Seçimlərimizi idarə edən psixoloji tələlər | Rövşən Abdullaoğlu | TEDxAzerbaijanBritishCollege

  Рет қаралды 6,609

TEDx Talks

TEDx Talks

Күн бұрын

Bu çıxışda spiker seçimlərimizin əslində bizim psixologiyamızın vəziyyəti ilə əlaqədar olduğunu və psixologiyamızı sağlamlaşdıraraq seçimlərimizi yaxşılaşdıra biləcəyimizi ifadə edir. O, filosof-şərqşünas və psixoloq,
“PEN America” yazıçılar birliyinin üzvüdür.
Azərbaycan Dövlət İqtisad Universitetini bitirdikdən son­ra
fərq­­li ali təhsil ocaqlarında rus, fars və ərəb dillərində psi­xo­logi­ya, fəlsəfə, teologiya sahələri üzrə təhsil alıb. Müx­təlif janrlar­da 27 kitab müəllifidir.
Bədii janrda ilk qələm təcrübəsi olan “Bu şəhərdə kimsə yoxdur” psixoloji romanı 2016-2017-ci illərdə iki il ardarda Azərbay­canda yerli və xarici ədəbiyyat nümunələri arasında ən çox sa­tılan kitab olub.
Bir çox əsərləri ingilis, rus və türk dillərinə tərcümə edilib. İngi­lis dilində əsərləri Amerikanın “Readers’ Favorite”, “Kirkus”, “IndieReader”, “Self-Publishing Review” kimi nü­fuzlu ədəbi tən­qid qurumlarından yük­sək rəylər alıb. ˝Relslər üzərinə uzanmış adam˝ əsəri 2020-ci ildə Amerikada keçirilən “Readers' Favorite” beynəlxalq kitab müsabiqəsində qızıl meda­la layiq görülmüşdür.
Rövşən Abdullaoğlu həm də ictimai fəaliyyəti ilə tanınır. Mək­təb və universitetlərdə, həmçinin müxtəlif ictimai müəs­si­sə­lərdə psixoloji möv­zu­larda seminarlar keçirir, fəlsəfə dərsləri deyir, televiziya və radio proqramlarında çıxış edir. Bir sıra xeyriyyə layihələrinin təsisçisi və iştirakçısıdır. This talk was given at a TEDx event using the TED conference format but independently organized by a local community. Learn more at www.ted.com/tedx

