İnsanların 90%-i QARA ZİRƏNİN Bu Faydasını Bilmir...

  Рет қаралды 5,971

Demədi Demə

Demədi Demə

Күн бұрын

#sağlamlıq #demədidemə #Qarazirə
Qara zirə haqqındakı yazılı mənbələrin tarixi bizim eradan çox əvvələ gedib çıxır. Misir fironu Tutanhamonun sağlamlığındakı problemlərin aradan qaldırılması üçün qara zirədən istifadə edildiyi məlumdur. Bundan əlavə, misirlilər qara zirə toxumlarını ölən insanlarla bərabər məzara qoyurdular. İnanırdılar ki, bu möcüzəvi toxumlar ölülər diyarında belə, insanların sağlamlıqlarının qeydinə qalacaq. Digər bir əfsanəyə görə, Kleopatra qara zirədən gəncliyini, gözəlliyini, həyat eşqini qorumaq üçün istifadə edib.
Keçən əsrin ikinci yarısında qara zirə toxumunun faydalarını üzə çıxarmaq üçün 200-dən çox araşdırma aparılıb. Əldə edilən nəticələrin ortaq yönü bu idi: “Qara zirə sağlamlığın keşiyində dayanır.”
Qara zirə bioloji aktivliyi ilə seçilir. Onun toxumunda həyat üçün olduqca vacib elementlər var.
1. C, D, A, E, K, PP və B qrupu vitaminləri;
2. Dəmir, sink, kalsium, fosfor, selen, kalium permanqanat və s.
3. Fol turşusu, amin turşuları;
4. Omega-9, Omega-3, Omega-6 yağ turşuları;
5. Efir yağı;
6. Tkamin, kumarin, riboflavin, piridoksin;
7. Tanenlər;
8. Fosfolipidlər;
9. Beta karoten;
10. Fitosterollar;
11. Zülallar;
12. Proteinlər;
13. Karbohidratlar;
14. Liflər;
Qədimdə qara zirəni immuniteti möhkəmləndirmək məqsədilə daha çox istifadə edirdilər. Müasir tibb də zirənin bu qabiliyyətindən xəbərdardır. Qara zirə yağı bağırsaq infeksiyaları və müxtəlif göbələklər ilə mübarizə aparmaqda mahirdir. Həzm prosesinə müsbət təsir edir, mədə-bağırsağın işini normallaşdırır. Öd suyunun ifrazında prosesin aqressivliyini azaldır. Bu xüsusiyyətləri sayəsində qara zirə qəbizliyin aradan qaldırılması, bağırsaqların hərəkətliliyinin bərpası məqsədilə ən çox üz tutulan vasitələrdəndir. Laktasiyanı stimullaşdırır; bu da onun süd verən anaların rasionuna daxil edilməsinin səbəbidir.
Qara zirə toxumunun tərkibindəki komponentlər müxtəlif xəstəliklərə qarşı savaşır. İmmun sistemini möhkəmlədirdiyinə görə, infeksion və ya virus qaynaqlı xəstəliklərin profilaktikasında istifadə edilir. Tənəffüs yolları iltihabı zamanı göstərdiyi müsbət təsir təqdirəlayiqdir. Həmçinin, qanda şəkərin səviyyəsini azaldır. Buna görə də, müxtəlif tip diabet zamanı orqanizmin köməyinə çatır.
Soyuqdəymədən qaynaqlanan xəstəliklərin sürətlə sağalmasını təmin edir. Bundan əlavə, ürək-damar sistemindəki hər hansı problem zamanı, sidik yollarının təmizlənməsi, böyrəklərin işinin dəstəklənməsi məqsədilə də qara zirə toxumuna üz tutulması geniş yayılıb. Artıq çəkidən yaxa qurtarmaq istəyənlər üçün də qara zirə əlçatan vasitədir.
Qara zirənin əsas faydaları bunlardır:
-İmmuniteti möhkəmləndirir;
-Qanda pis xolesterinin səviyyəsini aşağı salır;
-Mədə-bağırsağın işini yaxşılaşdırır;
-İştahı açır;
-Bağırsaqlarda yumşaldıcı kimi çıxış edir;
-Arterial təzyiqi aşağı salır;
-Öd kisəsinin, qaraciyərin və böyrəklərin işini normallaşdırır;
-İş qabiliyyətini artırır, yaddaşı gücləndirir;
-Böyrəklərdə və sidik kisəsində daş varsa, əridir;
-Həzm orqanlarının əzələlərini elastikləşdirir;
-Xəstəliyin səbəb olduğu mənfi əhval-ruhiyyəni aradan qaldırır;
-Artıq mayenin orqanizmdən xaric olunmasını təmin edir;
-Mikrob əleyhinə və parazit əleyhinə vasitədir;
-Saç köklərini möhkəmləndirir və sürətlə uzanmalarına səbəb olur;
-Orqanizmi zərərli maddələrdən və parazitlərdən təmizləyir;
Qəbul qaydaları:
Antibakterial xüsusiyyətinə və geniş istifadə arealına baxaraq əminliklə demək olar ki, müxtəlif narahatlıqlar zamanı qara zirə köməyə çatır. Hazırda müalicəvi məqsədlə qara zirə yağı və ya qara zirə məhlulu daha çox istifadə edilir.
1. Dermatofit zamanı. Zədələnmiş nahiyələrə qara zirə yağını ehtiyatla çəkin. Bundan əlavə, hər gün yeməkdən 20 dəq əvvəl 1 çay qaşığı qara zirə yağı içmək də faydalıdır.
2. Baş ağrıları zamanı. Bərabər miqdarda qara zirə toxumu, adi cirəgülü toxumu və mixək götürün. Bunları qarışdırın və toz halına düşənədək üyüdün. Alınan qarışımdan gündə 1 çay qaşığı ya axşam yatmazdan əvvəl, ya da səhər acqarına qəbul edin.
3. Yüksək təzyiq zamanı. Qara zirə toxumunu üyüdün, 1 xörək qaşığı götürün, 1 stəkan qaynar suya əlavə edin. 30-50 dəq dəmlənməyini gözləyin. Vasitəni səhər acqarına, yeməkdən 15 dəq əvvəl için. Bundan əlavə, qarışımın effektini artırmaq üçün gün ərzində 1-2 diş təzə sarımsaq yemək də məsləhətdir.
4. Diş ağrısı zamanı. 1 çay qaşığı qara zirə toxumunu üyüdün. Üzərinə az miqdarda zeytun yağı əlavə edin. Qarışdırın. Alınan məcunu ağrıyan dişin üzərinə qoyun və 5-6 saat gözləyin. Sonra ağzınızı ilıq suyla yaxalayın.
5. Soyuqdəymə zamanı. Bu vaxt qara zirə toxumu ilə inqalyasiya köməyə çatır. Üyüdülmüş qara zirə toxumunu qaynar suya əlavə edin. Ağzını bağlayın, 15 dəq dəmlənməsini gözləyin. Başınıza dəsmal salın və qabın ağzını açan kimi özünüzü buğa verin. Çalışın ki, buğda nəfəs aldığınız müddət 15-20 dəq olsun.

