dark49238 3 жыл бұрын
İtirdik həm də böyük bir əfsanəni ... İndi anlamsalar da yoxluqları bilinəcək gec ya da tez ,yerləri heç zaman dolmayacaq ...
@anarhmdov7525
@anarhmdov7525 3 жыл бұрын
Allah rəhmət eləsin sənə şair...
@oktayariq5257
@oktayariq5257 3 жыл бұрын
Allaah rahmet eylesin artiq senin duzlmeye sabahin qalmadi
@gultkinmmmdova4308
@gultkinmmmdova4308 3 жыл бұрын
Allah rəhmət eləsin gözəl şairimizi . Məkanı cənnət. ruhu şad olsun
@gazanfarhuseyn9226
@gazanfarhuseyn9226 3 жыл бұрын
Allah böyük şairimizə rəhmət eləsin!
@yunisyusif6548
@yunisyusif6548 4 жыл бұрын
Eşq olsun ustad sənətkara Min alqış
@barissubasi
@barissubasi 3 жыл бұрын
Dostlar çoğunu anliyorum şiirin ama allah aşkına biri bu şiirin sözlərini mene yazsın. :)
@biraddimla
@biraddimla 3 жыл бұрын
Bir gözün mən əydim, bir gözünü sən, Niyə narazıyıq bu tərəzidən?.. Sən çeşmə qurudan, mən ağac kəsən Bir günah sənindir, bir günah mənim. Bu südə su qatıb hərə bir qaşıq, Arını şəkərə dadandırmışıq. Bazarın yağı şor, balı qarışıq O mətah sənindir, bu mətah mənim. Söz sözə gələndə sən nəfsi qıran, Mən dünya malına göz yumub duran. Amma ayrılıqda daşı da yaran, Bir tamah sənindir, bir tamah mənim. Görürük bu silah vurmur hədəfə, Vurmur, ha atırıq mininci dəfə. Əlimiz dolaşıb düşüb kələfə, Bu əl gah sənindir, bu əl gah mənim. Qoyma yalanımız qalxsın ayağa, Hay deyirik, haya gəlmirik, qağa. Sözü güləşdirib, əhdi danmağa, Bir vallah sənindir, bir vallah mənim. Yamanca ustayıq hər ehtiyatda, Dostluq şirnisi də dilimiz altda. Amma yaman günə əlimiz altda Bir silah sənindir, bir silah mənim. Ömür təsəllidi, ümid sabahdı, İndi öz xeyrinə çoxu agahdı. Hərə dolanışa bir cür nigahdı, Bir nigah sənindir, bir nigah mənim. Orda bulanıq su hopur torpağa, Burda üzə çıxıb dönür bulağa. Hələ ki, vaxtımız var durulmağa, Bir sabah sənindir, bir sabah mənim.
@rasadibrahimov9079
@rasadibrahimov9079 3 жыл бұрын
Allah rəhmət eləsin sənə şair heyf qoca çinar yıxıldı heyif ki çinarların yerində kolkos yada yulgun bitir
@Rufat.Shovlatov
@Rufat.Shovlatov 10 ай бұрын
🤌🤌💤
@turalquliyev940
@turalquliyev940 4 жыл бұрын
Salam fon musiqisinin adini bilmirsiz?
@biraddimla
@biraddimla 4 жыл бұрын
Tural Quliyev Salam.. kzbin.info/www/bejne/Y2Kbo3t5iKmqrMk
@turalquliyev940
@turalquliyev940 4 жыл бұрын
@@biraddimla çox sagolun
@arifsuleymanov4568
@arifsuleymanov4568 3 жыл бұрын
Allah rəhmət eləsin böyük şair
Səyavuş Aslan - Ay Zaur (22.05.2010)
20:52
Xəzər Media
Рет қаралды 396 М.
EVDƏKİLƏRƏ SALAM - İsmayıllı 23.07.2017
40:55
Xəzər Media
Рет қаралды 43 М.
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶
00:21
TheSoul Music Family
Рет қаралды 24 МЛН
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 80 МЛН
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 11 МЛН
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 58 МЛН
Musa Yaqub - Bir günah sənindi, bir günah mənim - Kamran M. YuniS
4:17
Musa Yaqub-Öyrətmə özünə, öyrətmə məni (ifa Xəzər Süleymanlı)
3:01
Xəzər Süleymanlı-BURAXMA MƏNİ (Musa Yaqubun şeiri)
3:56
Xəzər Süleymanlı
Рет қаралды 251 М.
معمای 2000 ساله ریاضی
26:30
Math baz
Рет қаралды 39 М.
Musa Yaqub - Qış olub üstümə niyə gəlmisən     (Səs: Furqani)
3:01
Nüsrət Kəsəmənli-Dünən toyun idi (Xəzər Süleymanlı)
2:36
Xəzər Süleymanlı
Рет қаралды 71 М.
Mübariz İbrahimov - Ölümündən 24 saat əvvəl
43:31
Ramin Borchali
Рет қаралды 355 М.
Zelimxan Yaqub - Yigma Seirler Yeni
8:05
Kenan Akberov Official
Рет қаралды 154 М.
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶
00:21
TheSoul Music Family
Рет қаралды 24 МЛН