Пікірлер: 30
@elnaraali9944
@elnaraali9944 2 жыл бұрын
Əminəm çıxışınız TEDx tarixidə ən yaddaqalan çıxışlardan olacaq!
@gunaynazarova9936
@gunaynazarova9936 5 ай бұрын
"Üzləşmə"kitabından gəldim videoya. Mən ən depresiya halımda "Arxadakı körpüləri yandırın" kitabı ilə ayağa qalxdım,nələri nələri müsbətə doğru dəyişdim həyatımda. Hansı ki, keçmişə ilişib pis günləri yada salmaqla depresiyaya girmişdim. Həmişə maraqlı idi belə gənc və istedadlı yazıçı. Yorumlara nə vaxtsa baxarsız baxmarsız sizə sonsuz təşəkkür edirəm Daim sizi irəlidə görmək istəyirəm❤Sizin kimi insanlara biz gənclərin ehtiyacı var❤️
@user-uk4pe7my1q
@user-uk4pe7my1q 10 ай бұрын
Saĝ ol, var ol, bərəkallah, õvladım!
@babayev313
@babayev313 Жыл бұрын
Rövşən Abdullaoğlu dəyərli insan,yazıçı,psixoloq
@nargizkarimli33
@nargizkarimli33 2 жыл бұрын
Sizin destixettinizi o qeder çox beyenirem ki, sadece mohtesemsiniz. Ne yaxshiki siz💙
@bilalbayramov_
@bilalbayramov_ 2 жыл бұрын
Rövşən Abdullaoğlu həm yazıçılıq potensialı, həm də araşdırmaçı potensialı olan möhtəşəm bir şəxsdir. Allah müvəffəq bəxş eləsin.
@pleasesubscribe4359
@pleasesubscribe4359 2 жыл бұрын
Bu video partlatmalıdı. Maximum paylaşaq
@aliaghaaghayev7465
@aliaghaaghayev7465 2 жыл бұрын
Bu çıxışın mükəmməlliyi hardadır ki? Belə çıxışlar detallı analizlərə aprmır. Bu kimi çıxışlar, bestsellerlər keyidici, ağrıkısici formatındadır. Amma Problemin kökü, səbəbləri demək deyil. Risk elə, Probelərinin üstünə get, komfort zonadan çıx və s. Bunlar gözə xoş gələn kitab satma tələləridir. Mən hərdən görürəm ki, bir əksəriyyət olur hansısa bir yerinə yetirilməli bir iş olanda, daxildən heçbir müqavimətə rast gəlmir. Rahatlıqla disiplinli şəkildə durur edir. minlərlə adam var ki, edilməli olan işi etdikdə (hır sahədə ibadət elm idman vəs) daxildən komfort zonanı asanlıqla təslim efə bilmir. Çox vax tda komfort zonaya təslim olur. Deməyim odur ki nədir bunun mənası. Allahın fərqli fiziki üstünlüklər yaratdlğı kimi fərqli mənəvi üstünlüklər də yaranıb. Bu ziddiyyətlərin mənası nədir.? Yəni kiminsə tənbəlliyi fiziki məhdudiyyət kimi mənəvi məhdudiyyət deyilmi? Bu yaxınlarda Amerika dəniz donanmalarının generalı motivasiya çıxışında belə bir söz dedi. Böyük şəxsiyyət bilirsiniz hardan başlayır yataqdan duranda yerinizi yığmaqdan, yeməyinizi sonacan yeməkdən. General uğurlu işin düsturunu bitmiş xirda bir işin tamında və bu özlüyündə dinamik böyük-böyük işlərin tamamına stimuldur. Volteri Kandidi kimi Kandid ona görə o ağrlardan əzablıardan keçə bildi ki, o vaxtı ilə kralın qızını sevmişdı. İslam aləminin gedib gəlmiş əfsanəsi hz imam Əli deyirdi, davamlı etdiyin az iş, yarımçıq qoyuduğun böyük işlərdən daha əfzəldir...
@azrqasmov7878
@azrqasmov7878 5 ай бұрын
Sizin fikriniz də çox mənalıdır. Savadlı insanlarla ünsiyyət qurmaq xəstəsiyəm. Sizə uğurlar.
@aliaghaaghayev7465
@aliaghaaghayev7465 5 ай бұрын
@@azrqasmov7878 təşəkkür edirəm
@rashidgaribzada2301
@rashidgaribzada2301 3 ай бұрын
O generalin kitabi var mende amerika herbi deniz quvvelerinin kamandanidi ve bir xususi teyinatlinin danisha bileceyi hersey kicik kitabda var.
@elnuriagndrov891
@elnuriagndrov891 Жыл бұрын
Mükəmməl çıxış gec izlədiyimə peşmanam❤
@mirzaismaylov8596
@mirzaismaylov8596 Жыл бұрын
Ustadın hər çıxışı mükəmməldir. Bu adamın hər çıxışında, hər Azərbaycana gedərkən görüşmək fürsəti olanda illa ki yeni bir şeylər öyrənirəm və ilə yeni bir nəfəs yeni bir güclə başlayıram. Müəllimin çox insanların uğurunda böyük əməyi böyük zəhməti hətda pay buçağından baxanda şərikliyi də var.
@iradehacizade5869
@iradehacizade5869 2 жыл бұрын
Həmişəki kimi çox maraqlı və faydalı!
@dream.sh2
@dream.sh2 2 жыл бұрын
Rövşən Abdullaoğlu qələmi mükəmməldir!
@rehime-
@rehime- 2 жыл бұрын
Qaz balaları kimi kim nəyi seçsə ona tərəf yol alırığ
@namideyolcuyeva4906
@namideyolcuyeva4906 2 жыл бұрын
Yenə mükəmməl bir iş,mükəmməl yaradıcılq! Möhtəşəmsiniz!💙
@aygunmemmedli8
@aygunmemmedli8 11 ай бұрын
Möhtəşəmdi, təşəkkür edirəm 👍
@Zavira_Dini_Dukan
@Zavira_Dini_Dukan 2 жыл бұрын
Vallahi mən çantanı tamam umutmuşdum,axırda siz deyəndə yadıma düşdü.Çünki maraqlı danışırdız,sizə diqqət kəsilmişdim
@babayev313
@babayev313 Жыл бұрын
eynən
@aydinabdullah8686
@aydinabdullah8686 2 жыл бұрын
Çox gözəl. Var olun!!
@vusalallahverdiyev4587
@vusalallahverdiyev4587 2 жыл бұрын
Çox maraqlı izah ediniz təşəkkül lər Rövşən müəllim 👍
@learnwithparvina4197
@learnwithparvina4197 2 жыл бұрын
Maraqlı çıxış idi. Təşəkkür edirəm. 👏
@esrefbuludlu8644
@esrefbuludlu8644 Жыл бұрын
Heyatimda boyu təsiri olan . Arxadaki korpuleri yandirin kitabinin muəllifi . Hormətlə dinlədim . Və Allahdan elminizi her gun artirmasini arzu edirem . Cantaya diqqət etmemisdim
@nerminehikmetli6230
@nerminehikmetli6230 Жыл бұрын
Mükəmməı. Amma tez bitdi
@nihal6604
@nihal6604 2 жыл бұрын
Mükəmməl uğurlarınız daim olsun👍😊❤️
@illiuziyainsan1756
@illiuziyainsan1756 9 ай бұрын
Çox dəyərli fikirlər idi
@gulsnnhmtova7105
@gulsnnhmtova7105 8 ай бұрын
Bəyənmə sayı😔
@FREE-kk1cv
@FREE-kk1cv Жыл бұрын
Bunu niyə mən indi görürəm
@user-hc6be6mp6v
@user-hc6be6mp6v 8 ай бұрын
Olkede burokratiya yoxdu edaletsizlik sizin ise intelektiniz ona catir ki ancaq ozunuzden basdiyin qorxaq yazici
Özünü niyə sevməlisən? | Nizami Orujov | TEDxUNEC
19:40
TEDx Talks
Рет қаралды 10 М.
Magic trick 🪄😁
00:13
Andrey Grechka
Рет қаралды 67 МЛН
Embracing Vulnerablilty | Maggie Wang | TEDxHQIS Youth
5:03