Пікірлер: 16
@Ezize-yy1fu
@Ezize-yy1fu 25 күн бұрын
ÇOX SAĞOLUN BAHADIR MÜƏLLİM
@Ayalvaxtar3030
@Ayalvaxtar3030 25 күн бұрын
Peygemberimizin tovsiyesidi qara zire ve udhindi olumden bawqa herr derdde dermandir
@EyubSeyidov
@EyubSeyidov 24 күн бұрын
Təşəkkürlər məlumat üçün
@safura.aliyeva
@safura.aliyeva 22 күн бұрын
Təşəkkürlər gözəl məlumatlar üçün 🙏 illerce qabaq size abunetem🤗
@telmanwabanov9792
@telmanwabanov9792 25 күн бұрын
Sagolun Bahadur bey Xeyale xanim
@islam.mesimov
@islam.mesimov 25 күн бұрын
Təşəkkürlər Məlumat ücün
@RuhullahFerec
@RuhullahFerec 24 күн бұрын
Başınıza dönərəm ölüm gələndə. Nə qaraya baxır. Nədə Ağa🙏🙏🙏🙏🙏🙏🙌🙌🙌🙌🙌😳🤷🤷‍♀️🤷‍♂️
@JULIVASILAHMEDLI
@JULIVASILAHMEDLI 25 күн бұрын
Teşekkürler 👍👍👍
@miriseyidov1937
@miriseyidov1937 25 күн бұрын
Qara zire çörek otudur?
@user-kf2ve5mq4h
@user-kf2ve5mq4h 25 күн бұрын
Bəli çorəkotudur.
@miriseyidov1937
@miriseyidov1937 25 күн бұрын
@@user-kf2ve5mq4h çox sağ olun
@aysel90ful
@aysel90ful 25 күн бұрын
Vv
@telmanwabanov9792
@telmanwabanov9792 25 күн бұрын
necesiz Aysel xanim
@aysel90ful
@aysel90ful 25 күн бұрын
@@telmanwabanov9792 kimdi
@user-zk8vu1dq4z
@user-zk8vu1dq4z 25 күн бұрын
Qara zire corek otuna deyirler.
@telmangulmemmedov5447
@telmangulmemmedov5447 25 күн бұрын
❤❤❤❤❤❤❤😂❤
Ürəyiniz saat kimi işləyəcək. Bunları edin I Fizuli Hüseynov
13:39
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 53 МЛН
My daughter is creative when it comes to eating food #funny #comedy #cute #baby#smart girl
00:17
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 50 МЛН
Gündə 2 Mixək Çeynəyin - Bir Həftədən Sonra...
12:11
Demədi Demə
Рет қаралды 207 М.
Hər gün 1 Qaşıq İçin - Ürək 100 il İşləyəcək !
9:23
Эти ЗАВТРАКИ убивают ваше ЗДОРОВЬЕ! //#тибетскаямедицина #докторжимба
13:49
Доктор Жимба (Чжуд-Ши клиника)
Рет қаралды 2,3 МЛН
Mədəaltı Vəzin Xəstə Olduğunu Göstərən 10 ƏLAMƏT
8:05
Demədi Demə
Рет қаралды 206 М.
DİQQƏT! Yatarkən  duzlu corab geyinin - 10 İnanılmaz  Faydası
8:12
Böyrəkləri Təmizləyən Qidalar - Həkimlər Gizlədir
12:48
Demədi Demə
Рет қаралды 315 М.
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 53 МЛН